“AZƏRBAYCAN TÜRKLƏRİ BİRLİYİ”
(Sidney)
Uzaq Avstraliyanın paytaxtı Sidney şəhərində yaşayan
soydaşlarımızın daha bir mədəni cəmiyyətləri “Azərbaycan
Türkləri
Birliyi” fəaliyyət göstərir. Bu birliyin yaranması lap son aylara təsadüf
edilir.
Birliyin ən böyük uğurlarından biri Sidney şəhərində “Azərbaycanın
səsi” radiostansiyasının yaradılmasıdır. Həmin radio verilişlərinin Baş
redaktoru Azərbaycan Dillər İnstitutunun məzunu Gülzar Qasımzadədir.
“Azərbaycan Türkləri Birliyi” rəhbəri cənubi Azərbaycan ziyalısı
Həsən bəydir.
Sidneydə yaşayan həmvətənimiz İmaməddin Xanbaba oğlu Bakıda
nəşr olunan “Azadlıq” qəzeti redaksiyasına müraciət edərək “Azərbaycan
Türkləri Birliyi” üzvlərinin Azərbaycan Respublikasında yaşayan
soydaşları ilə əlaqə yaratmaq arzusunda olduqlarını bildirmişdir.
ALMANİYA
“AZƏRBAYCAN ALMANİYA CƏMİYYƏTİ”
(Berlin)
“Azərbaycan-Almaniya Cəmiyyəti” 1988-ci ilin əvvələrində
yaranmışdır. Onun əsas məqsədi Almaniyada Azərbaycana olan marağın
artdığı bir şəraitdə geniş ictimaiyyəti xalqımızın milli dirçəliş prosesi, onun
mədəniyyəti, iqtisadiyyatı və incəsənəti ilə tanış etməkdir. Cəmiyyət
soydaşlarımız, eləcə də Mərkəzi Asiya dövlətlərinin Almaniyada yaşayan
vətəndaşları arasında öz fəaliyyəti ilə şöhrət tapmışdır. Azərbaycana
yardım üçün xüsusi fond yaradılmışdır. Cəmiyyətin yaxından iştirakı ilə
Azərbaycanla həmrəylik mitinqləri təşkil edilir. Qərbdə istedadlı rəssam
kimi tanınan, "Azərbaycan-Almaniya Cəmiyyəti»nin sədri İbrahim Əhrari
dəfələrlə Bakıda olmuşdur. Hər səfəri zamanı Azərbaycana, müharibə
aparan döyüşcülərimizə dava-dərman gətirmişdir. O, Azərbaycan
Rəssamlar Birliyinə fəxri üzv seçilmişdir. İbrahim Əhrarinin rəsm
əsərlərinin Bakıda xeyriyyə məqsədilə sərgisi təşkil edilmişdir. Əldə
olunan vəsait yetim uşaqlara və yaralı əsgərlərə kömək üçün ayrılmışdır.
Cəmiyyət Almaniya ictimaiyyətini Azərbaycan mədəniyyəti, onun zəngin
ənənələri ilə tanış etmək məqsədilə konsertlər, poeziya gecələri, musiqi
festivalları, sərgilər və digər mədəni tədbirlər keçirir. İbrahim Əhrari bu
tədbirlər zamanı toplanan vəsaitlə Azərbaycan Qaçqınlar Cəmiyyətinin
elmi mərkəzinə də yardım etmişdir. Bu yaxınlarda Azərbaycan İncəsənət
muzeyinə dünya rəssamlarının qiymətli oricinal əsərlərini hədiyyə verməsi
rəğbətlə qarşılanmışdır.
“AZƏRBAYCAN AKADEMİYASI CƏMİYYƏTİ”
(Berlin)
Berlin
şəhərində yaşayan azərbaycanlı mütəxəssislər və
Azərbaycanşünaslıqla məşqul olan qeyri-azərbaycanlı elm və mədəniyyət
xadimləri yeni bir cəmiyyət yaratmışlar: “Azərbaycan Akademiyası”.
Cəmiyyətin məqsədi Azərbaycan elm və mədəniyyətini Qərbi Avropada
tanıtmaq, onun Almaniyada inkişafına şərait yaratmaqdır.
“Azərbaycan Akademiyası” Cəmiyyətinin prezidenti Avropa
ölkələrində yaxşı tanınan alim Əhməd Yəzdanidir.
Cəmiyyətin vitse-prezidenti Məsud Pənahi (o, həmyerlimizdir.
Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskva Kinematoqrafiya
İnstitutunu bitirib. 1979-cu ildən Berlində yaşayır) “Elm” qəzetinə verdiyi
müsahibəsində bildirib ki, “Azərbaycan Akademiyası” Azərbaycanla bağlı
araşdırmalara, o cümlədən dilçilik və ədəbiyyatşünaslıq, tarix elmləri,
folklorşünaslıq, etnologiya, antropologiya, dilşünaslıq, sənətşünaslıq,
təbabət, psixologiya sahəsində aparılan bütün işlərə yardım göstərəcəkdir.
Həmçinin Azərbaycanın özündə olan ən vacib elmi axtarış və tapıntıları
Qərbdə tanıtmağa, təbliğ etməyə səy edəcəkdir.
Elmi layihə və nəşrlərin uyğun formalarına kömək etməklə, xüsusi
dövri və s. mətbu orqanlar təsis etməklə, kitabxanalar, nəşriyyatlar, o
cümlədən bütün kooperasiya formalarını yaratmaqla, müxtəlif
akademiyalar, elmi müəssisə və təşkilatlarla əlaqələr qurub, inkişaf
etdirməyə, türkoloqların mübadiləsinə böyük ümidlər bəsləyirik”..
“Azərbaycan Akademiyası” artıq bir sıra konkret işlər görüb. Yuri
Pompeyevin Qarabağ hadisələrinə dair kitabı alman dilinə tərcümə edilib
nəşr olunmuşdur.
Hazırda Cəmiyyət öz mətbu orqanını nəşrə hazırlayır. Cəmiyyətin
xətti ilə Azərbaycandan Berlin şəhərinə bir dəstə alim dəvət edilib.
Cəmiyyət bu yaxınlarda Azərbaycan alimlərinin bəzi uğurlarının
Qərb aləmində yayılması yolları barədə konkret iş planı hazırlamış və
Almaniya dövlətindən bu işə görə rəsmi razılıq almışdır.
“AZƏRBAYCAN KÜLTÜR OCAĞI”
(Berlin)
Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Azərbaycan Kültür
OCAĞI”nın başlıca məqsədi soydaşlarımız arasında dilimizi,
mədəniyyətimizi, adətənənələrimizi, incəsənətimizi qoruyub saxlamaq və
bunları Avropada yaşayan xalqlara tanıtmaqdır. OCAĞIn fəaliyyətinə idarə
heyəti rəhbərlik edir. Tez-tez xeriyyə gecələri, konsertlər təşkil edilir.
Azərbaycan-Almaniya Cəmiyyəti ilə birlikdə Azərbaycan mədəniyyəti
günləri keçirilir. “Azərbaycan Kültür OCAĞI” öz fəaliyyətini yalnız
mədəni tədbirlərlə məhdudlaşdırmır. Bakıda 20 Yanvar hadisəsi və Xocalı
faciəsi ilə əlaqədar etiraz mitinqlərinin keçirilməsində, kütləvi informasiya
vasitələri ilə əsil həqiqətin geniş ictimaiyyətə çatdırılmasında “OCAĞIn”
üzvləri xüsusi fəallıq göstərmişlər. “Azərbaycan Kültür OCAĞI” xaricdə
yaşayan həmvətənlərimiz ilə Azərbaycanın əlaqələrinin genişlənməsinə
çalışır.
“Azərbaycan Kültür OCAĞI” “Savalan” adlı jurnal nəşr etdirir.
Berlindəki “Azərbaycan Kültür Ocağı”nın İdarə heyətinin və
“Savalan” jurnalı İdarə heyətinin üzvü, tərcüməçi Həbib Makulu bu ilin
yanvarıda Bakıda qonaq olmuşdur.
Təkcə Berlində deyil, ümumən Almaniyada və Avropada fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Cəmiyyətlərinin işi
barədə H.Makulu “Səhər” qəzetinin müxbiri Zemfira Müseyibqızı ilə
müsahibəsində demişdir.
Qərb ölkələrində çoxlu azərbaycanlı yaşayır. Onlar müxtəlif
dövrlərdə bu əsrin əvvəllərindən başlayaraq, birinci, ikinci dünya