Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə117/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   114   115   116   117   118   119   120   121   122

17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
323 
 

  Daşqın və iqlim dəyişmələrinin infrastruktur, sahilyanı ekosis-
temlərə və icmalara mənfi təsirlərin azaldılmasına nail olmaq. 
SFP-nın 2-ci bölməsi TDA (Transsərhəd Diaqnostik Analiz) və SFP-nın 
hazırlanması üçün müasir metodologiyanı təsvir edir və TDA-nın milli məlu-
matlara əsaslanan mühüm nəticələrini ümumiləşdirir. 
SFP-nın 3-cü bölməsi  razılaşdırılmış Ekosistemin Keyfiyyət Məqsəd-
lərinə (EKM) nail olmaq üçün hazırlanmış nəticələri təsvir edir. Burada hər bir 
nəticə üçün bir sıra fəaliyyət növləri və onların hər biri üçün sıralanmış priori-
tetlər, yerinə yetirilmə müddəti və fayda sahəsi göstərilir. Onlar ümumi olsalar 
da, bu səylərdə əməyi olan iki yüzdən çox maraqlı tərəfin gərgin əməyi nəticə-
sində tərtib edilib. 
SFP-nın 4-cü bölməsi gözlənilən nəticələrin hüquqi aspektlərini təsvir 
edir və SFP-nın həyata keçirilməsi üçün institusional mexanizmlər təklif edir. 
Hüquqi aspektlər su ehtiyatlarının təkmilləşdirilmiş idarə edilməsi ilə bağlı öl-
kələrin ümumi beynəlxalq öhdəliklərinə, həmçinin milli planlarda milli hüquqi 
və tənzimləyici çərçivəyə əsaslanır. 
 
Strateji Fəaliyyət Proqramının hazırlanması üçün atılan addımlar 
 
Yenilənmiş TDA və SFP Metodologiyası 
QEF-in beynəlxalq çaylar üçün TDA/SFP-nın hazırlanmasında "ən yaxşı 
təcrübə" yanaşması Kür hövzəsi üçün istifadə edilən metodologiyanın əsasını 
təşkil edir. TDA metodologiyası aşağıdakı mərhələlərdən ibarətdir: 
1.
  İştirakçı ölkələrin mütəxəssisləri ilə transsərhəd problemlərin 
müəyyənləşdirilməsi və prioritetləşdirilməsi; 
2.
  Müəyyən edilmiş problemlərin səbəb-nəticə əlaqələrinin, o cüm-
lədən, problemin kökündə olan əsas səbəblərin təhlilinin 
aparılması; 
3.
  Ekoloji təsirlər və hər bir problemin sosial-iqtisadi nəticələri haq-
qında məlumatların toplanması və mübadiləsi; 
4.
  İnstitusional struktur, qanunlar, qaydalar və proqnozlaşdırılan in-
vestisiyaların təhlilinin başa çatdırılması; 
5.
  Əsas mənfi təsirlərin aradan qaldırılması və şəraitin yaxşılaşdırıl-
ması üçün tövsiyələrin hazırlanması. 
Yenilənmiş TDA su ehtiyatları üzrə milli və transsərhəd planların hazır-
lanması üçün mövcud vəziyyətin təsviri kimi mühüm funksiyanı yerinə yetirir. 
QEF-in beynəlxalq sular üzrə ən yaxşı təcrübələrinə uyğun olaraq SFP
Hövzənin Görünüşünü müəyyən etmək üçün dörd EKM-nə əsaslanır. Bu məq-
sədlərin həyata keçirilməsindən 10 ümumi nəticə gözlənilir. Hər bir gözlənilən 
nəticəyə, qarşıya qoyulan məqsədlərə çatmaq üçün tələb olunan fəaliyyətlər 


324
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
daxildir. Bu fəaliyyətlər ölkələr tərəfindən geniş müzakirə olunmuş və vaciblik 
dərəcəsinə görə sıralanmışdır. Bunlar Kür hövzəsinin ümumi su ehtiyatlarının 
təkmilləşdirilmiş idarə edilməsi istiqamətində  təlimat kimi nəzərdə tutulmuş-
dur. 
Məqsədlərin tam həyata keçirilməsi üçün 20 ilə qədər vaxt sərf ediləcə-
yinə görə, təqdim edilən cari tövsiyələr yüksək prioritetli məsələləri əhatə edir. 
Onlar Kür hövzəsində  təkmilləşdirilmiş SEİİ-nin məqsədlərinə nail olmaq 
üçün keçid mərhələni səciyyələndirir. Milli Əlaqələndiricilərin tövsiyələrinə 
əsasən SFP daha çox ümumi məsələləri  əks etdirir, lakin Milli Planlar icra 
müddəti və gözlənilən maliyyə baxımından daha ətraflı  və spesifik olacaq. 
SFP-da qeyd edilən fəaliyyətlər: qısa müddətli təxminən 3-5 il, orta müddətli 
6-10 il və uzun müddəti 10 ildən çoxdur. 
Çay axımının müasir dəyişmələri 
TDA-da çay axımında, xüsusilə hövzənin aşağı hissəsində  əhəmiyyətli 
dərəcədə ümumi azalma ilə bağlı faktlar verilir. Axımın qeydiyyatı aparılan 
stansiyaların sayının azalması  və müşahidə  məlumatlarında uyğunsuzluqlar 
hazırki və gələcək inkişafda çətinliklər yaradır. Bu problem ölkələr tərəfindən 
həll edilməlidir. Bundan başqa, TDA mövcud çay axımının azalması, eko-
sistemlərin deqradasiyası ilə bağlı  təsirləri, iqlim dəyişmələrinə yönəlmiş  sə-
bəb-nəticə təhlili nəticəsində müəyyən edilmiş boşluqlar, məsələn, mövcud eh-
tiyatlar barədə etibarlı məlumata tələbat və s. su ehtiyatlarının idarə edilməsi 
üçün inteqrasiyalı plana ehtiyac olduğunu göstərir. 
TDA-da çay axımının dəyişməsi üzrə  təhlil, su sərfləri üzərində yerinə 
yetirilmiş çoxillik müşahidə məlumatlarına əsaslanır. Kür çayı hövzəsinin hid-
roloji rejimi bir sıra təbii və antropogen amillərin təsiri nəticəsində formalaşır. 
Mövsümi və illik axım həcmi adətən dəyişən iqlim amilləri, xüsusilə tempe-
ratur və yağıntıları, eləcə də buxarlanmanı əks etdirir. Kür hövzəsində insanlar 
qədim dövrlərdən sudan istifadə edir, iqlim dəyişmələrinin çay axımına təsir-
lərini artan sugötürmələrdən ayırmaq çətin olsa da, son iqlim dəyişmələrinin 
sübutu bu dəyişmələrin çay axımına təsirini təsdiqləyir. 
Hövzə ölkələrində Birləşmiş Millətlər Təşkilatının  İqlim Dəyişmələri 
üzrə  Çərçivə Konvensiyası üzrə Milli Danışıqlarının ikinci mərhələsində 
1960-cı ildən bəri orta illik yağıntıların miqdarında ciddi dəyişikliklərin oldu-
ğunu göstərir. Bu dəyişikliklərin davam edəcəyi gözlənilir və TDA-nın trend 
təhlilində ölkələr tərəfindən iqtisadi və sosial inkişaf planları həyata keçirildi-
yinə görə, mövcud su ehtiyatlarına ciddi təsirlərin gözlənildiyi göstərilmişdir. 
Kökdə duran səbəblər 
Çay axımının azalması su ehtiyatlarının idarə edilməsi üçün maliyyənin 
artırılması və bütün səviyyələrdə sudan istifadənin səmərəliliyinin artırılmasını 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə