Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 125 


Mirzə  İbrahimov xalqın özünü dərketmə, milli və  bəşəri 

düşüncə  tərzinin formalaşmasında mühüm yer tutan sənətkar-

şəxsiyyətdir. O, xalqdan bəhrələnərək  ədəbiyyatımızın söz 

xəzinəsinin zənginləşdirdiyi kimi folklorumuza, ana dilimizin 

fəlsəfi dərinliyinə xidmət edən ifadələr də  işlətmişdir. 

“Pərvanə” romanında belə orijinal hikmətli sözlər  kifayət 

qədərdir.  

“-Elə adamlar var ki, onlara dilin qandıra bilmədiyini 

qılınc qaldırar”, “Nifrət yağış suları kimidir: özünə iynə gözü 

qədər yer  elədimi,  getdikcə ovub dərinləşdirəcək”, “Bu 

dünyaya zülmü, ədalətsizliyi, paxıllığı, tamahkarlığı,  

pozğunluğu-hamısını bir ana doğub”. O, ananın adı    sərvətdir 

(104,205). 

“Nadanlıq odur ki, insan özündən əqlindən başqa hər şeyə 

inanır”, “O yerdə ki, zülm var tamahkarlıq var”, “Nə düzlük 

olar nə dostluq” (104,396), “Günahsız qan yerdə qalanda təzə 

cəlladlar yetişir”, “Kasıb uşaqlarının ayaqları yer tutan gündən 

iki mürəbbi yol göstərəni olur. Bunlardan biri ehtiyacdır, o o 

biri  əmək”, “Bir cəmiyyət ki,  mənim təbii haqqımı  mənə bir 

sədəqə kimi təqdim edir, o cəmiyyət yaxşı sayıla bilərmi?”, 

“Daxili şövqə, həvəs insanın ürəyində olur” (104,470). 

Fazil Əliyev 

 

 126


 

MİRZƏ İBRAHİMOVUN DRAM ƏSƏRLƏRİNDƏ 

FOLKLOR İNCİLƏRİNDƏN İSTİFADƏ 

 

 M.İbrahimov “Həyat” (1935), “Madrid” (1937), “Mə-



həbbət” (1941),  “Közərən ocaqlar” (1967), “Bəşəri komediya” 

(1968) adlı dramları, “Kəndçi qızı (1962), “Yaxşı adam” (1963-

1964) kimi komediyaları ilə teatr  mədəniyyətimizin inkişafın-

da öz yeri olan sənətkardır. 

  Xalq  yazıçısı nəsrdə olduğu kimi, dram əsərlərində də 

folklordan bəhrələnməyə xüsusi önəm  vermişdir. M.İbrahimov 

ilk səhnə əsəri “Həyat” dramını 1935-ci ildə yazmışdır.  Döv-

rün hadisələrini  əks etdirən bu əsərdə folklor motivləri  əsasən 

atalar sözü və  məsəllərdən ibarətdir.  Dialoqlarda işlədilən 

folklor  nümunələri  əsərin ideyası ilə  sıx bağlıdır. Obrazların 

müsbət və  mənfi qütbdə dayanmasından asılı olaraq seçilmiş 

nümunələr fikrin dərinliyi və  kəsərli olmasına xidmət edir. 

Əsərin qəhrəmanı  Həyatın işlətdiyi atalar sözləri, məsəllər 

bunlardır: “Ağac yarpağını payızda tökər”, “Ölümsüz həyat 

yoxdur”, “Bir yerdə qalan su iylənər”, “Dəmir döyülməzsə 

bərkiməz”, “İgidin adını  eşit,  üzünü görmə deyərlər”, “Mus-

mus deyincə bir dəfə Mustafa de, qurtarsın getsin”,  “Tələdən 

səs  çıxmaz”, “Söylənən söz, atılan addım, yayından çıxan ox 

bir daha geri qayıtmaz”, “Ailəni dağıtmaq asandır, qurmaq 

çətin”, “Bir canavar qılıqlı tülkü itirmişik”.  Əsərdə, mənfi 

qütbdə dayanan Süleymanın da  atalar sözləri və  məsəllər 

vasitəsilə daxili mənəviyyatı aşkarlanır. 

“Cücəni payızda sayarlar”, “Ac toyuq yuxusunda darı 

görər”, “Saç uzun ağıl gödək”, “Cidanı çuvalda gizlətmək 

olmaz”, “İlanın ağına da lənət, qarasına da”, “İt hürər, karvan 

keçər”, “Adamın gərək adamı olsun”, “Atalar sözüdür, 

arvadınan at-ikisi də birdir. Cilovunu çəkmədən aparıb salacaq 

səni dağa-dərəyə”, “Kimin nə  həddi var mənim ayranıma turş 

desin”, “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir”,  “Yuxarı 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 127 


tüpürür bığdır, aşağı tüpürür saqqal”, “İtnən yoldaş ol, çomağı 

əlindən yerə qoyma”, “Dərə xəlvət, tülkü bəy”. 

Süleyman birinci gündən həyatı başqalarına qarşı 

qaldırmağa çalışır. Həyat deyir: “Ehtiyat igidin yaraşığıdır”, 

“Ancaq hər kəsə şübhə etmək də axmaqlıqdır”, Süleyman ona 

“Cücəni payızda sayarlar” atalar sözü ilə cavab verir. Həyat 

atalar sözündən düzgün nəticə  çıxarır.    Süleyman  isə  bəd 

əməllərini işlətdiyi atalar sözü ilə  pərdələyir, həm də öz 

daxilində  hələ çox işlər olacağını biruzə verir. Akiflə  Həyatın 

arasını vurmaq üçün deyir: “İlanın ağına da lənət, qarasına da.  

Arvadın pisi pisdir, yaxşısının atasına lənət”. Atalar sözündən 

özünün alçaq niyyətini yerinə yetirmək üçün istifadə edir.  

akifdə  şübhə oyatmaq məqsədilə maymaq Həsənovun adından 

istifadə edir.  həyatın raykom katibi Nadirovla əlqəsi olduğunu 

söyləyir.  Akif əsəbiləşəndə isə deyir: “... İt hürər karvan keçər 

-  Həsənov ha desin...  Həyat ki, onun dediklərinə baxan deyil, 

onsuz da dediklərini ödəyəcək” – iki başlı fikir oyadır, atalar 

sözündən riyakarlıq məqsədilə istifadə olunur. 

Mirzə İbrahimov folklordan bəhrələnməklə dram əsərində 

məna dərinliyi və  məntiqi tutum yaradır.  Obrazların atalar 

sözünə,  zərbi məsəllərə münasibəti onların kimliyi, amalı ilə 

sıx bağlıdır. Həsənovun işlətdiyi “Avazın yaxşı gəlir, oxuduğun 

Quran olsa”, “Meşədə çaqqal az idi, biri də  gəmi ilə  gəldi”,  

“Kəndə darğa gəlib”, “Külün altında köz varmış” sözləri ilə 

Süleymanın firvasına uyub Həyatın  əl-ayağına dolaşır.  

Abbasın kolxoz sədri seçilməsinə etiraz edərək deyir: 

 

“Şümurə, Yezidə  gələn lənət mənim atama gəlsin,  əgər bunu 



kolxoza buraxam”.  

Beləliklə, tamaşaçı  Həsənovu boş,  aşağı  səviyyəli bir 

adam kimi tanıyır.  Əsərdə  Həsənov sosializmin tipik 

nümayəndəsi kimi təqdim olunur. 

“Həyat” dramında  əlliyə  yaxın atalar sözü və  məsəl 

işlədilmişdir.  Əsərdə ideomatik ibarələr,  aforizmlər də xeyli 

yer tutur. Bundan başqa altı bayatı  və iki qoşmadan istifadə 

Fazil Əliyev 

 

 128


olunmuşdur.  Bütün bunlar gənc qələm sahibi Mirzə 

İbrahimovun  şifahi xalq ədəbiyyatı ilə  əlaqəsinin möhkəm 

olduğunu göstərir.  

 “Ölmə  eşşəyim, ölmə, yaz gələr yonca bitər”, “Ağzına 

çullu dovşan sığışmır”,  “Halva-halva deməklə  ağız  şirin 

olmaz”, “İt yiyəsini tanımır” “Qurd ürəyi yemisən”, “Səs 

çoxalanda qiymətdən düşər”, “Dədəmə ehsan deməmişəm”, 

“Hər kəs odu öz qabağına çəkir”, “Soğan yeməmisən, için niyə 

göynəyir”,  “Həqiqət zamanın övladıdır” kimi xalq  yaradıcılığı 

nümunələri əsərin milli olmasına,  bədii dilin emosional-üslubu 

çalarını artırır. 

  Gəncliyin məhəbbətini ifadə edən xalq  deyimləri əsərdə 

xoş əhval-ruhiyyə oyadır. Tofiqin oxuduğu: 

 

 



 

 

 



Ağacda var mazılar 

 

    Könlüm 

səni arzular 

 

 

 

 

 

Əyil üzündən öpüm, 

 

    Qoy 

baxsın tamarzılar. 

 

    Özü 

bülbül, 

 

    Sözü 

bülbül, 

 

 

 

 

 

Saçı sünbül Tərlanım. 

 “Gəl-gəl sənə qurbanam” – gözəlləmə-bayatı  əsərə bir 

təravət gətirmək, tamaşaçını yormamaq məqsədilə 

işlədilmişdir. 

  

 

 



 

Şikayətim var o xandan, 

 

    O 

sultandan, 



xandan 

  

 

 

 

Bir dəstə gül olaydım, 

  

 

 

 

Asılaydım yaxandan” (68,24). 

Bayatı iki aşiqin Tofiqlə, Raufun dialoqunu canlılıq və 

təbiilik ab-havası ilə zənginləşdirmişdir. Öz məqamında işlənən 

bu folklor incisindən bəhrələnmə əsərdə bədii tutum yaradır.   

Gənc Abbasın oxuduğu bayatı isə qovuşmaq həsrətilə 

yaşanan aşiqin intizar duyğusunu əks etdirir: 

   

 

 



 

Qızıl gül oyun-oyun, 

   

 

 

 

Dərim sinəmə qoyum, 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə