17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
337
Su ehtiyatlarının iqtisadi dəyərinin müəyyən edilməsi və suyun
keyfiyyətinin yaxşılaşdırılması;
Ekosistem xidmətlərinin real dəyərinin qiymətləndirilməsi;
Sektorlar arasında su ehtiyatlarının istifadəsi üzrə planların koor-
dinasiyasının təkmilləşdirilməsi;
Suyun keyfiyyəti və kəmiyyəti üzrə monitorinq proqramlarının
təkmilləşdirilməsi, o cümlədən müasir avadanlıqlardan və ən
yaxşı təcrübələrdən istifadə potensialının gücləndirilməsi;
Potensialın inkişafı və transsərhəd koordinasiyanın dəstəklən-
məsi.
Bu məsələlərin çoxu, təbiət etibarilə milli və transsərhəd məsələlərdir.
Belə ki, çayın yuxarı axınında suyun götürülməsində artım həm ölkə daxilində,
həm də ölkələr arasında çayın aşağı axınında iqtisadi və sosial tələbatlar üçün
su əldə etmək imkanına mənfi təsir edir. Su qıtlığı artdığına görə ərzaq, su,
enerji və ətraf mühitin təhlükəsizliyi insan təhlükəsizliyinə problem yaranır.
Mövcud ehtiyatlardan səmərəli istifadənin optimallaşdırılması və gələcək nə-
sillərin rifahı üçün su ehtiyatlarının təhlükəsizliyinin yaxşılaşdırılması istiqa-
mətində təcili addımlar atılmalıdır.
İnstitusional struktur və potensialda boşluqları dolduran bu ümumi tələ-
batlar BMTİP- QEF Kür-Araz layihəsinin SEİİ/SFP komponenti üzrə həyata
keçirdiyi Potensiala Tələbatın Qiymətləndirilməsində əks olunub. Hazırda
BMTİP-QEF layihəsi Milli SEİİ Planlarının hazırlanmasına, habelə onların
həyata keçirilməsi üçün potensialın inkişafına dəstək verir. Lakin, onun gələ-
cəkdə davamlı olması üçün bu ümumi tələbatların həlli üzrə öhdəliklər hər iki
hövzə ölkələri tərəfindən qəbul edilməlidir. Hər iki ölkə bu boşluqları dol-
durarsa, iqtisadi xərclər nəzərə alınmaqla və faydalar əldə etməklə çay hövzə-
sinin uğurlu idarə edilməsi daha asan olacaq.
Strateji Fəaliyyət Proqramının həyata keçirilməsi üçün Görünüşün
məqsədləri, nəticələr və fəaliyyətlər
Görünüş razılaşdırılmış dörd Ekosistem Keyfiyyət Məqsədləri tərəfindən
dəstəklənir. Onlar da öz növbəsində 10 nəticəyə çatmaqla həyata keçirilir. Bu
bölümün sonunda nəticələr və onlarla bağlı yerinə yetiriləcək fəaliyyətlər təf-
silatı ilə aşağıdakı cədvəldə verilmişdir. Ümumiləşdirilmiş məqsəd və nəticələr
ilə SFP-nın strukturu aşağıda göstərilir (şək.17.6):
338
II
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi
Şək. 17.6. Ümumiləşdirilmiş məqsəd və nəticələr ilə Strateji Fəaliyyət Planının
strukturu
Aşağıda EKM-lər və onlara nail olmaq üçün nəzərdə tutulan fəaliyyətlər
göstərilir.
EKM №1: Su əldə etmək imkanının təmin edilməsi və ekoloji sistem
xidmətlərinin qorunması üçün su ehtiyatlarının davamlı istifadəsinə nail ol-
maq.
1. Hidroloji İdarəetmənin təkmilləşdirilməsi.
2. Su itkilərinin azaldılması.
EKM №2: Indiki və gələcək nəsillər üçün təmiz sudan istifadə imkanını
təmin etmək və Kür hövzəsində ekosistem funksiyalarını gücləndirmək üçün
suyun yaxşı keyfiyyətinə nail olmaq.
3. Suyun keyfiyyət monitorinqinin təkmilləşdirilmiş proqramı.
4. Çirklənmənin azaldılması və qarşısının alınması.
5. Suyun keyfiyyət standartlarının uyğunlaşdırılması.
EKM №3: Kür çayı hövzəsində davamlı olaraq əhəmiyyətli ekoloji və
sosial-iqtisadi xidmət göstərəcək ekosistemlərə nail olmaq və onları qorumaq.
