15 yanvar 2016-cı il
http://www.amu.edu.az
5
Əczaçılıq fakültəsinin II kurs
tələbəsi Ümid Abdulhüseynov da
uğur qazanıb. Onlar da imtahanın
gedişindən məmnundurlar.
İmtahanın gedişi ilə bağlı zallarda
olduq. Virtual Test Mərkəzinin direk-
toru Şahin Bayramovla görüşdük:
“Tələb nədirsə,
onu qarşılamağa
çalışırıq”
- İmtahan ötən il dekab rın 29-
da başlayıb və bu ilin fevralın 1-dək
davam edəcək. Ötən ildən fərqli ola-
raq, bu il həftənin şənbə və bazar
günlərindən başqa hər gün imtahan
olacaq. İndiyədək haradasa 10 minə
yaxın tələbə imtahanda iştirak edib
(bu məlumat yanvarın 7-də alınıb-
red.). İmtahan zamanı bu vaxtadək
hansısa qeyri-adi bir hadisə qeydə
alınmayıb. Özünüz gördüyünüz kimi,
tələbələrdən imtahanlar heç bir sub-
yektiv müdaxilə olmadan, zallarda
kompyuter vasitəsi ilə götürülür. Bu
günkü tələb nədirsə, biz onu qarşı-
lamağa çalışırıq. Tələbənin qış ses-
siyası dövründə gündəlik və imtahan
zamanı topladığı ballar hesablanır,
əgər balların cəmi 51-dən yuxarı
olarsa, tələbə uğur qazanmış hesab
olunur. Mərkəzə tələbələrin gündəlik
balları barədə məlumat daxil olmadı-
ğından biz yalnız imtahan zamanı 17
baldan az toplayan tələbələrin uğur
qazanmadığını müəyyən edə bilirik.
Yəni ancaq onu bilirəm ki, 17-dən
az bal toplayan tələbələr imtahandan
kəsilib. Çünki tələbə 17 baldan az
toplayıb, gündəlik baldan 50 bal top-
lasa belə, gündəlik balla imtahan balı
toplanmır və hesab olunur ki, tələbə
müvəffəqiyyət qazanmayıb.
- Heç indiyədək imtahan dan 17-dən
az bal toplayan tələbələr olubmu?
- Bəli, var. İndiyədək 50-yə yaxın
tələbə 17-dən az bal toplayıb.
-Bəs müvəffəqiyyət qazanmayan
tələbələrin gələcək taleyi necə olur?
Onlar növbəti imtahana buraxılırmı?
Ümumiyyətlə, mexanizm necədir?
- “Kredit sisteminin” Əsasnaməsinə
görə, imtahandan uğur qazanma-
yan tələbələr kəsildiyi fənni yenidən
keçməli və yenidən imtahanlara qa-
tılmalıdır.
Amma tələbələrin növbə ti imta-
hana qatılmaları tələbənin kəsildiyi
fənnin statusundan asılıdır. Statusu-
na görə isə fənlər 3 qismə bölünür.
a) məcburi və ardıcıl fənlərə,
b) məcburi fənlərə,
c) seçim fənlərinə;
Məsələn, “Anatomiya I” məcburi
və ardıcıl fənn hesab olunur. Əgər
tələbə bu fəndən kəsilirsə, o, “Anato-
miya II”ni başlaya bilməz.
Tutaq ki, tarix fənni məcburi fənn
hesab olunur. Fəlsəfə-iqtisadiyyat isə
seçim fənləridir. Məsələn, tələbə əgər
fəlsəfədən imtahan verib kəsilirsə,
növbəti dəfə o, imtahan vermək üçün
iqtisadiyyat fənnini seçə bilər.
Tələbənin həmçinin belə bir ix-
tiyarı da var ki, “Anatomiya I” və
“Anatomiya
II”-yə
girmədən imtahanları-
nı Yay Məktəbində verə
bilərlər. Bu, artıq onun
istəyindən asılıdır.
Amma lazımdır ki,
nəzərdə tutulmuş vaxt-
da, yəni 6 ildə bütün
borcları verib qurtarsın.
Şahin
müəllimdən
həmçinin
əcnəbi
tələbələrin imtahanları
necə verməsinə aydınlıq
gətirməsini xahiş etdik:
“ Biz bu sistemə yeni
başladığımız ili əcnəbi tələbələr ya
adətən az bal toplayır, ya da kütləvi
şəkildə kəsilirdilər. Bu sistem yerinə
oturduqdan sonra onlarda kəsilmə
ilə bağlı kəskin azalmalar müşahidə
olunmağa başladı. Çünki tələbələr
gördülər ki, imtahan götürülən zaman
heç bir subyektiv müdaxilə mümkün
deyil. Hazırda əcnəbi tələbələrin qa-
zandığı uğurlarla bizim tələbələrin
uğurları arasında elə bir fərq yox-
dur. Təbii, aralarında kəsilənlər də
var. Amma onlar artıq yaxşı bilirlər
ki, oxumaq, hazırlaşmaq, çalışmaq
lazımdır”.
Ş.Bayramov imtahanın gedi-
şi ilə bağlı texniki cəhətdən hazırlıq
məsələsinə də aydınlıq gətirdi: “Tex-
niki cəhətdən etibarlı bir sistem qura
bilmişik. Bir məqamı qeyd etmək
istərdim: İmtahana başladığımız
ilk gün, yəni dekabrın 29-da səhər
tezdən elektrik enerjisi kəsilmişdi.
Amma bizdə heç bir problem olma-
dı. Enerji kəsilən kimi generatorlar
işə düşdü və tələbələr normal şəkildə
imtahan verdilər. Tələbələr heç ener-
jinin kəsilməsini belə hiss etmədilər.
Hazırda kompyuterlərimiz hamısı saz
vəziyyətdədir. Hansısa avadanlıq la-
zım olanda rəhbərlik anındaca yar-
dım edir.
“Hansısa qeyri-
adi hadisə qeydə
alınmayıb”
Zallarda imtahanın gedişini izləyən
bir neçə nəzarətçi ilə də görüşdük.
Onlardan Günel Əliyeva və Səbinə
Əliyeva imtahanların normal keçdi-
yini və hər hansı qeyri-adi hadisənin
qeydə alınmadığını bildirdi.
Nəzarətçi Nəsimi Vahabov da im-
tahanın getdiyi müddət ərzində hər
hansı xoşagəlməzliklə üzləşmədiyini
bildirdi. Amma bir nəfərin tələbə
biletini yadından çıxarıb evdə qoy-
duğunu və bu səbəbdən onun
müvəqqəti imtahandan uzaqlaşdı-
rıldığını, şəxsiyyəti dəqiqləşdikdən
sonra yenidən imtahana buraxıldığını
bildirdilər.
Qeyd edək ki, imtahanın obyek-
tiv və şəffaf keçirilməsi universitet
rəhbərliyinin daim nəzarəti altında-
dır. Rektor əvəzi, tədris işləri üzrə
prorektor, professor Sabir Əliyev
mütəmadi olaraq imtahanın gedişi ilə
maraqlanır və imtahan zallarında olur.
Texniki cəhətdən təminata zərurət
yaranarsa, lazımi göstərişlərini ve-
rir və tələbələrin imtahanın gedişi ilə
bağlı fikirlərini dinləyir.
Hər halda, həmin gün təlaşı
sevinclə əvəz edən tələbələrlə görüş-
dük. Onları qazandıqları uğura görə
təbrik etdik. İmtahana hazırlaşan
tələbələrə nailiyyətlər diləyərək imta-
han auditoriyasından xoş təəssüratla
ayrıldıq.
Qabil ABDULLAYEV
,
A.KAMRANOĞLU
Fotolar Cənnətalı Çingizindir
imtahanlarına start verilib