Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

İnformasiya sistemləri menecmenti
 
161 
sinin özü müəssisənin informasiyalaşdırılmasının bütün 
layihəsini tənqidi surətdə qiymətləndirməyə məcbur edir. Plan 
şirkətin fəaliyyət göstərməsinin  əsas idarə  məsrəfləri və 
maliyyə  məsələləri ilə informasiya sistemlərinə qoyulmuş 
ideyaların  əlaqələndirilməsinə kömək edir. Plan səhvlərin 
vaxtında qarşısının alınmasına kömək edir və strateji 
menecmentin vəzifələri və  İT sahəsinin mütəxəssislərinin 
təkəbbür hissləri arasında uyğunluğu tapmaq imkanı verir. 
Biznes-plan informasiya sistemlərində investisiya prose-
sinin səmərəli idarə edilməsinə imkan yaradan əsas sənəddir. 
O, informasiya menecerlərinin və müəssisə  rəhbərliyinin 
qarşılıqlı nəzarətetmələrinin mühüm vasitəsidir. 
Biznes-plan bütün maraqlı  şəxslər,  şirkət sahibləri, in-
vestorlarla ünsiyyətin bir vasitəsidir. Mahiyyətcə  İS-də 
investisiyalar üçün biznes-plan İT ideyalarının biznes ideya-
larının dilinə keçməsidir. Biznes - planın düzgün tutulma-
sından asılıdır ki, layihə bəyəniləcəkmi, həm də  planın həyat 
qabiliyyəti üzunömürlü olacaqmı? İstənilən biznes-planın əsas 
məqsədi informasiya sistemlərinin yaradılmasına və inkişafına 
investisiyaların cəlb edilməsidir. Onun əhəmiyyəti yoxdur ki, 
bu investisiyaların mənbəyi xarici  və ya daxili investisiya 
olacaq.  Əgər  İT menecmenti informasiya sistemlərinin 
funksional, texnoloji parametrlərini, həm də onun iqtisadi 
səmərəliliyini  əsaslandıra bilmirsə, onda, hətta  ən səmərəli 
ideya yalnız kağız üzərində qalacaqdır. 
İS-də investisiyanın biznes-planı  şirkətin başqa layihə-
lərinin strateji biznes-planları ilə uyğunlaşdırılmalıdır.  İS-də 
investisiyanın biznes - planı informasiya sisteminin miqya-
sından və informasiyanın emalının (İE) məqsədlərindən asılı 
olaraq strateji və lokal ola bilər. 
Mütəxəsislər biznes-planın iki növünü ayırırlar:  Şirkə-
tin əsas biznes planı informasiya sistemlərinin (yenisinin ya-
radılması, transformasiyası və yenidən layihələndirmə) inkişa-
fının istiqamətləri və İS-nin indiki vəziyyətinin qısa şərhidir.  


İnformasiya sistemləri menecmenti
 
162 
İşçi biznes-planı - firmanın menecmenti, işçiləri və 
məsləhətçiləri üçün mühüm işçi sənədidir.  
Strukturuna görə  işçi biznes-planı  rəsmi biznes-planı 
təkrar edir, lakin investisiya layihəsinin  ətraflı  təsvirini 
saxlayır. İşçi biznes-planı məxfi sənəddir. 
İS-də investisiyaların məsələlərinə dair biznes planlaş-
dırmanın tətbiq edilməsinin bütün xüsusiyyətlərində  sənədin 
strukturu dəyişmir. Biznes-planın  əsas bölmələri aşağıda-
kılardır: giriş hissə (layihənin xülasəsi), analitik bölmə, 
məzmun bölməsi, firmadaxili planlaşdırmanın bölmələri.  
İnformasiya sistemləri mühitində biznes planlaşdır-
manın əsas istiqamətləri aşağıdakılardır:  
1)
 
avtomatlaşdırılmış informasiya sistemlərinin (AİS) 
xidmətlərindən istifadə edən potensial istifadəçilərin aşkar 
edilməsi; 
2)
 
tətbiq edilən avtomatlaşdırılmış informasiya sistem-
lərinin (AİS) inkişafı imkanlarının qiymətləndirilməsi; 
3)
 
avtomatlaşdırılmış informasiya sistemlərini (AİS) 
təmin edən İE-nin rəqabət qabliyyətlilik səviyyəsinin qiymət-
ləndirilməsi; 
4)
 
biznes ideyanın reallaşdırılması üçün kapitalın 
kifayət qədər olması; 
5)
 
yeni informasiya sistemlərinin və ya köhnə  İS-nin 
transformasiyası ilə bağlı olan risklərin qabaqcadan görülməsi 
və qiymətləndirilməsi; 
6)
 
biznes layihəsinin həyata keçirilməsinin kəmiyyət və 
keyfiyyət sisteminin qiymətləndirilməsi (burada iqtisadi 
səmərəlilik göstəriciləri,  İE-nin sürətinin və keyfiyyətinin 
göstəriciləri, texnoloji avadanlığın istifadə edilməsinin səmə-
rəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur). 


İnformasiya sistemləri menecmenti
 
163 
FƏSİL 11 
 
Müəssisənin informasiya infrastrukturu 
 
11.1. İnformasiya emalı vasitələrinin analitik piramidası 
 
Şirkətin informasiya infrastrukturunu idarəetmə pro-
sesində  öz  rolu  və informasiyanın aqreqatlaşdırılmasının 
dərəcəsi ilə hər birinin xarakterizə edildiyi bir neçə iyerarxiya 
səviyyələri  şəklində vermək olar. İnformasiya infrastruktu-
runun sxemli verilməsinin nümunəsi kimi Gartner şirkəti 
tərəfindən hazırlanmış (analytical stack) belə adlandırılan 
analitik piramidanı göstərmək olar. (şəkil 1). Bu iyerarxiyada 
bir neçə səviyyələr  mövcuddur:  

 
Tranzaksiya sistemlərinin səviyyəsi

 
OLAP sistemlər və verilənlərin nümayişi, verilən-
lərin saxlanmasını daxil etməklə biznes-intellekt sistemlərinin 
səviyyəsi; 

 
Analitik proqramların  səviyyəsi . 
Analitik piramidanın  əsasını ERP (Enterprise Resource 
Planning – müəssisənin resurslarının idarəedilməsi) və başqa 
tranzaksiya sistemləri təşkil edir. Piramidanın özülündən onun 
zirvəsinə (təpəsinə) hərəkətlə  əlaqədar olaraq idarəetmə 
qərarlarının qəbul edilməsinin dəstəklənməsi üçün nəzərdə 
tutulan aqreqatlaşdırılmış informasiyaya dəqiq  əməliyyat 
verilənlərinin tədricən dəyişməsi baş verir.  
Qeyd edək ki, hansısa bir sinfə bu və ya digər proqram 
məhsulunu aid etmək həmişə mümkün deyil, çünki bir çox 
sistemlər bir neçə dərəcələrin analitik tapşırıqlarını həll etmək 
imkanı verir. Çoxfunksiyalıların sırasına Microsoft, Business 
Objects, Cognos, Hyperion Solutions Corp., kimi bu cür 
dünya istehsalçılarının sistemlərini aid etmək olar.  
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə