tərəddüd
etdiyimə baxmayaraq, ventillərin kütləvi buraxılması təklifini verdi.
Birinci sifariş ilə bizdən 5000 ventil tələb edildi. Məsələ həll edilmiş sayılırdı. Bu
da böyük nailiyyət idi. Binaların qaz ilə təchiz edilməsi həyata keçirilirdi.
Bizim ventillər həyat vəsiqəsi qazandı.
ORYOL ŞƏHƏRİ. BEŞ NÖMRƏLİ ZAVOD
Baksovet sistemində mən 6 ildən bir aya qədər az işlədim. Bu müddət
ərzində bizim şöbədə beş müdir dəyişildi. Bu şəxslərin hamısı yüksək vəzifə, hətta
nazir vəzifəsi daşıyan, sonra isə iyerarasiya pillələri ilə aşağı vəzifəyə keçirilmiş
müdirlər idilər. Onların heç birinin mütəxəssis kimi təcrübəsi yox idi, ona görə də
onlar yalnız əmr verməklə kifayətlənirdilər. Şəraitə alışmamış onları yenidən başqa
işə göndərirdilər. Mənim vəzifəm hər bir yeni müdiri şəraitlə tanış etmək və onunla
dil tapmaqdan ibarət idi. Bu, mənə çox pis təsir edirdi. Öz ixtisasına uyğun işdə
çalışmaq istəyirdim. 1936-cı ildə mən Moskvaya ağır metal sənayesi Xalq
Komissarlığına müraciət etdim. O zaman ora yoldaş Orconikidze rəhbərlik edirdi.
Məktubda mən zavod mühəndisi kimi İttifaqın hər hansı bir şəhərində işləmək
arzumu bildirirdim. Tezliklə aldığım cavab məktubunda mənə Oryol şəhərindəki
“Zavod №5”-də texniki direktor vəzifəsi təklif olundu.
Yay məzuniyyətmdən
istifadə edərək, mən ora getdim, müəssisə ilə tanış olduqdan sonra texniki direktor
vəzifəsini icra etməyə başladım. Texniki direktor vəzifəsində mən çox qısa bir
müddət işlədim, ancaq mənim orada nələr çəkdiyimi yazan olsa, həcmcə çox
böyük, məzmunca çox təsirli bir əsər yaranar. Əsəb gərginliyi texniki məsələlərdən
daha çox, o zamankı ümumdövlət mühitindən irəli gəlirdi. Bu, Yejovun
hökmranlıq etdiyi (1936-1937-ci illər) dövr idi. Ağlasığmaz hadisələr baş verirdi:
inqilabı yaradan və onu qoruyan ən fəal döyüşçülərdən biri olan Orconikidze
qəflətən vəfat etdi. Adları vətəndaş müharibəsi təsəvvürü
və Sovet hakimiyyətmin
qurulması ilə bağlı olan Buxarinin, Kamenevin, Zinovyevin, Tuxaçevskinin,
Qamarkinin, Pyatkovun başları vuruldu. Yaradılan yeni quruluşun xəstəliyindən
xəbərdar olan açıq və gizli düşmənlərin kökləri kəsilirdi. Öz qurbanlarının qanı ilə
boğularaq, cəlladların açdıqları vakxanaliyada şəxsiyyətə pərəstişkarlığın
hökmranlıq etdiyi Moskvaya yaxın olan zavodda texniki direktor vəzifəsini “türk”
daşıyırdı, rusların təsəvvüründə həmin söz “düşmən” anlayışını ifadə edirdi.
“Zərər” verən nümayəndə kimi, daha yaxşı fiqur ola bilməzdi. Bu şərait haqqında
bir neçə kəlmə deməklə, mənim mənəvi vəziyyətimi sizə çatdırınağa çalışacağam.
Bizim zavodda baş verən hadisələr məndə ümidyeri qoymamışdı. O zaman
sağlamlaşdırıcı sayılan məhvedici dalğa bizim zavoda da gəlib çatdı.
Bir neçə
mühəndis, sonra partiya üzvü olan baş direktor Nikolay Zaxaroviç Dandıkin, bir
neçə gündən sonra üçüncü direktor (o da partiya üzvü idi). Lev Xonoviç Yavnıx
yoxa çıxdılar. Zavodun rəhbərliyini təşkil edən üçlükdən təkcə mən, “türk”, bitərəf
ikinci direktor - texniki direktor qalmışdım. Bu şəraitdə mənim özümü necə hiss
etdiyimi təsvir etməyə ehtiyac yoxdur. Bir neçə həftə, işdən evə qayıdarkən,
soyunmadan yatırdım, hər an həbs olunacağımı gözləyirdim. Nə üçün: - sualını
vermək çox gülməli idi. Lakin, yəqin ki, mənim qismətim başqa imiş. Mən bu
hadisələrdən kənarda qaldım. Lakin buna baxmayaraq mən Oryol şəhərində
qalmalı olmadım. 1936-37-ci illərin qışında yanıma gəlmiş arvadım, rusiyanın
soyuğuna
tab gətirə bilmirdi, buna görə də mən oranı tərk etməli, vətənə qayıtmalı
oldum. Mən zavodun partiya təşkilat katibi Aleksandr Ivanoviç Dudetskaya
zavodu tərk etmək fikrimi bildirdikdə, onun verdiyi cavab yaxşı yadımdadır: “Siz
niyə gedirsiniz? Biz sizin billur kimi təmiz adam olduğunuza əminik”.
O hadisələr ilə dolu olan dövrü xarakterizə edən daha bir neçə maraqlı anlar
olmuşdu, ancaq onlar istehsalata aid deyildilər və özü-özünü tərifləməyin də
mənası yoxdur. Zavodda baş vermiş bir hadisə haqqında isə danışmaq istəyirəm.
Mən zavoddan gedərkən, şüurlu surətdə başa düşürdüm ki, zavodda xeyli
xidmət göstərmişəm. Məsələ onda idi ki, bizim zavodun elektrik stansiyası yox idi.
Biz çox zəif olan şəhər şəbəkəsindən elektrik alırdıq. Elektrik enerjisinin tez-tez
kəsilməsi səbəbindən bizim bəzi sexlər işi dayandırınalı olurudu.
Çox nadir
hallarda onların hamısı eyni zamanda işləyə bilirdi. Çox vaxt sexlərdən biri və ya
ikisi dayanırdı. Mən zavodun işini yenidən qurdum, ümumi istirahət gününü ləğv
etdim. Hər sexin özünün istirahət günü var idi. Beləliklə, heç bir sex işsiz qalmır,
zavodun proqramı yerinə yetirilirdi. Bu, nailiyyət demək idi. Bizim Moskvada
yerləşən baş idarə bunu qiymətləndirdi və məni “təşəbbüskar texniki direktor” kimi
mükafatlandırdı.
İlk baxışda çox da əhəmiyyətli olmayan, lakin mənim xatirimdə silinməz bir
iz buraxan bir hadisə də baş vermişdi. Görülmüş iş üçün norınaların
və qiymətlərin
tez-tez dəyişilməsi fəhlələrin narazılığına səbəb olurdu. Vaxtaşırı yuxarı
idarələrdən bu cür tapşırıqlar alırdıq. Yeni daha ciddi norınaların qəbul edilməsi
fəhlə kollektivi ilə razılaşdırlmalı idi. Bu, çox çətin məsələ idi və bu işi yerinə
yetirınək üçün zavodun rəhbərliyindən ağıllı və bacarıqlı olmaq tələb edilirdi. Bu
cür günlərdə partiya təşkilatı çox qayğılı olurdu, çünki fəhlələrin belə tədbirin
həyata keçirilməsi üçün hazırlanması çox çətin olurdu. Bu əməliyyat bütün
sexlərdə eyni zamanda keçirilməli idi. Bu sexlərdən hər birinə bir rəhbər
nümayəndə gəlməli, fəhlələrə bu norınanın qəbul edilməsinin lazımi və vacib
olduğunu başa salmalı idi. Bu nümayəndə qabaqcadan hazırlıqlı olmalı idi. Bu iş
ilə, əslində, partiya təşkilatı məşğul olurdu. Belə günlərdən birində mən, lap ağır-
tökmə sexinə nümayəndə getməli oldum. Bu sexdən qadınlar çox çətin işdə
çalışırdılar. Onlar çox vaxt gecələr işləyirdilər.
Mən çox zaman gecələr həmin
sexlərə gəlir, onlar ilə söhbət edirdim. Onlar məni yaxşı tanıyır, məsləhətlərimə
qulaq asırdılar, biz bir-birimizi yaxşı başa düşürdük. Bütün bunlara baxmayaraq,
norınaları müəyyən etmək üçün mən o sexə gedərkən həyəcan keçiriridim.
Qabaqcadan nə deyəcəyimi planlaşdıraraq, qısaca mətləbi açdım, bu işin
əhəmiyyətmdən danışdım və təklıf etdim ki, onlar öz sözlərini desinlər. Boynuma
alıram ki, çox həyəcanlı idim, bilmirdim ki, onların etirazlarına necə cavab
verəcəyəm. Onlardan heç biri çıxış etmədi, heç bir etiraz olmadı, norınalar ilə tanış
olmadan, onları qəbul-etmək qərarına gəldilər. Bu münasibət onların mənə
inamından əmələ gəlmişdi.
Hətta onlar bilirdilər ki, madam mən təklif edirəm,
deməli yeni norınalar qəbul edilməlidir. Əgər bir çətinlik baş verərsə, texniki
direktor bu vəziyyətdən çıxmağa kömək edər. Bütün müzakirə cəmisi 20-25 dəqiqə
davam etdi. İclasın protokolunu tərtib etdik, tələb olunduğu kimi fəhlə
nümayəndələri onu imzaladılar. Mən iclasın nəticəsi haqqında məlumat vermək