Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə115/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   111   112   113   114   115   116   117   118   ...   122

318
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
3-cü fəsildə  əsas diqqət su sektorunda yerinə yetirilmiş islahatların ic-
malına yönəldilmişdir. 
4-cü fəsildə növbəti 20 il ərzində su ehtiyatlarının effektiv idarə edilməsi 
üçün inteqrasiyalı və razılaşdırılmış tədbirlər planı təqdim olunur. 
Su ehtiyatları və onlardan istifadə
 
Məlumdur ki, Azərbaycanın yerüstü su ehtiyatları 30.9 km

təşkil edir. 
Bunun 20.6 km
3
-i
 
transsərhəd çayların, 10.3 km

isə yerli çayların payına dü-
şür (Рустамов и Кашкай,1989). Samur və Astara çayları Kür-Araz hövzəsinə 
aid olmadıqları üçün, Azərbaycanda Kür-Araz hövzəsinin yerli su ehtiyatla-
rının korrekt kəmiyyəti 7.20 km
3
-dir. 1990-2010-cu illərdə Azərbaycan ərazi-
sindən Xəzər dənizinə orta illik axım kollektorların da axımını nəzərə almaqla 
18.7 km

olmuşdur. 
Azərbaycanın yeraltı su ehtiyatlarının kəmiyyəti haqqında fərqli rəqəm-
lər var. Yeraltı suların orta çoxillik ehtiyatı 6.51 km
3
 kimi qiymətləndirilir 
(FAO, 2009). Lakin bunun 4,35 km
3
-i
 
çayların yeraltı axımını  təşkil etdiyi 
üçün, bunun yalnız 2.16 km
3
-i
 
faktiki yeraltı su ehtiyatı hesab olunur. Lakin 
Azərbaycanın potensial yeraltı su ehtiyatları 9.00 km
3
, təsdiq olunmuş ehti-
yatları isə 4.38 km
3
 təşkil edir ki, bunun da 1.70 km
3
-i istifadə olunur (İmanov 
və Ələkbərov, 2013). 
2011-ci ildə Azərbaycanda su mənbələrindən ümumi götürmələr 
11,779.2 mln m
3
 təşkil etmiş və onun da 10,208.4 mln m
3
-i (86,7%) Kür-Araz 
hövzəsinin payına düşmüşdür. Eyni zamanda 2011-ci ildə ölkədə götürülən 
ümumi sudan istifadə 8,001.8 km
3
 olmuşdur ki, onun da 5,746.1 km
3
-i 
(71,8%) suvarma və kənd təsərrüfatı, 1,760.3 km
3
-i (22.0%) sənaye və isteh-
sal, 396,7 mln m
3
-i (4,9%) məişət və içməli su təchizatı  məqsədlərinə  sərf 
olunmuşdur (www.stat.gov.az). 
Yuxarıda qeyd olunan rəqəmlərdən göründüyü kimi, Azərbaycanda və 
eyni zamanda Kür-Araz hövzəsində əsas su istifadəçisi suvarma əkinçiliyidir 
və bu sektorda sudan bitkilərin vegetasiya dövründə (aprel-avqust aylarında) 
daha çox istifadə olunur. 
1990-2011-ci illərdə sudan istifadədə azalma baş verib. 1990-cı ildə 
8.6 km
3
, 1999-2001-ci illərdə 3,7 km
3
, 2002-ci ildən isə sudan istifadə artaraq 
5.7 km
3

 
çatıb (2011) (www.stat.gov.az). Suvarılan sahələr indi 1,42 mln ha 
təşkil edir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiy-
yəti bu rəqəmi 1,6 milyon hektara çatdırmağı planlaşdırır və buna görə də su-
varılan sahə 1,8 milyon hektara qədər genişləndiriləcək. 
Son illərdə əhali hər il orta hesabla 100000 nəfər artır. Aydındır ki, bu 
artım suya tələbatı artıracaq. Suvarma əsas su istifadəçisi olduğuna görə bu ar-
tım növbəti 10-20 il ərzində 10-20% ola bilər. 


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
319 
 
Ölkədə və Kür-Araz hövzəsində su itkiləri müvafiq olaraq 3,767.4 km
3
 
(32.0%) və 3,308.8 km
3
 (32,4%) təşkil edir (www.stat.gov.az) . 
Azərbaycanda kənd təsərrüfatı sektorunda intensiv inkişaf planlaşdırılır. 
Məqsəd, Azərbaycanı kənd təsərrüfatı məhsullarının ixracatçısına çevirməkdir. 
Təkmilləşdirilməmiş suvarma infrastrukturu və iqlim dəyişmələri ilə əlaqədar 
kənd təsərrüfatında suya artan tələbat nəticəsində hövzədə sudan istifadə  də 
artacaq. 
İqlim dəyişmələri də su ehtiyatlarının azalmasına gətirib çıxardığına gö-
rə, gələcəkdə bu amil təbii suların mühafizəsi və infrastruktur bərpa tədbirləri 
həyata keçirilərkən nəzərə alınmalıdır. Azərbaycan Milli İqlim Dəyişmələri 
Mərkəzi tərəfindən iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri qiymətləndiril-
mişdir. Bu hesablamalara görə 2050 və 2100-cü illərə  kimi  su  ehtiyatlarının 
müvafiq olaraq 22.5 və 20.7% azalması proqnozlaşdırılır (TDA, 2013). 
 
Suyun keyfiyyəti və ekoloji axım
 
Kür çayının Azərbaycan  ərazisindəki hissəsinin yuxarı, orta və  aşağı 
axınlarında çirklənmə  səviyyəsi müxtəlifdir. Yuxarı axında Gürcüstanla sər-
həddə yerləşən  Şıxlı-2 məntəqəsində çay suyunun çirklənməsi 2008-2012-ci 
illərdə azalmışdır. Aşağı axında Araz çayının qovuşması və yaşayış məntəqə-
lərindən, xüsusən də Şirvan və Salyan şəhərlərindən axıdılan sənaye və çirkab 
sularının təsiri nəticəsində mülayim çirklənmə müşahidə edilir. 
Araz çayının Saatlı (Novruzlu) müşahidə məntəqəsi üzrə aparılan beşil-
lik monitorinq işlərinin nəticələrinə əsasən 2008-ci ildə neft və neft məhsulla-
rının orta illik miqdarı fon səviyyəsini keçməmiş, fenolların və mis birləşmə-
lərinin orta illik miqdari isə 3 YVQH olmuşdur. 
BMTİP-QEF Kür-Araz Layihəsi milli səviyyədə suyun keyfiyyəti məlu-
matları  əsasında Qaynar Nöqtələri müəyyən etmiş  və  təhlil apararaq hesabat 
hazırlamışdır. Yekun Yenilənmiş TDA-ya daxil edilmişdir və bu Regional 
SFP-nın həyata keçirilməsində nəzərə alınacaq. 
Suvarma  əkinçiliyi geniş inkişaf etdiyinə  və su ehtiyatları  məhdud ol-
duğuna görə bitkilərin vegetasiya dövründə çaylardan çox su götürülür. Nəti-
cədə, çaylar quruyur və çay ekosistemləri gərginliyə məruz qalır. Bu səbəbdən 
çaylarda, o cümlədən onların qollarında ekoloji axımı  təmin etmək lazımdır. 
Hazırda, ekoloji axım, ekosistemin idarə edilməsi üzrə müasir yanaşmaları nə-
zərə almayan köhnəlmiş metodlar əsasında hesablanır. Ona görə də qiymətlən-
dirilmə metodları hüquqi sənədlərdə öz əksini tapmalıdır və çayların ekoloji 
axımının qorunmasına nəzarət lazımdır. 
 
 
 
 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə