3. Software (proqram təminatı) - Software (Proqram Təminatı), kompüterləri işə salmaq və müəyyən vəzifələri yerinə yetirmək üçün istifadə olunan təlimatlar, məlumatlar və ya proqramlar toplusudur.
Fərdi kompüterlər proqramla idarə olunan hesablayıcı maşındır. Hər hansı bir məsələni kompüterdə həll etmək üçün onun həll alqoritmi əsasında qurulmuş proqram olmalıdır. Həmin proqramlar kompleksinə kompüterin proqram təminatı sistemi deyilir.
Proqram təminatı (Software) 3 əsas qrupa bölünür.
Sistem proqram təminatı
Tətbiqi proqram təminatı
İnstrumental proqram təminatı (Proqramlaşdırma alətləri
1. Sistem proqram təminatı.
Bu proqramlar kompüterin işini idarə edən qurğularla kompüter arasında əlaqə yaradan, kompüterləri zərərli proqramlardan qoruyan proqramlardır. Sistem proqram təminatı özüdə 2 bölmədən ibarətdir: Baza proqram təminatı və servis proqram təminatı.
Əməliyyat sistemləri Diaqnostik proqramlar
Əməliyyat örtükləri Antiviruslar
Şəbəkə əməliyyat sistemləri Utilitlər
Driverlər
BAZA PROQRAMLARI
|