Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   31   32   33   34   35   36   37   38   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 145 


və bədii təcrübə fikirlərə daha dərin təsir buraxır, nəzəriyyənin 

yolunu dəyişməyi bacarır” (103,273). 

M.İbrahimov qazandığı    bədii təcrübəni nəzəri cəhətdən 

əsaslandırmaq sahəsində mühüm işlər görmüş Azərbaycan 

ədəbi mühitinin inkişafında ana dilimizin təəssübünü çəkməkdə 

möhtəşəm xidmət göstərmiş, yazıçı, ictimai xadimdir. 

1957-ci ildə Moskvada Yazıçılar  İttifaqında “Böyük da-

yaq” romanını müzakirə edərək M.Arif, İ.Qrinburq, V.Druzin, 

V.Bertse kimi sənətkarlar əsərdəki realizm, milli kolorit, xalqa 

bağlılıq haqqında çox qiymətli fikirlər şöyləmişdir. 

Xalq yazıçısının yaradıcılıq uğurlarına dair müxtəlif 

əsərlər yazılmış, dissertasiyalar müdafiə olunmuşdur.  İstər 

“Böyük dayaq” romanının müzakirəsində, istərsə  də digər 

tədqiqatlarda M.İbrahimovun yaradıcılığında folklor məsələsi 

geniş əks olunmamışdır. Sənətkarın ədəbi abidələrdə, dastan və 

nağıllarda yaşayan xalq şəxsiyyətinə, xalqın mənəvi təfəkkür 

işığına münasibəti geniş açıqlanmamışdır. 

Bəzi müəlliflər yazıçının  əsərində folklor motivlərinə 

toxunmuşlar. Hüseyn İbrahimov 1962-ci ildə  “İbrahimovun 

nəsri haqqında bəzi mülahizələr” adlı  məqaləsində “Çobanın 

məsləhəti”, “Şairin yadigarı”, “Pələng və insan” hekayələrinin 

xalq  əfsanələri  əsasında yazıldığınə qeyd edir. Professor Azad 

Nəbiyev “Yazıçı  və folklor” (90), “Xalq ruhuna məhəbbətlə” 

(89), “Unudulmaz sənətkar” (91) adlı  əsərlərində xalq 

yazıçısının folklora münasibətindən bəhs etmişdir. 

Professor Yaşar Qarayev “Torpağın övladı” məqaləsində 

Mirzə  İbrahimov yazıçı  məfkurəsində folklorun aparıcı yer 

tutduğunu  şərh etmişdir. Məqalədəki faktiki materiallardan 

daha çox müəllif ümumiləşdirilməsi diqqəti cəlb edir. Yaşar 

Qarayev yazır: “Geniş  nəzəri  əhatə  və miqyas faktlar 

zənginliyi, aydın metodologiya, estetik qiymətin və meyarın 

dəqiqliyi, məntiq və ifadə  sərrastlığı, bütün bunlar Mirzə 

İbrahimovun filoloji əsərlərinin məğzini təşkil edir” (81,148). 

Fazil Əliyev 

 

 146


Bədii  əsərlərində olduğu kimi, elmi-nəzəri görüşlərində 

də folklor ruhu, tədqiqat obyektini xalq kimi dərk etmək səyi 

daha güclüdür. Sanki yazıçı Mirzədə folklor üslubu özünü 

təsdiq etdiyi kimi, alim Mirzədə  də xalqın təfəkkür dərinliyi, 

xalq fəlsəfəsi milli özünüdərketmə səlahiyyəti yaşayır. 

Mirzə  İbrahimov aşıq poeziyasının inkişaf mərhələlərini 

Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım kimi sənətkarların 

meydana çıxması ilə  əlaqələndirmişdir. Bununla da aşıq 

ədəbiyyatının tədqiqinə yeni istiqamət vermişdir.  Ədib Aşıq 

Ələsgər yaradıcılığına  təkcə  aşıq poeziyasında deyil, həm də 

Azərbaycan  ədəbiyyatında yeni mərhələ kimi baxır: “Aşıq 

sənəti çərçivəsindən çıxaraq Azərbaycan və dünya 

ədəbiyyatının klassik simaları ilə yanaşı duran yaradıcılar da 

var. Əlbəttə, bu barədə danışanda birinci olaraq hamımız Aşıq 

Ələsgəri xatırlayırıq”(102,494). 

Mirzə İbrahimov aşıq poeziyasında Ələsgər mərhələsinin 

mahiyyətini  şərh etmişdir: “Ələsgər klassik ədəbiyyatın fikri 

dərinlik, tipikləşdirmə və bədii ümumiləşdirmə qanunlarını aşıq 

poeziyasının canına hopmuşdur” (104, 495) ideyasını irəli 

sürməklə Ələsgər şeirinin əsl elmi-nəzəri qiymətini vermişdir. 

Ədibin yaradıcılığında “Folklor və musiqi” mövzusu da 

mühüm yer tutur. Tədqiqatdan aydın olur ki,  xalq yazıçısı 

folkloru milli musiqinin qidalandığı başlıca qaynaqlardan biri 

sayır. Onun “Sənətin qüdrəti” (102, 99-105), “Bir-birinə bağlı 

iki keyfiyyət” (102, 225-234), “Xalqın böyük bəstəkarı” 

(102,346-66). “Üzeyir Hacıbəyov sənət və  sənətkarlıq 

haqqında” (102,405) əsərlərində Üzeyir sənətinin qüdrəti 

folklorla, xalq musiqisi ilə bağlı  şəkildə  şərh olunur. Yazıçı 

göstərir ki, ana laylası kimi eşitdiyimiz muğamat, xalq havaları 

Bethovenin, Çaykovskinin ölməz 

əsərlərindən həzz  

almağımıza mane olmur. Əksinə onların musiqi aləmini dərk 

etməkdə təfəkkür aydınlığı yaradır. 

Üzeyir musiqisinin orijinallığı, novatorluğu haqqında 

dərin məzmunlu mülahizələri ilə M.İbrahimov musiqişünasların 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 147 


yolunu işıqlandıran fikirlər irəli sürmüşdür. Odur ki, tədqiqatda 

M.İbrahimovun folklora bağlı görüşlərini üç istiqamətdə 

ümumiləşdirməyin mümkün olduğunu əsaslandırmalı olmuşuq. 

1. Ədəbiyyatşünaslığa, sənətkarlara, ədəbi əsərin təhlilinə 

həsr etdiyi əsərlərdə, publisistik məzmunlu məqalə  və 

çıxışlarında folklorla bağlı mülahizələr. 

2. Folklora həsr olunmuş  əsərlərdə, dastanlar, ustad 

aşıqlar folklordan bəhs edən əsərlər haqqında məqalələrdə irəli 

sürülmüş fikirləri. 

3. Teatr, musiqi mədəniyyətimizə aid əsərlərdə folklora 

münasibət. 

Göründüyü kimi, M.İbrahimov folklora dair görüşləri 

onun bədii yaradıcılığı ilə bir vəhdət təşkil edir. O, bir sənətkar 

kimi bədii əsərlərdən folklora körpü salmışdır. 

İlk qələm təcrübələri olan “Zəhra” (1929), “Mələk” 

(1930), “Qaçaq” (1932) hekayələrində  sənətkarlıq cəhətdən 

bəsitlik duyulsa da,xalq adət-ənənələrinə münasibət, onların 

münasibət,  onların müsbət cəhətlərini yaşatmaq səyi özünü 

göstərmişdir. 

Mirzə İbrahimov hekayələrdə atalar sözünə, zərbi-məsələ 

yaradıcılıqla yanaşır. Çox zaman folklor nümunələri heka-

yələrin süjet xəttində, üslubunda həlledici mövqe tutur. “Yüz 

ölç, bir biç” atalar sözü “Məntiq  Həsənoviç” hekayəsində, “Qız 

papaq deyil ki, bu başdan o başa qoyulsun” misalı “Etibar” 

hekayəsində, “İgidin adı çıxınca, canı çıxsa yaxşıdır” atalar sö-

zü “Metamorfoza” hekayəsində əsərin quruluşunda, bədii görü-

mündə xüsusi məna yaradır. Bilavasitə hekayələr folklor motiv-

ləri ilə canlanır,  bədiilik həmin nümunələr üzərində qurulur. 

Həm də bu hal Mirzə İbrahimovun, hekayə yaradıcılığının özü-

nəməxsus keyfiyyəti kimi üzə çıxır. Adətən Mirzə hekayələrin-

də folklor deyim tərzi təbiilik keyfiyyəti yaratmışdır. 

Xalq sınamaları, mifik təfəkkürdən doğan inamlar da 

sənətkarın bəhrələndiyi qaynaqlardan biridir. “İran qızı” (95, 

349-371) hekayəsində “bayquş ulaması”, “toyuq banlaması”, 



Fazil Əliyev 

 

 148


“tonqal başında” (95, 20-51) hekayəsində öz ürəyini çıxaran 

qəhrəman Elcan haqqında Kərim kişinin söylədiyi  əfsanə-

rəvayət bunu aydın göstərir. 

Hekayə və povestlərində folklordan bəhrələnmə yüksələn 

xətt üzrə davam edir. Altmışıncı illərdə  qədərki hekayələrdə 

folklor motivləri  əsasən atalar sözləri, zərbi-məsəllərdən 

ibarətdir. Lakin altmışıncı illərdən sonra yazdığı  əsərlərdə 

“Fırtına quşu” (25), “Sahildə ev” (95, 437-502) povestlərində 

folklor üzdə deyil, daha dərin qatdadır, folklor bu əsərlərin 

məzmununda əks olunur. 

İri həcmli nəsr  əsərlərində 1940-cı illərdə yazılmış 

“Gələcək gün” romanında folklor deyim tərzi  əsərin daxili 

qatından yeraltı sular kimi süzülüb keçir.  İlk oxunuşda bu 

cəhət diqqəti cəlb etmir. Əsərin folklor üslubunun tədqiqi 

göstərir ki, nağılvari söyləmələrin azlığı, eyni zamanda ictimai-

siyasi məzmunun üstün mövqeyi folklor motivinin üzdə 

olmasına imkan yaratmır. Musa kişinin başına gələn faciələr, 

onun zindanda düşdüyü dəhşətli vəziyyət nağıl və dastanlarda 

ifadə olunan eyni məzmunlu hadisələrlə səsləşir. 

“Gələcək gün” romanında atalar sözləri, sınamalar, alqış 

və qarğışlar,  xalq deyimləri folklor motivinin özülünü təşkil 

edir.  Əsərdə  rəvayətlər, folklor obrazları nisbətən az yer tutsa 

da romanın məzmunu ilə  dərindən  əlaqələnir. M.İbrahimov 

sənətinin təbiiliyi, özüllüyü hər bir ifadənin xalq deyim tərzinin 

öz məqamında işlənməsi ilə  səciyyəvidir. “Gələcək gün” də 

hazır folklor nümunələrindən bəhrələnmə daha çox üzdədir. 

Tədqiqat göstərir ki, M.İbrahimovun folklordan bəhrələn-

mə imkanı “Böyük dayaq” romanında xüsusi pilləyə qalxmış-

dır. Sanki “Gələcək gün” əsərində  dərin məcrada qərarlaşmış 

folklor qatı “Böyük dayaq” romanında dağ çayı kimi üzə  çıx-

mışdır. Folklor xalq yazıçısının fərdi sənətkarlıq üslubunda 

həlledici mövqe qazanmışdır. Bu romanda “folklor nəfəsi” 

güclüdür. Rüstəm kişi obrazının dilində xalq deyimləri zəngin 

olduğu kimi, onun şəxsiyyətində, xarakterində  də folklor 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə