boğmağında davam edib. Indi çalışın hər iki əlinizin barmaqlarını burada
gördüyünüz izlərin üstünə qoyun.
Cəhd etdim, lakin heç nə alınmadı.
- Deyəsən, işi düz aparmırıq, — Düpen dedi, — axı kağız hamar səth
üzərindədir, insanın boğazı isə yumrudur. Bax, bu odunun dairəsi təxminən boğazınkı
qədərdir. şəkli onun üstünə dolayıb yenidən yoxlayın.
Deyildiyi kimi etdim, lakin bu, əvvəlkindən daha çətin oldu.
- Bu, insan əlinin izi deyildir, — dedim.
-Indi isə Küvyedən bu parçanı oxuyun, — Düpen dedi.
Burada şərqi Hindistan adalarında yaşayan nəhəng qonur rəngli oranqutanq
meymunu barəsində ətraflı surətdə anatomik və ümumi təsviri məlumat verilirdi.
Nəhəng boylu, ağlasığmaz dərəcədə gücü və çevikliyi, amansız qəddarlığı və nəhayət,
təqlidçiliyə meyl göstərməsiylə seçilən bu məməlilər kifayət qədər hamıya məlumdur.
Qətlin tam dəhşətini dərhal başa düşdüm.
-Barmaqların təsviri, — oxuyub qurtardıqdan sonra dedim, — çəkdiyiniz
şəkildəkinə uyğun gəlir. Indi başa düşürəm ki, ancaq oranqutanq meymunu bu izləri
qoymuş olar. Bu kürən tüklər də bir daha təsdiq edir ki, onlar Küvyenin təsvir etdiyi
oranqutanq meymununa məxsusdur. Bununla belə, bu dəhşətli qətldə bəzi cəhətləri
başa düşə bilmirəm. Axı şahidlər iki səs eşidiblər, onlardan birinin fransıza məxsus
olması şübhəsizdir.
- Haqlısınız, siz də, demək olar ki, əksər şahidlər kimi ifadələrdəki “aman
Allah!” sözlərinin fransıza aid olduğunu deyirsiniz. Bu nidanı şahidlərdən Montana
adlı bir şirniyyatçı haqlı olaraq etiraz vənarazılıq ifadəsi kimi səciyyələndirmişdir. Bu
müəmmanı tam açmaq üçün əsas etibarilə ümidimi bu iki sözə bağlamışam. Hansı
fransızsa bu qətlin şahidi olub. Amma ola bilsin ki, bu qanlı cinayətin baş verməsində
onun əli olmasın. Bəlkə də, meymun ondan qaçıb və sahibi onu cinayətin baş verdiyi
yerə qədər izləyib, lakin baş verəcək cinayətin qarşısını ala bilməyib. Meymun indi də
azaddır. Hələlik dediklərim fərziyyədən başqa bir şey olmadığından, onların səs-küyə
düşməsini isyəmirəm. Bu fərziyyələr mənim özümə aydın olmadığı bir halda, çətin ki,
başqalarını inandıra bilsin. Buna görə də, onları hələlik fərziyyə adlandırmalı və
fərziyyə kimi də araşdırmalıyıq. Əgər haqqında danışdığımız fransızın mənim fərz
etdiyim kimi, bu qətldə təqsiri yoxdursa, onda dünən axşam “Le Monde” qəzetinin
redaksiyasına verdiyim elam mütləq bura gəlib çıxacaq.
Düpen mənə bir qəzet uzatdı, alıb oxudum.
- Bu ayın filan günündə (qətlin baş verdiyi səhər) səhər tezdən Bulon meşəsində
Borneo adasında təsadüf edilən nəhəng boylu, qonur oranqutanq meymunu
tutulmuşdur. Meymun öz sahibinə (deyilənə görə, sahibi Malta gəmisində dənizçidir)
qaytarıla bilər, bu şərtlə ki, sahibi onu tanısın və onun tutulması və xərclənməsinə
çəkilən xərcləri ödəsin. Bu ünvana müraciət edin: Sen-Jermer məhəlləsi, filan küçə,
ev N-filan, 4-cü mərtəbə.
- Siz həmin adamın dənizçi olduğunu hardan bilirsiniz?
- Onu bilmirəm, — Düpen dedi. — Ona hələ bir o qədər də əmin deyiləm.
Amma bu lent parçasına baxın. Forması, görünüşü və yağlı olmasından, görünür,
onunla dənizçilər saçlarını bağlayıblar. Axı dənizçilərin letnlə saçlarını hörməkdən
xoşları gəlir. Bundan başqa, belə düyünü dənizçilərdən özgə çox az adam vura bilər.
Onu, xüsusilə maltalılar yaxşı edirlər. Lenti ildırımötürənin aşağısından tapdım. Lent
qətlə yetirilənlərin heç birinki ola bilməzdi. Əgər mən bu lentin Malta gəmisində
dənizçi işləyən fransıza məxsus olduğunu deməklə yanılmamışamsa, qəzetdə
verdiyim elanda siz deyən bir qəbahətə yol verməmişəm. Səhv etmişəmsə, dənizçi
mənim sadəcə olaraq yanıldığımı zənn edəcək və işin dərinliyinə getməyəcək. Haqlı
olaramsa, deməli, əsas məsələni həll etmişik. Qətldə əli olmasa da, onu görmüş
fransız, meymunu tələb etmək üçün təbii ki, elanda göstərilən yerə gəlməyə tərəddüd
edəcəkdir. O, belə mühakimə yürüdəcək: “Mənim təqsirim yoxdur; həm də kasıb
adamam. Belə bir vəziyyətdə olan adam üçün oranqutanq xeyli miqdarda pul
deməkdir. Mənazıs şübhə üzündən nə üçün onu buraxmalıyam? O ki indi
yaxınlıqdadır. Onu qətlin baş verdiyi yerdən xeyli uzaqda, Bulon meşəsində tapıblar.
Kimin ağlına gələr ki, bu murdar heyvan belə bir iş tuta bilər. Qətlin necə baş verməsi
ömründə polisin ağlına gəlməz. Heyvanı izləsələr də, mənə nəyisə sübut etmək çətin
işdir. Mən bilirəmsə də, deyəcəm ki, bu işdə günahım yoxdur. Ən başlıcası budur ki,
məni tanıyan var.” “Elanda məni bu ədanın “sahibi” kimi qələmə veriblər. Görəsən,
haqqımda daha nə bilirlər? Özüm sahibi ola-ola, öz malımdan imtina eləsəm,
heyvandan şübhələnə bilərlər. Nə heyvanın, nə də özümün şübhə altına düşməyimi
istəmirəm. Elanda göstərilən yerə gedib, oranqutanqı götürəcək, bu əhvalat
unudulanadək onu gizlədəcəyəm.”
Elə bu vaxt pilləkəndə ayaq səsi eşidildi. -Tapançanı hazır vəziyyətdə saxlayın,
-Düpen dedi, - amma onu göstərməyin və mən deməyincə atəş açmayın.
Evin giriş qapısı açılmış, gələn adam zəngi çalmadan içəri girmiş və bir neçə
addım pilləkənlərlə yuxarı qalxmışdı. Indi isə, görünür, tərəddüd edirdi. Bir qədər
keçdikdən sonra onun aşağı düşdüyünü eşitdik. Düpen tez qapıya tərəf getdi. Sonra
həmin adamın yenidən yuxarı qalxdığını eşitdik. O, ikinci dəfə geri dönmədi,
qətiyyətlə yuxarı qalxıb qapını döydü.
- İçəri buyurun, — Düpen kefi kök və səmimi tərzdə dedi.
Gələn adam içəri girdi. Dənizçi olduğu aydın görünürdü. O, ucaboylu,
dolubədənli, üz-gözündən cəsarət yağan xoş çöhrəli bir kişi idi. Gündən çox qaralmış
sifətinin yarıdan çoxunu bakinbordları və bığları örtmüşdü. Əlində sanballı bir palıd
dəyənəyi vardı. Görünür, yeganə silahı o idi. Sıxılası xıla bizə baş əydi və “axşamınız
xeyir” dedi. Fransızca təmiz danışırdı. Ləhcəsində azacıq şimallılara məxsusluq özünü
büruzə versə də, mənşəcə parisli olduğu aydındı.
- Əyləşin, dostum, — Düpen dedi. — Zənnimcə, orabqutanqın dalınca
gəlmisiniz. Düzünü desək, sizə qibtə edirəm. Çox gözəl növdür, şübhəsiz, olduqca
qiymətli heyvandır. Sizcə, onun neçə yaşı olar?
