Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə114/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   110   111   112   113   114   115   116   117   ...   122

16. Transsərhəd ÷aylarln idarə edilməsi 
315 
 
16.
 Рио-де  –  Жанейрская  Декларация  по  охране  окружающей 
среды и развитию, утвержденная Конференцией ООН по окру-
жающей  среде  и  развитию.  Рио  –  де  –  Жанейро,  3-14  июня 
1992 года. 
17.
 Руководящие  принципы  в  отношении  критериев  и  целевых 
показателей качества воды. ЕЭК ООН, 1993 г. 
18.
 Руководящие принципы мониторинга и оценки качества воды 
в трансграничных реках. ЕЭК ООН, 1996 г. 
19.
 Руководящие  принципы  по  вопросам  выдачи  разрешений  на 
сброс сточных вод из точечных источников в трансграничные 
воды. ЕЭК ООН, 1996 г. 
20.
 Руководящие  принципы  экосистемного  подхода  к  водохоз-
яственной деятельности, ЕЭК ООН, 1993 г. 
21.
 Сарсембеков  Т.Т.,  Кожаков  А.Е.  и  др.  Использование  и  охрана 
трансграничных  рек  в  странах  Центральной  Азии.  Алматы. 
Атамура, 2004. – 272 с. 
22.
 Сарсембеков  Т.Т.,  Кожаков  А.Е.  Международно  –  правовые 
аспекты  использования  и  охраны  трансграничных  рек. 
Алматы. Атамура, 2002. – 312 с. 
23.
 Сарсембеков  Т.Т.,  Кожаков  А.Е.  Управление  водными  ресур-
сами и качеством вод трансграничных рек.-Алматы: Атамура, 
2003. – 432 с. 
24.
 Atlas  of  International  Freshwater  Agreements.  United  Nations 
Environment Programme, Nairobi, Kenya, ps. 184, 2002. 
25.
 Biswas,  A.K.  (1993),  “Management  of  International  Waters:  Prob-
lems and Perspective,” Water Resurces Development, 9:167-188. 
26.
 Directive 2000/60EC of the European Parliament and of Council of 
23 October  2000  establishing a framework for Community  action 
in  the  field  of  water  policy/Official  Journal  L  327,  22/12/2000 
P.0001-0073. 
27.
 Le Marquand, David G. 1981. International Action for International 
Rivers.  Water  International,  6:147-151.  International  Water 
Resources Association, Urbana, IL. 
28.
 United  Nations  (1978),  Register  of  International  Rivers,  Oxford: 
Pergamon Press. 
29.
 Water Conflict Chronology. Created by Dr. Peter H. Gleick, Pacific 
Institute, uptadet August 18, ps. 23, 2003. 
 
 


316
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
17. SU EHTİYATLARININ İNTEQRASİYALI
İDARƏ EDİLMƏSİ ÜZRƏ MİLLİ  
VƏ STRATEJİ FƏALİYYƏT PLANLARI 
Azərbaycanın Milli Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi (SEİİ) 
üzrə Milli və Strateji Fəaliyyət Planları (MFP və SFP) BMTİP/QEF-in "Kür-
Araz çayları hövzəsində transsərhəd deqradasiyasının azaldılması" layihəsi 
(2011-2013-cü illər) çərçivəsində hazırlanmışdır. 
17.1. SU EHTİYATLARININ İNTEQRASİYALI  
İDARƏ EDİLMƏSİ ÜZRƏ MİLLİ FƏALİYYƏT PLANI 
Su ehtiyatlarının səmərəli idarə edilməsi və bu istifadənin balanslaş-
dırılması, həmçinin çay hövzələrində ekoloji sabitliyin təmin edilməsi bu 
transsərhəd hövzədə ən vacib məsələlərdəndir. Layihənin uzun müddətli məq-
sədi ekosistem yönümlü yanaşma vasitəsilə Kür-Araz çayları hövzəsinin da-
yanıqlı inkişafını dəstəkləməkdir. 
Layihənin əsas məqsədi Transsərhəd Diaqnostik Analizin (TDA) nəticə-
lərindən və Strateji Fəaliyyət Proqramından (SFP) istifadə etməklə milli və re-
gional səviyyədə su siyasəti və su qanunvericiliyi, həmçinin institusional sa-
hədə islahatların həyata keçirilməsi yolu ilə transsərhəd Kür-Araz çay hövzəsi-
nin idarə edilməsini təkmilləşdirməkdir. 
Sovet dövründə, indiki Meliorasiya və Su Təsərrüfatı ASC su ehtiyatla-
rının kompleks istifadəsi və mühafizəsi sxemi hazırlamışdır. Bu kompleks 
sxem ilə SEİİ Planı arasında oxşarlıq var. Lakin məlumdur ki, SEİİ hövzə 
prinsipini əsas tutur, lakin kompleks sxemdə isə əsas ərazi vahidi su təsərrüfatı 
rayonu idi. 
BMTİP/QEF Kür-Araz Layihəsi çərçivəsində su sektorunun mövcud və-
ziyyəti mütəxəssislər tərəfindən təhlil edilmiş və TDA sənədi hazırlanmışdır. 
Bu sənədin təhlili və maraqlı tərəflərin nümayəndələri ilə görüşlər belə bir nə-
ticəyə gəlməyə əsas verir ki, hazırda ölkədə su ehtiyatları səmərəli idarə olun-
mur və bu prosesdə bir çox boşluqlar var: 
 Su ehtiyatlarının idarəedilmə  səviyyəsi ölkənin iqtisadi inkişaf səviy-
yəsi ilə uyğun deyildir.


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
317 
 

  SEİİ yanaşmasından səmərəli istifadə edilmir və hövzə prinsipi tətbiq 
olunmur. 

  Su ehtiyatları haqqında məlumatlar köhnədir və onlar 1975-ci ilin 
məlumatları əsasında qiymətləndirilmişdir. 

  Artıq bir neçə ildir ki, təbii su mənbələrindən götürülən suyun miqdarı 
yerli su ehtiyatlarının miqdarından artıqdır. 

  Sel və quraqlıq kimi təhlükəli təbii hadisələr səmərəli idarə olunmur və 
ölkə iqtisadiyyatına zərər vurur. 

  Suyun keyfiyyəti antropogen təsirlər nəticəsində pisləşir, çayların təbii 
axımı azalır və bu da ekosistemlərin deqradasiyasına gətirib çıxarır . 
Yuxarıda göstərilən əsas problemləri həll etmək üçün Azərbaycanın Su 
Məcəlləsində müvafiq dəyişikliklər etməyə ehtiyac var. 
SEİİ yanaşması bu vəziyyəti yaxşılaşdırmaq üçün mümkün vasitə kimi 
tətbiq edilə bilər. 
İnkişaf etmiş ölkələrdə bu cür planlar artıq hazırlanmış  və  həyata ke-
çirilir. Azərbaycan da bu müsbət beynəlxalq təcrübədən istifadə edə bilər. 
15 yanvar 2013-cü il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə Na-
zirlər Kabinetinin 2012-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və 2013-
cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident su sektoru-
nun Azərbaycanda prioritet olduğunu qeyd etmişdir. 
Kür-Araz hövzəsinin aşağı axınında yerləşən Azərbaycanda əhali sürətlə 
artır. Nəticədə  ərzaq, məişət ehtiyacları, enerji istehsalı  və iqtisadi inkişaf, 
həmçinin ekosistemlər üçün əlavə su ehtiyatlarına ehtiyac getdikcə daha da 
artır. Azərbaycan son 10 ildə böyük iqtisadi və sosial inkişaf yaşayır, lakin da-
vamlı inkişafa dəstək verən, ərzaq, enerji, su və ekoloji təhlükəsizliyi məsələ-
lərində müəyyən problemlər yaşanır. Azərbaycanda iqlim dəyişmələri şəraitin-
də  əhali və iqtisadiyyatın müxtəlif sahələrinin suya tələbatını ödəmək üçün 
əlverişli şərait yaradılmalıdır. 
 
SEİİ prosesi və MFP-nin strukturu
 
SEİİ Planının hazırlanması prosesində Ekologiya və Təbii Sərvətlər Na-
zirliyi aparıcı rol oynamış və prosesdə Azərsu ASC, Meliorasiya və Su Təsər-
rüfatı ASC, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Milli Məclisin Təbii 
Sərvətlər Energetika və Ekologiya Komissiyası  və Fövqəladə Hallar Nazir-
liyinin Su Ehtiyatları üzrə Dövlət Agentliyinin ekspertləri fəal iştirak etmişlər. 
Bu sənəd 4 fəsildən ibarətdir. 
1-ci fəsil Planın əsaslandırılmasına həsr olunmuşdur. 
2-ci fəsildə su ehtiyatlarının kəmiyyəti, keyfiyyəti, su sektorunun insti-
tusional strukturu və maliyyələşdirilməsi haqqında məlumat verilir. 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə