Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə118/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   114   115   116   117   118   119   120   121   122

17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
325 
 
tələb edir. Axımın azalmasının ən mühüm səbəblərindən biri hövzədə su ehti-
yatlarının idarə edilməsi üzrə məhdud potensialdır. 
Bu potensialın artırılmasının yolları bunlardır: daha effektiv idarəetmə 
(tənzimlənmə, hüquqi, mühafizə və institusional potensial), sektorlararası tək-
milləşdirilmiş koordinasiya, məlumat mübadiləsində milli səviyyə və transsər-
həd  əməkdaşlıq, kadr potensialının artırılması, SEİİ üzrə müasir yanaşmalar 
üçün müvafiq təhsil təlimləri, avadanlıq təchizatı  və monitorinqin təkmilləş-
dirilməsi. 
Bütün ölkələr su ehtiyatlarının effektiv idarəçiliyinə nail olmağa çalışır. 
Hövzədə monitorinq sistemlərinin təkmilləşdirilməsinə və məlumat idarəetmə 
sistemlərinin müasirləşdirilməsinə ehtiyac var. Ekosistem, su elektrik stansiya-
ları, kənd təsərrüfatı, məişət sularından istifadə, balıqçılıq kimi digər tələbatla-
rın ödənilməsi üçün mövcud yerüstü və yeraltı su ehtiyatlarının həcmi haq-
qında aydın təsəvvürün olması vacibdir. Hövzədə su ehtiyatlarına mövcud və 
proqnozlaşdırılan tələbatlar haqqında məlumat olsa da, bu məlumatlar su ehti-
yatlarının effektiv idarə edilməsi üçün yetərli deyil və onların ödənilməsi tələb 
olunur. Hövzədə suyun əhəmiyyəti, onun düzgün idarə olunması  və qorun-
masına tələbat haqqında ümumi məlumatlandırmanın da təkmilləşdirilməsinə 
ehtiyac var. 
TDA-nın 6-cı Fəslində (trend analizdə) göstərilmişdir ki, milli səviyyədə 
sektorların suya tələbat planları hazırlanarkən digər sektorların müvafiq plan-
ları  nəzərə alınmır. Müxtəlif sektorlar tərəfindən sudan istifadə ilə  əlaqədar 
göstərilən xidmətlərin xərcləri haqqında məlumat azdır və hazırda hövzədə bu 
dəyərin qiymətləndirilməsi yerinə yetirilir. Bu, hövzədə daha dayanıqlı inkişaf 
üçün potensialı məhdudlaşdırır. İqlim dəyişmələrinin təsirləri nəzərə çarpacaq 
olduğu üçün su çatışmazlığının müxtəlif sektorlara və ölkələrə  təsir ehtimalı 
artır. Bu, hər iki ölkənin su, ərzaq, enerji təhlükəsizliyinə  və  ətraf mühitinə 
təhlükə yaradır. Şək.17.1-də çay axımının dəyişmə səbəbləri və təkliflər gös-
tərilir.  
Təsirlər 
Çay axımının azalmasının ətraf mühitə əsas təsirləri: 

  Çay ekosistemlərinin və təbii landşaftların deqradasiyası; 

  Balıqların kürü tökməsi kimi bioloji proseslərin zəifləməsi; 

  Üzvi çirkləndiricilər üçün çayların təbii təmizləmə qabiliyyətinin 
azalması və bütün çirkləndiricilərin qatılığının artması və onların aşa-
ğı axına doğru daşınması; 

  Yeraltı su ehtiyatlarının qidalanmasında və  rejimində  dəyişikliklər, 
sulu laylar və çaylar arasında qarşılıqlı əlaqə nəticəsində suyun key-
fiyyət və kəmiyyətinə mənfi təsirlər. 


326
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Çay axımının azalmasının əsas sosial-iqtisadi təsirləri su təchizatı və di-
gər məişət məqsədlərini, o cümlədən iqtisadiyyatın digər sahələrinin ehtiyac-
larını ödəmək üçün kifayət qədər və keyfiyyətli su əldə etmək imkanının az 
olmasıdır: 
 Suvarma suyunun çatışmazlığı ilə əlaqədar bəzi ərazilərdə kənd təsər-
rüfatı torpaqlarının məhsuldarlığının azalması və bununla bağlı kənd
təsərrüfatı sektorunda gəlirlərin azalması;
 Kənd təsərrüfatı məhsullarının keyfiyyətinə mənfi təsir və çirklənmiş
su ilə suvarma nəticəsində əhalinin sağlamlığına təsirlər;
 Kanalizasiya sistemlərinin vəziyyətinin pis olması  nəticəsində su ilə
keçən yoluxucu xəstəliklər, suyun təmizlənməsi ilə bağlı xərclərin art-
ması;
 Hidroenerji sektorunda investisiyalardan gözlənilən faydaların azal-
ması;
 Çatışmayan yerüstü suları əvəz etmək üçün yeraltı su ehtiyatlarından
daha çox və qeyri-səmərəli istifadə;
 Su anbarlarının bəndləri kürütökmə yollarını bağladığı üçün kom-
mersiya balıq populyasiyalarının itirilməsi.
Şək. 17.1.
 Çay axımının variasiyası və azalması transsərhəd məsələsi üçün səbəb–
nəticə diaqramı 


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
327 
 
Suyun keyfiyyətinin pisləşməsi 
Suyun keyfiyyətinin pisləşməsi milli və transsərhəd məsələdir. O, milli 
səviyyədə həll edilir və transsərhəd səviyyədə suyun keyfiyyət standartlarının 
uyğunlaşdırılmasından fayda əldə ediləcək. Hazırda Azərbaycan və Gürcüstan-
da suyun keyfiyyəti müxtəlif standartlara görə qiymətləndirilir. Aİ SÇD meto-
dologiyası hövzədə təkmilləşdirilmiş və müqayisə edilən nəticələrin əldə edil-
məsi üçün güclü baza təmin edir. Ölkələr bu istiqamətdə müəyyən işlər görür. 
Suyun keyfiyyətinin pisləşməsi ekosistemlərin deqradasiyasına səbəb olur, 
insan sağlamlığına və  işçi qüvvəsinə  mənfi təsir göstərir və Ümumi Daxili 
Məhsulu azaldır. Suyun keyfiyyətinin pisləşməsinin əsas səbəbləri torpaq, ha-
va və suya çirkləndiricilərin atılmasıdır. Nəticədə istifadəyə yararlı su ehtiyat-
ları azalır və çirkləndiricilərin qatılığı artır. Çirklənmənin qarşısını almaq üçün 
mövcud tənzimləmə mexanizmləri aşağı səviyyədədir Buna görə, qərar qəbul 
edənlər üçün təkmilləşdirilmiş məlumata və çirklənmənin azaldılması üçün isə 
aydın stimullara ehtiyac var. Bu problemin kökdə duran səbəbi hövzənin çay 
sistemlərində suyun çirklənməsinin real xərcləri haqqında cari məlumatın 
olmamasıdır. 
Çay hövzəsində suyun keyfiyyətinin pisləşməsi hövzə ölkələri üçün 
artan ciddi problemdir. Belə ki, hər bir ölkə sosial-iqtisadi inkişaf planlarını 
reallaşdırmaq üçün ildən-ilə daha çox sudan istifadə etməli olacaqBu proses 
hövzədə suyun kəmiyyət və keyfiyyətinə iqlim dəyişmələrinin gözlənilən 
təsirləri ilə  əlaqədar daha da intensivləşəcəkdir. Yerüstü suların keyfiyyətinə 
çay hövzəsinin hidromorfoloji və hidrogeoloji xüsusiyyətləri də təsir göstərir. 
Kür çayına çirkləndiricilər sənaye və dağ-mədən müəssisələri, əkin sahə-
lərindən axınlar, şəhərlərin məişət tullantı poliqonlarından və s. mənbələrdən 
daxil olur. Bu gün Kür hövzəsində bir çox şəhərlərin və iri sənaye müəssisə-
lərinin tullantı sutəmizləyici qurğuları yoxdur. Mövcud tullantı sutəmizləyici 
qurğular tullantı sularının təmizlənməsi üçün kifayət deyil. Hər iki ölkədə 
əvvəlcə milli səviyyədə və sonra isə transsərhəd səviyyədə çaylar çirklənir. 
Yenilənmiş TDA-da milli məlumatlara  əsasən Azərbaycan və Gürcüs-
tanda suyun keyfiyyət göstəriciləri, onların zamana görə və əsas çaylar boyu 
dəyişmə tendensiyaları  təhlil olunmuşdur. 2013-cü ildə BMTİP-QEF-in Kür-
Araz Layihəsi milli hökumətlər tərəfindən təqdim edilən məlumatlar əsasında 
hövzədə suyun keyfiyyətini səciyyələndirən Qaynar Nöqtələr üzrə hesabat 
hazırlamışdır. Suyun keyfiyyətinin pisləşməsi ilə bağlı TDA-nın səbəb-nəticə 
təhlili şək. 17.2-də verilir. 
Kökdə duran səbəblər 
Suyun keyfiyyətinin pisləşməsinin kökündə duran səbəbləri bilmək qərar 
verənlər üçün etibarlı informasiya, milli iqtisadiyyat və səhiyyə üçün su və çay 
sistemlərində çirklənmənin real xərcləri barədə təsəvvürlər üçün lazımdır. Mo-


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə