Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

İnformasiya sistemləri menecmenti
 
171 
-
 
qərarları  qəbul edən analitik və  şəxs arasındakı vaxt 
itkisinin ixtisara salınması. Qərarların qəbulunun dəstəklən-
məsinə ənənəvi yanaşmada informasiyanın toplanması prose-
duru (texniki mütəxəssislərin köməyi ilə) və  rəhbərə onun 
növbəti ötürülməsi nəzərdə tutulur. Bu halda analitik proqram 
təminatının istifadəçisi qərarları  qəbul etmir, ancaq başqası 
üçün informasiyanı yalnız hazırlayır. Lakin onda zəmanət 
vermək mümkün deyil ki, təqdim edilmiş informasiya kifayət 
qədər adekvat olacaq və onun əsasında düzgün qərar qəbul 
ediləcək. Ona görə də lazımdır ki, analitik sistemin istifadəçisi 
qərarı  qəbul edən məhz menecer olsun. Burada texniki 
mütəxəssisin rəyi nəzərə alınmamalıdır; 
-
 
qərarın qəbul edilməsində kollegiallıq.  İdarəetmə 
qərarının  əsaslandırılmış  şəkildə olması üçün bir rəhbərin 
subyektiv nöqteyi-nəzəri kifayət deyil. Qərarların qəbulu 
analitik mühitdə fikirlərin (rəylərin) konsolidasiyasının  əsa-
sında baş verir, qərarların özü isə bir neçə menecerlərin birgə 
işinin nəticəsində baş verir; 
-
 
qəbul  edilən qərarların müşayiət edilməsi və onların 
effektivliyinin qiymətləndirilməsi. Analitik sistemlər bu və ya 
digər qərarların və onların effektivliyinin üstünlüklərini 
qiymətləndirmək imkanı verir; 
-
 
liderlərin təcrübəsindən istifadə edilməsi.  İstənilən 
təşkilatda bölmələr və ayrı-ayrı rəhbərlər var ki, onları nümu-
nə hesab etmək olar. Belə qabaqcıl təcrübənin yayılması  və 
istifadə edilməsi təşkilatda toplanmış təcrübənin saxlanmasını 
və biliklərlə idarəni təmin edir. Biliklərlə idarə- etmə prose-
sinin dəstəklənməsi imkanı analitik proqram təminatının daha 
vacib xarakteristikalarından biridir; 
-
 
səmərəsiz qərarlara qarşı  hərəkət (qarşıdurma).  İdarə-
etmə qərarlarının qəbul edilmə prosesinin optimallaşdırılması 
bəzi menecerlərin səmərəsiz hərəkətlərinə adekvat reaksiyanı 
tələb edir.  


İnformasiya sistemləri menecmenti
 
172 
Analitik sistemlərin sadalanan xassələri idarə  fəaliy-
yətinin effektivliyini yüksəltmək və analitik proqram təmina-
tına yatırımların tez qaytarılmasını təmin etmək imkanı verir. 
 
11.3. ERP  sistemlər 
 
ERP termini (Enterprise Resource Planning - müəssisə-
nin resurslarının idarə edilməsi) iki mənada istifadə olunur: 
Birincisi, bu, müştəri sifarişlərinin yerinə yetirilməsi 
prosesində satışların, istehsalın, tədarükün və uçotun həyata 
keçirilməsi üçün lazım olan müəssisənin bütün resurslarının 
eyniləşdirilməsi və planlaşdırılması üçün informasiya sistemi-
dir. 
İkincisi, (daha ümumi konteksdə), bu xidmətlərin 
göstərilməsi və istehsal sferalarında müştərilərin sifarişlərinin 
icrasında uçotun və  tədarükün, istehsalın, satışların yerinə 
yetirilməsi üçün lazım olan bütün resurların müəssisədə idarə 
edilməsi və planlaşdırılmasının metodologiyasıdır. Beləliklə
ERP termini təkcə informasiya sistemini deyil, həm də bu 
informasiya sistemi ilə realizə edilən və dəstəklənən idarənin 
müvafiq metodologiyasını bildirir. 
Sənaye istehsalı müəssisələrinə  tətbiq olunan tipik 
funksiyalar: 

 
Konstruktor və texnoloji ixtisaslaşmanın idarə 
edilməsi. Belə ixtisaslaşmalar son məlumatın, həm də onların 
hazırlanması üçün lazım olan maddi resurların və  əməliy-
yatların tərkibini müəyyən edir (nəqliyyat da daxil olmaqla); 

 
İstehsal planlarının formalaşdırılması  və  məhsulun 
satışı. Bu funksiyalar məhsulun buraxılmasının planlaşdırıl-
ması və tələbatın proqnozu üçün nəzərdə tutulmuşlar; 

 
Materiallara tələbatın planlaşdırılması.  İstehsal pla-
nının yerinə yetirilməsi üçün zəruri olan material resurslarının 
(xammalların, materialların, komplektləşdiririci dəstələrin) 


İnformasiya sistemləri menecmenti
 
173 
müxtəlif növlərinin həcmlərini müəyyən etmək imkanı verir. 
Buraya həm də tədarükün müddətləri, partiyaların ölçüləri də 
daxildir; 

 
Ehtiyatların və  tədarükün fəaliyyətinin idarə edil-
məsi. Müqavilələrin idarə edilməsini təşkil etmək, mərkəz-
ləşdirilmiş tədarüklərin sxemini realizə etmək, uçotu və anbar 
ehtiyatlarının optimallaşdırılmasını  təmin etmək imkanı verir 
və s. 

 
İstehsal güclərinin planlaşdırılması. Bu funksiya 
əlverişli güclərin olmasına nəzarət etmək və onların yük-
səlməsini planlaşdırmaq imkanı verir. Güclərin iriləşdirilmiş 
planlaşdırılmasını (istehsal planlarının həqiqiliyinin qiymət-
ləndirilməsi üçün) və ayrı-ayrı iş mərkəzlərinə daxil olmaqla 
daha dəqiq planlaşdırmanı birləşdirir; 

 
Maliyyə funksiyaları. Bu qrupa idarə uçotunun, 
maliyyə uçotunun, həm də maliyyə  vəsaitlərinin operativ 
idarə edilməsinin funksiyaları daxildir; 

 
Layihələrin idarə edilməsinin funksiyaları. Onların 
realizəsi üçün zəruri olan layihələrin və resursların vəzifələ-
rinin planlaşdırılmasını təmin edir. 
 
11.4. Verilənlərin saxlanması  və OLAP sistemləri 
 
Olduqca iri müəssisə üçün səciyyəvi olan adi vəziyyət, 
verilənlərin səpələnmiş  vəziyyətdə saxlanması, müxtəlif 
tapşırıqların həlli üçün nəzərdə tutulmuş avtomatlaşdırmanın 
çoxlu sistemlərinin olması və nəticə kimi idarəetmə informa-
siyasına vahid  baxışın olmamasıdır. 
Bu cür verilənləri onların formatlarındakı və pərakəndə 
saxlanmasındakı fərqlər səbəbindən təhlil etmək sadəcə olaraq 
mümkün deyil. Lakin bunlara baxmayaraq, eyni verilənlər 
müxtəlif sistemlərdə  əvəzlənir və müxtəlif mənbələrdən olan 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə