Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 109 


keçərsən, onu dəxi keçərsən və  həm səninlə gürəşəlim, məni 

basarsan, onu dəxi basarsan-dedi” (46,47). 

  “Şah İsmayıl və Gülzar” dastanında deyilir. “Ərəbzəngi 

də öz atına mindi. Qəndəhara tərəf yola düzəldilər. Dərələrdən 

sel kimi, təpələrdən sel kimi getdilər” (67,165). 

Mirzə  İbrahimov dərvişlə bağlı xalq arasında gəzən 

rəvayətlərdən bəhrələnərək  Şortanla Nargilənin  əhvalatını 

qələmə almışdır.  Şortan İlyas bəyin qardaşı oğludur. “Dillərdə, 

ağızlarda belə söz gəzirdi ki, o hələ ana bətnində ikən ağır 

nəfəsli bir dərviş ona qarğayıb, bəddua oxuyub, üfləyib 

anasının üzünə  uşağı  lənətləndirib. Guya bu uşaq bədğur 

olacaq, böyüyüb kişi olanda kimi olsa, arvadı altı aydan artıq 

yaşamayacaq” (104,183). 

Şortan aldığı dörd arvadı altı ayın içində döyə-döyə 

öldürmüşdü. Cahan xanım  əvvəlcə günüsü Afəridəni aradan 

çıxarmaq üçün Şortana vermək istəyir. Bu qurğu baş tutmur. 

Oğlu Xaspoladın Nargilənin kölgəsində  bəhrələnməsindən 

qorxuya düşən Cahan sonra da Nargilənin  Şortana almağı 

çalışır.  

Cadulanmış Nargiləni, cadulanmış  Şortana calayan 

Cahan xanım Qaratelə deyir: 

  “ – Necə Şortan, o da elədir. Sən heç özünə dərd eləmə. 

Bu işlər Allah işidir, sənin-mənim  əlimdən nə  gələr? Qoy 

getsin, deyirlər ki, iki cadulu evlənəndə çox vədə ikisi də şəfa 

tapır”(104, 593). 

Mifik təfəkkürün izlərini bu iki surətdə görmək olar.  

Bədğur lənətlənmiş Şortan “Kitabi-Dədə Qorqud” dastanındakı 

Təpəgözü xatırladır. Təpəgöz insanlara ziyan gətirən qüvvəni 

təcəssüm etdirdiyi kimi, Şortanın da əməlləri, səfehliyi dörd 

arvadın ölümü ilə nəticələnmişdir və belə bir inam yaranmışdır 

ki, “Guya onun əlində beş arvad həlak olmalı 

imiş”(104,183).Şortanın obrazı  əsərdə mistik dini etiqadın 

məhsulu,  əcaib məxluq donunda təqdim olunur. Dastandakı 

Təpəgöz də  əcaib, yırtıcı bir məxluqdur.  “Təpəgöz Oğuzdan 



Fazil Əliyev 

 

 110


çıxdı. Bir uca dağa vardı. Yol kəsdi, böyük hərami oldu” 

(67,114). 

Qanmaz, insan cildində  əcaib  canlı  təsiri bağışlayan 

Şortanın hərəkətləri cadugərliyə, mistik etiqada nifrət doğurur. 

Nargilə də dastan və nağıllardan gəlmə bədii obrazdır. Həm də 

işıqlı, təfəkkür genişliyi ilə  fərqlənən obrazdır. Müəllif dərviş  

etiqadı ilə dünyaya gələn qəhrəmanlar silsiləsinin uğurlu 

cəhətlərindən bəhrələnərək bütöv bir obraz yaratmışdır. Onun 

simasında həyata açıq gözlə baxmaq, nikbin olmaq, ismətini 

gözləmək, təhsil almaq, yeri gələndə at çapmağı, saz tutmağı 

bacarmaq kimi xüsusiyyətlərin qadın və  qızlarımıza yad 

olmadığını təsvir etmişdir. 

Təmizlik, açıqlıq Nargilə obrazını oxucunun gözündə 

ucaldır. Özünün tədbiri, ağıllı  hərəkəti nəticəsində sevdiyi, 

mərd, sinəsi sazlı-sözlü çoban Qəsdana qoşulub gedir.  Bədğur 

Şortanın canını qurtarır. Toy gecəsi Şortanı asırlar. 

Xalq yazıçısı Nargilənin çalıb-oxumağı bacarmasını 

təsvir etməklə bu obrazdakı dastan qəhrəmanlarının məxsus  

qabiliyyətini varlığını  təsdiq etmişdir. Nargilənin aşıq  şerində 

oxuduğu seçmələr məzmununa görə əsərdə qoyulmuş ideya ilə 

yaxından səsləşir. 

Aşıq Əsmərin : 

 

 

 



 

Zəhər qatdılar aşıma, 

 

 

 

 

Bəlalar gəldi başıma. 

     Baxmadılar göz yaşıma. 

 

 

 

 

Satdılar kaftara məni. 

 

 

 

 

Ağ yal canavara məni (104.621) 

Gəraylısının yanıqlı misraları toy məclisinin ab-havasına 

olduqca uyğun gəlir. 

Qadın aşıqlarımızdan  Şərabanı xanımın qoşması da 

Nargilənin dilində qadın  əsarətinə, köləliyə ittiham kimi 

səslənir. 

   

 

 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 111 


   

Qoyun deyil, qoyunlara qatım mən, 

   

Öküz deyil, çovdara satım məni, 

  

Ana, məni bir nadana verdilər 

  

Günahıma, babalıma girdilər (104.622) 

Aşıq poeziyasına müraciət olunmasında iki cəhət özünü 

göstərir. 

1. Hazır folklor nümunəsi təsvir edilən hadisə ilə, əsərin 

məzmunu ilə üzvü şəkildə bağlanır. Folklordan yaradıcılıqla 

bəhrələnmək sənətkarın uğur qazanmasına səbəb olur. 

2. Sənətkar özünə sadiq qalır. Aşıq poeziyasını dərindən 

tədqiq edən yazıçı, onun təbliğinə, oxucunun qəlbində bu sənət 

incilərinə məhəbbət oyatmağa  diqqət yetirir. 

Mirzə 


İbrahimov folklorun lirik növündən 

bəhrələnməkdən də  ədəbi təcrübə qazanmış ustad sənətkardır. 

“Pərvanə” romanında istifadə etdiyi qoşma və bayatılar bunu 

təsdiq edir. 

Hürü kədərə üstün gəlmək, ümidsizlikdən yaxa qurtarmaq 

üçün çıxış yolunu mahnı  və  əməkdə görür.  Sahibə    corab 

toxuya-toxuya oxuduğu bayatılar onun qəlbində  kədər qarışıq 

həzin bir sevinc oyadır. 

 

 

 



 

 

Yar qoydu bağda məni, 



 

 

 

 

 

Nə ağır çağda məni... 

 

 

 

 

 

Ölsəm Leylitək ölüm, 

 

 

 

 

 

Gəzsinlər dağda məni. 

 

 

 

 

 

Eldən aralar məni. 

 

 

 

 

 

Gözlərim yolda qalıb 

 

 

 

 

 

Basır qaralar məni (104,134). 

Professor P.Əfəndiyev demişdir: “Mahnı xalqın həyatı, 

iztirabı, sevinci və  kədəridir. Mahnılar insanların həyəcanları, 

düşüncələri, daxili-mənəvi hisslərilə əlaqədardır” (41,114). 

Mirzə İbrahimovun seçdiyi bayatılar, aşıq şerləri, obrazın 

xarakteri, psixoloji halı ilə  sıx bağlı olur. O, folklordan öz 

məqamında istifadə etməyə xüsusi sənətkarlıqla yanaşmış, 

Fazil Əliyev 

 

 112


folklorun  ən incə  mətləblərinə  dərindən bələd olduğunu 

göstərmişdir. 

Ədib yazır: “Təsadüfi deyil ki,  dastanlar və 

nağıllarımızdakı  qəhrəmanların böyük bir qismi ya şair, ya da 

aşıq və gözəl nəğməkardır, onlar öz xoş  və  məlahətli səsi ilə 

adamları valeh edir, mübarizəyə ruhlandırır, ağır dəqiqələrdən 

kədərini dağıdıb, ümidsizliyə qapılmağa qoymur”(103, 304). 

Hürü xanım da ağır dəqiqələrdə mahnı oxumaqla özündə 

nikbin  əhval-ruhiyyə yaradır. Romanda bayatı  və qoşmalarla 

yanaşı, saz havaları da sənətkar işləməsində gözəl təsir 

bağışlayır. Sazda dil açan havalar sanki obrazları oxucunun 

gözündə canlandırır, yaşadır. Vəfadarın çaldığı “Ruhani” 

havası bacısı Səkinəni, dostu əməldaşı Cəfəri ağladırdı: 

“Vəfadar isə “Ruhani”nin misilsiz cazibəsinə  və  təsirinə 

qapılaraq tamamilə qeyb aləminə getmişdi, bu dünyadan 

xəbərsiz kimi hey çalırdı. Onun yumulu gözlərinin dalında 

nəhayətsiz işıqlı bir dünya açılmışdır... bu dünya günəşli, nurlu 

bir dünya idi” (104,78). 

Sazın sehiri insana zamanın acısını unutdurur, onu həyat, 

yaşamaq uğurunda mübarizəyə səsləyir. Burada sənətin qüdrəti

aşıq şeirinin hərarəti sənətkar qəlbini ehtirasa gətirmişdir. Xalq 

yaradıcılığının zəngin xəzinəsindən bəhrələnən sənətkar, nəsri-

mizin poetikasını, ana dilimizin gözəlliyini üzə çıxarmışdır. 

Mirzə  İbrahimov 1960-cı ildə yazdığı “Tükənməz xə-

zinə” əsərində göstərir ki,  elin aşıq adına layiq gördüyü adam-

lar, sözün və sazın hörmətini uca tutmuşdur. Xalqa görə  aşıq 

şəxsi həyatında da təmiz və nəcibdir, tamahkar ehtiraslarını bo-

ğandır, ümumxalq işinə sadiqdir, ədəb-ərkan sahibidir, çoxları-

na nümunə ola bilər” (102,395). 

Aşığın  şəxsiyyəti haqqında dəyərli fikirlər söyləməklə 

yanaşı, M.İbrahimov bədii əsərdə də özünə sadiq qalmışdır. O, 

Vəfadarın atası  Aşıq Kərəmi oxuculara təqdim edərkən yazır: 

“O, yaxşı aşıqlığı ilə və əsl aşıqlara məxsus gözəl sifətləri ilə ad 

qazanmışdır... Gözü, könlü tox olduğu kimi, özü də mərifətli və 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə