Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

İnformasiya sistemləri menecmenti
 
152 
Hər bir müəssisədə  İS-nin yaradılmasını  və inkişafını 
planlaşdırarkən  əsas iş ona çəkilən lazımlı  xərclərin qiymət-
ləndirilməsindən başlayır. Avtomatlaşdırılmış informasiya 
sistemlərinin layihəsinin və  səmərəliliyinin obyektiv qiyməti 
göstəricilərin müvafiq sisteminin hesablanması yolu ilə təmin 
edilə bilər. Statistik qiymətləndirmə metodundan həmin 
yanaşmanın əsas fərqi bunlardır: 

 
İS-nin yaradılmasına və tətbiq edilməsinə məsrəflərin 
pul daxilolmalarına (PD) hərtərəfli baxırlar; 

 
Şirkətin gəlirlərinin pul daxilolmalarına (PD) 
hərtərəfli baxırlar; 

 
İqtisadi səmərəlilik resurslarına qənaət edilməsi 
göstəricisi üzrə deyil, əldə edilən mənfəətə görə qiymətlən-
dirilir. 
İnvestisiya layihəsi hərtərəfli işlənilib hazırlanır və 
mütləq iqtisadi əsaslandırma aparılır.  İS-nin investisiya 
layihəsinin işlənib hazırlanmasına  şirkətin maliyyə-iqtisadi 
təhlilindən başlanılır və həmin təhlillər bunlardır:  
1.
 
İS-nin tətbiq edildiyi müəssisənin maliyyə 
vəziyyətinin təhlili: 
a)
 
müəssisənin maliyyə sabitliyi; 
b)
 
informasiya sistemlərində xüsusi investisiyaların həcmi; 
c)
 
birbaşa xarici investisiyaların həcmi; 
d)
 
zəruri borc vəsaitlərinin həcmi; 
e)
 
informasiya sistemlərinə qoyulan xərclərin çıxarılma-
sının (geri dönməsinin) son həddi.  
2.Xarici iqtisadi vəziyyətin təhlili: 
a)
 
müəssisənin məhsulunun növü (həyati vacib olan, 
xammal, yüksək texnoloji və s.); 
b)
 
müəssisənin məhsuluna tələbatın elastikliyi; 
c)
 
inflyasiya səviyyəsinin proqnozu
d)
 
xammala, materiala və müəssisənin digər istehsal 
amillərinə qiymətlərin səviyyələrinin proqnozu; 


İnformasiya sistemləri menecmenti
 
153 
e)
 
müəssisənin əldə edəcəyi mənfəət həcminin proqnozu. 
Beləliklə,  İS-nin tətbiqi üzrə investisiya layihəsinin 
həyata keçirilməsinə  təsir edəcək bütün amillər təhlil edilir. 
Həm şirkətin daxilindəki qeyri-sabitlik, həm də makroiqtisadi 
vəziyyətin qeyri-sabitliyi şəraitində  İS-nin yaradılması 
layihəsini reallaşdırmaq mümkünsüzdür. 
Layihənin həyata keçirilməsinə menecmentin hazırlığı, 
həmçinin ixtisaslı personalın olması ciddi məsələ hesab 
olunur. Lakin bu məsələlərin İS-nin maliyyələşməsinə birbaşa 
aidiyyatı yoxdur. 
İnvestisiya layihəsinin əsas iş sənədi biznes plan hesab 
olunur. Maliyyə  səmərəliliyinin qiymətləndirilməsi biznes 
planın ayrıca bölməsidir.  
Şirkətin pul daxilolmalarını ya şirkətin  əsas fəaliyyəti 
üzrə  əldə edilən məcmu mədaxili, ya da İS-nin fəaliyyəti 
nəticəsində  mədaxili kimi baxılır.  Şirkətin məcmu gəlirinə 
aşağıdakılar aiddir: 
1.
 
Layihənin həyata keçirilməsinin qiymətləndirilmə-
sinin zəruriliyi  şəraitində. Belə  zərurət baza əlavələrini və 
bahalı platformaları  tələb edən çoxfunksiyalı, inteqrasiya 
edilmiş  İS-nin tətbiq edilməsi zamanı meydana çıxır. Bu cür 
investisiya layihəsinin realizasiyası xeyli maliyyə resursları və 
bəzi hallarda isə müəssisənin yenidən qurulmasını tələb edir. 
Bu zaman investisiyaların  təklif  edilən mənbələrinin  kifayət 
qədər olmasını qiymətləndirmək zərurəti meydana çıxır. 
İstənilən halda, istər İS-nin hazır variantının alınması, istərsə 
də ilkin xərclərin çəkilməsi anından  İS-in işə başlaması 
anınadək kifayət qədər çox vaxt keçir. 
2.
 
Şirkətin fəaliyyətinin nəticələrinə bilavasitə  təsir 
göstərməyən AİS-nin tətbiq edilməsi zamanı. Belə sistemlərə 
uçot və  təhlilin xüsusi sistemlərini (maliyyə, mühasibat), 
taktiki və strateji idarəetmə  səviyyələri sistemini aid etmək 
olar. Şübhəsiz, bütün sadalananlar İS menecmentin səmərəlili-


İnformasiya sistemləri menecmenti
 
154 
yinə təsir edir və şirkətin idarəedilməsi səviyyəsini yüksəldir. 
Lakin belə  İS-nin tətbiq edilməsində  şərtləndirilmiş  həmin 
müəssisələrin gəlirlərini pul daxil olunmalarından ayırmaq 
mümkünsüzdür. 
3.İstənilən tipli və miqyaslı  İS tətbiq edilməsi layihə-
sinin həyata keçirilməsi üçün şirkət borc vəsaitlərini cəlb 
edirsə. 
4.  Şirkətin biznes prosesini köklü surətdə  dəyişən və 
xeyli maliyyə resurslarını  tələb edən korporativ informasiya 
sisteminin ( KİS) tətbiq edilməsində. 
İS-nin fəaliyyətinin yaratdığı  gəlirlərə  aşağıdakı 
hallarda baxılır: 
1. Tətbiq edilən  İS müəssisənin gəlirlərinin  əlavə pul 
daxil olmalarına bilavasitə təsir edir. Yəni İS istehsal amilidir 
və müəssisənin əldə edilən gəlirinin həcmini müəyyən edir. 
2. İS-nin tətbiq edilməsində resursların (əmək, maliyyə 
və s.) o qədər  əhəmiyyətli qənaəti meydana çıxır ki, şirkətin 
məhsulunun maya dəyəri kəskin surətdə dəyişir. 
 
10.3. İnformasiya sistemlərində investisiyanın səmərəlilik 
göstəriciləri 
 
İnformasiya sistemlərində investisiyaların səmərəlili-
yinin qiymətləndirilməsi metodları bütövlükdə praktikada 
tətbiq edilən investisiyaların qiymətləndirilməsi metodları ilə 
üst-üstə düşür.  
İnvestisiya lahiyələrinin səmərəliliyi həyata keçirilən 
layihənin xərclərini və maliyyə  nəticəsini  əks etdirən 
(müxtəlif formada) tam göstəricilər sistemilə qiymətləndirilir. 
Göstəricilər başqa layihələrin qarşısında həyata keçiriləcək 
layihənin iqtisadi üstünlükləri, iqtisadi cəlbediciliyi, layihənin 
maliyyə realizəsi haqqında mühakimə yürütmək imkanı verir. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə