Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 61 


ehtiram hissi ilə qarşılaşırıq. Rüstəm kişinin qızı  Pərşan 

oxucuya aşıq  şeirinin vurğunu kimi təqdim olunur: “Pərşan 

Aşıq  Ələsgər  şerlərini oxumaqla məşğul olduğundan artıq 

atasına baxmırdı” (98, 22). Əsərin girişi oxucunu sanki folklor 

aləminə çağırır. Briqadir Şirzadın oxuduğu bayatılar  Rüstəm 

kişinin arvadı  Səkinənin qəlbini oxşayır. Onlar bu bayatıların 

təsiri altında olduqları üçün başqa bir  şey haqqında fikirləşmir-

lər. 


       

 

 



 

Araz başdan lil gəlir, 

     

 

 

 

Dəstə-dəstə gül gəlir 

    Neyləyərəm belə yarı 

    Ayda-ildə bir gəlir. 

Rüstəm kişi bu səsi eşidib xoşhallandı” (97,12). Əslində 

Şirzadın oxuduğu bayatıların bir ünvanı vardır. Bayatılar 

Şirzadın “gözaltısı” Pərşan üçün oxunurdu. 

 

 

 



 

 

Gül getdi yatan yerə, 



 

 

 

 

 

Ay getdi batan yerə. 

 

 

 

 

 

Sinəm nişana qoydum, 

 

 

 

 

 

Yar oxun atan yerə. 

Ayrı zaman olsaydı bəlkə də Rüstəm kişi bu sözlərə fikir 

verərdi. Pərşan kimi yetişmiş qızın evinin dalında belə yanıqlı 

bayatı çağırmağın əbəs olmadığını düşünərdi” (97,12). 

Romanda başlıca surətlərdən biri də Rüstəm kişidir. O, 

əsərin qəhrəmanıdır. Yazıçı Rüstəm kişini oxucuya həm 

nöqsanları, həm də müsbət cəhətləri ilə birlikdə təqdim edir. Bu 

surət vasitəsilə adət-ənənəyə, xalq istəyinə, milli cəhətlərin 

gözlənilməsinə sənətkarın münasibəti üzə çıxır. 

Xalqın adət-ənənəsinə hörmət məsələsi Qaraşla Mayanın 

ailə qurması üstündə Rüstəm kişinin evindəki narazılıqlar, qan-

qaraldıcı  hərəkətlərdə özünü biruzə verir. Ata razılığını 

almadan, elçi göndərmədən Mayanı evlərinə  gətirən Qaraş 

sanki Rüstəm kişiyə  ağır bir zərbə vurur. Kişi adlı-sanlı toy 

eyləmək tədarükü gördüyü halda gəlin öz ayağı ilə  gəlib 

çıxmışdı. El-oba içində daxili əzab çəkən Rüstəm kişi “yarası 



Fazil Əliyev 

 

 62


qövr eləyən xəstə vəziyyətində qalır. Daxili monoloqla özündən 

soruşurdu: “ bu nə işdir ay Rüstəm kişi? Belə də arvad olar?!” 

(97, 53). 

Adət-  ənənəyə xilaf çıxan oğlunun hərəkətləri Rüstəm 

kişini ürək  gəmirən  şübhələr içində sıxırdı. Belə adətdən kənar 

evlənmənin bir cəhəti ilə  də    Rüstəm kişi barışa bilmirdi: 

“....evində yetişmiş  Pərşan vardı. Sabah Pərşan da onun kimi 

birisinə qoşulub qaçmaq fikrinə düşməyəcəkdimi? Bəs bu qızın  

ata- anası yoxdurmu, ğöbələk kimi yerdən ki, bitməyib” 

(97,54). 

Müəllif burada bədii ilgəkdən (piryomdan) istifadə 

etmişdir. Maya ilə Qaraşın evlənməsi adət-ənənədən kənar 

şəkildə icra olunmuşdur. Bu təcrübə başqalarına  da təsir 

göstərir. Onda ata-babadan qalan elçilik-şahidli toy adəti,yaxşı 

düşünülmüş el adəti zərər çəkər, pozula bilər. 

Burada müəllif bədii  şəkildə ilgəkdən istifadə edir. 

Mayanın  atası  və anası  vəfat etmisdir sözləri ilə Rüstəm kişi 

“özü gələn” gəlin haqqında müsbət təssürat yaratmağa çalışır. 

Atasız, anasız qızın Qaraşa qoşulub kəndə  gəlməsini, onların 

adət-ənənədən kənar iş tutmaları müəllifi düşündürür. Bu 

məsələnin bədii cəhətdən həlli yolunu, elçisiz gəlin gəlməsini 

qızın kimsəsiz olması ilə əlaqələndirir. Nəticə bunu göstərir ki, 

sənətkar  xalq    adət-ənənəsinin bu gün üçün də  əhəmiyyətli 

onlanlarını saxlamaq, onlardan bəhrələnmək yolunu üstün tutur. 

Mirzə  İbrahimov “Böyük dayaq” romanında Rüstəm 

kişinin simasında milli ruhlu obrazın tipik nümunəsini 

yaratmışdır. Bu obrazın xarakterində millilik öz ifadəsini 

tapdığı kimi, onun dilində  də xalq deyimi və duyum tərzi 

üstünlüyü təşkil edir. 

Qaraşın toyu məsələsində arvadı  Səkinə ilə mübahisə 

zamanı deyir: “Görürsən, tərs damarı tutub, danışma, çıx get 

havası keçəndə qayıt, bir az orasını-burasını  sığalla, pambıq 

kimi yumşalsın, istədiyinə razı sal. Səbr ilə halva olar, ey qora 

səndən” (97, 21). 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 63 


Xalq deyim tərzi obrazın təbiiliyini, canlılığını təşkil edən 

başlıca vasitələrdən biri kimi özünü göstərir: “Səninlə danışan 

gərək ağzına gərək bir batman saqqız ala ki, hövsələdən 

çıxmaya.  Batırdın rayonun maarifini, günah bizdədi ki, sənin 

kimlərini raykomun bürosuna çəkib  əlləzini  əzbərdən  

oxutmuruq” (97, 32). 

Hövsələdən çıxıb maarif müdirinin yaxasından tutmaq 

istəyəndə “lənət sənə kor şeytan!” deyə  əl saxlaması, yaxud 

Pərşana ...qız uşağı sürtülmüş aşıq kimi alça durmaz. Ağır otur  

batman  gələr” (97, 57). “Sənin çilovunu  çəkmək  mənə borc 

olsun, ay müəllim”  (97, 34), “Qaynananın  miyançılığına 

baxma, ay gəlin! Sən mənim sözümü tut, sırğa elə qulağından 

as. Adam nə qədər kiçiklik eləsə, o qədər böyüyər – deyir. Bu 

sözlər Rüstəm kişi surətinin bütövlüyü üçün zəmin yaradır. 

Müxtəlif səciyyəli hadisələrlə münasibəti onun haqqında aydın 

təsəvvür oyadır, surətin təbiəti, həyata baxışı gözümüz qarşısın-

da canlanır. 

Romanda yüzlərlə atalar sözü, zərb-məsəl, hikmətli ifa-

dələr, xalq deyim tərzli sözlərin  əksəriyyəti Rüstəm kişinin 

dilində  işlədilir. Milliliyin bu surətdə qabarıq  şəkildə üzə 

çıxmasına folklor mühüm təsir göstərmişdir. Folklorla bağlılıq 

Rüstəm kişi surətinin nitqində  fərdiliyi,  özünəməxsusluğu 

gücləndirir. Nitqin zahiri cəhətdən sadəliyi nəzərə çarpır. 

“Nitqin sadəliyi Rüstəm kişinin söz ehtiyyatının məhdudluğun-

dan deyil,  onun dil materialından istifadə üsulunun özünə-

məxsusluğundan irəli gəlir”. 

Zənnimizcə, atalar sözləri, zərb-məsəllər, hikmətli ifadə-

lər surətin dilinin sadəliyi daha çox məntiqi cəhətdən tutumlu 

olmasına xidmət edir. 

Müəllif Rüstəm kişini onun təbiətinə uyğun təhkiyə ilə 

danışdırır. Ötkəmlik, mənəm-mənəmlik  əhval-ruhiyyəsində 

xilas olmayan Rüstəm kişinin istədiyi ifadələr, xalq deyimləri, 

folklor nümunələri əsərin daha təbii və axıcı bir dillə yazılma-

sını təmin etmişdir. 



Fazil Əliyev 

 

 64


Rüstəm kişinin dilində  işlədilən folklor nümunələrinin 

mənzərəsinə diqqət yetirsək aydın olur ki, atalar sözləri, zərb-

məsəllər, aforistik ifadələr, xalqın təfəkkür tərzinin məhsulu 

olan digər nümunələr  əsərin bədii cəhətdən mükəmməl 

olmasında mühüm rol oynamışdır. Qısa desək, folklor  üslubu 

əsərin  məzmununa hopmuş, onun  bədii mündəricəsində 

həlledici  mövqe  qazanmışdır. Rüstəm kişinin dilində atalar 

sözləri aşağıda göstərilən qaydada  işlədilmişdir. Atalar sözləri 

əsərin təhkiyəsindən olduğu  kimi işlədilir. Onlara heç bir söz  

əlavə edilmir: “Səbr ilə halva bişər, ey qora səndən”, “Acıqlı 

başda ağıl olmaz”, “Toydan sonra nağara”, “Adını qoydun 

dəyirmançı, çağır gəlsin dən Koroğlu”, “Pendiri dəri saxlar, 

arvadı  əri”, “İki qoçun başı bir qazanda qaynamaz”, “Halva-

halva deməklə ağız şirin olmaz”,  “Yüz ölç, bir biç”, “Yeddidə 

alacağı yox, doqquzda verəcəyi”, “Qozbeli qəbir düzəldir”, 

“Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”, “Arı yeyib namusu 

atmısan”, "Qardaş yaxşı olsaydı, allah özü üçün yaradardı”, 

“Gah nala, gah mıxa döyürsən”, “Südnən gələn sümüknən 

çıxar”, “Od olmayan yerdən tüstü çıxmaz”, “Acın duası 

dərgaha çatmaz”, “Milçək murdar olmaz, ürək bulandırar”, “Atı 

at yanına bağlarsan, həmrəng olmasa, həmxasiyyət olar”, “Hər 

it öz çanağından yesə yaxşıdır” və s. 

Rüstəm kişi  surətinin psixoloji vəziyyəti, onun özündən 

ağıllı adam tanımamağı, qarşısındakı adama yuxarıdan aşağı 

baxmağı  və  s.  kimi  zəif və güclü cəhətləri da folklor işığında 

üzə çıxır. Onun xarakterinə uyğun deyim tərzi, təhqir etməkdən 

çəkinməmək, kobud ifadələr işlətmək, qarşıdakı adamla 

mübahisədə dözümsüzlük, nifrətini açıq şəkildə bildirmək kimi 

hallar  əsərdə canlılıq və  təbiilik məqsədilə  işlədilmişdir. 

Rüstəm surəti həyatda olduğu kimidir, süni bədiləşmədən 

uzaqdır. Çünki bu surətin varlığına folklor, xalq hikməti, 

kişilik, adət-ənənəyə bağlılıq kimi təfəkkür müstəqilliyi 

yaşayır. Rüstəm kişi sözündə möhkəmdir, xalq deyim tərzindən 

istifadə etməklə müəllif onun bu xarakterini aşkarlayır: 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə