Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə122/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   114   115   116   117   118   119   120   121   122

17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
337 
 Su ehtiyatlarının iqtisadi dəyərinin müəyyən edilməsi və suyun
keyfiyyətinin yaxşılaşdırılması;
 Ekosistem xidmətlərinin real dəyərinin qiymətləndirilməsi;
 Sektorlar arasında su ehtiyatlarının istifadəsi üzrə planların koor-
dinasiyasının təkmilləşdirilməsi;
 Suyun keyfiyyəti və  kəmiyyəti üzrə monitorinq proqramlarının
təkmilləşdirilməsi, o cümlədən müasir avadanlıqlardan və  ən
yaxşı təcrübələrdən istifadə potensialının gücləndirilməsi;
 Potensialın inkişafı  və transsərhəd koordinasiyanın dəstəklən-
məsi.
Bu məsələlərin çoxu, təbiət etibarilə milli və transsərhəd məsələlərdir. 
Belə ki, çayın yuxarı axınında suyun götürülməsində artım həm ölkə daxilində, 
həm də ölkələr arasında çayın aşağı axınında iqtisadi və sosial tələbatlar üçün 
su  əldə etmək imkanına mənfi təsir edir. Su qıtlığı artdığına görə  ərzaq, su, 
enerji və  ətraf mühitin təhlükəsizliyi insan təhlükəsizliyinə problem yaranır. 
Mövcud ehtiyatlardan səmərəli istifadənin optimallaşdırılması və gələcək nə-
sillərin rifahı üçün su ehtiyatlarının təhlükəsizliyinin yaxşılaşdırılması istiqa-
mətində təcili addımlar atılmalıdır. 
İnstitusional struktur və potensialda boşluqları dolduran bu ümumi tələ-
batlar BMTİP- QEF Kür-Araz layihəsinin SEİİ/SFP komponenti üzrə  həyata 
keçirdiyi Potensiala Tələbatın Qiymətləndirilməsində  əks olunub. Hazırda 
BMTİP-QEF layihəsi Milli SEİİ Planlarının hazırlanmasına, habelə onların 
həyata keçirilməsi üçün potensialın inkişafına dəstək verir. Lakin, onun gələ-
cəkdə davamlı olması üçün bu ümumi tələbatların həlli üzrə öhdəliklər hər iki 
hövzə ölkələri tərəfindən qəbul edilməlidir. Hər iki ölkə bu boşluqları dol-
durarsa, iqtisadi xərclər nəzərə alınmaqla və faydalar əldə etməklə çay hövzə-
sinin uğurlu idarə edilməsi daha asan olacaq. 
Strateji Fəaliyyət Proqramının həyata keçirilməsi üçün Görünüşün 
məqsədləri, nəticələr və fəaliyyətlər 
Görünüş razılaşdırılmış dörd Ekosistem Keyfiyyət Məqsədləri tərəfindən 
dəstəklənir. Onlar da öz növbəsində 10 nəticəyə çatmaqla həyata keçirilir. Bu 
bölümün sonunda nəticələr və onlarla bağlı yerinə yetiriləcək fəaliyyətlər təf-
silatı ilə aşağıdakı cədvəldə verilmişdir. Ümumiləşdirilmiş məqsəd və nəticələr 
ilə SFP-nın strukturu aşağıda göstərilir (şək.17.6): 


338
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Şək. 17.6. Ümumiləşdirilmiş məqsəd və nəticələr ilə Strateji Fəaliyyət Planının 
strukturu 
Aşağıda EKM-lər və onlara nail olmaq üçün nəzərdə tutulan fəaliyyətlər 
göstərilir. 
EKM  №1:  Su  əldə etmək imkanının təmin edilməsi və ekoloji sistem 
xidmətlərinin qorunması üçün su ehtiyatlarının davamlı istifadəsinə nail ol-
maq. 
1. Hidroloji İdarəetmənin təkmilləşdirilməsi.
2. Su itkilərinin azaldılması.
EKM №2: Indiki və gələcək nəsillər üçün təmiz sudan istifadə imkanını 
təmin etmək və Kür hövzəsində ekosistem funksiyalarını gücləndirmək üçün 
suyun yaxşı keyfiyyətinə nail olmaq. 
3. Suyun keyfiyyət monitorinqinin təkmilləşdirilmiş proqramı.
4. Çirklənmənin azaldılması və qarşısının alınması.
5. Suyun keyfiyyət standartlarının uyğunlaşdırılması.
EKM  №3:  Kür çayı hövzəsində davamlı olaraq əhəmiyyətli ekoloji və 
sosial-iqtisadi xidmət göstərəcək ekosistemlərə nail olmaq və onları qorumaq. 
6. Çay ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsi.
7. Çay ekosistemlərinin mühafizəsi və bərpası.
8. İnkişaf planlarında çay ekosistemlərinin  əhəmiyyətinin nəzərə alın-
ması. 


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
339 
EKM  №4:  Daşqın və iqlim dəyişmələrinin infrastruktura, sahilyanı 
ekosistemlərə və icmalara mənfi təsirlərinin azaldılmasına nail olmaq 
9. Daşqın və quraqlıq risklərinin azaldılması.
10. İqlim dəyişmələrinə razılaşdırılmış adaptasiya.
Strateji Fəaliyyət Planının icra tədbirləri 
SFP hər bir ölkənin mövcud hüquqi və institusional, eləcə də transsərhəd 
strategiyanı  həyata keçirilməsini dəstəkləyə biləcək bazası  əsasında hazırlan-
mışdır. SFP-nın hazırlanması və tədricən həyata keçirilməsi ölkələrin üzv ol-
duqları müxtəlif beynəlxalq sazişləri və milli səviyyədə bu sazişlər üzrə öhdə-
liklərini yerinə yetirmək üçün səylərini dəstəkləyəcək. Bura hər iki ölkədə su 
ehtiyatlarının istifadəsi və idarə edilməsi ilə bağlı mövcud milli qanun və qay-
daların genişləndirilməsi və su ehtiyatlarının idarə edilməsi, ətraf mühitin qo-
runması və Kür hövzəsində qarşılıqlı öhdəliklərlə bağlı transsərhəd tədbirlərin 
dəstəklənməsi daxildir. 
SFP-da göstərilən məqsəd və gözlənilən nəticələr hövzə ölkələrinin milli 
və beynəlxalq səviyyədə su ehtiyatlarının idarə edilməsini təkmilləşdirmək 
məqsədilə öz öhdəliklərini gücləndirmək üçün ortaq tələblərinə  əsaslanır. 
Məqsədlər və gözlənilən nəticələr ölkələrin hər biri tərəfindən artıq razılaş-
dırılmış beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün tələb olunan yerli hüquqi 
aspektlər və  fəaliyyətlərdən meydana gəlmişdir. Bu hüquqi və institusional 
tədbirlər hövzədə su ehtiyatlarının daha səmərəli və faydalı idarə edilməsi təc-
rübələri istiqamətində  təkmilləşdirilə  və gücləndirilə bilər. Aşağıdakı bölmə-
lərdə SFP-nın həyata keçirilməsi ilə bağlı müvafiq hüquqi və institusional baza 
daha ətraflı şərh edilir. 
Nəzərə alınır ki, hər iki ölkə bu prioritetlərə iddialıdır və  bəzi hallarda 
ölkələr bunu həyata keçirmək üçün milli və transsərhəd səviyyədə xarici dəs-
tək və donor tərəfindən maliyyələşdirilən təşəbbüslərdən faydalanacaq. 
Hüquqi baza 
Artıq Kür hövzəsində su ehtiyatlarının və  ətraf mühitin idarə edilməsi 
üçün bir sıra milli və beynəlxalq mexanizmlər var. SFP hövzə dövlətlərinə 
həm mövcud beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün öz milli hüquqi ba-
zalarını təkmilləşdirməyə, həm də öz milli öhdəliklərini gücləndirməyə yardım 
üçün nəzərdə tutulmuşdur. Artıq bir sıra Konvensiya və Protokollar hər iki öl-
kə tərəfindən imzalanmışdır. 
Hövzə ölkələri BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə müvafiq öh-
dəliklər götürüb. Bu öhdəliklər birbaşa su ehtiyatlarının idarə olunması ilə 
bağlıdır və bu, hövzədə davamlı və təhlükəsiz gələcəyi və o cümlədən, aşağı-
dakı öhdəlikləri təmin etməyə kömək edəcək: 


340
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
 Yoxsulluq və aclığın aradan qaldırılması;
 Uşaq ölümü hallarının azaldılması;
 Ətraf mühitin davamlılığının təmin edilməsi.
Bu öhdəliklər birbaşa su ehtiyatlarının idarə edilməsi ilə bağlıdır və SFP-
nın dəstək göstərməyə çalışdığı ətraf mühit və su ehtiyatlarının idarə edilmə-
sində ən yaxşı təcrübələrin tətbiqindən asılıdır. 
İnstitusional mexanizmlər 
SFP transsərhəd su ehtiyatlarının istifadəsi və idarəetmə strategiyalarının 
uyğunlaşdırılması üçün tövsiyələrin hazırlanması və tədbirlərin təklifi zamanı 
ölkələr mövcud olan müxtəlif milli və transsərhəd institusional tədbirləri nə-
zərə alır. Kür-Araz Layihəsinin ilkin mərhələsi TDA və SFP üzərində gördüyü 
işlər vasitəsilə müxtəlif hövzə dövlətlərinin hökumətləri ilə birgə işgüzar əla-
qələr yaratmağa nail olub və beləliklə də bu planın hansı mövcud institusional 
təşkilatlar vasitəsilə  həyata keçiriləcəyi məlumdur. Layihənin hər bir ölkədə 
əməkdaşlıq etdiyi və tövsiyələr ünvanlandırdığı əsas dövlət orqanları aşağıda-
kılardır: 
 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Na-
zirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadi İn-
kişaf Nazirliyi, Tarif Şurası, Kənd Təsərrüfatı Nazirliyi, Azərsu
ASC, Meliorasiya və Su Təsərrüfatı ASC.
 Gürcüstan Respublikasının  Ətraf Mühit Nazirliyi, Enerji Na-
zirliyi,  Əmək Nazirliyi, Səhiyyə  və Sosial Müdafiə Nazirliyi,
Kənd Təsərrüfatı Nazirliyi, Regional İnkişaf və İnfrastruktur Na-
zirliyi,  İqtisadiyyat və Davamlı  İnkişaf Nazirliyi, Maliyyə Na-
zirliyi, Daxili İşlər Nazirliyi, Milli Enerji və Su Təchizatının
Tənzimləyici Komissiyası və yerli özünüidarəetmə təşkilatları.
Əvvəl qeyd edildiyi kimi, hökumətlərarası koordinasiya və əməkdaşlığın 
yaxşılaşdırılması məqsədi ilə hövzə ölkələri arasında müxtəlif transsərhəd ins-
titusional mexanizmlər var. Bu mexanizmlər aşağıdakılardır: 
 Gürcüstanın Ekologiya Nazirliyi və Azərbaycan Respublikasının
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Dövlət Komitəsi (ha-
zırda Ekologiya və  Təbii Sərvətlər Nazirliyi) arasında Kür çayı
hövzəsinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə
pilot layihələrin hazırlanması  və  həyata keçirilməsi sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu (1997);
 Gürcüstan və Azərbaycan hökumətləri arasında  Ətraf mühitin
mühafizəsi sahəsində əməkdaşlıq Sazişi (1997).


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
341 
 
Əgər hövzədə ölkələr arasında əlavə ikitərəfli sazişlər başa çatırsa, SFP 
iştirakçı ölkələrin tələbi ilə onlara dəstək göstərmək üçün xidmət edəcəkdir. 
Belə hallarda SFP-nın həyata keçirilməsi, bu Proqramda nəzərdə tutulan təd-
birlər vasitəsilə  və milli prioritetlərə uyğun olaraq bu sazişlərin möhkəmlən-
məsinə xidmət etməlidir. 
Ümumiyyətlə, hövzədə su ehtiyatlarının daha səmərəli,  ədalətli və qar-
şılıqlı fayda ilə idarə edilməsi təcrübələri zamanı qarşiya çıxan əsas çətinliklər 
koordinasiya məsələsi, məlumatların toplanması  və mübadiləsi və bu istiqa-
mətdə lazımi islahatlar və  təşəbbüslərə ehtiyaclardır. TDA, SFP, Milli SEİİ 
Planları və Milli Fəaliyyət Planında olan tövsiyələrin çoxu bu əsas məsələlərin 
ətrafında mərkəzləşib və  əsas fəaliyyətlərin kəsişən problemlərə yönəlməsi 
nəzərdə tutulub. 
 
İnstitusional mexanizmlərin həyata keçirilməsi üçün təklif olunan 
fəaliyyətlər 
Hövzə ölkələrində BMTİP-QEF-in Kür-Araz Layihəsi və digər donorlar 
tərəfindən maliyyələşdirilən layihələr vasitəsilə transsərhəd su ehtiyatlarından 
istifadə  və idarəetmə  təcrübəsinin uyğunlaşdırılması  təşviq edilir. SFP höku-
mət tərəfindən razılaşdırılmış hövzənin görünüşü və TDA-da olan tövsiyələr, 
SFP-da olan məqsəd və gözlənilən nəticələr və hər bir ölkənin Milli Planında 
genişləndirilmiş milli səviyyəli icra planının detalları ölkələrdə qurulan ef-
fektiv işgüzar əlaqələrin saxlanmasını dəstəkləyir. 
SFP-də bir çox layihələrin koordinasiya orqanı vasitəsilə  həyata ke-
çirilməsi nəzərdə tutulmuşdur. 
Bu günə qədər bununla bağlı layihələr BMT, Aİ, ATƏT, Ətraf Mühitin 
Təhlükəsizliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin Avropa İq-
tisadi Kommisiyası, Dünya Bankı və Dünya Səhiyyə Təşkilatı tərəfindən, elə-
cə  də bir çox ikitərəfli donorların bir-biri ilə koordinasiyası vasitəsilə  həyata 
keçirilir.  Əksər hallarda bu layihələrin Milli Əlaqələndiriciləri eyni şəxslər 
olur və bu layihələr qeyri-rəsmi əməkdaşlıq edir. SFP bu koordinasiyanı dəs-
təkləmək və yardım etmək, milli və transsərhəd səviyyədə  əməkdaşlıq üçün 
tənzimləyici bazanın hazırlanması üçün xidmət göstərə bilər. Beynəlxalq do-
norlar arasında yüksək səviyyəli koordinasiya, Milli Əlaqələndiricilərin vax-
tına az tələbat və hər bir ölkə daxilində səylərin təkmilləşdirilmiş səmərəliliyi, 
habelə ölkələr daxilində  və onların arasında koordinasiya və  məlumat mü-
badiləsi üçün geniş imkanlar olacaq. Həmçinin, layihələr arasında hər hansı 
potensial üst-üstə düşmələrin qarşısı alınacaq və onların milli və paylaşılan 
transsərhəd məqsədlərə nail olmaq istiqamətində uyğunlaşdırılmış şəkildə bir-
birini tamamlamasını və işləməsini təmin edəcək. 


342
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Eyni zamanda donorlar və hökumətlər tərəfindən həyata keçirilən milli 
layihələr Milli Planlar çərçivəsində və lazım gələrsə, xüsusi Milli Plan çərçi-
vəsində davam etdiriləcək. Ölkələr su ehtiyatlarının effektiv idarə edilməsi 
istiqamətində irəlilədikcə, bu, milli səviyyədə prioritetlərin də reallaşmasına 
imkan verəcək. Donorlar hər bir ölkədə ayrılıqda və ya birgə fəaliyyətləri ilə 
layihələrin milli və transsərhəd aspektlərini dəstəkləyirlər. Hazırda bu tənzim-
ləmə müəyyən dərəcədə qeyri-rəsmi şəkildə mövcud olsa da, SFP-nın həyata 
keçirilməsi hövzədə geniş  səylərin, eləcə  də milli səviyyədə  səylərin koor-
dinasiyasına həm dəstək olacaq və  həm də bütün səviyyələrdə  səmərəliliyi 
artıracaq. 
Şək.17.7 bu işgüzar əlaqələri və layihənin işinin təşkilində və istiqamət-
ləndirilməsində SFP-nın Rəhbər Komitəsinin mərkəzi təşkilati rolunu nümayiş 
etdirir. 
Maraqlı tərəflərin cəlb olunması və ictimaiyyətin iştirakı 
QEF-in beynəlxalq su layihələri arasında SFP-nın hazırlanmasına daha 
çox sayda maraqlı  tərəf cəlb edilib. Bu, Noyabr 2011 və Oktyabr 2013-cü il 
arasında uzun bir müddət ərzində bütün səviyyələrdə maraqlı tərəflər ilə geniş 
məsləhətləşmələr vasitəsilə  həyata keçirilmişdir. Bu maraqlı  tərəflərə bir çox 
nazirliklərin nümayəndələri, dövlət strukturları, universitetlər, özəl sektor, 
beynəlxalq qurumlar, QHT-lər və digər maraqlı  tərəflər və milli ekspertlər 
daxildir. 
Şək. 17.7. 
Strateji Fəaliyyət Planının həyata keçməsi üçün təşkilati struktur 


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
343 
 
Ümumilikdə bu prosesə  təxminən 260 maraqlı  tərəf cəlb olunmuşdu. 
Onların 20 nəfəri beynəlxalq ekspertlər, 240-ı isə region nümayəndələri idi. 
Gələcəkdə SFP-nın həyata keçirilməsində maraqlı tərəflər ilə geniş məsləhət-
ləşmələr və onların cəlb edilməsi tendensiyasının möhkəmlənməsi və  təşviq 
edilməsinin davam etdirilməsi nəzərdə tutulur. 
Həmçinin, milli hökumətlər, SFP-nın icra təşkilatları və vətəndaş cəmiy-
yəti arasında davamlı  məsləhətləşmələr və geniş ictimaiyyətin məlumatlan-
dırılması gözlənilir. Bu, su ehtiyatlarının istifadəsi və idarə edilməsi ilə bağlı 
qərarların qəbul edilməsi proseslərində ictimaiyyətin fəal iştirakını, xüsusilə də 
Milli Su Siyasəti Dialoqları  və ya illik QHT Forumları kimi forumlarda və-
təndaşları və vətəndaş cəmiyyətinin üzvlərinin artan iştirakını təmin edəcək. 
Dövlət və qeyri-hökumət təşkilatları milli və transsərhəd ehtiyacların 
ödənilməsi, Kür hövzəsində su idarəetmə təcrübələrinin uyğunlaşdırılması, su 
və ətraf mühitlə bağlı mövcud beynəlxalq öhdəliklərin yerinə yetirilməsi pro-
sesinin mühüm hissəsi olacaq. Bu prosesdə Ictimaiyyətin iştirakı beynəlxalq, 
milli və yerli səviyyədə tələb olunur: 

  Beynəlxalq səviyyədə  iştirak bütün Kür hövzəsi ölkələrində 
fəaliyyətlərin əlaqələndirilməsinə və su ehtiyatlarının idarə edil-
məsində gender yanaşması və ya daha effektiv ekoloji məlumat-
ların toplanması  və idarə edilməsi kimi hövzə  əhəmiyyətli mə-
sələlərin həllinə yönəlmişdir. 

  Milli səviyyədə  iştirak su ehtiyatlarının idarə edilməsində milli 
prioritet və tələbatları həll etmək üçün hər bir ölkənin qanunve-
ricilik bazasının və institusional potensialın artırılması prosesini 
nəzərdə tutur. Bu iştirak həmçinin, SFP/Milli Fəaliyyət Planla-
rının həyata keçirilməsinin monitorinqində ictimaiyyətin daha 
geniş maraqlı tərəflərinin cəlb edilməsinə yönəlir. 

  Yerli səviyyədə iştirak ətraf mühitin mühafizəsində ictimaiyyətin 
fəal iştirakını  təbliğ edir və su ehtiyatlarının istifadəsi və idarə 
edilməsi məsələlərinin təsirinə məruz qalanlara müvafiq səlahiy-
yət verir. Bu, ictimaiyyətin iqlim dəyişmələrinə adaptasiya prob-
lemlərinin həllində iştirakına əsaslanaraq, su ilə bağlı daha böyük 
layihələrə ictimai məsləhətləşmələrin daxil edilməsi üçün qiy-
mətləndirmə prosesinin yaxşılaşdırılması və su ehtiyatlarının tək-
milləşdirilmiş idarə edilməsi səylərinə başlamaq üçün əhəmiy-
yətlidir. 
Maraqlı  tərəflərin bütün səviyyələrdə  fəal iştirakının təbliği SFP-nın 
tövsiyə etdiyi müxtəlif fəaliyyətlər vasitəsilə davam etdiriləcək: 

  SFP və Milli Planların həyata keçirilməsində ictimai təşəbbüs-
lərin dəstəklənməsi və qeyri-hökumət təşkilatlarının fəal və  sə-


344
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
mərəli iştirakının təmin edilməsi üçün milli hüquqi bazanın güc-
ləndirilməsi; 
 Kür hövzəsində Milli Su Siyasəti Dialoqlarında hökumət və
qeyri-hökumət təşkilatlarının davamlı iştirakı;
 Su ehtiyatlarının istifadəsi və idarə edilməsində müxtəlif milli və
transsərhəd prioritetləri müzakirə etmək üçün Kür Layihəsinin ev
sahibliyi etdiyi davamlı QHT Forumları;
 Su ehtiyatlarından istifadə və idarəetmə strategiyaları üzrə infor-
masiyanın yayılması  və ictimai məlumatlandırma kompaniyala-
rının keçirilməsi;
 Hər iki ölkədə Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi üzrə
əlaqələndirilmiş magistr proqramlarının hazırlanması, həyata ke-
çirilməsi və genişləndirilməsi üçün davamlı dəstək;
 Hər iki ölkənin təhsil proqramlarında ekoloji yanaşmanın güclən-
dirilməsi.
Bu yanaşmalar və tövsiyələr, SFP və Milli Planlar həyata keçirilərkən su 
ehtiyatlarının istifadə və idarə edilməsinin hər bir səviyyəsində qarşılıqlı fay-
dalanmanı təmin edəcək. Bu, beynəlxalq təcrübələrə, hövzə ölkələrində möv-
cud beynəlxalq öhdəliklərə və Kür hövzəsində su ehtiyatlarının idarə edilməsi 
təcrübələrinin uyğunlaşdırılması üzrə razılaşdırılmış məqsədlərə uyğundur. 
SFP-nın həyata keçirilməsinin Monitorinqi və Qiymətləndirməsi 
SFP hazırlanan müddət  ərzində, onun həyata keçirilmə  mərhələsində 
monitorinq və qiymətləndirmə  vəzifələrini yerinə yetirəcək heç bir müvafiq 
beynəlxalq orqan yox idi. Ölkələrin hər birində nazirliklər Azərbaycan və Gür-
cüstan üçün Milli SEİİ Planları əsasında əlaqələndirici milli tədbirlərin həyata 
keçirilməsində  məsuliyyət daşıyır. Ona görə  də SFP həyata keçirilməsi üzrə 
Monitorinq və Qiymətləndirmə bu milli səviyyəli planlar çərçivəsində hazırla-
nacaq. SFP-nın həyata keçirilməsi üçün milli və transsərhəd səviyyədə ölkə-
lərə dəstək təmin edəcək gələcək donor layihələri onların monitorinqi və qiy-
mətləndirilməsi və həmçinin hövzədə işləyən digər donorlar ilə açıq və aydın 
danışıqlar və koordinasiyanı qorumaq üçün məsuliyyət daşıyacaq. Bu, ölkələrə 
donorların koordinasiyasından və bölüşdürülən təcrübələrin öyrənilməsindən 
faydalanmaq imkanı verəcək. 
Əgər, SFP ilə bağlı olan ikitərəfli təşkilatlar, o cümlədən Gürcüstan və 
Azərbaycan arasında mümkün ikitərəfli komissiya formalaşsa, bu orqanlar, 
onların bölüşdürülən prioritetləri ilə sıx əlaqəsi olan SFP-nın komponentlərinə 
nəzarəti təmin edə bilər. Milli səviyyədə monitorinq və qiymətləndirmə SFP-
nın həyata keçirilməsinə nəzarət üçün əsas mexanizm olacaq. 


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
345 
 
Ədəbiyyat 
1.
  İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatları və onların 
inteqrasiyalı idarə edilməsi // Xəzər Beynəlxalq Su Texnologiyaları 
konfransının materialları, Bakı, 2013, s.116-122. 
2.
  Mary Metyuz, Əhməd Əbu Əlsəid, Fərda İmanov. Azərbaycanın su 
ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə milli fəaliyyət planı-
nın  məqsəd  və  vəzifələri  //Su  təsərrüfatı,  mühəndis  kommuni-
kasiya  sistemlərinin  müasir  problemləri  və  ekologiya.  Beynəlxalq 
elmi praktiki konfransın materialları, Bakı, 2014, s. 230-234. 
3.
  Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Азербайджанской 
ССР. Баку, Элм, 1989-180 с. 
4.
  Исходный ТДА для бассейна Кура-Араз. UNDP/ QEF.2013. 
5.
  FAO,  2009.  Irrigation  in  the  Middle  East  region  in  figures  – 
Aquastat survey 2008. FAO Water Reports No. 34, 423 pp. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


346
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Qeydlər üçün 


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
347 
Qeydlər üçün 


348
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Qeydlər üçün 


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
349 
 
Qeydlər üçün 
 
 


350
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Qeydlər üçün  


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
351 
İmanov F.Ə., Ələkbərov A.B. 
AZƏRBAYCANIN SU EHTİYATLARININ MÜASİR DƏYİŞMƏLƏRİ 
VƏ İNTEQRASİYALI İDARƏ EDİLMƏSİ
Bakı –  Mütərcim – 2017 


352
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
***  
***  
*** 
Texniki redaktor – Mətanət Qaraxanlı 
Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində 
səhifələnmiş və çap olunmuşdur.  
Çapa imzalanıb: 22.02.2017. 
Format: 70x100 1/16. Qarnitur: Times. 
Həcmi: 22 ç.v. Tiraj: 300. Sifariş № 
7.  
Qiyməti müqavilə ilə. 
TƏRCÜMƏ 
VƏ NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZI  
Az 1014, Bakı, Rəsul Rza küç., 125/139b 
Tel./faks 596 21 44; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru 
www.mutercim.az

Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə