Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 105 


vadar edirdilər. Onlar Sahib müəllimə qarşı birləşir, onu 

təkləməyə çalışırlar, bu  kafərə yaxınlaşan, evində, süfrəsinin 

başında ona yer verən hər kəs özünü müsəlmanlıqdan kənar 

etmiş olur deyirdilər. Hacı  Əli və Molla Nisə obrazları 

vasitəsilə müəllif dini adətlərdən xalqı  cəhalətdə saxlamaq 

vasitəsi kimi necə istifadə olunduğunu aşkarlamışdır. 

Mülkədarların, mollaların, tacirlərin mənafeyi Sahib 

müəllimin təzə məktəblər açmaq təşəbbüsünü rədd edir, avam-

lıq, cəhalət yayan məhərrəmlik mərasiminin genişlənməsini tə-

ləb edirdi. Molla Nisə nağıl və dastanlarda obrazlaşan qarıların 

tipik nümayəndəsidir. dastan və nağıllarda müxtəlif xasiyyətli 

qarılar çoxdur. Ümumiyyətlə  götürüldükdə isə iki qrup qarı 

vardır: Xeyirxah qarılar, bədxah-küpəgirən qarılar. 

 “Sehirli üzük” nağılında deyilir: “Gecənin bir vaxtı 

imansız qarı durub bunların burnuna bihuşdarı üflədi, barma-

ğıyla oğlanın burnunu tutdu, oğlanın nəfəsi daraldı, ağzını açdı, 

qarı əlini  salıb dilinin altından üzünü götürdü” (14,195). 

“İbrahim və Hürnisə” dastanında  İbrahimi oğulluğa 

götürmüş Ziyəd Həraminin yoldaşları onları bir-birindən ayır-

maq üçün qarıdan istifadə edirlər. 

“Qarı sənlə işimiz var. Qarı dedi: 

-Xeyir işdi? Allah heç xeyir verməsin! Oğlu atadan 

eləmək, qızı anadan eləmək, qardaşı bacıdan eləmək işidirsə 

yanıma gəlin. O işlərin mən ustasıyam (67,225). 

Molla Nisə imansız qarıların sırasındadır. Bu falçı, 

sehrbaz, ara mollası Sahib müəllimin kərbəlayi Nəcəf kişinin 

ailəsinə yaxınlıq etməsindən  qəzəblənir. Qasım otağı bəzəmək 

üçün Nəcəf kişinin arvadı Həlimədən qızıl üzüyünü verməsini 

tələb edir. Molla Nisə üzüyün əziz bir yadigar olduğunu bilir, 

ona görə də Həlimə xanımdan bu üzüyü alıb, ona dağ çəkməyə 

çalışır. Həlimə bu işə etiraz edir, onu qapıdan qovur. “Molla 

Nisənin qəzəbli siması köçəri qazanı kimi qaraya çalırdı, 

işıldayan gözləri isə ətrafa vahimə yayırdı. O, ara vermədən bəd 

duanı oxuyub, divara üfləyirdi: 



Fazil Əliyev 

 

 106


- Dağılsın! Tarimar olsun bu evi!” (104,387). 

Müəllif folklordan bəhrələnərək falçı, sehrbaz obrazı 

yaratmışdır. Bu obrazla bağlı  səhifələr  əsərdə çox təbii və 

inandırıcı görünür.  Qarşısındakını vahiməyə salmaq üçün rola 

girən bu həyaz qarının hərəkətləri  əsərdə konflikt, dramatik 

vəziyyət yaradır. Molla Nisənin dediyi “Vaxt ikən ver ki, 

qapını  əcinnələrə tanıtmayım” – sözləri oxucunu həyəcanlan-

dırır, onu intizarda saxlayır. 

Folklor əsərdə ifadə olunan ideyanın tutumlu, təbii veril-

məsində müəllifin imkanını artırmışdır. Sahib müəllimə, Kər-

bəlayı Nəcəf kişinin ailəsinə qarşı fitnəkar mövqe tutan bu tüfe-

yli ünsürlər, - Hacı  Əli və Molla Nisə kimləri folklordakı  şər 

qüvvələrin yazılı  ədəbiyyatda canlandırılmış  bədii surətləridir. 

Onlar müəllifin təfəkküründə daha da dolğunlaşmış, dövrün 

tələbinə uyğun olaraq ictimai-siyasi məzmun kəsb etmişlər. 

Molla Nisəyə  və Hacı  Əliyə  Nərimanın qardaşı Salman həcv 

yazır. Həcvi dinləyən Sahib müəllim deyir: 

“- Lap yaxşı yazmısan, ver uşaqlara  əzbərləsinlər, bu 

cadugərlər, bu əməlbazlar bu yalançı vəkillər yıxdı xalqın evini, 

minbir cəfəngiyyatlarla yatırdılar cəhalət içində. Nadanlıq 

içində...” (104,400). 

Romanda folklor obrazları, dastan və nağıl süjetləri 

çoxşaxəlidir. Dəvəçi Kərəmin qızı Nargilə ilə bağlı  xətti belə 

süjetlər içərisindən xüsusi yet tutur. Dəvəçi Kərəmin arvadı 

Qaratelin üç uşağı anadan ölü  doğulmuşdur. Molla Səmədin 

məsləhəti ilə  Dəvəçi Kərim Xorasana getdi. Üləma kitab açıb 

dedi ki, günah iş tutub, ona görə  də; -“Şeytanın yüz min 

törəmələrindən biri girib oturub Qaratelin bətnində bir-bir 

uşaqları boğub salır yola” (104,557). 

Dəvəçi Kərim dua yazdırdı, pirə nəzir dedi. Lakin üçüncü 

uşaq da ölü doğuldu. Qaratelin qoynuna dördüncü uşaq 

düşəndə kəndə çarvadarla birlikdə vahiməli, yaraşıqlı bir dərviş 

gəldi. Onun cadugər olduğu kəndə yayıldı. Təzə  gəlinləri, 

göyçək arvadları xəbərdar etdilər ki, saçınızdan bir tük dərvişin 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 107 


əlinə keçdi, məhv olacaqsınız: “Gedib bir dərədə oturub 

cadulayacaq, tük dönüb olacaq uzun bir kəndir, keçəcək 

boğaznıza, bir ucu da dərvişin  əlində, hara dartdı quzu kimi 

dalına düşüb gedəcəksiniz” (104,558). 

Sehrkar dərviş kəndə qorxulu bir vahimə salır. Camaatın 

yuxusuna haram qatılır. Heç kəs  qorxusundan deyə bilmir ki, 

dərviş  ağa indi də başqa kəndə get. Ata-babadan eşitdikləri;  

“dərvişin nəfəsi ağır ağır olar! Dərvişi narazı yola salmazlar” 

(104,550) inamı camaatın əl-qolunu bağlamışdı. 

Püşkə görə  Dərviş  Dəvəçi Kərəmin evində qalası olur.  

Camaata sehr və cadudan hekayətlər danışır. Xurcunundan iki 

narı  çıxarıb, guya behiştdən göndərilib deyə, Qaratelə verir.  

Beş gün Dəvəçi Kərimin evində gecələyir.  Dua yazır, 

əcinnələri Qaratelin bədənindən “qovmaq” üçün cənfəşanlıq 

edir. Cadugər dərvişin verdiyi narla, “dünyaya gələn Nargilənin 

sehr-caduya tutduğunu söylədilər, tilsimdən qorxdular. Nargilə 

böyüyüb gözəl göyçək qız oldu”. 

Nağıl və dastanlarda dərviş obrazı, dərvişlərin qarğışı, 

alqışı, sehr – cadusu haqqında hekayətlər istənilən qədərdir. 

“Qaraqaşın nağılı” (14,148-162) bu cəhətdən maraqlıdı. 

Nağılda tilsimli dərvişdən söhbət gedir.  Dərviş və onun tilsimi 

nağılın əsas süjet xəttini təşkil edir; 

“Dərviş ayılıb gördü ki, odunçunun arvadı yoxdu. Durub 

gəldi o olan şəhərə. Bir də gördü ki,  Qaraqaş budu evdən çıxıb 

gedir. Tez əlini atıb Qaraqaşı tutdu. Bir tilsim oxuyub Qaraqaşı 

elədi bəni-insan” (14,151). 

Uşaq həsrəti ilə yaşayan ailələrə “alma verməklə” 

xeyirxahlıq göstərən dərvişlərə dastanlarda daha çox rast 

gəlirik; “Al-dərviş” nağılında bir dərvişi dağarcığından al-

qırmızı alma çıxarıb Hatəm padşaha verir və deyir; “Sənin 

oğulun olacaq. Adını Sayərəp qoyarsan” (14,199). 

“Nəcəfxan və  Pərizad xanım” dastanında isə tacir 

Məhəmmədlə, tacir Əhmədi sonsuzluq dərdindən qurtaran 

dərviş haqqında oxuyuruq: 



Fazil Əliyev 

 

 108


“Dərviş dedi: 

- Almanı ortadan tən yarı kəsin. Ağ tərəfi birinizə qalsın, 

qırmızı tərəfi birinizə. Həmin almanın bir üzü qızdı, bilmərəm 

hansı  oğlandı. Hansı  qızdı  hər kəs almanı aparsın öz külfətiy-

nən nəsf-təam eləsin. Birinizin oğlu, birinizin qızı olacaq. 

Yolun uzaqlığına baxmayıb, gərək evləndirəsiniz. Çünki bir 

almadan əmələ gəliblər. 

Dərviş sözünü tamama yetirib qeyb oldu” (67,124). 

“Tahir və Zöhrə” dastanında isə Əhməd vəzir övlad dərdi 

çəkərkən dərviş ona bir alma verir; 



“Ey  Əhməd vəzir! Dünən sənə verdiyim almanı 

götürüb Sultanın hüzuruna gedərsən. 

Sultanın hüzuruna gedirsən. Almanı tən ortasına iki yerə  

bölərsən. bir parçasını sən öz arvadınla yeyərsən, bir parçasını 

da Hatəm Sultan öz arvadı ilə yeyər,  İnşallah, hər ikinizin 

övladı olar” (104,5).  

Dərvişlərə ikili münasibət vardır:  Sehrkar-hiyləgər 

dərvişlər və xeyirxah qüvvəni  əks etdirən dərvişlər. Folklorda 

bir qayda olaraq dərvişin xeyir-duası ilə doğulan uşaqlar gözəl, 

qüvvətli və  ağıllı olurlar. Bu “folklor ənənəsi” Pərvanə 

romanında da öz əksini tapmışdır.  Nargilə  qəddi-qamətli 

gözəldir, həm də çox ağıllıdır.  O, on üç-on dörd yaşında zirək 

bir qız kimi tanınır.  Molla Səməddən yazıb-oxumağı öyrənir.  

At çapmağı, saz çalmağı da bacarır: 

“Nargilə  yəhərin üstündə  qırğı kimi oturaraq gah belini 

dala qatlayır, gah da qabağa verərək atı dörd nala qovurdu” 

(104,580). Nargilə ilə Xaspoladın çadıra çıxdıqları qoşa at 

çapmaları, bir cəhətdən çaparların məşğul olduğu “qızı qov” 

oyununu xatırladır. Bu oyun qazaxlıların milli oyunu kimi indi 

də at sürənlər arasında keçirilir. Nargilə at çapmaqda göstərdiyi 

şücaətə görə dastan qəhrəmanlarını xatırladır. Baniçiçəyin 

Beyrəklə yarışı bu cəhətdən səciyyəvidir. Özünü Baniçiçəyin 

rəfiqəsi adlandıraraq deyir: “Əgər sənin atın mənim atımı 

keçərsə, onun atına dəxi keçərsən, həm səninlə ox atalım, məni 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə