Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 81 


düşürlər. Koroğlu “Özünü saxlaya bilməyib... mən heç kəsi  

burada güclə saxlamıram”- deyir. Dəlilər Çənlibeldən getməyə  

hazırlaşanda Nigar ayağa durur. Onlar Nigarın bir sözünü iki 

etməzdilər. 

Koroğlunun rəftarından inciyən Nigar da ondan küsür, 

üzdöndərir, sazı götürüb deyir: 

                      Utan, qoç Koroğlu utan! 

                      Dağların damənin tutan! 

                      Sənin kimi başa çatan 

                      Elin qədrini nə bilər” (45,141). 

Koroğlu peşman olur. Nəhayət, Nigar xanım onu 

 

dəlillərlə barışdırır. Səkinə  də  əri Rüstəmin el gözündən 



düşməsini istəmir, onun ötkəmliyindən , xalqa yuxarıdan 

baxmağından narazı qalır. Rüstəm kişinin vəzifəyə artıq 

yaramadığını  hər kəsdən  əvvəl dərk edir və  vəzifəni təhvil 

verməyi ona məsləhət görür: “-Sən başlamısan, başqaları başa 

çatdırar. Dədə-babadan belədir, biri biçib biri yeyib. Bir də ki, 

üzü sulu getsən yaxşıdır.  İndi ki, camaatla dil tapa bilmirsən, 

çəkil kənara” (97, 447). 

“Böyük dayaq” romanında tədqiq olunmuş folklorizmlər-

atalar sözləri, məsələlər, xalq sınamaları, qoşma, bayatılar, 

əfsanə-rəvayətlər, dastan qəhrəmanlarına məxsus obrazların 

təsirində folklor üslubunun mühüm yer tutduğunu göstərir. 

Folklor üslubu əsərdə  bədii dilin fərdiliyinə, emosional 

olmasına, aydınlığına səbəb olmuş, ana dilimizin təravətli, 

qüdrətli, həzin bir dil olduğunu üzə çıxarmışdır. 

Professor A.Axundov yazır: “Mirzə İbrahimovun dili elə 

bil ki, Səməd Vurğunun dili ilə bir ailədə  bəslənib boya-başa 

çatmışdır. Səmədin dili bədii dilimizin bərli-bəzəkli, abırlı-

həyalı romantik gəlindirsə, Mirzə  İbrahimovun bədii dili bu 

gəlinin ağıllı və tərbiyəli, gözəl və alicənab qardaşıdır” (19,17). 

Tədqiqata  əsasən inamla demək olar ki, M.İbrahimovun  

bədii dili  romanında folklor qaynağında cilalanmış xalq deyim 

tərzinin, hikmətli ifadələrin, odeomatik səpkili deyilişi 



Fazil Əliyev 

 

 82


üstünlüyü ilə fərqlənmişdir. Çoxçeşidli folklor nümunələrindən 

bəhrələnmək əsərin dilinin təbii və axıcı olmasına mühüm təsir 

göstərmişdir. Belə çoxçeşidli folklor nümunələri ilə bağlı təsvir 

və ifadələr, folklor tərzli deyilişlər bol-bol işlənmişdir.  

Aparılmış    araşdırmada belə  qənaət oyadır ki,  əsərin bədii 

dilinin yüksək səviyyədə olmasını  təmin edən cəhətlərdən 

birincisi xəlqiliklə bağlıdır. Xəlqilik əsərdə milli-mənəvi ovqat 

yaratmış, onun daha təbii olmasına mühüm təsir göstərmişdir.   

