Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə111/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   107   108   109   110   111   112   113   114   ...   122

16. Transsərhəd ÷aylarln idarə edilməsi 
307 
 
Konvensiyada beynəlxalq çay hövzəsində yerləşən dövlətlərin sulardan birgə 
istifadəsi və onların mühafizəsi üzrə regional əməkdaşlığın və bütün hövzə 
dövlətlərinin ümumi hüquqi normalara riayət etmələrinin vacibliyi vurğulanır. 
Konvensiyada həmçinin hövzə ölkələri arasında sudan istifadə və onun bölüş-
dürülməsi ilə  əlaqədar konfliktlərin qarşısının alınması  və  əməkdaşlıq mexa-
nizmi göstərilir: hövzə dövlətləri iqtisadi inteqrasiyanı  təmin edən regional 
təşkilat yaratmalı, Konvensiyaya imza atmalı, onu ratifikasiya, qəbul və təsdiq 
etməli, və nəhayət, ona qoşulmalıdırlar. 
Transsərhəd sulardan istifadədə ikitərəfli, regional və çoxtərəfli  əmək-
daşlığın vacibliyi beynəlxalq su axınları haqqında bir sıra müqavilə, protokol 
və konvensiyalarda öz əksini tapmışdır. Bəzi mühüm sənədlər aşağıda gös-
tərilir: 

  Beynəlxalq çay sularından istifadə qaydaları (1966); 

  Transsərhəd su axınları  və beynəlxalq göllərin mühafizəsi və 
istifadəsi üzrə Konvensiya (1992); 

  Su ehtiyatları və tarazlı inkişaf haqqında Dublin bəyannaməsi; 

  Avropa Birliyinin Su Çərçivə Direktivi (2000); 

  Su təsərrüfatı  fəaliyyətində ekosistem yanaşmanın rəhbər prin-
sipləri (1993); 

  Transsərhəd kontekstdə  ətraf mühitə  təsirin qiymətləndirilməsi 
üzrə Konvensiya (1994) və s. 
Beynəlxalq ictimaiyyət tərəfindən tanınan və yuxarıda göstərilən bu və 
digər sənədlər transsərhəd hövzələrdə birgə istifadə olunan su ehtiyatlarının 
kəmiyyət və keyfiyyəti ilə bağlı münaqişələrin həllinin beynəlxalq – hüquqi 
əsasını təşkil edir. 
“Beynəlxalq çay sularından istifadə qaydaları”na (Правила…, 1966) 
görə transsərhəd çayların su ehtiyatlarının hövzə dövlətləri arasında bölüş-
dürülməsində aşağıdakı prinsiplər əsas götürülməlidir: 

  Ekoloji su buraxmaları çıxmaq şərti ilə çay axımının bərabər bö-
lüşdürülməsi; 

  Su ehtiyatlarının sutoplayıcı sahələrə mütənasib bölüşdürülməsi; 

  Çay sularının dövlətlərarası müqavilələr  əsasında bölüşdürül-
məsi. 
Bir çox sahələrdə, xüsusən də  kənd təsərrüfatında su çatışmazlığı yeni 
konsepsiya işlənməsinin vacibliyini göstərir. Bu konsepsiyalardan birinin 
müddəaları belədir (Валехов, 1996): 
1.
  Transsərhəd çaylarından istifadə edərkən ilk olaraq “ədalətli pay” 
müəyyən olunmalıdır; 
2.
  Bütün qonşu dövlətlər üçün optimallıq meyarı təyin olunmalıdır; 


308
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
3.
Axımın bölüşdürülməsinin optimallaşdırılmasında “əks kompro-
mis” üsulundan istifadə edilməlidir.
Bu müddəaları  əsas götürməklə yanaşı ekoloji axım tam təmin edil-
məlidir. 
İkinci meyardan istifadə edilməsi daha əlverişli hesab oluna bilər. 
“Əks kompromis” üsulunu tətbiq etdikdə dövlətlərarası sərhədlər nəzərə 
alınmadan çay hövzəsi vahid su təsərrüfat sistemi kimi qəbul edilir və “ədalətli 
pay” məlumatlarına görə qonşu dövlətlər qarşılıqlı hesablaşma sistemindən 
istifadə edərək “ədalətli pay” – dan kənara çıxmanı müvazinətləşdirirlər (Ва-
лехов, 1996). 
Helsinki Konvensiyasına qoşulmuş dövlətlər transsərhəd sulara istənilən 
mənfi təsirin aradan götürülməsi və ya onun maksimum azaldılması üzrə öh-
dəlik götürmüşlər. Konvensiyaya görə sudan istifadə elə təşkil olunmalıdır ki, 
gələcək nəsillər də ondan istifadə edə bilsin. Tövsiyə olunur ki, təsərrüfat təd-
birləri bütün hövzə miqyasında planlaşdırılsın. Çay hövzəsinə təkcə insanların 
iqtisadi maraqlarını ödəyən təbii obyekt kimi yox, həm də müxtəlif canlı or-
qanizmlərin yaşayış mühiti kimi baxılır. Beləliklə, çay və onun hövzəsi vahid 
ekosistemdir və bu su ehtiyatlarından istifadənin planlaşdırılmasında hökmən 
nəzərə alınmalıdır. 
Hazırda Kür və Araz hövzələrində su ehtiyatlarının idarə olunması isti-
qamətində beynəlxalq əməkdaşlıq çox aşağı səviyyədədir. Gürcüstan Respub-
likası  və  İran  İslam Respublikasının müvafiq strukturları ilə  əlaqələr qənaət-
bəxş hesab oluna bilməz. Bu qeyd olunanları 2000 – ci ildə bütün Cənubi Qaf-
qaz ölkələrində müşahidə olunan kəskin quraqlıq və 2003 – cü ildə Kürün aşa-
ğı axınında baş verən katastrofik subasma təsdiq edir. 
Hazırda Kür – Araz hövzəsində transsərhəd əməkdaşlığın lazımi səviy-
yədə olmaması siyasi və hüquqi problemlərlə əlaqədardır. Azərbaycan bu höv-
zədə Helsinki Konvensiyasına qoşulmuş yeganə dövlətdir. 
Transsərhəd çay sularının birgə  və inteqrasiyalı idarə olunması  nəticə-
sində: 
 Əhalinin su təchizatında istifadə olunan suların keyfiyyəti yaxşı-
laşar;
 Quraqlıq, daşqın, sel və subasmaların vurduqları maddi ziyan mi-
nimuma endirilər;
 Hövzə ekosisteminin tarazlı inkişafına şərait yaranar;
 Xəzər dənizi sularının çirklənməsi azalar.


16. Transsərhəd ÷aylarln idarə edilməsi 
309 
 
 
16.3. AZƏRBAYCANIN TRANSSƏRHƏD ÇAYLARININ 
PRİORİTET PROBLEMLƏRİ 
 
Cənubi Qafqaz dövlətlərinin (Azərbaycan, Gürcüstan və Ermənistan), 
İran və Türkiyənin də daxil olduğu Kür çayı hövzəsi beynəlxalq su hövzə-
lərindən biridir. 
Kür çayı hövzəsinin  ən böyük hissəsi, 28,14%-i (52,9 min km
2
) Azər-
baycanın, 21,28%-i (40min km
2
) İranın, 19,36%-i ( 36,4 min km
2
) Gürcüsta-
nın, 15,85%-i (29,8 min km
2
) Ermənistanın və 15,37%-i (28,9 min km
2

Türkiyənin payına düşür. 
Azərbaycanın axımı olmayan Muğan-Salyan düzü və  Şərqi  Şirvanın 
16 min  km
2
 çökək sahəsi də  nəzərə alınarsa, onda ölkə  ərazisinin 79,6%-i 
(68,9 min km
2
) Kür çayı hövzəsində yerləşir. Kür çayı hövzəsinin 65%-i və ya 
122,2 min km
2
-i dəniz səviyyəsindən 500 metr hündürlükdə yerləşir. Onun 
ümumi su ehtiyatlarının 72,73%-i qonşu ölkələr ərazisində, 27,27%-i isə Azər-
baycanda formalaşır. 
Qonşu ölkə ərazilərindən daxil olan çay suları ehtiyatları ümumi su ehti-
yatlarının üçdə iki hissəsini təşkil edir (cədvəl 16.3). Başqa sözlə, qonşu ölkə-
lərin  ərazilərində formalaşan çay su ehtiyatları orada istifadə olunaraq qalıq 
sular kimi Azərbaycan Respublikası  ərazisinə daxil olur. Buna görə  də ölkə 
əhalisinin və iqtisadiyyatın müxtəlif sahələrinin su təminatı qonşu ölkələrin 
ərazisində formalaşan transsərhəd çay sularının kəmiyyət və keyfiyyətindən 
bilavasitə asılıdır. 
Hələ 1970-80-ci illərdə “Azdövsutəslayihə” LAB-nın rəhbərliyi ilə keç-
miş Zaqafqaziya Respublikalarının – Azərbaycan, Gürcüstan və Ermənistanın 
32 layihə  və elmi tədqiqat institutlarının iştirakı ilə “Kür çayı hövzəsinin su 
ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemi” hazırlanmışdı. 
Su çatışmazlığı ilə yanaşı, transsərhəd çay sularının qonşu dövlətlərin 
ərazisində həddən artıq çirklənməsi və keyfiyyətinin pisləşməsi ölkədə sosial-
ekoloji gərginliyi gücləndirən əsas amillərdəndir. 
Bir çox onilliklər ərzində olduğu kimi, hazırda da qonşu dövlətlərin əra-
zisindən axan Kür, Araz, Oxçuçay və digər transsərhəd çaylar yüksək dərəcədə 
çirklənmiş şəkildə Azərbaycana daxil olur. 
 
 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə