______________Milli Kitabxana_______________
329
Kürün məməsini sorur doyunca;
Solmayır o aylar, illər boyunca;
Həşyəsi yamyaşıl bir xalı kimi....
Bir saf məhəbbətin vüsalı kimi,
Nə xoşbəxt açılır Muğanda sabah!
Nizami görmədi bu günləri, ah!..
Tapmadı qəlbinə bir istinadgah,
Getdi, ürəyində vətən möhnəti...
Uzundur Muğanın sözü, söhbəti,
Ondan ayrılmayaq, ömür yarıdır...
İndisə qəlbimi çəkib aparan,
Yorğun ayağımı yerdən qoparan
Muğan səhrasının ormanlarıdır:
Sərvlər görürəm ehramlar kimi...
Yaz günü, xoş mehli axşamlar kimi,
Xoşdur ağacların sərin kölgəsi.
Quşlar bölük-bölük meşəyə gəlir;
Yolçular arxların üstdə dincəlir;
Sərinləyir anamız Odlar ölkəsi.
Soyuyur torpağın can yanğıları...
Budur, cərgə-cərgə cənuba sarı
Dayanmış nizamlı ordular kimi
Qovaqlar, ardıclar, söyüdlər, narlar,
Bir də qatar-qatar boylu çinarlar
Danışır arzusu, dili var kimi.
Onların qəlbini duya bilsəniz!
Meşələr! Meşələr! Doğrudan da siz
Yayda da, qışda da bir baharsınız.
İrandan Muğana taun tək əsən,
Yelin qabağını dağ kimi kəsən
Sizsiniz!.. Nə qədər lütfkarsınız!
Elə ki od tutub yanır gündoğan,
Bürküdən darıxır, boğulur Muğan,
______________Milli Kitabxana_______________
330
Elə ki, ağzını açır gilavar,
Bir ölüm istisi duyur səhralar,
Yenə bir fəlakət olmasın deyə,
Zəmilər saralıb solmasın deyə,
Sinə gərirsiniz ölümə siz də.
Od-alov püskürən hərcayı yellər
Əsib parçalanır tunc sinənizdə...
Sizə taleyini tapşıran ellər
Şair xəyalı tək hüdudsuz çöllər
Kasadlıq çəkməyir, qalmayır darda!
Meşələr! Solmayın fırtınalarda!
Ana örpəyini boranda, qarda
Doğma balasının üstə sərən tək,
-
Əsdikcə boz üzlü amansız külək,
Muğanın üstünə şal salırsınız...
Ellərin qeydinə siz qalırsınız...
Gecə də, gündüz də keşik çəkərək!
Şaxtalar vurmayır bağçanı-bağı,
Vaxtsız tökülməyir güllər, çiçəklər.
Saralıb solmayır göy biçənəklər,
Vaxtsız qocalmayır vətən torpağı...
Baxıb tarlaların yanmış üzünə,
Qocalar, qarılar döyür dizinə,
-
Ömrü yazıq keçən balalarım tək.
Bu xoşboxt sabahı duyduqca ürək,
Yaşamaq istəyir daima insan.
Qələm dikə gəlir, coşur arzular,
Ancaq sabahın da öz şairi var!
Gələcək günlərin simfoniyasından
O öz rübabilə söz açan zaman,
Bilirəm, məni də yad edəcəkdir!..
Onun da xeyirxah dilində ellər,
Onun da qəlbində sönməz əməllər,
Açdığım cığırla yol gedəcəkdir,
Bilirəm, məni də yad edəcəkdir...
______________Milli Kitabxana_______________
331
Epiloq
Günəş salamlasın, a dostlar, sizi!
Gəlin vidalaşaq bu əsərimlə.
Hörmətlə sıxıram əllərinizi,
Vidalaşmayırıq əməllərimlə...
"Muğan" dastanını iki il qabaq
Bir səyahət günü başlamışam mən.
O öz vədəsinə gecikdi, ancaq,
Nə məndən inciyin, nə də qələmdən...
Yazdıqca "Muğan"ın hər nəğməsini
Gecələr şam kimi mən də yanmışam...
Duyduqca çöllərin xoş nəfəsini
Vaxtından gec yatıb, tez oyanmışam...
Nə qədər doğmadır burda hər nəfəs,
Bir də hər insanın, hər şeyin adı...
Bir ovuc torpağı göyə dəyişməz
Bir həyat şairi, bir yer övladı...
Mən indi hər sözün üstündə bəzən
Saatlar uzunu fikrə gedirəm.
Ayrılıb qocalmış qərinələrdən,
İndi öz əmrirni təsvir edirəm.
Desəm doğrusunu, Muğan düzündə
Açıldım neçə yol bir səhər kimi...
Yenə də gözlərim qaldı üzündə,
Doymadım, yarımçıq qitələr kimi...
Bəlkə də yazdığım bu gözəl pəri
Kamala yetməmiş bir gözəldir, ah!..
(Ancaq, o doğmadır, həm də xeyirxah...
Bir də lütfkardır onun gözləri!)
______________Milli Kitabxana_______________
332
Sənin də ürəyin olsa lütfkar,
Bu canlı sənəti öz bağrına bas.
Hər kiçik sözün də öz dünyası var:
Yarımçıq olsa da, mənasız olmaz...
Gördüyün, seçdiyin nöqsanları sən
Bağışla, oxucum... mümkünsə, əgər...
Buyur, köməkçim ol, yapış əlimdən;
Mənim yaratdığım bu sadə əsər
Sənin şöhrətinlə bir dastan olsun...
Bir zəmiyə dönsün hər kiçik sünbül;
Muğanda əkdiyim bu xırdaca gül
Qoy sənin əlinlə gülüstan olsun!..
1948-1949
______________Milli Kitabxana_______________
333
AYGÜN
I
Aygün hələ soyunmamış toy paltarını,
Hələ şaddır, bəxtiyardır dünyalar qədər;
Salamlayıb gözəl ömrün xoş baharını
Günəş ilə bir oyanır evdə hər səhər.
Əmirxanı oyatmayır, dincəlsin deyə,
Bəzən onun nəfəsinə qulaq da asır.
Şadlığından sığışmayıb yer ilə göyə,
Öz eşqini övlad kimi bağrına basır.
Qartal gözlü Əmirxanın baxışlarında
Bir kişilik, bir də vüqar oxuyur gəlin.
Onun geniş sinəsində, sıx qaşlarında
Deyirlər ki, gözü varmış neçə gözəlin.
Bir də ağır oturmağı, ağır durmağı,
Polad kimi cingildəyər nüfuzlu səsi,
Səxavəti, dostlar ilə məclis qurmağı,
Gözlərindən aşıb-daşan həyat həvəsi.
Hətta onun hər tərsliyi, hər inadı da,
Öz sözündən, dediyindən dönməməyi də,
Min insandan seçilməyən sadə adı da
Xoş görünür, şirin gəlir Aygünə hələ.
Bəzən ayna qabağında dayanıb gəlin
Öz hüsnünə dönə-dönə baxır vüqarla.
O duyduqca mənasını ilk məhəbbətin,
Xəyalında məclis qurur saf arzularla.
Arabir də pianonun ağ dillərini
Danışdırır, min zövq alır onun səsindən.
Göyərçin tək uçan görüb öz əllərini
Vəcdə gəlir ürəyinin titrəməsindən.
Dostları ilə paylaş: |