İnformasiya sistemləri menecmenti
174
verilənlər arasında məntiqi uyğunsuzluq aşkar edilir ki, bu
vəziyyətlərə də hazır olmaq lazımdır.
Təxminən XX əsrin 80-ci illərində yuxarıda sadalanmış
bütün fikirlər növbəti təhlil üçün zəruri olan verilənlərin
mərkəzləşdirilmiş halda saxlanılması ideyasına gətirdi. Bütün
“informasiya xammalı” sadə və aydın başa düşülən strukturda
bir yerdə saxlanmalıdır.
O vaxtdan keçən dövr ərzində verilənlərin mərkəzləş-
dirilmiş halda saxlanması ideyası əhəmiyyətli dərəcədə
inkişaf etmişdir. Buna hesablama güclərinin artımı, yeni
şəbəkə arxitekturası və internet texnologiyaları xeyli dərəcədə
kömək edir. Hazırda vasitələrin bütöv kompleksi (dəsti)
haqqında danışılır ki, onlara bir yerdə biznes intellektinin (Bİ)
sistemləri deyilir. Yuxarıda baxılmış analitik piramidaya
uyğun olaraq Bİ platformasının əsas elementləri verilənlərin
saxlanılması və OLAP sistemləridir. Məhz bu obyektlər,
adətən, tətbiqi BPM qərarları üçün platforma rolunu oynayır
və ayrıca baxılması nəzərdə tutulur.
OLAP sistemlər 1970-ci ildə ilk dəfə verilənlərin
çoxölçülü təhlili üçün tətbiqi proqram məhsulu olaraq
meydana çıxdı. Həmin məhsulun müəyyən modifikasiyası
müasir OLAP proqramlarında geniş istifadə olunur.
1992-ci ildən bu gunə kimi öncül mövqeyi əlində
saxlayan və bazarın böyük payını ələ keçirmiş birinci OLAP
məhsul Essbase buraxılmışdır.
Dörd qrupda birləşdirilmiş xarakteristikaların müəyyən
dəstinə malik olan OLAP sistemlər tərəfindən informasiya
sistemləri tanınmışdır:
-
əsas xarakteristikalar:
1)
verilənlərin çoxölçülü modeli;
2)
verilənlərin manipulyasiyasının intuitiv mexanizmləri;
3)
verilənlərin asanlığı;
4)
verilənlərin paket halında çıxarılması;
İnformasiya sistemləri menecmenti
175
5)
“müştəri server” arxitekturası;
6)
şəffaflıq;
7)
çoxistifadəli iş.
-
xüsusi xarakteristikalar:
1)
qeyri-normallaşdırılmış verilənlərin emalı;
2)
giriş verilənlərdən nəticələrin ayrı saxlanılması;
3)
olmayan verilənlərin ayrılması;
4)
olmayan mənaların emalı.
-
hesabatların qurulmasının xarakteristikaları:
1)
hesabatların çevik qurulması;
2)
hesabatların qurulmasında sabit məhsuldarlıq;
3)
fiziki səviyyənin avtomatik tənzimlənməsi.
-
ölçünün idarə edilməsi:
1)
ümumi funksionallıq;
2)
aqreqatlaşdırmanın ölçülərinin və səviyyələrinin qeyri-
məhdud sayı.
OLAP: FASMİ testi. Alət kimi OLAP tərifinin
universal meyarı FASMİ testidir (Fast Analysis of Shared
Multidimensional İnformation – bölüşdürülən çoxölçülü
informasiyanın tez təhlili). Bu abbreviaturanı - təşkil edən hər
bir detala ətraflı baxaq.
Fast (tez). Bu xassə bildirir ki, sistem orta hesabla beş
saniyəyə istifadəçinin sorğusuna cavabı təmin etməlidir. Bu
zaman sorğuların əksəriyyəti bir saniyə ərzində emal edilir.
Onlardan ən mürəkkəbi isə iyirmi saniyə hüdudunda emal
edilməlidir.
Analysis (təhlil). Sistem biznes proqramlar üçün səciy-
yəvi olan istənilən məntiqi və statistik təhlilin öhdəsindən
gəlməlidir. Və son istifadəçi üçün əlverişli olan şəkildə nəticə-
lərin saxlanmasını təmin etməlidir. Təhlilin vasitələri təşkilat
strukturunun dəyişmələrinin modelləşdirilməsini, əskinasların
konvertasiyasını, xərclərin bölüşdürülməsini, müvəqqəti sıra-
ların təhlilinin prosedurunu daxil edə bilər.
İnformasiya sistemləri menecmenti
176
Shared (bölüşdürülən). Sistem bir çox istifadəçinin
eyni vaxtda işləməsinə və verilənlərə girişin məhdudlaşdırıl-
mamasına geniş imkanlar verməlidir.
Multidimensional (çoxölçülü). Sistem çoxlu iyerarxi-
yaların tam saxlanmasını daxil edərək, verilənlərin konseptual
çoxölçülü təsəvvürünü təmin etməlidir.
İnformation (informasiya). Müxtəlif proqram məhsul-
larının gücü daxil olan verilənlərin emal olunma miqdarı ilə
xarakterizə edilir. Müxtəlif OLAP sistemlər müxtəlif gücə
malikdirlər. OLAP alətinin seçilməsində informasiya saxlanan
yerlərlə inteqrasiyanı, istismar göstəricilərini, disk məkanının
istifadəsini, operativ hafizəni tələb edən verilənlərin əvəzlən-
məsini, bir sıra amilləri nəzərə almaq lazımdır.
OLAP mövzusunu müzakirə edərkən verilənlərin
çoxölçülü saxlanmasının növlərinə də baxmaq lazımdır. Belə
ki, informasiya massivləri analitik istiqamətlərə görə məntiqi
ardıcıllıqla nizama salınır və son istifadəçilərin nöqteyi-
nəzərindən çoxölçülü olan, texnoloji reallaşdırma nöqteyi-
nəzərindən heç də tamamilə çoxölçülü olmur. Adətən,
verilənlərin saxlanmasının üç növünü göstərirlər:
-
çoxölçülü OLAP (multidimensional OLAP, MOLAP)
özü ilə təmiz şəkildə OLAP-ı, yəni, çoxölçülü verilənlər
bazasının ixtisaslaşdırılmış idarəsinin altında verilənlərin
saxlanılmasına əsaslanmış texnologiyanı təqdim edir;
-
nisbi OLAP ( relational OLAP, ROLAP ) “ulduz” və
ya “qar dənəciyi” tipinin bir və ya bir neçə sxemlərinin
əsasında verilənlərin nisbi bazalarında çoxölçülü informasi-
yanın saxlanmasına əsaslanan texnologiyadır;
-
hibrid (calaq) OLAP (hybrid OLAP, HOLAP) –
verilənlərin bir hissəsini çoxölçülü bazada, başqa hissəsini isə
nisbidə saxlayan texnologiyadır. Bu texnologiyanı saxlayan
aparat vasitələr istifadəçi üçün verilənlərin şəffaflığını təmin
İnformasiya sistemləri menecmenti
177
edirlər, çünki istifadəçi məntiq səviyyəsində çoxölçülü
verilənlərlə həmişə işləyir.
OLAP sistemlərin üstünlükləri.
İstifadəçinin nöqteyi-
nəzərindən OLAP-ın verilənlərin saxlanmasından başlıca fərqi
onun predmet mahiyyəti ilə uyğunluqda informasiyanın
strukturlaşdırılmasından ibarətdir (məhz predmet, ancaq
texniki yox). OLAP proqramlarında maliyyə-iqtisadi kateqo-
riyaları və göstəricilərindən (materialların və hazır məhsulun
növləri, satış regionları, satışın həcmi, maya dəyəri, mənfəət
və s.) istifadə edilir. Bu zaman sorğuya cavab bir neçə
saniyənin ərzində alınır. Eyni zamanda, OLAP sistemi ilə
işləyən iqtisadçı elektron cədvəllər və yaxud hesabatların
qurulmasının xüsusi vasitələri kimi adət etdiyi alətlərdən
istifadə edə bilər.
OLAP-universal alətdir. Lakin, məhz universallığı
təşkilat prinsiplərinin və xüsusi üsulların tətbiqini tələb edən
spesifik maliyyə-iqtisadi tapşırıqlar üçün onu tamamilə
uyğungələn etmir. Ona görə də OLAP proqramlar ixtisas-
laşdırılmış analitik proqramlara alternativ kimi xidmət edə
bilməz.
OLAP vasitələr verilənlərin çoxölçülü saxlanması üçün
müştəri analitik proqramları kimi tez-tez istifadə olunur.
Burada istifadəçi müəyyən idarə metodikalarının realizəsi
üçün onun adət etdiyi alətləri tətbiq edir, lakin burada emal və
təhlil üçün verilənlər OLAP serverdə saxlanılır.
11.5. BPM sistemlər
(Biznesin səmərəli idarə edilməsi-BSİ)
BPM- Business Performance Management.
Biznesin səmərəli idarə edilməsi - bu, idarənin həm
təhlilin inteqrasiya edilmiş dövri proseslərin, həm də təşkilatın
İnformasiya sistemləri menecmenti
178
maliyyə, eyni zamanda, əməliyyat fəaliyyətinə münasibəti
olan müvafiq texnologiyaların cəmidir.
BSİ müəssisələrə strateji hədəfləri müəyyən etmək,
sonra isə bu hədəflərə münasibətdə öz fəaliyyətinin effektiv-
liyini qiymətləndirmək və onlara nailolma prosesini idarə
etmək imkanı verir.
Bu zaman əsas BSİ proseslər təşkilatın strategiyasının
həyata keçirilməsi ilə bağlıdır və maliyyə əməliyyat planlaş-
dırılmasını, birləşməni və hesabatları, modelləşdirməni, effek-
tivliyin əsas göstəricilərinin təhlilini və monitorinqini daxil
edir.
Qeyd edək ki, BSİ sistemi anlayışı iki mənada istifadə
edilə bilər: idarəetmə konsepsiyası (idarəetmə qərarlarının
qəbuluna müəyyən yanaşma) və informasiya sistemi (BSİ-nin
ideologiyasını dəstəkləyən və onun praktiki realizəsini təmin
edən proqram vasitələri kompleksi ) kimi.
Hyperion korporasiyasının apardığı tədqiqatlar göstərir
ki, BSİ tətbiq olunmaqla idarəetmənin yeddi problemli
sahəsini göstərmək olar:
1)
strategiyanın və cari fəaliyyətin uzlaşdırılması;
2)
optimallaşmanın lokal xarakteri;
3)
reaksiya verməyin aşağı səviyyəli operativliyi;
4)
etibarsız informasiyaya əsaslanmış idarəetmə qərarları;
5)
yaxşılaşmaların yavaş templəri;
6)
gizli biliklər;
7)
qoyulmuş hədəflərə çatmamaq.
İdarəetmə sisteminin elementləri.
BSİ idarə sistemi
kimi özü ilə dörd əsas elementlərin kombinasiyasını təqdim
edir:
idarəetmə prosesinin iştirakçıları;
idarəetmənin interaktiv biznes prosesləri;
idarəetmənin metodları;
informasiya sistemləri və texnologiyaları.
İnformasiya sistemləri menecmenti
179
İdarəetmənin sistemi - bu, uyğun gələn informasiya
sistemlərinin dəstəklənməsində, müəyyən qaydalara uyğun
olaraq (ümumi xarakterli konsepsiyalara əsaslanmış meto-
dikalar ilə), idarəetmənin (yaxud bu proseslərə təsir edən)
müəyyən funksiyalarını (biznes prosesləri) realizə edən mene-
cerlərdir.
İdarəetmənin metodları. Ümumiyyətlə, idarəetmənin
istənilən metodologiyası iki səviyyəni saxlayır: konseptual
əsası və konkret praktiki metodikaları. Onlardan birincisi
şəraitlərdən asılı olmayan daha ümumi metodları və
yanaşmaları daxil edir, yəni belə şəraitlərdə konkret müəssisə
işləyir. Buraya idarəetmə uçotunun müxtəlif metodları,
maliyyə və istehsal planlaşdırması, həm də maliyyə
hesabatının verilməsinə tələblər aiddir. İkincisi ümumi nəzəri
prinsiplərin üzərində idarəetmənin konkret metodikaları
qurulur. Onlar bu və ya digər müəssisənin xüsusiyyətlərini
nəzərə almaqla işlənir, hazırlanır və adətən, müvafiq korpo-
rativ standartlarda möhkəmlənir. Belə metodikaları hərdən
idarəetmə praktikaları adlandırırlar (management practices).
Metodikalara aiddir:
hədəflərin müəyyən edilməsinin prinsipləri və onların
uzlaşdırılmasının reqlamenti;
biznes vahidləri modellərinin dəstəklənməsi və onlara
təsir edən amillərin müəyyən edilməsi;
planların işlənib hazırlanması və uzlaşdırılmasının
prinsipləri;
nail olunmuş və proqnozlaşdırılan nəticələrin moni-
torinqi;
hədəflərdən proqnoz göstəricilərinin yayınmalarının
qiymətləndirilməsi və idarəetmənin səmərəliliyinin yüksəldil-
məsi üçün informasiyanın tətbiqi;
maraqlı tərəflərin qarşılıqlı fəaliyyətinin reqlamenti.
İnformasiya sistemləri menecmenti
180
İstənilən halda, BSİ konsepsiyası informasiya axınlarını,
iştirakçıların rolunu, biznes qaydalarını, göstəriciləri, müvafiq
idarəetmə metodikalarını strukturlaşdırmaq, lazım olanda isə
biznesin dəyişən şəraitləri və şirkətin maraqları ilə uyğun
olaraq onlara yenidən baxmaq imkanı verir.
BPM (BSİ) sistemində idarəetmə dövrü. BSİ
konsepsiyasının əsasında idarəetmənin fasiləsiz dövrülüyü
ideyası durur və aşağıdakıları özündə birləşdirir:
inkişaf hədəflərinin müəyyən edilməsi;
hədəflərə nailolmanı müəyyən edən amillərin model-
ləşdirilməsi;
qarşıya qoyulmuş hədəflərə nailolmağa aparan hərə-
kətlərin planlaşdırılması;
səmərəliliyin əsas göstəricilərinin və plandan onların
kənarlaşmasının vəziyyətini izləmək imkanı verən mütəmadi
monitorinq;
“səmərəliliyin daşıyıcılarının” təbiətini daha yaxşı
dərk etmək imkanı verən nəticələrin təhlili;
rəhbərlərə iqtisadi əsaslandırılmış qərarları qəbul
etmək imkanı verən maliyyə və idarəetmə hesabatlarının
tərtib edilməsi.
Beləliklə, idarəetmə sistemi kimi BSİ-nin mahiyyəti
ondan ibarətdir ki, o, mürəkkəb təşkilatın idarəedilməsi
vəzifələrinə kompleks halda və daha sistemli yanaşmaq
imkanı verir. BSİ çərçivəsində strateji və taktiki səviyyələrin
vəzifələri vahid kompleksə məntiqi və texnoloji cəhətdən
uzlaşdırılmış şəkildə təsir göstərirlər.
BSİ sinfinin informasiya sisteminin funksionallığı:
Məqsədli idarəetmə. İnformasiya sistemləri inkişafın
(həm maliyyə, həm də qeyri-maliyyə göstəricilərin hesaba
alınması ilə) məqsədi strukturlaşdırmaq, aşağı həlqələrədək
məqsədli göstəriciləri çatdırmaq, vahid məcraya çoxsaylı
bölmələrin səylərinə istiqamət verən və bu məqsədə çatmanı
İnformasiya sistemləri menecmenti
181
stimullaşdıran motivasiyanın ümumi korporativ sistemini
formalaşdırmaq imkanı verir. İndikatorların məcmusu
rəhbərlərə qiymətləndirmək imkanı verir ki, şirkət verilmiş
istiqamətdə nə qədər uğurla irəliləyir və onun cari fəaliyyəti
təsdiq edilmiş strategiyaya nə qədər uyğun gəlir?
Biznesin modelləşdirilməsi. BSİ sistemi fəaliyyətin
çoxvariantlı ssenarilərini formalaşdırmaq, funksional dəyər
təhlilinin metodlarını tətbiq etməklə maya dəyərini hesabla-
maq, resurslardan istifadə edilməsini hesaba almaq və zəif
yerləri aşkar etmək imkanı verir. Bütün bunlar rəhbərə
şirkətdə baş verən hadisə və prosesləri daha yaxşı başa
düşmək və bunun əsasında qiymətləndirmək imkanı verir ki,
bu və ya digər amillər qarşıya qoyulmuş məqsədlərə çatmaq
üçün nə qədər kömək (və ya mane ) olur.
Planlaşdırma, büdcələşdirmə və proqnozlaşdırma.
Bu kateqoriyanın ixtisaslaşdırılmış sistemləri yayınmaların
təhlili, trendlərin uçotu, qarşılıqlı təsirin prinsiplərinin,
maliyyə strukturunun təsvirin, təsnifatçıların və analitik
istiqamətlərin tətbiqini daxil edərək büdcələşdirmə və
planlaşdırma üçün zəruri olan bütün baza funksionallığını
saxlayır. Büdcələşdirmə sistemi hər biri və struktur bölmələr
üçün və hər bir biznes vahid üçün büdcəni tutmaq imkanı
verərək, iri təşkilatların tələbatlarını hesaba alır. Bu zaman
birləşmə (konsolidasiya) təşkilati strukturun istənilən
səviyyələrdən həyata keçirilə bilər. Nəhayət, büdcələşdir-
mənin müasir sistemləri büdcə prosesinə onlarla və hətta
yüzlərlə mütəxəsisləri cəlb etmək imkanı verən inkişaf etmiş
təşkilati funksiyalarını özündə əks etdirir.
Monitorinq. Monitorinq altında şirkətin vəziyyətinin
müntəzəm izlənməsi, yayınmaların qeydə alınması və onların
səbəblərinin aşkar edilməsi başa düşülür. BSİ kompleksinin
tərkibində universal analitik qərar elementi var. Söhbət biznes
intellektin modulu haqqında gedir. Onun əsas təyinatı
İnformasiya sistemləri menecmenti
182
müxtəlif və hər şeydən əvvəl, ayrı-ayrı mənbələrdən (ERP,
CDR, SCM və s.) zəruri informasiyanı toplamaq, iqtisadi
kateqoriyalara uyğun olaraq onu strukturlaşdırmaq və
beləliklə idarəetmə informasiyasına (“həqiqətin yeganə
versiyası” – single version of truth), rəhbərə o qədər lazım
olan yeganə baxışı təmin etməkdən ibarətdir.
Hesabat. Hesabatın formalaşdırılmasının funksiyaları
BSİ sisteminin artıq qeyd edilən, fəaliyyət göstərən
proqramların istəniləni də kifayət qədər inkişaf etməlidir.
İnformasiya sistemləri menecmenti
183
Səmərəlilik göstəricilərinin tarazlaşdırılmış sistemi
Modelləş-
dirmə
Planlaşdırma
Büdcələşdir-
mə
Maliyyə
birləşməsi
və hesabat
Analitik
vəzifələr
Göstərici
-lərin
hesabatı
Sorğular
və
hesabat
Analitik
Hazırlayanın
instrumentləri
Təşkilat
Maliyyələr
Məhsullar
Müştərilər
İnteqrasiya platforması və verilənlərin çoxölçülü
bazaları
ERP-
sistemlər
CRM-
sistemlər
Verilənlərin
saxlanıldığı
yer
Başqaları
İnformasiya sistemləri menecmenti
184
İstifadə olunan ədəbiyyat:
Azərbaycan dilində
1.
Ə.M.Abbasov, V.Ə.Qasımov, R.H.Quliyev “İntellektual
informasiya sistemlərində qərar qəbuletmə üsulları”. Bakı,
2003, 254 s.
2.
Ə. Ələkbərov, M. Vəliyev, S. Pürhani “Menecment”. Bakı,
2013, 600 s.
3.
T.Q. Əliyev “İnformasiyanın iqtisadiyyatı”. Bakı, 2008, 220 s.
4.
S.Q. Kərimov “İdarəetmənin informasiya texnologiyaları və
korporativ informasiya sistemləri”. Bakı, 2010, 426 s.
5.
S.Q. Kərimov “İnformasiya sistemləri”. Bakı, 2008, 676 s.
6.
S.Q. Kərimov, Y.B. Sərdarov “Kompüter elminin nəzəri
əsasları” Bakı, 2009, 290s.
7.
V.Ə. Qasımov “Elm və təhsilin informasiya təminatı
sistemləri”. Bakı 2005, 113 s.
8.
V.Ə. Qasımov “İnformasiya təhlükəsizliyinin əsasları”. Bakı
2009, 339 s.
9.
V.Ə. Qasımov “İnformasiyanın qorunmasının müasir
texnologiyaları”. Bakı, 2011, 110 s.
10.
A.P. Orucəliyev “İnformasiya sistemlərinin riyazi elementləri”.
Bakı, 2015, 328 s.
11.
S.H. Rizayeva, M.K.Ramazanov “İqtisadiyyat”. Bakı, 2013,
344 s.
Rus dilində
1. Т.Н. Aнанъева “Информационный менеджмент в системе
социологического знания”. М., 2002
2. В.А. Грабауров “Информационные технологии для
менеджеров.” М. Финансы и статистика, 2002.
3. А.С.Гринберг, Н.Н.Горбачев, А.С.Бондаренко “Информа-
ционные тенологии управления.” М. Юнити, 2005.
İnformasiya sistemləri menecmenti
185
4. А.С.
Гринберг,
И.А.
Король
“Информационный
менеджмент.” М. Юнити-Дана, 2003.
5. В.Н.
Кузнецов,
И.Н.
Громова
“Информационный
менеджмент: учебное пособие.” – Тверь: ТГТУ, 2004.
6. Е.Б. Малофейчик “Информационный менеджмент.” – Киев,
2003.
7. И.Б. Гурков “Стратегический менеджмент организации.” М.
2004
İnformasiya sistemləri menecmenti
186
MÜŞFİQ RAMAZANOV
İnformasiya sistemləri menecmenti
(Dərslik)
Baş redaktor:
Fuad Salayev
Texniki redaktor:
Vəfa Camalova
Texniklər:
Aruz
Məmmədli
Sevinc
Məcidova
Format 60x84/16, şərti çap vərəqi 11,5
Sifariş № 187, tiraj 100, səhifələrin sayı 186
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyasının I fakültəsinin
“İctimai-siyasi fənlər” kafedrasının
kompüterində yığılmış və Nəşriyyat-poliqrafiya
mərkəzində nəşr edilmişdir.
Dostları ilə paylaş: |