Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
15
I FƏSİL
ŞİRVAN MUĞAM MÜHİTİ
zərbaycanımızın qədim diyarı, min ildən artıq
qüdrətli Şirvanşahlar dövlətinin paytaxtı kimi
şərəfli tarixə malik olan Şamaxı dini mərkəz, poeziya, pedaqoji,
aşıq mühiti olmasıyla yanaşı, musiqi-muğam beşiyi kimi də
bütün Yaxın Şərqdə məşhur olmuşdur. XII əsrdən üzü bəri
cahanşümül klassik şairlər - Ə.Xaqani, Fələki Şirvani, altı
xarici dil bilən Zülfüqar Şirvani, üç dildə əsərlər yazan
İ.Nəsimi, eləcə də Nişat Şirvani, S.Ə.Şirvani və başqalarının
yaradıcılığına nəzər saldıqda muğamla, musiqi alətlərinin
quruluşu, xanəndəlik sənəti ilə bağlı müxtəlif məlumat və
fikirlərə rast gəlmək mümkündür. Bu da inkaredilməz faktdır
ki, Şirvanşahlar dövləti və eləcə də xanlıqlar dövründə sarayda
şairlərlə yanaşı, xanəndələr, musiqiçilər və hətta rəqqasələr də
fəaliyyət göstərmişdir. Bu sənətkarlar arasında aşıq və muğam
ustadlarının ayrıca yeri olmuşdur...
Təbii ki, Şirvanda bu ulu sənətin nə vaxt intişar tapdığını
bilmək mümkün deyildir. Muğam sənətinin tarixindən söz açan
görkəmli musiqişünas-alim F.Şuşunski yazır: «Muğamatımız
musiqimizin təməl daşı, onun bünövrəsi, onun dayaq sütunu-
dur. Əsrlərdən bəri xalqımızın yaratdığı mahnılar, təsniflər və
oyun havaları muğamat üzərində yaranmışdır. Öz tarixi etiba-
rilə qədim keçmişlə bağlı olan muğamatın harada, nə vaxt, kim
tərəfindən yaradıldığını konkret şəkildə demək çox çətindir»
(52-10). Bu qədim diyarda - Şirvanda da bu müqəddəs sənətin
intişar tarixi də sirlərə bələnmişdir. Buna baxmayaraq, Şirvanda
yaşamış musiqişünas, ifaçı, xanəndələr haqqında mənbələrdə
müəyyən məlumatlar yaşamaqdadır: Məhəmməd İbn – Əbu-
bəkir Şirvani (XII əsr), Hacı Nəcəf Şirvani (XIV əsr),
Abdulla, Şirvani (XV əsr), Zakir İbn Mustafa (XVII əsr)...
A
Seyfəddin Qəniyev, Səadət Veysova
16
Rzaddin Şirvani haqqında XVII əsrdə Şamaxını ziyarət
etmiş böyük türk səyyahı Övliya Çələbi «Səyahətnamə»
sində yazır: «Şeşxanə - icad edən Rzaddin Şirvanidir. Bu da
telli sazdır. Ud kimi burğu yerləri əyridir. Qolu uddan uzundu,
gövdəsinə balıq qursağı çəkilmişdir. Amma pərdələri
yoxdur. Altı telli olduğundan şeşxanə adlanır. Çətin bir sazişə
də bütün muğamat (seçmələr bizimdir - S.Q) bunda icra
oluna bilər».
Deməli, yuxarıda qeyd etdiyimiz əsrlərdə Şirvanda mu-
siqi-muğam bilicilərinin və ifaçılarının yaşaması inkaredilməz-
dir. Məqsədimiz heç də Şirvanda muğam sənətinin tarixini
araşdırmaq deyildir. Sadəcə olaraq, XII-XIV əsrlərdə Şama-
xıda muğam sənətinin yayıldığını təsdiq edən bir neçə faktla
oxucuları tanış etməkdir. Məsələn, XII-XIV əsrlərdə yaşamış
klassik şairlərin - Nizami, Xaqani, Nəsiminin əsərlərində 30-
dan artıq musiqi alətinin - saz, cifti saz, ud, bərbət, setar,
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
17
cəng, qanun, ərqanun, rübab, kamança, təmbur, şurna,
nəfir, nay, qaranay, daxul, dəf, zəng və s. adlarına rast gə-
lirik. Və yaxud, bütün Yaxın Şərqin tanıdığı - ana dili ilə
yanaşı, ərəb, fars dillərində sanballı əsərlər yaradan Nəsimi
yaradıcılığı təsdiq edir ki, bu dövrdə muğam sənəti Şamaxıda
geniş şəkildə yayılmış və təbliğ olunmuşdur. Xanəndə və hürufi
dərvişlərin avazı ilə Nəsiminin aşağıdakı məşhur qəzəli
sübutsuz-filansız təsdiqləyir ki, şair təkcə Şamaxıda deyil,
bütün Yaxın Şərqdə XIV əsrdə ifa olunan muğamları, muğam-
ların şöbə və guşələrini bütün incəliklərinə qədər bilirmiş:
Həsrət yaşı, hər ləhzə qılir bənzimizi saz,
Bu pərdə kim, nəsnə bizə olmadı dəmsaz.
Üşsaq meyindən qılalı işrəti - «Novruz»,_Ta_«Rasta_gələ_«Cəngi-Hüseyni»də'>«Novruz»,
Ta «Rasta gələ «Cəngi-Hüseyni»də sərəfraz.
Bu «Çahargahı» lütf qıl, ey hüsnü «büzurgi»,
Kuçik dəhanından bizə, ey dilləri-Tənnaz.
Zəngülə sifət nalə qılmaz zar «Segaha»,
Çün əzmi – «Hicaz» eyləyə məhbubi-xoşavaz.
Ahəngi- «Sifahan» qılır ol nami - «Əraqi»,
«Rəhavi» yolunda yenə canın qıla pərvaz.
Könlümü «Hisar» eylədi ol ruhi - Mübərriğa,
Gəl olma «Müxalif» bizə, ey dilbəri – « Şahnaz».
Çün «Şurə» gəlib eşq sözün qıla Nəsimi,
Şövqündən anın cusə gəlir Sədiyi-Siraz.
Seyfəddin Qəniyev, Səadət Veysova
18
İ. Nəsiminin Hələb
şəhərində məzarı. Şəkil
prof. Q.Pasayevin
əsərindən götürülmüşdür.
Qəzəldən tam aydın olur ki, hürufi şair Yaxın Şərq xalq-
larının 12 əsas muğamını, eləcə də Azərbaycan musiqisinin
yeddi əsas məqamlarını, hətta bəzilərinin şöbələrini aydınca
açıqlaya bilmişdir. Qəzəlin birinci
beytində əvvəl «Novruz» ( «Huma-
yın» da şöbə); «Rast» (on iki mu-
ğamdan biri); sonra «Hüseyn»i (12
əsas muğamın on birincisi və
«Rast» dəsgahında şöbə); ikinci
beytində «Çahargah» (12 əsas mu-
ğamdan biri); «Segah» (12 muğam-
dan biri, bizdə «Segah»ın üç növü
var), «Hicaz» (12 əsas muğamdan
biri və ya «Rast» dəsgahında şöbə),
dördüncü beytdə «Əraq» (12 əsas
muğamdan beşincisi və ya bir çox
muğamların ən zil şöbəsi); «Rə-
havi» (12 əsas muğamın onuncusu
və ya ayrıca dəsgah); beşinci beyt-
də «Hisar» («Çahargah» dəsga-
hında şöbə); «Mübərrigə» («Za-
bul», «Rahab» dəsgahında şöbə);
«Müxalif» («Cahargah» dəsga-
hında şöbə) göstərilir. Bu qəzəllə
Nəsiminin o dövrdə geniş təhlilə
ehtiyacı olmadan muğamlarımızın
o vaxtdan geniş yayılmasını və şai-
rin muğamların kamil bilicisi ol-
masını təsdiq edə bilərik.
Sufi - şəriət, təriqət, mərifət, həqiqət mərhələlərinə ye-
tən dərvişlərin bu şöbələri ifa etdikləri məlahətli səsi, avazı ol-
masını da bura əlavə etsək, deyə bilərik ki, şair özü də muğam-
larımız, onun şöbələrini də xüsusi şövqlə ifa edə bilirmiş. Bura-
da belə bir məntiqi sual yaranır: XlV əsrin sonunda Nəsimi mu-
Dostları ilə paylaş: |