- Bunu deyə bilmərəm. Bəlkə də dörd, ya beş, bundan çox ola bilməz. Indi o
buradadır?
- Nə danışırsınız, bizdə imkan hardandır ki, belə bir heyvanı burda saxlayaq?
Onu Dübr küçəsində yaşayan faytonçunun karvansarasına aparmışıq. Lap yaxındadır.
Sabah gəlib apara bilərsiniz. Siz onu tanıya bilərsiniz?
- Əlbəttə, ser.
- Ondan ayrılacağıma təəssüflənirəm, — Düpen dedi.
- Çəkdiyimiz zəhmətin hədər yerə getməsini istəməzdim. Çox istərdim ki, onun
tapılmasında çəkdiyiniz zəhmətin əvəzini pulla ödəyim, necə deyərlər, imkan
dairəsində.
-Nə olar, — dostum dedi, — şübhəsiz bu ədalətli olardı. Amma qoyun
fikirləşim, görüm sizdən nə alsam, yaxşı olar? Siz gəlin mənə Morq küçəsindəki
qətl barəsində nə bilirsiniz, onu danışın.
Düpen axırıncı sözləri çox alçaqdan və sakit dedi. Təmkinliklə qapıya tərəf
getdi. Qapını bağlayıb, açarı cibinə qoydu. Sonra qoltuq cibindəki tapançanı çıxarıb,
zərrə qədər də həyəcanlanmadan onu stolun üstünə qoydu. Dənizçinin sifəti pörtdü,
sanki təngənəfəs olmuşdu. Ayağa sıçrayıb dəyənəyi götürdü, lakin elə həmin anda
oturduğu stula sərildi. Bütün vücudu titrəyirdi. Rəngi ağappaq olmuşdu. Dinib
danışmırdı. Ona yazığım gəldi.
- Dostum, nahaq yerə qorxursunuz, — Düpen nəvazişlə dedi, — sizə bir
centlemen və fransız kimi söz verirəm ki, bizdən heç bir ziyan görməzsiniz. Morq
küçəsindəki o dəhşətli qətldə sizin təqsiriniz olmadığını da lap yaxşı bilirəm. Bununla
belə, həmin qətl ilə sizin bu və ya digər dərəcədə əlaqəli olduğunuzu inkar etmək
olmaz. Sizə dediklərimi başa düşməlisiniz ki, bu barədə mən müəyyən yollarla
məlumat əldə etmişəm. Yatsanız, heç yuxunuza da girə bilməz. Deməli, məsələ
belədir. Axı elə bir iş tutmamısınız ki, danlağa məruz qalasınız və ya məsuliyyətə cəlb
olunasınız. Cəzasız qala biləcəyiniz halda, evdəki pullara tamah salmamısınız. Nəyisə
gizlətməyiniz yersiz görünər. Gizlətmək üçün səbəb yoxdur. Bununla belə, vicdan
tələb edir ki, bu işlə əlaqədar nə bilirsinizsə, hamısını olduğu kimi danışasınız.
Günahsız adam həbs olunub, onu qətldə təqsirləndirirlər. Halbuki siz əsl caninin kim
olduğunu bilirsiniz.
Düpenin bu sözlərindən sonra dənizçi sanki özünə gəldi, amma əvvəlki
cəsarətindən əsər-əlamət qalmamışdı.
- Allah, sən özün kömək ol. — Azacıq sükutdan sonra dənizçi dilləndi. — Nə
bilirəmsə sizə danışacağam. Ancaq ağlım kəsmir ki, dediklərimə inanasınız. Mənə
inanacağınızı fərz etmək, həqiqətən də axmaqlıq olardı. Yenə də deyirəm, təqsirim
yoxdur. Bu işdən ötrü ölsəm də, hər şeyi etiraf edəcəyəm. Onun nəql etdikləri
aşağıdakılardır. Bu yaxınlarda o, hind dənizi səyahətində olub. Bir dəstə dənizçi ilə
Borneo adasında sahilə çıxıb və şənlənmək üçün adanın içərilərinə doğru gediblər.
Həmin oranqutanqı bir dostu ilə elə orada tutub. Bir müddətdən sonra dostu ölür və
meymun ona qalır. Ipə-sapa yatmayan meymunla olmazın əzabəziyyət çəkən sahibi,
nəhayət, vətənə qayıdır. Həm qonşuların zəhlətökən marağından uzaq olmaq üçün,
həm də ayağına gəmidə şey batdığından yarası sağalana qədər oranqutanqı Parisdəki
evində qıfıl altında anbarda saxlayır. Əsas məqsədi bu olub ki, onu münasib qiymətə
satsın. Qətlin baş verdiyi gecəyarısı hansısa dənizçi dostunun şənliyindən evə
qayıdanda, oranqutanqı öz yataqotağında görür. Məlum olur ki, meymun anbarın
arakəsməsini sındırıb, həmin otağa keçibmiş. Üzünü ədəb-ərkanla sabunlayaraq,
əlində ülgüc güzgünün qabağında əyləşib, guya üzünü qırxır. Şübhə yoxdur ki, sahibi
əvvəllər üzünü qırxanda oranqutanq anbardakı açar deşiyindən bunu görürmüş.
Qəddar heyvanın əlində bu təhlükəli aləti gördükdə, meymunun ondan necə istifadə
edəcəyini bildiyindən başını itirən sahibi bir anlığa çaş-baş qalır. Əvvəllər də
heyvanın azğınlaşmış vaxtlarında onu qırmancla ram etməyə adətkar olduğundan, bu
dəfə də qırmanca əl atır. Oranqutanq qırmancı görən kimi tez qapıya tərəf sıçrayaraq
pilləkənlərlə aşağı qaçır. Bədbəxtlikdən pəncərə açıq olduğundan küçəyə çıxır.
Ümidsiz bir halda fransız da onun dalınca gedir. Ülgüc əlində meymun hərdənbir
dayanaraq geri baxır, sahibinin ağzını əyir, onu xeyli yaxına buraxdıqdan sonra yenə
qaçırmış. Bu təqib xeyli davam edir. Səhər saat üç radələrində küçələrdə tam sakitlik
imiş.
Morq küçəsinin arxa tərəfindəki dalana burularkən, oranqutanqın diqqətini
dördüncü mərtəbədə madam L’Espanyenin yataq otağının açıq pəncərəsindən gələn
işıq cəlb edib. Binaya özünü yetirən zaman gözünə ildırımötürən sataşır. Ağlagəlməz
bir cəldliklə onunla dırmaşaraq, divara tərəf tam açılmış pəncərə qapağından yapışır
və birbaşa özünü çarpayının baş tərəfinə atır. Bu əməliyyat bir dəqiqədən artıq
çəkməyib. Otağa girdikdən sonra yenidən pəncərəni təpiklə vurub açır. Bu vaxt
ərzində dənizçi bilmir ki, sevinsin, yoxsa kədərlənsin. Heyvanı yenidən tuta
biləcəyinə ümid bağlayır. Güc-bəla ilə qaçıb qurtardığı tələyə yenidən düşən
oranqutanq, yalnız ildırımötürən vasitəsilə aradan çıxa bilərdi, onun da yanını dənizçı
kəsdirib dururdu. Birdən onu fikir götürür, evdə heyvanın əlindən xata-zad çıxa
bilərdi. Bu fikir dənizçını vadar edir ki, onu yenidən gizləsin. Dənizçı üçün
ildırımötürənlə dırmaşmaq çətinlik törətmir. Ondan xeyli aralı sol tərəfdə pəncərənin
bərabərinə çatanda, dayanmalı olur. Yalnız bir şey edə bilir — boynunu uzadaraq
pəncərədən otağın içinə ötəri nəzər salır. Elə ilk baxışdan dəhşətə gəlir. Az qalır
yıxılsın. Morq küçəsinin sakinlərini də yuxudan oyadan məhz həmin dəhşətli
qışqırtılar olub. Madam L’Espanye və qızı gecə paltarında otağın ortasında qoyulmuş,
haqqında danışdığımız dəmir seyfin içindəki sənədləri nizama salırmışlar. Görünür,
onlar arxası pəncərəyə oturduqlarından, meymunun içəri girməyindən dərhal xəbər
tutmayıblar. Heyvanın içəri girməsi ilə qışqırtıların eşidilməsi arasında müəyyən vaxt
keçib. Elə biliblər ki, pəncərə qapağını bərk külək örtüb. Dənizçi içəri axanda nəhəng
heyvan madam L’Espanyenin saçlarından yapışaraq (xanım yatmazdan qabaq
saçlarını darayıb kürəyinə tökmüşdü), onun gözü qabağında dəlləyin hərəkətlərini
yamsılayaraq ülgücü yellədirmiş. Qız isə huşunu itirdiyindən, hərəkətsiz halda uzanıb
qalmışdı. Qarı qışqırır, müqavimət göstərir, qorxudan saçlarını yolmağa başlayır.
Nəhayət, bu, meymunu haldan çıxarır. Qüvvətli əlini bir dəfə çəkməklə qarının başını,
demək olar ki, bədənindən üzür. Qanı gördükdə daha da quduzlaşır, gözləri qəzəbdən
od tutub yanır. Dişlərini qıcayaraq qıza tərəf atılır və dəhşətli caynaqlarını onun
boğazına keçirərək, nəfəsi kəsilənədək boğur. Bu zaman vəhşi nəzərləri çarpayının
baş tərəfindən aralı dəhşətdən ölü rəngi almış sahibinə zillənir. Yadından çıxmayan
amansız qırmanc dərhal qəzəb hissini əvəz edir. Haqlı olaraq cəzalanacağından
qorxan heyvan qanlı cinayətini ört-basdır etməyə cəhd göstərir. Qəzəbindən otaqda
qərar tutmayaraq, avadanlığı sındırıb tökür. Yorğan-döşəyi çarpayıdan dartıb,
döşəməyə fırıldadır. Nəhayət, əvvəl qızın meyidini qamarlayaraq indi tapıldığı
buxarıya tıxayır, sonra isə qarını götürüb pəncərədən başıaşağı tullayır. Meymun
eybəcər hala saldığı yüküylə pəncərəyə yaxınlaşanda, dənizçı sarsılmış halda
ildırımötürənə tərəf geri çəkilir, onunla sürüşüb düşür. Dəhşət içində oranqutanqı
unudub, bu qanlı cinayətin nəticəsindən qorxaraq dərhal evə qaçır. Adamların
pilləkənlərlə qalxarkən eşitdikləri sözlər fransızın vahimə ifadə edən nidası və ona
qarışmış rəzil heyvanın çıxartdığı səslərmiş. Deyilənlərə yeni bir şey əlavə etmək
çətindir. Adamlar qapını sındırmazdan azacıq əvvəl oranqutan otaqdan ildırımötürən
vasitəsilə qaçır. Pəncərəni də çıxarkən örtür. Bir qədər keçəndən sonra dənizçi onu
özü tutur və böyük bir məbləğə heyvanxanaya satır.
Polis idarəsində əhvalatı olduğu kimi danışdıq. Dərhal Le Bonu buraxdılar.
Bununla belə, Düpen bəzi şeyləri deməkdən çəkinmədi. Bu vəzifəli çinovnik dostuma
qarşı iltifatlı olmasına baxmayaraq, işlərin belə şəkil aldığını görəndə peşmançılığını
gizlədə bilmədi. Bir neçə kinayəli sözlə hər kəsə özişi ilə məşğul olmağı məsləhət
gördü.
-Qoyun çərənləsin, ürəyini boşaltsın, — Düpen dedi və ona cavab verməyi
lüzumsuz hesab etdi. —Rəqibimi öz meydançasında məğlub etmək mənə ləzzət
verir.
Polis bu müəmmənı aça bilmədi, amma onun zənn etdiyi kimi, bu işdə heç bir
möcüzə yoxdur. Düzünü desək, polis dostum çox hiyləgər olduğundan, məsələnin
dərinliyinə gedə bilmir və onun mühakimələrində bir səthilik var. Bu səthilik də
Laverna ilahəsinin şəkillərdə bədənsiz baş kimi və yaxud ən yaxşı halda isə treska
balığında olduğu tək baş və beldən ibarət təsvir olunmasına oxşayır. Buna görə də ona
pis adam deməzdim. Bu adamda xüsusilə xoşuma gələn cəhət odur ki, diribaşdır.
Özünü ağıllı kimi qələmə verərək nüfuz qazanmışdır. Onun xasiyyətini nəzərdə
tuturam.
Yaxşı deyiblər: “Olan şeyi dan, olmayan şey haqqında aləmə car çək.”
Dostları ilə paylaş: |