6. Çay ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsi.
7. Çay ekosistemlərinin mühafizəsi və bərpası.
8. İnkişaf planlarında çay ekosistemlərinin əhəmiyyətinin nəzərə alın-
ması.
17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
339
EKM №4: Daşqın və iqlim dəyişmələrinin infrastruktura, sahilyanı
ekosistemlərə və icmalara mənfi təsirlərinin azaldılmasına nail olmaq
9. Daşqın və quraqlıq risklərinin azaldılması.
10. İqlim dəyişmələrinə razılaşdırılmış adaptasiya.
Strateji Fəaliyyət Planının icra tədbirləri
SFP hər bir ölkənin mövcud hüquqi və institusional, eləcə də transsərhəd
strategiyanı həyata keçirilməsini dəstəkləyə biləcək bazası əsasında hazırlan-
mışdır. SFP-nın hazırlanması və tədricən həyata keçirilməsi ölkələrin üzv ol-
duqları müxtəlif beynəlxalq sazişləri və milli səviyyədə bu sazişlər üzrə öhdə-
liklərini yerinə yetirmək üçün səylərini dəstəkləyəcək. Bura hər iki ölkədə su
ehtiyatlarının istifadəsi və idarə edilməsi ilə bağlı mövcud milli qanun və qay-
daların genişləndirilməsi və su ehtiyatlarının idarə edilməsi, ətraf mühitin qo-
runması və Kür hövzəsində qarşılıqlı öhdəliklərlə bağlı transsərhəd tədbirlərin
dəstəklənməsi daxildir.
SFP-da göstərilən məqsəd və gözlənilən nəticələr hövzə ölkələrinin milli
və beynəlxalq səviyyədə su ehtiyatlarının idarə edilməsini təkmilləşdirmək
məqsədilə öz öhdəliklərini gücləndirmək üçün ortaq tələblərinə əsaslanır.
Məqsədlər və gözlənilən nəticələr ölkələrin hər biri tərəfindən artıq razılaş-
dırılmış beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün tələb olunan yerli hüquqi
aspektlər və fəaliyyətlərdən meydana gəlmişdir. Bu hüquqi və institusional
tədbirlər hövzədə su ehtiyatlarının daha səmərəli və faydalı idarə edilməsi təc-
rübələri istiqamətində təkmilləşdirilə və gücləndirilə bilər. Aşağıdakı bölmə-
lərdə SFP-nın həyata keçirilməsi ilə bağlı müvafiq hüquqi və institusional baza
daha ətraflı şərh edilir.
Nəzərə alınır ki, hər iki ölkə bu prioritetlərə iddialıdır və bəzi hallarda
ölkələr bunu həyata keçirmək üçün milli və transsərhəd səviyyədə xarici dəs-
tək və donor tərəfindən maliyyələşdirilən təşəbbüslərdən faydalanacaq.
Hüquqi baza
Artıq Kür hövzəsində su ehtiyatlarının və ətraf mühitin idarə edilməsi
üçün bir sıra milli və beynəlxalq mexanizmlər var. SFP hövzə dövlətlərinə
həm mövcud beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün öz milli hüquqi ba-
zalarını təkmilləşdirməyə, həm də öz milli öhdəliklərini gücləndirməyə yardım
üçün nəzərdə tutulmuşdur. Artıq bir sıra Konvensiya və Protokollar hər iki öl-
kə tərəfindən imzalanmışdır.
Hövzə ölkələri BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə müvafiq öh-
dəliklər götürüb. Bu öhdəliklər birbaşa su ehtiyatlarının idarə olunması ilə
bağlıdır və bu, hövzədə davamlı və təhlükəsiz gələcəyi və o cümlədən, aşağı-
dakı öhdəlikləri təmin etməyə kömək edəcək:
340
II
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi
Yoxsulluq və aclığın aradan qaldırılması;
Uşaq ölümü hallarının azaldılması;
Ətraf mühitin davamlılığının təmin edilməsi.
Bu öhdəliklər birbaşa su ehtiyatlarının idarə edilməsi ilə bağlıdır və SFP-
nın dəstək göstərməyə çalışdığı ətraf mühit və su ehtiyatlarının idarə edilmə-
sində ən yaxşı təcrübələrin tətbiqindən asılıdır.
İnstitusional mexanizmlər
SFP transsərhəd su ehtiyatlarının istifadəsi və idarəetmə strategiyalarının
uyğunlaşdırılması üçün tövsiyələrin hazırlanması və tədbirlərin təklifi zamanı
ölkələr mövcud olan müxtəlif milli və transsərhəd institusional tədbirləri nə-
zərə alır. Kür-Araz Layihəsinin ilkin mərhələsi TDA və SFP üzərində gördüyü
işlər vasitəsilə müxtəlif hövzə dövlətlərinin hökumətləri ilə birgə işgüzar əla-
qələr yaratmağa nail olub və beləliklə də bu planın hansı mövcud institusional
təşkilatlar vasitəsilə həyata keçiriləcəyi məlumdur. Layihənin hər bir ölkədə
əməkdaşlıq etdiyi və tövsiyələr ünvanlandırdığı əsas dövlət orqanları aşağıda-
kılardır:
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Na-
zirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadi İn-
kişaf Nazirliyi, Tarif Şurası, Kənd Təsərrüfatı Nazirliyi, Azərsu
ASC, Meliorasiya və Su Təsərrüfatı ASC.
Gürcüstan Respublikasının Ətraf Mühit Nazirliyi, Enerji Na-
zirliyi, Əmək Nazirliyi, Səhiyyə və Sosial Müdafiə Nazirliyi,
Kənd Təsərrüfatı Nazirliyi, Regional İnkişaf və İnfrastruktur Na-
zirliyi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Maliyyə Na-
zirliyi, Daxili İşlər Nazirliyi, Milli Enerji və Su Təchizatının
Tənzimləyici Komissiyası və yerli özünüidarəetmə təşkilatları.
Əvvəl qeyd edildiyi kimi, hökumətlərarası koordinasiya və əməkdaşlığın
yaxşılaşdırılması məqsədi ilə hövzə ölkələri arasında müxtəlif transsərhəd ins-
titusional mexanizmlər var. Bu mexanizmlər aşağıdakılardır:
Gürcüstanın Ekologiya Nazirliyi və Azərbaycan Respublikasının
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Dövlət Komitəsi (ha-
zırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi) arasında Kür çayı
hövzəsinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə
pilot layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu (1997);
Gürcüstan və Azərbaycan hökumətləri arasında Ətraf mühitin
mühafizəsi sahəsində əməkdaşlıq Sazişi (1997).
17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
341
Əgər hövzədə ölkələr arasında əlavə ikitərəfli sazişlər başa çatırsa, SFP
iştirakçı ölkələrin tələbi ilə onlara dəstək göstərmək üçün xidmət edəcəkdir.
Belə hallarda SFP-nın həyata keçirilməsi, bu Proqramda nəzərdə tutulan təd-
birlər vasitəsilə və milli prioritetlərə uyğun olaraq bu sazişlərin möhkəmlən-
məsinə xidmət etməlidir.
Ümumiyyətlə, hövzədə su ehtiyatlarının daha səmərəli, ədalətli və qar-
şılıqlı fayda ilə idarə edilməsi təcrübələri zamanı qarşiya çıxan əsas çətinliklər
koordinasiya məsələsi, məlumatların toplanması və mübadiləsi və bu istiqa-
mətdə lazımi islahatlar və təşəbbüslərə ehtiyaclardır. TDA, SFP, Milli SEİİ
Planları və Milli Fəaliyyət Planında olan tövsiyələrin çoxu bu əsas məsələlərin
ətrafında mərkəzləşib və əsas fəaliyyətlərin kəsişən problemlərə yönəlməsi
nəzərdə tutulub.
İnstitusional mexanizmlərin həyata keçirilməsi üçün təklif olunan
fəaliyyətlər
Hövzə ölkələrində BMTİP-QEF-in Kür-Araz Layihəsi və digər donorlar
tərəfindən maliyyələşdirilən layihələr vasitəsilə transsərhəd su ehtiyatlarından
istifadə və idarəetmə təcrübəsinin uyğunlaşdırılması təşviq edilir. SFP höku-
mət tərəfindən razılaşdırılmış hövzənin görünüşü və TDA-da olan tövsiyələr,
SFP-da olan məqsəd və gözlənilən nəticələr və hər bir ölkənin Milli Planında
genişləndirilmiş milli səviyyəli icra planının detalları ölkələrdə qurulan ef-
fektiv işgüzar əlaqələrin saxlanmasını dəstəkləyir.
SFP-də bir çox layihələrin koordinasiya orqanı vasitəsilə həyata ke-
çirilməsi nəzərdə tutulmuşdur.
Bu günə qədər bununla bağlı layihələr BMT, Aİ, ATƏT, Ətraf Mühitin
Təhlükəsizliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin Avropa İq-
tisadi Kommisiyası, Dünya Bankı və Dünya Səhiyyə Təşkilatı tərəfindən, elə-
cə də bir çox ikitərəfli donorların bir-biri ilə koordinasiyası vasitəsilə həyata
keçirilir. Əksər hallarda bu layihələrin Milli Əlaqələndiriciləri eyni şəxslər
olur və bu layihələr qeyri-rəsmi əməkdaşlıq edir. SFP bu koordinasiyanı dəs-
təkləmək və yardım etmək, milli və transsərhəd səviyyədə əməkdaşlıq üçün
tənzimləyici bazanın hazırlanması üçün xidmət göstərə bilər. Beynəlxalq do-
norlar arasında yüksək səviyyəli koordinasiya, Milli Əlaqələndiricilərin vax-
tına az tələbat və hər bir ölkə daxilində səylərin təkmilləşdirilmiş səmərəliliyi,
habelə ölkələr daxilində və onların arasında koordinasiya və məlumat mü-
badiləsi üçün geniş imkanlar olacaq. Həmçinin, layihələr arasında hər hansı
potensial üst-üstə düşmələrin qarşısı alınacaq və onların milli və paylaşılan
transsərhəd məqsədlərə nail olmaq istiqamətində uyğunlaşdırılmış şəkildə bir-
birini tamamlamasını və işləməsini təmin edəcək.
342
II
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi
Eyni zamanda donorlar və hökumətlər tərəfindən həyata keçirilən milli
layihələr Milli Planlar çərçivəsində və lazım gələrsə, xüsusi Milli Plan çərçi-
vəsində davam etdiriləcək. Ölkələr su ehtiyatlarının effektiv idarə edilməsi
istiqamətində irəlilədikcə, bu, milli səviyyədə prioritetlərin də reallaşmasına
imkan verəcək. Donorlar hər bir ölkədə ayrılıqda və ya birgə fəaliyyətləri ilə
layihələrin milli və transsərhəd aspektlərini dəstəkləyirlər. Hazırda bu tənzim-
ləmə müəyyən dərəcədə qeyri-rəsmi şəkildə mövcud olsa da, SFP-nın həyata
keçirilməsi hövzədə geniş səylərin, eləcə də milli səviyyədə səylərin koor-
dinasiyasına həm dəstək olacaq və həm də bütün səviyyələrdə səmərəliliyi
artıracaq.
Şək.17.7 bu işgüzar əlaqələri və layihənin işinin təşkilində və istiqamət-
ləndirilməsində SFP-nın Rəhbər Komitəsinin mərkəzi təşkilati rolunu nümayiş
etdirir.
Maraqlı tərəflərin cəlb olunması və ictimaiyyətin iştirakı
QEF-in beynəlxalq su layihələri arasında SFP-nın hazırlanmasına daha
çox sayda maraqlı tərəf cəlb edilib. Bu, Noyabr 2011 və Oktyabr 2013-cü il
arasında uzun bir müddət ərzində bütün səviyyələrdə maraqlı tərəflər ilə geniş
məsləhətləşmələr vasitəsilə həyata keçirilmişdir. Bu maraqlı tərəflərə bir çox
nazirliklərin nümayəndələri, dövlət strukturları, universitetlər, özəl sektor,
beynəlxalq qurumlar, QHT-lər və digər maraqlı tərəflər və milli ekspertlər
daxildir.
Şək. 17.7.
Strateji Fəaliyyət Planının həyata keçməsi üçün təşkilati struktur
17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
343
Ümumilikdə bu prosesə təxminən 260 maraqlı tərəf cəlb olunmuşdu.
Onların 20 nəfəri beynəlxalq ekspertlər, 240-ı isə region nümayəndələri idi.
Gələcəkdə SFP-nın həyata keçirilməsində maraqlı tərəflər ilə geniş məsləhət-
ləşmələr və onların cəlb edilməsi tendensiyasının möhkəmlənməsi və təşviq
edilməsinin davam etdirilməsi nəzərdə tutulur.
Həmçinin, milli hökumətlər, SFP-nın icra təşkilatları və vətəndaş cəmiy-
yəti arasında davamlı məsləhətləşmələr və geniş ictimaiyyətin məlumatlan-
dırılması gözlənilir. Bu, su ehtiyatlarının istifadəsi və idarə edilməsi ilə bağlı
qərarların qəbul edilməsi proseslərində ictimaiyyətin fəal iştirakını, xüsusilə də
Milli Su Siyasəti Dialoqları və ya illik QHT Forumları kimi forumlarda və-
təndaşları və vətəndaş cəmiyyətinin üzvlərinin artan iştirakını təmin edəcək.
Dövlət və qeyri-hökumət təşkilatları milli və transsərhəd ehtiyacların
ödənilməsi, Kür hövzəsində su idarəetmə təcrübələrinin uyğunlaşdırılması, su
və ətraf mühitlə bağlı mövcud beynəlxalq öhdəliklərin yerinə yetirilməsi pro-
sesinin mühüm hissəsi olacaq. Bu prosesdə Ictimaiyyətin iştirakı beynəlxalq,
milli və yerli səviyyədə tələb olunur:
Beynəlxalq səviyyədə iştirak bütün Kür hövzəsi ölkələrində
fəaliyyətlərin əlaqələndirilməsinə və su ehtiyatlarının idarə edil-
məsində gender yanaşması və ya daha effektiv ekoloji məlumat-
ların toplanması və idarə edilməsi kimi hövzə əhəmiyyətli mə-
sələlərin həllinə yönəlmişdir.
Milli səviyyədə iştirak su ehtiyatlarının idarə edilməsində milli
prioritet və tələbatları həll etmək üçün hər bir ölkənin qanunve-
ricilik bazasının və institusional potensialın artırılması prosesini
nəzərdə tutur. Bu iştirak həmçinin, SFP/Milli Fəaliyyət Planla-
rının həyata keçirilməsinin monitorinqində ictimaiyyətin daha
geniş maraqlı tərəflərinin cəlb edilməsinə yönəlir.
Yerli səviyyədə iştirak ətraf mühitin mühafizəsində ictimaiyyətin
fəal iştirakını təbliğ edir və su ehtiyatlarının istifadəsi və idarə
edilməsi məsələlərinin təsirinə məruz qalanlara müvafiq səlahiy-
yət verir. Bu, ictimaiyyətin iqlim dəyişmələrinə adaptasiya prob-
lemlərinin həllində iştirakına əsaslanaraq, su ilə bağlı daha böyük
layihələrə ictimai məsləhətləşmələrin daxil edilməsi üçün qiy-
mətləndirmə prosesinin yaxşılaşdırılması və su ehtiyatlarının tək-
milləşdirilmiş idarə edilməsi səylərinə başlamaq üçün əhəmiy-
yətlidir.
Maraqlı tərəflərin bütün səviyyələrdə fəal iştirakının təbliği SFP-nın
tövsiyə etdiyi müxtəlif fəaliyyətlər vasitəsilə davam etdiriləcək:
SFP və Milli Planların həyata keçirilməsində ictimai təşəbbüs-
lərin dəstəklənməsi və qeyri-hökumət təşkilatlarının fəal və sə-
344
II
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi
mərəli iştirakının təmin edilməsi üçün milli hüquqi bazanın güc-
ləndirilməsi;
Kür hövzəsində Milli Su Siyasəti Dialoqlarında hökumət və
qeyri-hökumət təşkilatlarının davamlı iştirakı;
Su ehtiyatlarının istifadəsi və idarə edilməsində müxtəlif milli və
transsərhəd prioritetləri müzakirə etmək üçün Kür Layihəsinin ev
sahibliyi etdiyi davamlı QHT Forumları;
Su ehtiyatlarından istifadə və idarəetmə strategiyaları üzrə infor-
masiyanın yayılması və ictimai məlumatlandırma kompaniyala-
rının keçirilməsi;
Hər iki ölkədə Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi üzrə
əlaqələndirilmiş magistr proqramlarının hazırlanması, həyata ke-
çirilməsi və genişləndirilməsi üçün davamlı dəstək;
Hər iki ölkənin təhsil proqramlarında ekoloji yanaşmanın güclən-
dirilməsi.
Bu yanaşmalar və tövsiyələr, SFP və Milli Planlar həyata keçirilərkən su
ehtiyatlarının istifadə və idarə edilməsinin hər bir səviyyəsində qarşılıqlı fay-
dalanmanı təmin edəcək. Bu, beynəlxalq təcrübələrə, hövzə ölkələrində möv-
cud beynəlxalq öhdəliklərə və Kür hövzəsində su ehtiyatlarının idarə edilməsi
təcrübələrinin uyğunlaşdırılması üzrə razılaşdırılmış məqsədlərə uyğundur.
SFP-nın həyata keçirilməsinin Monitorinqi və Qiymətləndirməsi
SFP hazırlanan müddət ərzində, onun həyata keçirilmə mərhələsində
monitorinq və qiymətləndirmə vəzifələrini yerinə yetirəcək heç bir müvafiq
beynəlxalq orqan yox idi. Ölkələrin hər birində nazirliklər Azərbaycan və Gür-
cüstan üçün Milli SEİİ Planları əsasında əlaqələndirici milli tədbirlərin həyata
keçirilməsində məsuliyyət daşıyır. Ona görə də SFP həyata keçirilməsi üzrə
Monitorinq və Qiymətləndirmə bu milli səviyyəli planlar çərçivəsində hazırla-
nacaq. SFP-nın həyata keçirilməsi üçün milli və transsərhəd səviyyədə ölkə-
lərə dəstək təmin edəcək gələcək donor layihələri onların monitorinqi və qiy-
mətləndirilməsi və həmçinin hövzədə işləyən digər donorlar ilə açıq və aydın
danışıqlar və koordinasiyanı qorumaq üçün məsuliyyət daşıyacaq. Bu, ölkələrə
donorların koordinasiyasından və bölüşdürülən təcrübələrin öyrənilməsindən
faydalanmaq imkanı verəcək.
Əgər, SFP ilə bağlı olan ikitərəfli təşkilatlar, o cümlədən Gürcüstan və
Azərbaycan arasında mümkün ikitərəfli komissiya formalaşsa, bu orqanlar,
onların bölüşdürülən prioritetləri ilə sıx əlaqəsi olan SFP-nın komponentlərinə
nəzarəti təmin edə bilər. Milli səviyyədə monitorinq və qiymətləndirmə SFP-
nın həyata keçirilməsinə nəzarət üçün əsas mexanizm olacaq.
17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
345
Ədəbiyyat
1.
İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatları və onların
inteqrasiyalı idarə edilməsi // Xəzər Beynəlxalq Su Texnologiyaları
konfransının materialları, Bakı, 2013, s.116-122.
2.
Mary Metyuz, Əhməd Əbu Əlsəid, Fərda İmanov. Azərbaycanın su
ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə milli fəaliyyət planı-
nın məqsəd və vəzifələri //Su təsərrüfatı, mühəndis kommuni-
kasiya sistemlərinin müasir problemləri və ekologiya. Beynəlxalq
elmi praktiki konfransın materialları, Bakı, 2014, s. 230-234.
3.
Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Азербайджанской
ССР. Баку, Элм, 1989-180 с.
4.
Исходный ТДА для бассейна Кура-Араз. UNDP/ QEF.2013.
5.
FAO, 2009. Irrigation in the Middle East region in figures –
Aquastat survey 2008. FAO Water Reports No. 34, 423 pp.
346
II
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi
Qeydlər üçün
17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
347
Qeydlər üçün
348
II
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi
Qeydlər üçün
17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
349
Qeydlər üçün
350
II
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi
Qeydlər üçün
17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
351
İmanov F.Ə., Ələkbərov A.B.
AZƏRBAYCANIN SU EHTİYATLARININ MÜASİR DƏYİŞMƏLƏRİ
VƏ İNTEQRASİYALI İDARƏ EDİLMƏSİ
Bakı – Mütərcim – 2017
352
II
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi
***
***
***
Texniki redaktor – Mətanət Qaraxanlı
Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap olunmuşdur.
Çapa imzalanıb: 22.02.2017.
Format: 70x100 1/16. Qarnitur: Times.
Həcmi: 22 ç.v. Tiraj: 300. Sifariş №
7.
Qiyməti müqavilə ilə.
TƏRCÜMƏ
VƏ NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZI
Az 1014, Bakı, Rəsul Rza küç., 125/139b
Tel./faks 596 21 44; (055) 715 63 99
e-mail: mutarjim@mail.ru
www.mutercim.az
Dostları ilə paylaş: |