“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
xi
Bizim məsləhətlərimiz aşağıdakılardan ibarətdir:
1. Tibb işçilərini ətraflı kontraseptiv məsləhətlərin verilməsi işində aşağıdakı yollarla
həvəsləndirmək, xüsusilə də abort müştəriləri üçün:
a. Mümkün bütün üsullar vasitəsilə, AP üzrə məsləhətlər də daxil olmaqla, abortdan
sonra tibbi xidmət üçün ətraflı protokolun tərtib edilməsi yolu ilə;
b. Həyata keçirilmiş prosedurun əks olunması və AP məsləhətlərinin bu həyata
keçirilmişlərdə bir göstərici kimi protokollara əlavə edilməsilə stimul yaratmaq
yolu ilə;
2. Tibb işçilərini AP xidmətlərinin tətbiqi üzrə təlimləndirmək:
a. Üsulların effektliliyinə, əlavə təsirlərin mümkünlüyü və kəskinliyinə, UDV-lərin
yerləşdirilməsi vərdişlərinə və məsləhət vermək bacarıqlarına xüsusi diqqət
ayırmaqla, xidmət zamanı və xidmət öncəsi təlimlərdə istifadə olunan AP
kurikulumlarını modifikasiya etmək yolu ilə;
b. Razılıq əsasında birgə qərarlar və təkmilləşdirici təhsil proqramları vasitəsilə tibb
mütəxəssisləri assosasiyasının yaydığı klinik təcrübələr üzrə müasir məlumatları
təbliğ etmək yolu ilə;
3. Müxtəlif yerlərdə AP seçimləri haqda qadınları və geniş ictimaiyyəti
məlumatlandırmaq:
a. Partnyorlar, həkim və müştərilər arasında və eləcə də ailələr içərisində söhbətləri
inkişaf etdirmək yolu ilə;
b. İnsanları çoxsaylı üsullar haqda – mümkün əlavə təsirlərin, cəfəngiyat və səhv
düşüncələrin, eləcə də məlumatlı seçimin gözlənilməsi ilə əlaqədar
məlumatlandırmaq yolu ilə;
4. Həkimə artıq gəlişlərin və əlavə proseduraların AP qəbulunda baryer kimi fəaliyyət
göstərməməsinə əmin olmaq üçün milli AP və abort protolkollarını ÜST və ya digər
sübuta əsaslanmış rəhbər vəsaitlərə uyğunlaşdırmaq;
5. Müasir kontraseptiv üsulları Vacib Dərmanlar Siyahısına daxil etməklə onların
yararlılığına əminlik yaratmaq;
6. Daha yaxşı anlamaq üçün tədqiqatların aparılması:
a. Tibb işçilərinin və ictimaiyyətin AP üzrə təlimləndirilməsinin ən yaxşı yolları, o
cümlədən, mədəni səviyyəyə münasib gələn messaj növləri;
b. Çoxsaylı həkimə gəlişlərin məntiqi əsasını, ultrasəsə olan inamı, profilaktikanın və
ən yaxşı klinik təcrübələrin dəstəklənməsi üçün təlim kurikulumlarının nəzərdən
keçirilməsini;
c. Apteklərdə satılan kontraseptivlərin olması, qiyməti və davamlı olaraq tapılması;
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
1
Giriş
Bəzi məqamlar
Şərqi Avropanın və Asiyanın bir çox ölkələrində abort halları nəzərəçarpacaq dərəcədə
çoxdur və müasir kontraseptivlərdən istifadə az yayılmışdır. Bu regionda total abort tezliyi
dünyada ən yüksək pillədədir (Sedgh et al., 2012; Westoff, 2005; Serbanescu et al., 2005).
Baxmayaraq ki, kontraseptivlərdən istifadə hallarının yüksək olduğu məlumatları verilir,
bir çox cütlüklər ənənəvi üsul kimi cinsi fəaliyyətin müəyyən bir müddət dayandırılması
üsulundan istifadə edirlər (Serbanescu et al, 2005); faktiki olaraq, Qafqazda hazırda ərli
qadınlar arasında AP üsulu kimi ən çox istifadə olunan üsul cinsi fəaliyyətin müəyyən bir
müddət dayandırılması üsuludur.
1
Bu müasir olmayan kontraseptiv üsullar arzuolunmamış
hamiləliklərin və bunun nəticəsi kimi abort hallarının yüksək olmasına aparıb çıxarır (SSC
və Macro International, 2008).
Regionda abort səviyyəsinin yüksək olması və kontraseptivlərdən az istifadə olunmasının
izahı çox geniş faktorlarla əlaqəli olub, həm tələbat və həm də təchizat
diapazonunu əhatə
edir. Tələbat sahəsində müasit kontraseptiv üsulları haqda adekvat olmayan biliklər və bu
üsullara qarşı olan neqativ münasibət AP işlərini tormozlayır (CDC və ORC Macro, 2003;
Serbanescu et al, 2005). Təchizat sahəsində postsosialist səhiyyə maliyələşdirilməsi və
təşkilatı, dövlət siyasəti və müasir üsulların əldə olunmasındakı məhdudiyyətlər hamısı bir
yerdə kontraseptiv üsullardan istifadənin qarşısına maneələr qoyur (CDC və ORC Macro,
2003; David et al., 2007; Kovács, 1999). Reproduktivlik seçimləri ilə əlaqəli az diqqət cəlb
edən bir sistem səviyyəli amil səhiyyə xidmətinə görə qeyri-rəsmi ödənişlərin edilməsinin
geniş yayılmasıdır.
Səhiyyə xidmətləri üçün qeyri-rəsmi ödənişlərin edilməsi keçmiş socialist ölkələrində tam
adi bir haldır (Shishkin et al., 2003; Lewis, 2000; Vian və Burak, 2006; Balabanova et al.,
2004). Qeyri-rəsmi ödəniş tibb xidmətçisinə xəstə və yaxud digərləri tərəfindən ödənilən
nəğd pul və ya “hədiyyə” şəklində “göstərilən hər hansı tibbi xidmətə görə bilavasitə
ödəmədir” (Gaal et al., 2006). Regionda qeyri-rəsmi ödənişlərin rolunu başa düşmək üçün
mədəni və tarixi situasiya başa düşülməlidir. Qeyri-rəsmi ödənişlər regionda socialist
tarixçəsinin qismən ümumi məhsuludur. Regionda səhiyyə xidməti sistemi SSRİ və digər
socialist rejimləri tərəfindən mərkələşdirilmiş şəkildə planlaşdırılmış olub. Bu o deməkdir
ki, təchizat, ştatlar, qiymətlər və müalicələr ciddi nəzarətdə olub. Səhiyyə müəssisələri bu
daxil olunanları tənzimləyə bilmədiklərindən, “müştəri yüklənməsini”, gözləmə vaxtını və
keyfiyyəti idarə etmək üçün normativ xidmətlər tətbiq olunub (Ensor, 2004; Lewis, 2000).
Bu isə daha yaxşı və tez tibbi xidmət əldə edilməsində şəxsi kontakt və/yaxud ödəniş
istifadə edilməsi sistemini asanlaşdırıb. Regionda sosializm dağılandan sonra bir çox
ölkələr yüksək dərəcədə mərkəzləşdirilmiş sistemin idarə olunması üçün vəsait, yaxud
təchizata malik deyildi (Allin, Davaki, və Mossialos, 2006; Balabanova et al., 2004).
Vəsaitlərin azılığı, sonradan ştatların əmək haqlarının azalması qeyri-rəsmi ödənişləri bir
1
MEASURE DHS STATcompiler. Müraciət edilib 8
oktyabr
2012-ci il tarixində www.statcompiler.com
.