30
bədii dilin imkanları ilə süjetlərin içərisində əritməsidir.
Əlbəttə, 850 il keçəndən sonra onları üzə çıxartmaq,
müəyyənləşdirmək üçün birinci məlumatlar açar rolunu
oynayır.
16. Sözün müqəddəsliyi: «Qurani-Kərim»//«Leyli və
Məcnun» dastanının əsas mətni:
n)
İnsan doğulur,
o)
boya-başa çatır,
p)
təlim-təhsil alır,
q)
özünü dərk edir,
r)
sevib-sevilir,
s)
eşqi cəmiyyətdə inkar edilir,
t)
şərlə qarşılaşır,
u)
mübarizə aparır,
v)
acı-ağrı çəkir,
w)
gerçək aləmin naz-nemətdən əlini üzür,
x)
vüsala yetir,
y)
dünyasını dəyişir,
z)
haqqa qovuşur!..
«Hikmət və mövizə (nəsihət) haqqında» başlıqlı böl-
mədə Nizaminin ictimai-fəlsəfi görüşləri özünə yer tapır. Şair
Allah və peyğəmbərə müraciətdə irəli sürdüyü fikirlərini daha
gerçək dəlillərlə əsaslandırır, müasirlərini
düşündürən bir çox
sorğulara özünəməxsus şəkildə cavab tapır. İlk növbədə
insanın fəaliyyətini günəşin çıxıb-batmasıyla müqayisə edən
sənətkar səxavətli olmağı ən gözəl keyfiyyətlərdən biri sayır.
O, səxavəti elə buluda bənzədir ki, yağışı həmişə təmannasız
yağdırmağa qadirdir. Günəş hər gün öz nurunu mənfəət
güdmədən dünyaya payladığı kimi insanlar da
getdikləri yol
uzunu səxavət göstərib kisə-kisə qızıl səpməlidirlər. Nizami
«ümumi bar zamanı»ndan, yaxud
«ümumi bəxşiş
vaxtı»ndan bəhs açır. Bu elə bir çağdır ki, imkanlılar
verdikləri borcu halal etməlidirlər. Hər kəsdən soruşulmalıdır
ki, zəmanənin yoxsulluğundan yaxasını necə qurtarsın. Allah
şirin sözləri yer üzünə səpməklə varlıqları, təbiəti, gözəl
31
şeyləri qənaət, mənfəət güdmədən yaratmışdır, buna uyğun
bəşər övladı da Ümumi Bəxşiş günündə varını-yoxunu
əsirgəmədən elə etməlidir ki, hamının üzü gülsün. Şair sanki
«Kitabi-Dədə Qorqud»un son boyunda oğuzların qədim «pay
bölgüsü»nə işarə edir: «Üç Oq, Boz Oq yığnaq olsa, Qazan
evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş
Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı. Qaçan
Qazan
evin yağmalatsa, halalınıñ əlin alur, dışra çıqardı,
ondan yağma edərdi».
Sadələşdirilmiş mətn: «Uc ox və Boz ox tayfaları bir
yerə toplaşanda Qazan adət üzrə evini talan elətdirər, şey-
şüyünü bölüşdürərdi. Amma bu dəfə Qazanın şeyləri talan
edildikdə Daş Oğuz orada deyildi. Talanda ancaq İç Oğuz
iştirak etdi.Qazan oz şeylərini talan elətdirərkən arvadının
əlindən tutub kənara çıxar, ondan sonra ev-eşiyini oğuz
əһlinin ixtiyarına verərdi». Azərbaycan türklərinə aid ilkin
adətlərdən biri eposda «evini yağmalatmaq» şəklində işlənir.
İkinci boyda Qazanın yurduna düşmənin qəfil basqınını ifadə
edəndə bu sözün həmin anlamı verdiyi şübhəsizdir. Lakin
sonuncu boyda tamam başqa məna yükünü daşıyır. Burada
məhz Nizaminin işlətdiyi şəkildə «ümumi bar zamanı»ndan,
yaxud «ümumi bəxşiş vaxtı»ndan danışılır.
Ona görə də
«yağmalatmaq» deyəndə «var-dövlət yaymaq», «bar əldə
etmək», «paylaşdırmaq» və «bölüşdümək» fikrinin irəli
sürüldüyü nəzərə alınmalıdır.
Dünya ikiüzlü yaranıb, yaxşının - pisin, gecənin – gün-
düzün, xeyirin - şərin də öz yeri olub. Hər kəs əməlinə görə
qazanca sahib durub. Başqasına çatanı mənimsəmək mümkün
deyil. Şair deyir ki:
Mən bütün bədənə qida verirəm,
Ciyərin payı isə onun özünə çatacaqdır.
23
Nizaminin irəli sürdüyü prinsipə «Dədə Qorqud»un son
boyunda düzgün əməl edilmədiyi – Dış Oğuzun payı da İç
23
Nizami. Leyli
və Məcnun, s. 29
32
Oğuza verildiyi üçün tarazlıq pozulur və bir tayfa içərisində
düşmənçilik toxumu səpilir, qardaş qardaşa əl qaldırır, qan
tökülür. Çünki Ümumi Bəxşiş günündə ayrı-seçkilik toxumu
səpənlər – qılbaşlar və onların fitvasına uyanlar – qazanlar,
aruzlar bilməli idilər ki, «Hər
zərrə toz olsa belə dünya
pərdəsində bir işə yarayır». Yeddi hasar – yeddi göy əyləncə
xətrinə yüksəlməmiş, göyün pərdəsi altındakı yeddi qübbə
boş yerə yaranmamışdır. Ötüb-getməkdə olan həyat
müqəddiməni xatırlatsa da, şəhvət, yeyib-içmək üçün deyil və
yer üzündə heç nə oyuncaq kimi doğulmamışdır. Nizami
nəsihət edir ki, varlıqların funksiyalarını dəyişik
salmaq
olmaz. Pay bölgüsündə tərəfkeşlik etmək yaramaz. Eləcə də
insanları hərislik və fəaliyyətsizlikdən uzaqlaşdırmaq
lazımdır:
Yeyib-yatmaqdan çəkinə bilsən yaxşıdır,
Çünki bunlar öküz və eşşəklərdə də vardır
24
.
Nizaminin axtarışlarının həddi-hüdudu yoxdur. O,
sirləri öyrənmək məqsədini qarşısına qoyanda dar çərçivəyə
qapanıb qalmır, hərtərəfli biliyinin, təcrübəsinin və qeyri-adi
istedadının, yüksək qabiliyyətinin hesabına dünyanı qlobal
şəkildə götürür, varlıqların yaranması,
fəaliyyəti, inkişafı,
dəyişməsini əsil alim-araşdırıcı kimi şərh edir. «Diqqətlə
baxaq, sirri axtaraq, işin tel ucunu – mənşəyini tapaq» –
deyən şair yaxşı anlayır ki, yeri də, göyü də dərk etmək,
birər-birər bunu da, onu da öyrənmək üçün maddi və mənəvi
şeylərin təbiətinin hansı mayadan yoğrulduğunu bilməlidir.
Mövcudatın vahid başlanğıca malikliyini,
eyni nöqtədən
idarəsini yaxşı anlayan Nizaminin bəzi qənaətləri müasir
alimlərin, o cümlədən K.Yunqun nəzəri müddəaları ilə üst-
üstə düşür. İsveçrəli alim insan şüurunun kənar qüvvədən
(şərti olaraq «libido» alandırır) asılılığını elmi
eksperimentlərlə sübuta yetirir.
24
Nizami. Leyli və Məcnun, s. 29.