Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   31   32   33   34   35   36   37   38   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 133 


öz məqamında işlənmişdir. “Erkək balıqdan utanan” padşah 

qızı kimi Manaf da- hiyləgər, namərd bir adamdır. 

Ədib “Böyük dayaq” romanında yaltaq, hiyləgər Yar-

məmmədin daxili aləmini göstərmək məqşədilə “erkək balıq-

dan” utanan padşah qızı haqqında lətifədən bəhrələnmişdir. 

Pyesdə emosional vəziyyət yaratmaq, tamaşaçını yormamaq 

üçün də folklor incilərindən istifadə olunmuşdur. Kərəmin 

bayatıları bu cəhətdən diqqəti cəlb edir: 

 

 

 



 

 

Qərənfil əsdi neynim, 



 

 

 

 

 

Səbrimi kəsdi neynim, 

 

    Dodaq 

şirin dil acı, 

 

 

 

 

 

Mən belə dostu neylim (98,208). 

Əsərdəki bayatıların beşi də hazır  bayatılardır. Dost 

haqqında deyilmiş bayatının əsl varianrı belədir: 

   


 

 

 



Qərənfil əsdi neylim, 

   

 

 

 

Səbrimi kəsdi neylim?! 

 

    Özü 

dost, 

qəlbi  qara. 

   

 

 

 

Mən belə dostu neylim  (24, 227). 

“Özü dost, qəlbi qara” misrasını “Dodaq şirin dil acı” 

misrası ilə  əvəz etməklə  məzmunda dəyişiklik yaratmışdır. 

Birincidə “qəlbi qara” dastan, ikincidə isə  “şirin dodaqlı” 

aşiqdən danışır. 

Bu bayatıları  işıqlı obraz olan Kərəm söyləyir. Adətən, 

Mirzə İbrahimovun nəsr əsərlərində, eləcə də dram əsərlərində 

bayatılar müsbət obrazların, zülm çəkən adamların, sevənlərin 

dilindən verilmişdir. 

“Məhəbbət” pyesində xalq deyim tərzi, alqış və qarğışlar 

da  öz əksini tapmışdır: “Az aşın duzu olmayıb”, “Ay şeytana 

papış tikən Manaf”, “Əlinə də qurban, dilinə də qurban”, “İynə 

ilə gor qazmaq”, “Allah Hitlerin anasını mələr qoysun”, “Sənə 

qurban olum”, “Nə var, kəndə darğa gəlib”, “Tatus koxa, Matus 

koxa, on beş evdə otuz koxa”, “Ətəyinin altında xoruzun 

quyruğu görünür”, “Qalmışam odnan suyun arasında”, “Sənin 

bazarın bağlandı”, “Şər deməsən, xeyir gəlməz”, “Elnən gələn 

Fazil Əliyev 

 

 134


yas, toy bayramdır”, “Lənət olsun sənə rast olduğum günə, min 

lənət”. Bu səpkili deyimlər  əsərdə folklor motivinin güclü 

olduğunu göstərir. Bədii dil folklor qaynağında cilalanır. 

Ədibin “Məhəbbət” dramında  Əhmədi-biqəm obrazına 

folklor biçimində yanaşmışdır. Onun söylədiyi “nağıla oxşar bir 

həqiqət”  əslində  həyatdan götürülmüş  əfsanə-rəvayətdir. 

Beləliklə  sənətkar özünün yaratdığı  əfsanə-rəvayətlə folklorun 

zənginləşməsinə töhfə  bəxş etmişdir. Bu gün “Xorasan 

kürküdür”, “Əhmədi-biqəm”dir, ifadələri xalq arasında işlənir. 

Belə atmacalar, aforistik deyimlər Mirzə  sənətinin canlı 

olduğunu, xalqın təfəkküründə yaşadığını  və onun obrazlılıq-

emosionallıq qatına dolğunluq gətirdiyini əks  etdirir. 

M.İbrahimovun “Kəndçi qızı” lirik komediyası 1962-ci 

ildə yazılmışdır.  Əsərdə folklordan bəhrələnmənin tədqiqi 

göstərir ki, xalq yazıçısı özünə sadiq qalmışdır. Fikrin obrazlı 

ifadəsi, dərin məntiqi inkişafı üçün folklor deyim tərzi  əsərin 

canına hopmuşdur. Birinci şəkildəki ilk dialoqlar da bunu 

təsdiqləyir: 

“Vahid- Yaxşı deyiblər: qızıl taxtım olunca, qızıl bəxdim 

olsun. Nə işdən yarıdım, nə qızdan... 

Aslan- Qız seçməyi məndən öyrən, peşə seçməyi 

dostumuz Rəşiddən. Gəlsənə mənim kimi sən də bir kəndçi qızı 

tapasan. 

Vahid- Ehh, sən də söz  danışdın - kəndçi qızı! Yəni 

əlvida mədəniyyət, əlvida zövq-səfa! 

Aslan- Yeməmisən qaz ətini, nə bilirsən ləzzətini. 

Kəndçi qızı-Yəni yaşa məhəbbət, yaşa düzlük və  səda-

qət!” 


Buradakı atalar sözləri əsərin daxili qaynağına çevrilmiş-

dir. “Nə yardan doyur, nə  əldən qoyur” mənasını  verən atalar 

sözü Vahid obrazının amalını,  həyata baxışını əks etdirir. Əsər 

boyu Vahid çiçəkdən çiçəyə qonan arını xatırladır. Aslan isə 

söylədiyi “Yeməmisən qaz ətini, nə bilirsən ləzzətini” 

məsəlində öz düşüncə tərzini büruzə vermişdir.  




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 135 


Məhəbbətə ikili münasibət atalar sözləri və məsəllərdə öz 

əksini tapmışdır. Dramaturq folklora diqqətlə yanaşır. Pyesdə 

yerində  işlənməyən,  əsərin məzmunu ilə bağlı olmayan bir 

folklor nümunəsinə rast gəlmirik. 

Şəkərlinski ticarətdə  əliəyrilik edən idarə  müdiridir.  

Onun haqqında ilk sözü kooperasiya işçisi Rəşidin işlətdiyi 

“Çaqqal var, deyə, heç kəs meşədən keçməz” məsəli 

tamaşaçıda  Şəkərlinski və onun quyruğu Alışov haqqında rəy 

yaradır. 

Vahidlə  kəndçi qızı  Bənövşənin qarşılaşdığı  səhnədə 

ibarələr, aforizmlər tənqid hədəfinə yönəldilmişdir. Bənövşənin 

“Qaçan at kimi dala niyə baxırsan?”, “Adam pirinə xor baxmaz, 

“Kəndçi qızı var ki, yüz səni kimisini dəyirmana susuz aparar

susuz gətirər”, “Kiminin əli qabarlıdır, kiminin ürəyi”  sözləri 

öz məqamında işlənmişdir.  

Vahid- Əl çəkməz ha!...  Burada deyiblər bulud altından 

çıxan gün, yaşmaq altından çıxan dil. 

Bənövşə- Dədəm deyir ki, kişinin  yanşağı  özü qiymətə 

minməz, sözü qiymətdən salar. Belə dialoqlar folklor deyim 

tərzi əsərdə millilik, təbiilik ölçüsünü genişləndirir. 

Vahidin atası Mahmudun “Pis övlad ürəyin çibanı deyil, 

nədir?! Davası yox, dərmanı yox, içəridən yeyib canını alır” 

sözləri xalq deyiminin məntiqi tutumundan bəhrələnməyə misal 

ola bilər. 

Əsərdəki mənfi obrazların sözlərində də xalq deyim tərzi 

öz əksini tapmışdır.  Şəkərlinskinin dialoqlarında işlətdiyi “Səni 

əkənə  də  lənət, doğana da, Alışov”, “Gic dana kimi gözünü 

döymə”, “Alışov, gədə qarmağını atdın, ayıq ol, yuxulama, 

tənbəl öküz kimi”, “Ay çöllü, elə ki, qapıya bir də satan 

gəlsin”, “Alışov, başın qaz yumurtasına oxşayır”, “Alışov, 

yandım, sən də bir söz de ay malbaş” – kimi ifadələr pyesin 

lirik görümünü canlandırır. Tamaşada  şuxluq, mənalı gülüş 

doğurur.  

Fazil Əliyev 

 

 136


Bənövşənin atası Sarvanın dialoqları xalq deyimləri, 

atalar sözü və    məsəllərlə  zəngindir. Xüsusən,  Şəkərlinskinin 

Alışovla söhbətləri səciyyəvidir. “İt sümüyü sevinə-sevinə 

udar, tamaşadı xirtdəyində qalanda”, “Alışov, soxulma ortalığa 

ələkçinin qıl verəni kimi”, “Nə örüşdən qayıdan mal kimi 

mələyirsən”, “Dəvədən böyük fil var”, “Alışov qara pişikdən 

bəduğursan” (98, 318). 

Pyesdə Alışov surəti hiyləgər, yaltaq müdir əlaltıların 

tipik nümayəndəsi kimi verilmişdir. Onun tez-tez işlətdiyi “Qoy 

desin, nə desə özümdən çıxan deyiləm” sözləri  əsərin lirik 

səpkisini rövnəqləndirir. 

“Kəndçi qızı” komediyasında dramaturqun bəhrələndiyi 

atalar sözləri, zərbi-məsəllər, idiomatik ifadələr, aforistik 

deyimlər bir silsilə təşkil edir: “Adam bir qram dilini qoyub, bir 

pud başını  tərpətməz”, “Qara məni basmamış, mən qapını 

basım”, “Siçan deşiyini satın alarsınız”, “Üz verəndə astarını 

istəyirsən”, “Əlinə su tökməyə yaramaz”, “Qarasına yanar 

kösöy atırsınız”, “İndi qız ipiynən quyuya düş”, “Zirək quş 

dimdiyindən tələyə düşər”, “Gözləmədiyin yerdən gün çıxar”, 

“Suyun yavaş axınından qorx, adamın yerə baxanından”, “Xain 

xoflu olar”, “Havaxt tülkü olsan gəl mənim çırağımın  şirəsini 

çeynə”. 


“Kəndçi qızı” pyesində Vahidin söylədiyi “Həqiqət 

axtaran dərviş” rəvayəti, “Çox yaşamağı ilə öyünən qarğa ilə 

qartalın danışığı” rəvayəti lirik komediyada sosial durumunun 

olmasına imkan verir.  

Gələcəyini düşünməyən, eyş-işrəti üstün tutan Vahidin 

qarğaya bənzədilməsi, Rəşid kimi sağlam düşüncəli adamların 

təsviri  əsərin sosial qatını canlandırır. Folklor deyim tərzinə 

yaradıcılıqla yanaşmaq müsbət nəticə verir. Dramaturq “Hə-

yat”, “Məhəbbət” dramlarında olduğu kimi “Kəndçi qızı”nda  

da musiqi folklorundan da istifadə edir. xalq teatrının aktyoru 

Aslanın söylədiyi bədii parça bunu əks etdirir. 

   


 

 

 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə