“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
9
Müəyyənləşdirmələr
Müasir kontraseptiv vasitələr
Bu tədqiqatda “müasir” hesab edilən kontraseptiv vasitələrə UDV, oral kontraseptivlər,
kondomlar, kontraseptiv halqa, spermasidlər və təcili həblər aid edilib. Implantlar və
inyeksiya formasında preparatlar da müasir hesab edilir, amma onlar haqda cavab verənlər
heç vaxt danışmayıblar.
Əlavə təsirlərlə əlaqəli səhv mülahizələr/şişirtmələr
Əvvəlki tədqiqatlar göstərdi ki, Azərbaycanda qadınlar və tibbi xidmətlə təchiz edənlər əlavə
təsirləri (yaxud sağlamlıq problemləri) müasir kontraseptivlərin istifadəsində əsas maneə
kimi görürlər (IPPF European Network, 2012; SSC və Macro, 2008). Müasir vasitələr
ümumi əlavə təsirlərə malikdir və qadınların naraharçılığına səbəb olan bəzi əlavə təsirlər ola
bilsin ki, bu vasitələrlə əlaqəli deyil, yaxud həddən çox şişirdilib (Serbanescu et al., 2005). Bu
tədqiqat üçün aşağıdakı sağlamlıq problemləri şişirdilmiş və ya dezinformasiya kimi sayıla
bilər. Biz hormonal və qeyri-hormonal UDV-ləri fərqləndirməmişik.
Üsul
Əlavə təsirlərlə əlaqəli səhv mülahizələr/şişirtmələr
Kombinə olunmuş oral
kontraseptivlər (həblər)
Süd vəzisi xəstəliyi, xərçəng, kistalar, ölüm, tüklərin inkişafı,
sağlamlıq problemləri, hormonal disfunksiyalar, sonsuzluq,
qaşınma/qızarma, qara ciyər zədələnmələri, uçaqlıq problemləri
UDV Allergiya,
xərçəng, köpmə, eroziya, tüklərin inkişafı, hormonal
dəyişikliklər, sonsuzluq, iltihab, böyrək xəstəlikləri, miqrasiya, dəri
problemləri, çəki artımı
Lazım olmayan testlər və həkimin qəbuluna gəlmələr
Azərbaycandakı aparılmış əvvəlki tədqiqatlar göstərdi ki, tibbi xidmətlə təchiz edənlər öz
gəlirlərini artırmaq məqsədilə müştərilərə lazımsız testlər təyin edir və artıq sayda həkimə
gəlişləri məsləhət görürlər (Armand et al., 2007; Bradley və Mursagulova, 2006). Tibbi
xidmətlə təchiz edənlər AP üçün hansı “tipik” proseduraların tələb olunduğu və bununla
əlaqəli həkimə gəlişlərin hansı sayda olması soruşulub. Test/proseduraların və həkimə
gəlişlərin sayı haqda həkim və müştərilərin məlumatları ÜST-nin rəhbər vəsaiti və AP/RS
üçün Azərbaycanın milli protokolu ilə müqayisə edilib. Aborta gələn müştərilərin rutin
gəlişləri sayı haqda soruşmaq, eləcə də onları AP müştərilərinin gəlişləri ilə müqayisə
etmək çox vacib idi. Bu müqayisə bizə tibbi xidmətlə təmin edənlərin həddən çox testləri
və həkimə gəlişləri bütün xidmətlər üçün rutin olaraq tələb etmələrini, yoxsa ancaq AP
üçün olmasını görməyə imkan verər.
Təhlillər
Bu tədqiqatda olan təhlillər təsvir olunandır. Tezliklər X
2
testləri, orta və ara şəklində
təqdim olunub. Açıq sualların (bir neçə cavabı olan suallar) təhlili üçün. Mətn “SIAR
Research and Consulting” heyyəti tərəfindən azərbaycan dilindən ingilis dilinə tərcümə
olunub, sonra SPSS proqramına daxil edilib və qruplaşdırmaq üçün Excel proqramına
ötürülüb. Bir neçə suala qadınların verdiyi oxşar cavablar tərcümə prosesində
qruplaşdırılıb.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
10
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
Gəlir səviyyəsi
Bu tədqiqat üçün müştəri gəliri ailənin aylıq ümumi gəlirinin üç kateqoriyası nəzərə
alınaraq qiymətləndirilib. Bu kateqoriyalar ekspert rəyinə əsaslanıb, belə ki, milli gəlirin
adam başına düşən aylıq gəlir orta gəlir kateqoriyası kimi qəbul olunub və kateqoriyalar
Albaniyada həyata keçirilən paralel tədqiqatlardakı oxşar rəqəmlərə uyğunlaşdırılıb.
Məlumatlılıq əlaqəli suallar
Məlumatlılıqla əlaqəli sualların düzgün cavablandırılmışları hesabatda nəzərə alınıb.
“Bilmirəm” cavabları düzgün deyil kimi kodlaşdırılıb.
Ödənişlər
Bütün maliyə məlumatları AZN ilə verilib. Sorğu aparanlar cavab verənlərdən köhnə manat
deyil yeni manatdan istifadə etmələrini xahiş ediblər. Məlumatların toplandığı dövrdə ABŞ
dollarının orta hesabla kursu belə idi: 2012-ci il, martın 15-də 0,786 AZN=ABŞ $1,00).
7
Məlumatların toplandığı vaxtdan asılı olaraq bu kurs bir qədər fərqli olub.
Bu sənəddə iki tip ödəniş haqda qeyd olunub: müsahibə götürülən gün həkimə gəliş üçün
ödənilən ümumi məbləğ və dərmanların müəssisələrdə alınması, laboratoriya testləri üçün və
heyyətin nümayəndələrinə aparılmış ödənişlər. Ümumi ödəniş proseduralar, müəssisədəki
testlər, prosedura ərzində və proseduradan sonra istifadə olunmuş dərmanlar, qeydiyyat və
heyyətə xərclənən məbləği əhatə edir. Çoxsaylı ödəmələrin miqdarını soruşduğumuz qadınlar
bunun dəqiqliyi ilə nə qədər olduğunu hesablaya bilmədilər və biz böyük xəta çərçivəsində,
təxmini olaraq iki ümumi məbləğin ən azını “götürdük”. Başqa bir qeyd edilməmişsə, abort
olunan müştəri üçün testlər və laborator müayinələr abort prosedupasının olduğu gündə yox,
başqa bir gündə həyata keçirilmişdi, amma bu işdə marağı olan müəssisədə həyata
keçirilmişdi.
Tərtib olunmuş tapşırıq
Kontraseptiv vasitələr və aborta dair nisbi fikirləri aydınlaşdırmaq üçün həm müştəri və
həm də təchizçilərdən müxtəlif sualları cavablandırmaq xahiş olundu (verilmiş kartların
müxtəlif mövzuya müvafiq düzülüşü ilə). Hər bir kart müxtəlif kontrasepsiya üsullarını
göstərirdi: UDV, həb, kondomlar, təcili kontraseptiv həblər və cinsi yaxınlıqdan çəkinmə;
əlavə olaraq, bir kartda “abort” sözü olub. Müştərilərdən bu kartların müxtəlif
xüsusiyyətlərə görə aşağıya düşən ardıcıllıqla düzsülməsi xahiş olunmuşdur: təhlükəsizlik,
effektlilik, istifadəsinin asanlığı, partnyora üstünlük, ailəyə üstünlük və şəxsə üstünlük.
Təchizçilərin sorğulanması təhlükəsizlik, effektlilik və müştəriyə üstünlük çərçivəsində
aparılıb. Əlavə olaraq, təchizçilər üçün kontraseptiv məsləhətə maneələr kartı əlavə olunub.
Kartda sadalanan maneələrə aid olub: bilik, təchizat, müştəridən asılı olması, gəlirli olması,
vaxt məhdudiyyəti və sağlamlıq problemləri (əlavə təsirlər).
Cavab verənlərə icazə verilib ki, haqqında məlumatı olmadıqları kartları tapşırıqdan kənara
qoya bilərlər. Cavab verənlərin 75%-dən azının istifadə etdiyi hər hansı bir kart bizim
7
XE Valyuta cədvəli: AZN—Azerbaijani New Manat. Müraciət edilib Okt. 2, 2012-ci il tarixində
www.xe.com/currencytables/?from=AZN&date=2012-03-15.