Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 49 


 

 

MİRZƏ İBRAHİMOVUN ROMANLARINDA XALQ  

YARADICILIĞINDAN İSTİFADƏ 

 

 



 Folklordan, xalq yaradıcılığından bəhrələnmək, bu 

qaynar çeşmədən istifadə etmək istedadı  hər kəsə qismət olan 

nemət deyildir. Bunun üçün sənətkar xalq ruhunu dərindən 

duymalı, ona qırılmaz tellərlə bağlı olmalıdır. V.Q.Belinski 

demişdir: “İnsanı xəlqi edən onun təbiətidir. Buna görə də onun 

üçün xəlqi olmaqdan asan bir şey yoxdur. Təbiətinizdə bu 

olmadan isə  nə  qədər əlləşsəniz də xəlqi ola bilməyəcəksiniz” 

(21,96). 

M.İbrahimovun təbiətində xalqa məhəbbətdən doğan ülvi 

hiss yaşayır. Bu hiss xalqı  dərk etməkdə, onun duyumunu, 

deyim tərzini, təfəkkür müstəqilliyini öyrənməkdə daim 

sənətkarın yol yoldaşı, yaxın sirdaşı olmuşdur. Yazıçının iri 

həcmli nəsr  əsərində, atalar sözləri, sınamalar, alqış  və 

qarğışlar, zərbi-məsəllər, xalq deyimləri,  əfsanələr, dastan və 

nağıllardan kəlmə, süjet oxşarlığı-folklor üslubu aparıcı 

mövqedə dayanır. Xalq yazıçısı yaratdığı  əsərlərin milli 

tutumunu qabarıq vermək üçün folklor materiallarına daha çox 

istinad etmişdir. 

Mirzə İbrahimovun ilk iri həcmli nəsr əsəri olan “Gələcək 

gün” romanında “Pərvanə” və “Böyük dayaq” romanlarından 

fərqli olaraq folklor üslubu nisbətən həlledici yer tutmur. Mü-

şahidələr göstərir ki, Mirzə  İbrahimovun bədii yaradıcılığında 

və elmi-nəzəri,  ədəbi-tənqidi görüşlərində folklora müraciət 

müharibədən sonrakı, əllinci illərdə daha geniş olmuşdur. Məhz 

həmin illərdə yaranan əsərlərdə folklor üslubu yazıçı üçün 

başlıca meyara çevrilmişdir. 

“Gələcək gün” (1948-1951) romanında isə ilk baxışda 

folklor nəzəri o qədər də  cəlb etmir. Lakin əsərdə folklorun 

necə  əks olunduğunu öyrənməyə  səy göstərildikdə müəyyən 

Fazil Əliyev 

 

 50


məsələlər aydınlaşır. Musa kişinin ailəsinin başına gələn 

faciələr,  Ərdəbil kəndlilərinin ağır vəziyyəti ürək göynədən 

yanıqlı bir folklorvari dillə ifadə olunmuşdur. 

Ərdabın oğlunu döydüyü üçün şəhərdən qovulmuş 

Firidunun başına gələn  müsibətlər dastan və nağıllarımızda 

təsvir edilən hadisələrlə  səsləşir.  Əsərdə  kənd  həyatından 

lövhələr ustalıqla  yaradılır: “Bol məhsul kəndlilərin hərəsində 

bir fikir, bir xəyal oyatmışdır. Çoxları bu payızda oğlunun 

toyunu eləmək, qızına cehiz almaq, inəyini ikiləmək həsrətilə 

yaşayırdı.... Ərbabın da haqqını, mollanın da, fəqir - füqəranın 

da payını  və öz güzəranını da bir qaydaya  salmaq mümkün 

olacaqdı. Kəndlilərin  əksəriyyəti belə  xəyal edir və sevinirdi” 

(95,115). 

Xırmanın təsviri  əsərə  təbillik və  həzinik gətirir. “Bu 

zaman uzaqdan, lap uzaqdan bir bayatı səsi qalxdı. Firidun bu 

səsi yuxudamı, ayıldıdamı eşitdiyini seçə bilmirdi. Ona şirin bir 

ana laylası  qədər xoş  gələn bu səs, bir xəyal kimi mavi 

boşluqlara axıb gedirdi. 

                                           Təbriz üstü Marağa 

                                           Zülfün gəlməz darağa 

                                           Gecə- gündüz dalınca 

                                           Gəzdim soraq- sorağa. 

Bu löhvə ərbablarını zülmü altında əzab çəkən kəndlilərin 

nikbinliyini, həyat eşqini itirmədiyini göstərir. Folklorun 

nikbinliyinə çağırış ideyasından yazıçı  məharətlə istifadə 

etmişdir. 

Əsərdə xalq təfəkküründən doğan xeyli yığcam ifadələr 

işlədilmişdir: “Dünya malından başqa bir həvəsləri yox idi”, 

“Şələ-  şüləni yığışdır, buralarda izini-tozunu görməyim”, 

“İlahi, dərgahına min şükür, dedi-biz yedik doyduq, acları da 

sən doydur”, “Düsmən toxmağıdır, Allah saxlasın”, “Yaxsı 

arvad da, gözəl qız da kasıbın başına bəladır”, “Yenə  Ağa 

dədəmi yandırdı, dişinin dibindən çıxanı dedi” , “Bu siçan hələ 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 51 


çox ipləri çeynəyəcəkdir”, “Gözəl ağa gözəldi, çiçək də 

çixartdı”, “Quyruğu qapı arasından çıxanda”. 

Belə ifadələr, məsəllər  əsərin təhkiyəsində canlılıq və 

təbillik yaratmağa müsbət təsir göstərir. Musa kişinin dilindən 

söyləyən “Düşmən toxmağıdır, Allah saxlasın” ifadəsi oğul 

övladına xalqın bəslədiyi ümid və inamı  əks etdirir. Yenə 

həmin surətin işlətdiyi “Yaxşı arvad da, gözəl qız da kasıbın 

başına bəladır” məsəli dərin mənanı  yığcam  şəkildə ifadə 

etmişdir. Qızı Gülnazın  gözəlliyi ailəyə sevinclə bərabər kədər, 

qorxu hissi gətirmişdir. Bu səksəkəli  hiss Musa kişi kimi 

oxucunu da sehirləyir. Gülnazın taleyi necə olacaq? Sualına 

cavab  axtarma ehtirası  əsərin “bir nəfəsə” oxunması istəyini 

doğurur.  

Folklordan sənətkarlıqla bəhrələnmək nümunəsi olan belə 

işləmələr Mirzə İbrahimovun  bədii irsi üçün səciyyəvi haldır. 

Ədib  əsərdəki surətdəki mənəvi keyfiyyətlərini, xarakterlərini 

üzə  çıxarmaq məqsədilə folklor numunələrindən  yaradıcılıqla 

istifadə edir. Dəmiryolçu Sərxan evində kirayədə qalan 

Firudunun yanında arvadı Firəngizi döymək istəyir. Firudun 

mane olarkən ona “çəkil” deyib təhqir edir. Lakin dörd gündən 

sonra peşmançılıq çəkdiyini bildirir. “Ev söhbətsiz, gor əzabsız 

olmaz  “Bağışla” deməklə Firidunun qəlbində bir yüngüllük 

yaradır”. Folklor nümunələri həm müsbət, həm də  mənfi 

surətlər haqqında oxucuda rəy yaratmaq məqsədi ilə  də 

işlədilir. 

Cənubi Azərbaycan xalqının soyulmasında, xarici ağalara 

yaltaqlığında ad çıxarmış Hikmət  İsfahaninin dilindən 

söylənilən lətifəyə diqqət yetirsək bunu aydın görərik. O, Kürd 

Əhmədlə söhbətində guya “xalq dərdini” çəkdiyini bildirmək 

üçün deyir : -  Ərbabla nökəri  şəhərə gedirmişlər. Yolda 

gecələyirlər. Atı  nökərə tapşıran ərbab yəhəri də başının altına 

qoyub yatır. Hərdən ayılıb atı nökərdən soruşur: 



Əli bala? 

Bəli ağa... 

Fazil Əliyev 

 

 52


Nə eyləyirsən, bala? 

Ulduzları sayıram, ağa. 

Say, bala say. Çox böyük iş görürsən, say. 

At  ordadımı? 

Bəli, ağa, burdadı... 

Üçüncü dəfə eyni sorğu başlayanda atı oğurlatmış nökər 

cavab verir: “Ağa, fikir eləyirəm ki, at getdi cəhənnəmə; bəs 

indi bu yəhəri kimin belinə qoyacağıq”. 

Hikmət İsfahanilər öz mürtəce əməllərini əsaslandırmaq, 

xalqın gözündə kül üfürməkdə folklor nümunələrindən öz 

xeyirlərinə  işlətməyi bacarırlar: “Hansı  məmləkətdə  işsiz 

yoxdur, dilənçi yoxdur”, “Dünyada hamı ki, varlı olmaz”, “Sən 

ağa mən ağa, bəs inəkləri kim sağa”. 

Qansoranların nümayəndəsi atalar sözünə öz mənafeyinə 

uyğun don geyindirir. İşsizliyi, aclığı qanunauyğun hesab edir. 

Beləliklə, müəllif imperializmə nökərçilik edən, xalqı  əzən və 

əzdirən satqınların daxili aləmini dərk etməkdə oxucuya 

istiqamət verir. Folklordan  bəhrələnməklə mükəmməl bədii 

obraz yaradır. Romanda atalar sözü hər bir surətin təbiətinə

qarşıya qoyduğu məqsədə uyğun şəkildə işlədilir. 



Fədailərə müraciətlə Kürd Əhməd: “-Ağalar”-dedi. 

Atalar məsəli var ki, “halva, halva deməynən ağız şirin 

olmaz. Yağnan un gərək, balnan odun gərək”. “Əlbəttə  Pəh-

ləvinin rejimi pisdir. Lakin onu söyməklə tac-taxtdan əl çək-

məyəcək. Onu yıxan xalq olacaq” (44,14). Burada  Pəhləvi reji-

minə qarşı mübarizə aparan  fədailərin dilində hədəfə tuşlanmış 

atalar sözünün gücünü, təsirini görürük. 

“Folklorda xalq öz estetik idealını təsdiq etməklə yanaşı, 

estetik tənqid vasitələrilə xalq kütlələrinin təsəvvüründəki 

həqiqət, xeyir, gözəllik, ülvilik və qəhrəmanlığa zidd olan həyat 

hadisələrini rədd edir” (36, 301). 

“Gələcək gün” romanında atalar sözləri və zərb-məsəllər, 

xalq deyimləri, alqış  və qarğışlar, rəvayətlər, fikir yığcamlığı, 

sözün kəsərini artırmaq, obrazın daxili aləmini üzə  çıxarmaq 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə