Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə116/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   112   113   114   115   116   117   118   119   ...   122

320
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
İnstitusional çərçivə və qanunverici baza
 
Azərbaycan Respublikasında su ehtiyatlarının idarə edilməsi ilə məşğul 
olan əsas təşkilatlar məlumdur. 
Azərbaycan Respublikası Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək 
üçün yollar axtarır.  Əməkdaşlıq üçün prioritet sahələr, Avropa Qonşuluq və 
Tərəfdaşlıq Proqramı çərçivəsində 2007-2013-ci illər üçün Ölkə Strategiya Sə-
nədində Azərbaycan Hökuməti və Avropa Komissiyası tərəfindən razılaşdırıl-
mışdır. Bu qarşılıqlı razılaşdırılmış  Aİ/Azərbaycan Fəaliyyət Planı Azərbay-
canın beynəlxalq və Avropa norma və prinsiplərinə uyğun olaraq birgə razı-
laşdırılmış prioritetləri həyata keçirmək üzrə öhdəçilik götürdüyünü göstərir. 
Plan ətraf mühit, o cümlədən, su ehtiyatlarının idarə edilməsi sahəsində prio-
ritet tədbirləri müəyyən etmişdir. Avropa İttifaqında suların mühafizəsi üzrə 
qanunvericiliyin ən mühüm sənədi Su Çərçivə Direktividir. Su Çərçivə Direk-
tivi Avropa İttifaqında su ehtiyatlarının idarə edilməsi üzrə  əsas prinsipləri, 
eləcə də əsas məqsəd və icra planını müəyyən edir. 
Azərbaycanda su siyasəti Milli Su Məcəlləsinə (1997) müvafiq həyata 
keçirilir. Bir sıra qanunlar və qaydalar Su Məcəlləsi əsasında qəbul edilmişdir. 
Ölkənin Su Siyasətinin əsasını aşağıdakılar təşkil edir: 
 Bütün  əhali qruplarının keyfiyyət tələblərinə cavab verən təhlü-
kəsiz içməli su ilə təchizatı;
 İqtisadi tələbat və su ehtiyatlarının yenidən bərpası arasında ba-
lansın yaradılması;
 İndiki və  gələcək nəsillərin ekoloji cəhətdən təmiz su ehtiyatla-
rından istifadə etmək hüququnun təmin olunması.
Su Sektorunun ümumi problemləri aşağıdakılardır: 
1. Su ehtiyatlarının miqdarının azalması  və onların keyfiyyətinin
pisləşməsi;
2. Su ehtiyatlarından səmərəsiz istifadə;
3. Daşqın, sel və quraqlıq kimi təhlükəli hadisələrin effektiv idarə
olunmaması;
4. Təbii su ekosistemlərinin zəif qorunması;
5. Potensial iqlim dəyişmələrinin Azərbaycanın su ehtiyatlarına tə-
siri.
SEİİ-nin həyata keçirilməsi üçün maneələr aşağıdakılardır: 
1. Su  İdarəçiliyində  iştirak edən təşkilatlar arasında koordinasi-
yanın zəif olması;
2. SEİİ üçün müvafiq hüquqi bazanın zəif olması;


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
321 
 
3.
  Yerüstü və yeraltı suların kəmiyyəti haqqında obyektiv məlu-
matların olmaması, çaylarda təbii axımın və sudan istifadənin 
qeydiyyatı dəqiqliyinin aşağı olması; 
4.
  SEİİ yanaşması ilə yaxından tanış olan mütəxəssislərin sayının 
az olması; 
5.
  İçməli və irriqasiya su sistemlərinin rekonstruksiyasına böyük 
həcmdə maliyyə vəsaitinin tələb olunması. 
Aşağıdakı məsələlər SEİİ üzrə ən yaxşı təcrübələrin tətbiqi məqsədi-
lə cari milli səyləri tamamlamaq üçün zəruridir: 
1.
  İnstitusional potensialın gücləndirilməsi; 
2.
  Elmi və analitik potensialın gücləndirilməsi; 
3.
  Vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi. 
SEİİ Planının prioritet məsələləri 
Azərbaycan üçün SEİİ Planı Milli Su strategiyasının bir hissəsini yerinə 
yetirmək və Azərbaycan Milli Su Siyasəti Dialoq prosesi üçün fəaliyyət planı 
kimi xidmət edəcək. Bu plan nazirliklər, səhmdar cəmiyyətlər, təşkilatlar və 
digər maraqlı tərəflərlə geniş məsləhətləşmələr əsasında su ehtiyatlarının idarə 
edilməsi ilə bağlı vacib məsələləri həll etmək üçün nəzərdə tutulmuşdur. Bu 
Plan beş prioritet məsələni və digər vacib problemlərin həlli üzrə tədbirləri sü-
rətləndirməlidir. Prioritet məsələlərin həlli üçün əsas ehtiyaclar da müəyyən 
olunacaq. Əsas prioritet məsələlər aşağıdakılardır: 
1.
  Su ehtiyatlarından səmərəli istifadənin yaxşılaşdırılması üçün 
institusional dəstək. 
2.
  Təkmilləşdirilmiş səmərəli istifadə üçün infrastruktur həllər. 
3.
  Su ehtiyatlarının mühafizəsi üçün iqlim dəyişmələrinə adapta-
siya. 
4.
  Su ekosistemlərinin mühafizəsi. 
5.
  Suyun keyfiyyətinin yaxşılaşdırılması. 
SEİİ üzrə Milli Fəaliyyət Planının icrasının monitorinqi və qiymətləndi-
rilməsi nəzərdə tutulur. 
 
 
17.2. SU EHTİYATLARININ İNTEQRASİYALI  
İDARƏ EDİLMƏSİ ÜZRƏ STRATEJİ FƏALİYYƏT PLANI 
 
SFP sənədi dörd bölmədən ibarətdir. 
SFP-nın 1-ci bölməsi (giriş) SFP-nin məqsədi və dörd Ekoloji Keyfiyyət 
Məqsədləri (EKM) göstərilmişdir. 
Müxtəlif sektorlarda suya artan tələbatı ödəmək üçün su mənbələrindən 
götürülən suların növündən asılı olmayaraq, onlardan istifadəni balanslaşdı-


322
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
rarkən Kür çayı hövzəsində insanların ətraf mühitə mənfi təsirinin azaldılması 
və hövzənin zəngin, rəngarəng ekosistemlərinin qorunması çox vacibdir. 
Kür hövzəsi üçün Strateji Fəaliyyət Proqramı (SFP) region ölkələrinə su 
ehtiyatlarının davamlı  və inteqrasiyalı idarə edilməsinin (SEİİ) təkmilləş-
dirilməsinə konkret tədbirlər vasitəsilə yardım etmək üçün hazırlanmış bir sə-
nəddir. SFP sənədi milli və transsərhəd prioritetləri əks etdirir. Bu tədbirlər ra-
zılaşdırılmış görünüş və bu görünüşü dəstəkləyən ekosistemin keyfiyyət məq-
sədlərinə cavab verir. 
BMTİP-QEF "Kür-Araz hövzəsində transsərhəd deqradasiyasının azal-
dılması" layihəsi (BMTİP-QEF Kür Layihəsi) rəsmi olaraq hövzə ölkələrini 
aşağıdakı məsələlər üzrə dəstəkləmək məqsədi ilə həyata keçirilmişdir: 
1. Kür hövzəsinin ümumi transsərhəd su ehtiyatlarına olan əsas təh-
lükələri və səbəbləri müəyyən etmək;
2. Milli və transsərhəd səviyyədə bu təhlükələri aradan qaldırmaq
üçün su siyasəti, hüquqi və institusional islahatlar və investisiya-
lar üzrə dayanıqlı planlar hazırlamaq və onları həyata keçirmək.
Strateji Fəaliyyət Proqramı milli prioritetlər və ümumi transsərhəd prob-
lemlər arasında birbaşa əlaqələri əks etdirən istiqamətverici sənəd kimi nəzər-
də tutulur. Milli prioritetləri və onları həll etmək üçün ətraflı planlar Azərbay-
canda SEİİ üzrə Milli Plan və Gürcüstan Milli SEİİ Planı kimi yardımçı  sə-
nədlərdə öz əksini tapır. Bu Milli Planlarda hər bir ölkənin öz potensialından 
və mövcud ehtiyatlarından asılı olaraq ata biləcəyi mümkün addımlar göstərilir. 
SFP isə ümumi problemləri və onların həlli üçün ümumi vasitələri təqdim edir. 
SFP-nın əsasını  2007-ci ildə Milli Əlaqələndiricilər tərəfindən başçılıq 
edilən BMTİP-QEF-in Rəhbər Komitəsi tərəfindən razılaşdırılmış Hövzənin 
Görünüşü və dörd EKM təşkil edir və bunlar 2013-cü ildə yenidən təsdiq edil-
mişdir. Hövzənin razılaşdırılmış uzunmüddətli məqsədi  bütün hövzə ölkələ-
rində ekosistem xidmətlərini, iqtisadi rifahı, sağlamlığı  və  təhlükəsizliyi tə-
min etmək üçün transsərhəd deqradasiyasının azaldılması və ətraf mühitin 
idarə edilməsinin təkmilləşdirilməsi vasitəsilə Kür çayı hövzəsində davamlı 
inkişafa nail olmaq və ekosistem funksiyalarını təmin etməkdir. 
Dörd razılaşdırılmış EKM aşağıdakılardır: 
 Su  əldə etmək və ekosistem xidmətlərini təmin etmək üçün su
ehtiyatlarının davamlı istifadəsinə nail olmaq;
 İndiki və gələcək nəsilləri təmiz su ilə təmin edəcək və Kür höv-
zəsində ekosistem funksiyalarını qoruyacaq su keyfiyyətinə nail
olmaq;
 Kür hövzəsində davamlı  şəkildə  əsas ekoloji və sosial-iqtisadi
xidmətləri göstərəcək ekosistemlərə nail olmaq və onları qoru-
maq;


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə