Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 113 


ağır adam idi. İstər ustadnamələr, istərsə  də  aşiqanə 

gözəlləmələr dediyi zaman, mizan gözlərdi. Ona-buna qaş-göz 

oyatmağı sevməzdi. Eyni zamanda məclisləri çox şirin 

keçirərdi. Buna görə  də toy edənlər onun vədəsini iki-üç ay 

əvvəldən almalı olurdular”.  

“Aşığın  şəxsiyyəti necə olmalıdır?” sualına  əsərdə çox 

düzgün cavab verilmişdir. Aşıq sənəti ilə bağlı “Saza hörmət” 

fikri də romanda çox gözəl  şəkildə öz əksini tapmışdır. 

Vəfadargül Səfiqulunu öldürdükdən sonra (Cəfər,  İdris, 

Reyhan, Səkinə) gecə ilə  kənddən çıxırlar. Vəfadar sazını 

çoban Qəsdana bağışlayır.  Qəsdan da sazı Nargiləyə verir. 

Yanıqlı mahnıları  sazda çalıb oxuyur. Mirzə  İbrahimov aşıq 

qoşmalarından da istifadə etmişdir.  Səlim ağanın təklifi ilə 

çoban Qəsdanın oxuduğu qoşma : 

 

 

 



 

 

Ay bəy, gəzirsən hallı, havalı, 



 

   Süleyman 

 

mülkünün 

yiyəsi kimi? 

 

 

 

 

Nədəndir yaxşının başın kəsməyə 

 

 

 

 

Hazırsan xəncərin tiyəsi kimi. 

 

qoşmasında  İlyas bəyin portretini yaratmaq imkanından 



bəhrələnmişdir.  Çoban Əfqanın qoşmasından istifadə edən 

müəllif yadda qalan bir lövhə yaratmışdır. 

Aşıq qoşması həm də əsərin ictimai məzmunca dolğunlu-

ğuna səbəb olmuşdur. M.İbrahimov aşıq  şerinin təsir gücünə, 

ictimai  əhəmiyyətinə görə mövqeyini düzgün qiymətləndir-

mişdir.  

Qori seminariyasında Səfərəli müəllim folkloru şagirdlərə 

mənimsətməyə çalışır: “Şagirdlərin  şifahi və yazılı  ədəbiyyat-

dan hansı nümunələri, hansı xalq məsələlərini, hansı bayatı və 

qoşmaları  əzbər bildiklərini yoxlayırdı. Lövhənin qabağına 

çıxan uşaq həmin parçanı söyləməli və sonra da qısaca təhlil 

etməli idi” (104,451). 



Fazil Əliyev 

 

 114


Bu dialoqda folklor nümunələrini necə  tədris etmək 

məsələsi də ortaya atılmışdır.  Şifahi xalq ədəbiyyatına dərin 

məhəbbətdən doğan belə cəhətlər Mirzə İbrahimov sənətinin əsl 

novator  xüsusiyyətlərini təsdiq edir. Əsərdə görkəmli ictimai-

siyasi xadim Nərimanovdan da bəhs olunmuşdur. Nərimanın 

dərsdə “Koroğlu” dastanından “Gətirin” rədifli qoşmanı  əzbər 

deməsi simvolik məna daşıyır. Çünki ondan əvvəl çıxış edənlər 

aşıqanə bayatı və şeirlərdən danışdıqları halda Nəriman döyüşə, 

azadlığa çağırış motivli qəhrəmanlıq dastanına müraciət edir 

(104,452). 

M.İbrahimov xalq yaradıcılığı ilə yazılı  ədəbiyyat 

arasında bir körpü hesab etdiyi aşıq poeziyasının inkişafına, 

dilimizin zənginliyinə böyük təsir göstərmiş Vaqif şeirinin 

çeşməsindən də  bəhrələnmişdir.  Onun “Pəri” şeirini Nəriman 

axıra qədər söyləyir. 

Şeirin, sözün gözəlliyini yazılı  ədəbiyyata gətirməkdə 

sənətkar iki mühüm vəzifəni yerinə yetirmişdir: Birincisi, 

əsərdə müəllifin məqsədi, sənət dili və oxucuya deyəcəyi fikir 

daha yaxşı aydınlaşır;  İkincisi, məqamında işlədilən bədii 

nümunələr yazılı  ədəbiyyatın qanında, canında  əbədiləşir. 

Folklor əsərdə xəlqilik və üslub aydınlığı yaradır. 

 M.İbrahimov lirik folklor nümunələrindən istifadə 

edərkən zahirdə sadə görünən,  əslində isə böyük tərbiyəvi 

əhəmiyyəti olan məsələlər qaldırır. Səfərəli müəllim 

seminariyaya uşaq yığmaq üçün kəndləri gəzir. Kəndlərin 

birində Nadir adlı uşağın yaddaşından möcüzəli söhbət edirlər.  

O, Nadirin yaddaşını yoxlamaq üçün aşağıdakı qoşmanı deyir: 

   


 

 

                          Bəd övladı əzəl gündən tanıram. 



  

 

Çör-çöp yığar, yad ocağın yandırar. 

   

 

Səhər durar, ar-namusun gözləməz, 

   

            Suyu tökər öz ağacın söndürər. 

   


 

 

 



 

                          




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 115 


Abbas bu sözləri deyər sərindən. 

  

 

Arxı vurun suyu gəlsin dərindən. 

   

 

Söz bir olsa, dağ oynadar yerindən,  

          El bir olsa, zərbi kərən sındırar. 

... Nadir qoşmanı dərhal südəzbər söyləyir. Sonra  uşağın 

xoruzu təqlid etməsinə qulaq asır. 

Folklor nümunələri bayatı, qoşma, atalar sözləri fikrin 

məntiqi tutumuna təsir etdiyi kimi, yaddaşı  möhkəmlənməsinə 

də  təsir edir (104,525). Romanda hazırcavablıq, yaddaş 

möhkəmliyi haqqında klassik ədəbiyyatda  əksini tapan 

rəvayətlərə  də diqqət yetirilmişdir. Sultan Yaqub hazırcavab 

olduğu üçün quzu otaran kəndli balası  Həbibini saraya aparır.  

Həbibi sarayda bir şair kimi şöhrət tapır. 

Folklor deyim tərzi “Pərvanə” romanında xalqın həyatı 

ilə bağlı  səhifələrdə daha canlı görünür. İctimai-siyasi 

məzmunlu səhifələrdə isə mühakimə, gələcək haqqında 

düşüncələr üstünlük təşkil edir. bu cəhətdən yanaşdıqda 

romanın birinci hissəsi daha çox “folklor-roman” təsirini 

bağışlayır. Bu hissədə dastan süjetləri, folklor  işığı da yenidən 

canlandırılmışdır. 

Mirzə  İbrahimov xalq yaradıcılığının çoxçeşidli 

nümunələrindən istifadə edən nadir təfəkkürə malik sənətkardır. 

Tədqiqat göstərir ki,  xalq həyatının bütöv sahələri onun 

əsərlərində öz əksini tapmışdır. Xüsusilə “Pərvanə” romanında 

xalqın şəxsiyyətini, psixologiyasını, təfəkkür tərzini, sevinc və 

kədərini özündə  cəmləyən bütöv “xalq obrazı” yaşayır. 

Xalqımıza məxsus, milliliklərin sınağından çıxmış folklor 

nümunələri, mifik təfəkkürün təsdiqi, inam və etiqadlar bu 

“xalq-obrazı”nda toplanmış, bədii biçimdə yazıçı təfəkkürünün 

işığında oxuculara çatdırılmışdır. 

Xalqın keçirdiyi mərasimlər də  sənətkar diqqətindən 

kənarda qalmamışdır.  İlyas bəyin oğlu Səfiqulunun dəfn 

mərasimi əsərdə bütün təfsilatı ilə təsvir edilmişdir. 



Fazil Əliyev 

 

 116


“Böyük həyat adamla dolub boşalırdı.  Ağsaqqal,  

qocalar,  qarasaqqal kişilər, bığıburma cavanlar axın-axın gəlib-

gedirdilər. Tabutun başında, hətta,  ayağında bir neçə molla 

oturub aram ilə Quran oxuyurdu” (104,353). Yas mərasiminin 

təsvirində diqqətçəkən  cəhət budur ki, yazıçı bu mərasimdən 

İlyas bəyin daxili mənəviyyatını üzə  çıxarmaq məqsədilə 

istifadə etmişdir. Səlim ağanın dili ilə İlyas bəyin daxili aləmi 

üzə    çıxarılır: “Ay kaftar, havayı  şöhrət  əsirisən. Yalançı, 

iyrənc, şöhrət! Oğlunun ölümündən də öz şöhrətin üçün istifadə 

etmək istəyirsən” (104,354). 

Romanda Nargilənin toy mərasimi də  sənətkarlıqla təsvir 

edilmişdir.  Toy söhbətindən aydın olur ki, kişilər və qadınlar 

ayrılıqda otururlar. Gəlini yengələr, tay-tuşları geyindirib 

bəzəndirirlər! Gəlini gündüz deyil,  gecə yarısı  oğlan evinə 

aparırlar. “Gecə yarısına qədər get-gəl vurhavur, zurna-balaban 

səsi davam etdi. Gecə yarısı  bəylə  gəlini bir faytona oturub 

Şortanın evinə yola saldılar”(104,623). 

Əsərdə Novruz mərasiminin doğurduğu fərəh və sevinc 

hissi də ilhamla qələmə alınmışdır. Bu mərasim qışın bitməsi 

və yazın gəlməsi ilə başlanır. O, insanlara sevinc verən, onları 

ruhlandıran ən maraqlı mərasimlərdən biridir (40,78).  

Novruz bayramı Yusif Vəzir Çəmənzəminlinin “Qan 

içində” romanında da təsvir edilmişdir.  “Xalq adətincə, yeni ili 

hansı bir əhval-ruhiyyə ilə qarşılasaydı, guya eyni, əhval-

ruhiyyə ilin sonuna qədər davam edərdi.  Odur ki, üzlər 

gülümsəyir, qəmi, dərdi unutmağa çalışırdılar”. 

“Pərvanə” romanında Novruz bayramından üç həftə  

sonra evlərdə bayram şirnisinin qaldığından, piyalələrindən 

solmaqda olan səmənilərdən danışılır. Aydın olur ki,  şəhərdə 

bayram sevinci hələ davam edir.  kübar xanımların  əlləri hələ 

xınalıdır.  Kasıb evdə yaşayanların isə  əllərində  xınanın “ala-

tala” izləri qalmışdı. 

M.İbrahimov xalqına inanan nikbin ruhlu sənətkardır. O, 

Novruzun  doğurduğu şadlığı təsvir etməklə, xalqımızın ən ağır 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə