Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə121/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   114   115   116   117   118   119   120   121   122

334
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Şək. 17.4. 
Daşqın transsərhəd məsələsi üçün səbəb–nəticə diaqramı 
Temperatur, yağıntılar, daşqın və leysan yağışlarının ölkələrdə yerinə 
yetirilmiş təhlilləri bu hadisələrin intensivləşməsinə dəlalət edir. Bütün bunlar 
qeyd olunan qanunauyğunluqların kökündə qlobal iqlim dəyişmələrinin 
olmasının göstəricisidir. 
Təsirlər 
Daşqının ekoloji təsirləri müsbət və mənfi ola bilər: 
Ətraf mühitə müsbət təsirlər: 
 Su-bataqlıq ekosistemlərində  və çay sahili su obyektlərində su
kütlələri, o cümlədən biogen maddələr, genetik müxtəliflik və çö-
küntülərin təzələnməsi;
 Biogen maddələrin torpaq örtüyünün səthində, o cümlədən suba-
sarlarda və yeni yaranmış allüvial torpaqlarda yayılması:
 Çay yatağında yığılmış çöküntülərin nəql olunması.
Ətraf mühitə mənfi təsirlər: 
 Zəif drenaj nəticəsində suyun durğun qaldığı yerlərdə daşqın və
subasma riskinin artması;
 Katastrofik daşqın dövründə çox sayda fauna növləri və bitkilərin
məhvi;


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ...
335 
 Fövqəladə daşqınlar zamanı eroziyanın artması və torpağın mün-
bitliyinin itirilməsi.
Daşqının sosial- iqtisadi təsirləri: 
 İnsan həyatı və əmlakın itirilməsi, bitkilərin məhv olması, kənd
təsərrüfatı sahələri və otlaq torpaqlarına ziyan vurulması, infra-
strukturun dağılması su və elektrik təchizatı, nəqliyyat və rabitə
şəbəkələri, təhsil və səhiyyənin normal fəaliyyətinin pozulması;
 Daşqının birbaşa və dolayı yolla su təchizatı sistemlərinə vur-
duğu zərərə görə su ilə keçən xəstəliklər yayıldığına görə, sağ-
lamlığın pisləşməsi; təsirə  məruz qalan insanların sağlamlığına
qısa və uzunmüddətli təsirlərə səbəb ola bilən tibbi xidmətin əl-
çatan olmaması;
 İlkin təcili yardım, əhalinin köçürülməsi, infrastruktur bərpası və
s. daxil olmaqla, yardım və bərpanın yüksək xərcləri;
 Ehtiyatların itirilməsinə, mal və xidmətlərin yüksək xərclərinə,
həm də inkişaf ləngimələrinə səbəb ola bilər.
Məsələlər arasında əlaqələr 
Hövzədə iqlim dəyişməsi kəsişən məsələ kimi, iqlim dəyişməsinin proq-
nozları və onun yuxarıda göstərilən dörd transsərhəd problemə mümkün təsir-
lərinin nəzərdən keçirilməsi yolu ilə  həll edilir. İqlim dəyişmələrinin tempe-
ratur və buxarlanmanın artmasına, yağıntıların isə azalmasına və buzlaqların 
əriməsinə səbəb olacağı gözlənilir. 
Şək.17.5.
Transsərhəd məsələlər arasında əlaqələr 


336
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Əvvəllər müzakirə olunmuş  hər bir transsərhəd məsələ üçün səbəb-nə-
ticə təhlilində qeyd edildiyi kimi, bu məsələlər çox vaxt üst-üstə düşür. Hər bir 
məsələnin digər məslələrə qarşılıqlı təsirləri var. Təbii şəraiti dəyişən ekoloji 
sistemlər üçun bu məsələlərin mürəkkəbliyi xarakterikdir. Səbəb-nəticə təhlil-
lərində bu məsələlər arasında  əlaqələr təhlil edilir. Lakin məsələlər arasında 
elə əlaqələr də var ki, onlar da nəzərə alınmalıdır. 
Yuxarıdakı diaqram (şək.17.5) transsərhəd məsələlərin bir-birinə  təsir-
lərinin qrafik təsvirini verir. Dairələr arasında oxlar təsir  əlaqələri göstərilir. 
Oxun rəngi təsir edən məsələyə cavabdır. Oxların ölçüsü və  şəffaflığı  təsir 
gücünü əks etdirir. 
Çay axımının dəyişməsi və suyun keyfiyyətinin pisləşməsi arasında sıx 
əlaqə var. Su ehtiyatlarının azalması suda çirkləndiricilərin qatılığının artması 
ilə nəticələnir. Daşqın zamanı suyun keyfiyyəti mənfi təsirə məruz qalır. Belə 
ki, bu zaman torpaqdan, nöqtəvi və qeyri-nöqtəvi mənbələrdən çay sisteminə 
çirkləndiricilər daxil olur. Əksinə, suyun keyfiyyətinin pisləşməsi nə çay axımı, 
nə  də daşqına təsir göstərmir. Çayda böyük zibil qalaqları daşqına təsir edə 
bilər, lakin bu məsələ layihənin “suyun keyfiyyətinin pisləşməsi”çərçivəsindən 
kənardır. 
Suyun keyfiyyətinin pisləşməsi və ekosistemin deqradasiyası arasında 
əlaqələr daha mürəkkəbdir və bir-birindən asılıdır. Bu, səbəb-nəticə təhlillərin-
də müəyyən edilib, lakin bu əlaqələrə  əlavə diqqət yetirilməlidir. Yuxarıdakı 
şəkildə göstərildiyi kimi, suyun keyfiyyətinin pisləşməsi ekosistemlərə mənfi 
təsir göstərir və bu da öz növbəsində ekosistemin deqradasiyasına səbəb olur. 
Keyfiyyətsiz su çay sisteminin optimal fəaliyyət göstərmə potensialını azaldır. 
Çay sistemində faydalı  və çox müxtəlif olan flora və fauna növləri keyfiy-
yətsiz suda inkişaf edə bilməz. Bundan əlavə, pis keyfiyyətli su balansı ya-
radan daha tolerant növlərin artmasına gətirib çıxarır ki, bu da ekosistemlərin 
normal balansını pozur. Suyun keyfiyyətinin pisləşməsi suvarılan  əkin sahə-
lərində torpaqlara mənfi təsir göstərir. Bütövlükdə, ekosistemlər suyun key-
fiyyətinin pisləşməsi və çay axımının azalması nəticəsində təhlükə altında olur. 
Transsərhəd məsələlərin həlli üçün ümumi tələbatlar 
Qeyd edildiyi kimi, transsərhəd, eləcə  də  bəzi digər məsələlər arasında 
əlaqə var. Səbəb-nəticə  təhlili çərçivəsində bir neçə ümumi səbəb müəyyən 
edilmişdir.  Əgər, onlar düzgün həll olarsa, bu məsələlərin bəzi aspektləri də 
həll ediləcək və əlaqəli məsələlərlə bağlı şərait yaxşılaşacaq. Ümumi səbəblər 
ümumi tələbatları əks etdirir və Kür hövzəsi ölkələri bundan faydalana bilər və 
nəticədə hövzədə deqradasiyanı azalda bilər. Bu ümumi tələbatlar aşağıda-
kılardır: 
 Qərar qəbul edən şəxslər üçün məlumatın keyfiyyətinin yaxşılaş-
dırılması;


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə