Yaşar Əhmədov AzərHatəmov
*
ikinci mənada isə mədəniyyətlərin ümumbəşəri məcrada
inkişafı, zənginləşməsi və bir-birinə qarşılıqlı keçməsi məqsədi ilə
qarışmasını tələb edən tamamilə bir-birinə zidd olan
postulatlardır.
-
Bərabərlik, xüsusiyyətlərin saxlanılması, zənginləşməsi və
bir-birinə
qarşılıqlı keçməsi, mədəniyyətlərin qarışması
anlayışları bir-birinə ziddir - belə nəticəyə gəlinir ki, Qərb
intellektualları özləri hələ multikulturalizm anlayışını axıra qədər
müəyyənləşdirməmişlər.
-
Multikulturalizmin mənasına hər bir siyasətçi və ya
intellektual insan öz dünyagörüşü ilə, siyasi baxışları, həmçinin
seçki qabağı vəziyyətlə dərk edilmə mənasım qoyur.
-
Multikulturalizmin vaxtİlə qlobal siyasətini aparan Qərb
dövlətlərin liderləri indi də öz söz və məsləklərindən iztirabla
imtina edirlər - bu 2010-cu ilin sentyabrında baş verdi:
*
Fransanın
prezidenti Nikola Sarkozi, Almaniyanın kansleri
Anqela Merkel və Böyük Britaniyanın baş naziri Ceyms Kameron
multikulturalizmin tam məğlubiyyətini etiraf edərək,
*
Qərb cəmiyyətinin inkişafı üçün təhlükəli olan, bir vaxtlar
dəbdə olan multikulturalizm siyasətindən açıqcasına üz
döndərdilər.
-
Bəlkə
də bu qəribə səslənir,
amma bizə elə gəlir ki;
*
“multikulturalizm”
termini
“beynəlmiləl
sovet
mədəniyyəti”, sovet fenomeninə cavab olaraq uydurulmuşdur.
-
Qərbdə 70 il ərzində onlarla peşəkar sovetşünaslar bu
fenomenin nadirliyini, bəzən ona ağlabatan izah tapmayaraq
öyrənirdilər.
-
Yeri gəlmişkən, “homo sovetikus” termininin yaranmasının
əsas amili də elə bu oldu.
-
Qərbdə anlaşılmayan rassional və praqmatik xüsusiyyətlərə
malik olan insanı sovetşünaslar belə adlandırırdı.
50
Multikttlturalizm - fəlsəfi lüğət
-
Rusiyanın dünyaya ibrət dərsi verməyinin. Qərb nöqteyi -
nəzəridən tamamilə rassional olmayan yanaşmasım iki misalda
göstərmək istərdik:
*
1919-cu ildə Rusiyada hər tərəfdə aclıq, soyuq, yoxsulluq
və vətəndaş müharibəsi tüğyan edirdi, əhalinin böyük əksəriyyəti
kütləvi savadsız idi. Düşünmək olardı ki, bütün ölkə, ən əsas da
mədəniyyət itirilmişdir - elə bu vaxt Maksim Qorkinin təşəbbüsü
ilə Dünya Ədəbiyyatı kitabxanası nəşr olunmağa başlandı.
*
ikinci fakt - 1941-ci ilin 19 oktyabndır. Mühasirəyə alınmış
Leninqradda nə çörək, nə işıq, nə də istilik var, hücum etmiş
alman ordusu Pyotr şəhərinin mərkəzim bombalamağa başlayır -
həmin vaxt, Leninqrad şərqşünaslıq məktəbinin nümayəndələri
Ermitajın binasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri
olan Nizami Gəncəvinin təntənəli yubileyini qeyd edərək,
Şestakoviçin məşhur 7-ci simfoniyasım səsləndirirlər. Leninqrad
cəbhəsinin siyasi idarəetməsi şərqşünas- məruziçilərinə əsas
cəbhə xəttindən (Kolpino və Vtiukova ətrafından) bir günlüyə
uzaqlaşmağa icazə verdi. Məhz intellektual və mədəni elitanın bu
fədakarlığı və mücahidliyi əsas amil olaraq ölkəyə iki güclü
dövlətdən biri olmağa, ikinci dünya müharibəsində qalib gəlməyə,
birinci kosmosa adam göndərməyə, idarə olunmayan iki kosmik
aparatın Ayda və Marsda yerləşdirilməsinə, atom elektrik
stansiyasım tikməyə, lazer texnologiyaları yaratmağa imkan
verdi.
-
Hazırda həyəcan təbili vurulan multikulturalizmin böhranı
Qərb ölkələrinin yanlış siyasətinin nəticəsidir.
-
İqtisadi vəziyyətdən asıh olaraq xaricdən işçi qüvvəsinin
dəvət edilməsi və sonradan həmin miqrantlara qarşı göstərilən
ayrı - seçkilik multikultural dəyərlərə bir araya sığmır.
-
Bu işçi qüvvəsinin öz milli-mənəvi dəyərlərindən imtina
etməsi multikulturalizmin qələbəsi hesab edilirsə, hansı tolerant
yanaşmadan söhbət gedə bilər?
51
Yaşar Əhmədov AzərHətəmov
-
Bu gün multikulturalizm tədricən ümumavropa probleminə
çevrilməkdədir - bu da imiqrasiya və inteqrasiya sahəsindəki
siyasətlə bağlıdır.
-
İmiqrasiya problemi:
*
iqtisadiyyatın yenidənqurulması, məşğulluq sahəsində
böhran, şəhər seqreqasiyası,
*
aşağı ixtisaslaşmaya malik olan işçilərin maıjinallaşması,
*
təhsil sisteminin yenidən gözdən keçirilməsi zərurəti,
*
rasizmin təzahürləri və s. kimi analoji ümumavropa
problemləri ilə bir sırada durur,
-
Multikulturalizm bütün bu problemlər üçün özünün,
mübahisəsiz və qəti olmasa da müəyyən həlli yolunu təklif edir,
-
Multikulturalizm
zamanın
çağırışına
ümumavropa
cavabına
çevrilib-çevrilə
bilməməsi
məsələsini
zaman
göstərəcəkdir,
-
Multikulturalizm
tolerantlığın
daha
bir,
kütləvi
mədəniyyətin ümumbəşəri axınında mədəniyyətlərin qarşılıqlı
şəkildə bir-birinə nüfuz etməsi, zənginləşməsi, inkişaf etməsi
məqsədləri ilə paralel mövcudluqlarını sürdürməsi tələbindən
ibarət olan aspektlərindən biridir.
-
Multikulturalizm ideyası, əsasən, yüksək mədəni inkişaf
səviyyəsinə malik olan yüksək inkişaf etmiş Avropa
cəmiyyətlərində irəli sürülür.
-
Müasir Avropada multikulturalizm ilk növbədə “üçüncü
dünya” dövlətlərindən (o cümlədən Avropa ölkələrinin keçmiş
müstəmləkələrindən)
olan
imiqrantlann
(mühacirlərin)
mədəniyyət elementlərinin onu qəbul edən ölkənin mədəni
sahəsinə daxil edilməsini nəzərdə tutur.
-
BMT-nin Ümumi İnsan Hüquqları Bəyannaməsinin azadlıq
hüququ, milli və mədəni özünüidentifikasiya hüququ, milliyyət və
ünsiyyət dili seçimi azadlığı, etiqad azadlığını bəyan etməsinə
baxmayaraq, faktiki olaraq, bu hüquqlar öz qrup mənşələri
etibarilə şifahi bəyannaməyə müncər edilir.
52