Əsərdə istifadə edilmiş, xalq deyim tərzindən qidalanmış  bəzi 

ifadələrə diqqət yetirək: “Saqqalını subaylıqda ağartmayacaqdı 

ki, “Qara gözlərindən qığılcım çıxır”, “Görünür sənin məcazın 

tənqidləşib, saqqalın ağardıqca yerişini itirirsən”, “Lap anasının 

burnundan düşüb, “Sən niyə marıtlayıb durmusan, üzümdə ərik 

ağacı bitməyib ki”, “Yığıb gora aparmayacağıq ki? ”, “Xasiyyət 

don deyil ki, təzəsini tikdirəsən”, “Arvadın bu cür quyruğunu 

düydüyünü heç görməmişdim”, “Daşı bizim bostana atırsansa, 

bil ki, nahaqdır”, “Ələkçinin qıl verəni”, “Ay arvad, sən niyə 

yuyulmamış çömçə kimi düşmüsən ortalığa”, “Mən sən deyən 

xoxlardan deyiləm”, “Onda mən göstərərəm, ağ üz hansıdır, 

qara üz hansı”, “Qəlbdən-qəlbə salırıq”, “Rüstəm kişi kəndə 

qayıdanda bıçaq vursan qanı  çıxmazdı, “Ər arvadın qiyamət 

yoldaşıdır, “Toydan sonra nağara?!, “Qiybət olan evdə 

məhəbbət olmaz”, “İpini qırmış dana kimi qaçdın kəndə”,  

“Adını çək, qulağını bur, “Qanacaq varlı-kasıblıqnan olmur ha

südnən ana döşündən  əmirlər! ”, “Boynu armud saplağı kimi 

uzanmışdı”, “Danışmağın yeri deyildi, susanda isə dişi 

bağırsağını  kəsirdi”, “Karın könlündəki özünün olsun”, “Əli 

boş, üzü qara”, “Rüstəm kişinin ipinin üstünə odun yığmaq 

olmazdı”, “Ağır günlərin ömrü az olar”, “Başımızın altına 

yastıq qoymuşuq”, “Papağı qoy qabağına, gör nə qayırırsan”, 

“Səni mən göydə axtarırdım, yerdə  əlimə düşmüsən”, “Sən 

qurd ürəyi yemisən”, “Dırnağınan  ət kimiyik”, “Mən çörək 

itirən adam deyiləm”, “Qulağım döyənək olub, ay rəhmətlik 

oğlu”, “Bir-birinin kölgəsini qılınclayırlar”, “Bu nə  qırsaqqız 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 83 


olub, yaxama yapışdı”, “Adamın bəxti yolüstündə olar”, 

“İslanmış yağışdan nə qorxusu”, “Vaxt var ikən cilovu 

çəkilməlidir”, “Bir sözün daşdan keçər”, “Ahın dağlara- 

daşlara”, “Ay aman, adamın canına üşütmə düşür”, “Qızılgül 

kimi pardaqlanıb açılmışdı”, “Az aşın duzu deyil ha”, “Zər 

qədrini zərgər bilər, nə bilər hər divanə”, “Həmişə döşünə 

döyənlərin əskisini tüstülü görmüşəm”, “Sən də mənə mollalıq 

eləmə!”, “Uzun sözün  qisası,  əl-ayağını biraz yığışdır, otur 

evdə”, “Elə bil suyu sovrulmuş  dəyirmandır, nə  gələn var, nə 

gedən”, “Əlini qoy ürəyinin üstünə, lap xətirnən get”, “Öküzün 

gönü qalar, igidin adı!”, “Qibləm də olsan üzümü sənə tutub 

namaz qılmayacağam”, “Üzü sulu getsən yaxşıdır”, “Abırımı  

tökdülər  ətəyinə”, “Lal Hüseyn gözdən pərdə asır”, “İlanı 

quyudan çıxaran Fatmadan pisdir”, “Atalar deyir ki, ağıl yaşda 

deyil, başdadı”, “Haramzadə arvad etibarsız olar”, “Sən 

gələndən  əriyib çöpə dönüb”, “Atalar deyib ki, gecənin 

xeyrindən, gündüzün şəri yaxşıdır”, “Ağlamayan uşağa süd 

vermirlər”. 

Bu nümunələrə diqqət yetirdikdə aydın olur ki, bir çox 

atalar sözləri və  məsələlərin məzmununa  əlavələr edilmişdir. 

Şərh olunan fikrə müvafiq olaraq müəllif hazır nümunələrə 

“əlgəzdirmiş” dir. Əsərdə: “Toydan sonra nağara”, Od olmayan 

yerdən tüstü çıxmaz”,  Rüstəm kişinin ipinin üstündə odun 

yığmaq olmaz”, “Karın könlündəki özünün olsun”, “Toydan 

sonra nağara”,  “Xoş gəldin bayram ağa”,  “At ölər nalı qalar,  

igid ölər namı qalar”,  İpinin üstündə çöp yığmaq olmaz”,  “Kar 

könlündəkini anlar”, “Zər qədrini zərgər bilər”, “Yanmayan 

yerdən tüstü çıxmaz” və s. 

 Ümumiyyətlə götürsək, M. İbrahimov romanda atalar 

sözləri və  məsələlərdən  əsasən olduğu kimi istifadə etmişdir: 

“Örtülü  bazar, dostluğu pozar”,  “Ağır oturar, batman gələr”,  

“Göz  gördüyünə alışar”, “Uman yerdən küsərlər”,  “Ev  

sözsüz, kor əzabsız olmaz”,  “Çox yemək adamı az yeməkdən 

də qoyar” və s. 



Fazil Əliyev 

 

 84


"Ağır otur batman gəl" atalar sözünü Rüstəm kişi qızı 

Pərşan üçün deyir. Bu atalar sözü təmkinli olmağa çağırır. 

Lakin Rüstəm kişinin dilindən söyləndiyi üçün əsərdə  həm də 

onun mühafizəkarlığını, “Qız un çuvalıdır, hara qoysalar orda 

durar” qənaəti ilə yaşadığını göstərir. 

Maya ilə Qaraşın arasında soyuqluq, inciklik baş verər-

kən Səkinə oğlu Qaraşa “Atalar deyib,  ev sözsüz, gor əzabsız 

olmaz” – deyə müraciət edir.  atalar sözü geniş şərh olunması 

tələb olunan bir fikri çox yığcam şəkildə ifadə edir. Beləliklə, 

təfəkkürü hərəkətə  gətirən folklor, deyim tərzi  əsərin məz-

mununa hopur, bədii dilin cilalanmasına, axıcılığına  şərait 

yaradır.  

Bir qayda olaraq atalar sözü və  məsəllər “atalar deyib”, 

“yaxşı deyiblər ki” məzmunlu ifadələr ünvanlı girişlərdən 

istifadə olunur. Obrazın təbiətinə, mənəviyyatına uyğun atalar 

sözlərinin işlədilməsi  əsərdə  səciyyəvi cəhət kimi özünü 

göstərir. Telli arvad deyir : “Stol bu yastı Salmanı, bu Salman 

yapalağı gör necə şişirdib, gör qarnındakı buynuzları necə üzə 

çıxarıb. Nə yoldaş tanıyır, hamını buynuzlayır. Yaxşı deyiblər 

ki, Allah dəvəyə qanad versə  uçurmamış dam qoymaz”. Bu 

kiçik parçada işlədilən atalar sözü  Salman obrazını yaratmaq 

üçün sənətkarın imkanını  qat-qat artırır. 

“Böyük dayaq” romanında alqışlar, qarğışlar,  şöyüşlər, 

eyham və yanımalar da əsərin təbii axarında özünü göstərir:  

“Qoy xöşbəxt olsunlar”, “Yığıb gora aparmayacağıq ki?”, 

“İstəyirsən lap get moltanı  gətir”, “Ala, kül töküm danışdığın 

sözə!”, “Bizi ələ salmısan?”, “Sənin cilovunu çəkmək mənə 

borc olsun”, “Yaltaq köpəkoğlu”, “Evin yıxılsın”,  Atana 

lənət”,  Nə qır saqqız olub, yaxama yapışdın”,  “Çor deyirəm, 

azar deyirəm”,  “Əriyib çöpə dönüb”,  “İt kimi peşman olub”, 

“Tülkü kimi orada pusursan”,  “Erkək balıqdan utanan padşah 

qızından deyil ki”, “Ay  imanı yanmış”,  “Haqqı- sayı ayaq 

altına atanı çörək tutsun, haq-say öldürsün”,  “Sən də  mənə 

mollalıq eləmə”,  “Özünə  xəlbir çala bilmir, başqasına  ələk 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə