Maddə 5. Sığorta fəaliyyəti sahəsində qadağanlar
1. Sığorta sahəsində aşağıdakılar qadağandır:
1.1. Xüsusi razılıq olmadan sığorta fəaliyyəti;
1.2. Sığortaçının sığorta xidmətləri bazarını inhisara alması, habelə sığorta fəaliyyətində
rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər və müqavilələr bağlaması.
1.3. Sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması.
Maddə 6. Sığortaçının adı
1. Sığortaçının Azərbaycan dilində tam rəsmi adı olur. Onun tam adında «sığorta» sözü və
təşkilati-hüquqi forması göstərilməlidir. Sığortaçının adı həmçinin xarici dildə tam və ya qısaldılmış
formada yazıla bilər.
2. Sığortaçının adında Azərbaycan Respublikasının rəmzlərindən və «Azərbaycan
Respublikası», «dövlət», «milli», «mərkəzi» sözlərindən qanunvericiliyə müvafiq surətdə istifadə
olunur. Eyni addan müxtəlif sığortaçıların istifadə etməsinə yol verilmir.
II fəsil. Sığorta işinin təşkili
Maddə 7. Sığortaçıların təsisçiləri
Siyasi partiyalar, ictimai birliklər və fondlar (qeyri-kommersiya təşkilatları) istisna
edilməklə, bir və ya bir neçə hüquqi və ya fiziki şəxs, bilavasitə sığorta
fəaliyyətini həyata keçirmək
üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilati hüquqi formalarda sığortaçını təsis edə bilərlər.
Maddə 8. Nizamnamə kapitalı barəsində tələblər
1. Sığortaçının və təkrar sığortaçının nizamnamə kapitalının minimum məbləğini
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallar istisna olmaqla,
sığortaçı nizamnamə kapitalını dövlət qeydiyyatına alınmazdan əvvəl tamamilə ödəməlidir.
3. Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul
vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə
büdcələrinin, büdcədənkənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının
sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.
4. Nizamnamə kapitalına pay şəklində qoyulan əmlakın və ya əmlak hüquqlarının dəyərinin
nizamnamə kapitalına nisbəti 25 faizdən çox ola bilməz.
5. Sığortaçının pul şəklində ödənilmiş nizamnamə kapitalı beynəlxalq kredit reytinqlərindən
müvafiq icra hakimiyyəti orqanının göstərdiyi reytinqdən aşağı olmayan banklarda tam həcmdə
saxlanıla bilər.
6. Nizamnamə kapitalına qoyulan əmlakın qiymətinin bazar qiymətinə üyğunluğuna müvafiq
icra hakimiyyəti orqanı nəzarət edir.
Maddə 9. Hüquqi şəxslərin nizamnamə kapitalında sığortaçının iştirakı üçün məhdudiyyət
Qanunvericilikdə daha yuxarı faiz nəzərdə tutulmayıbsa, sığortaçının bilavasitə və ya
dolayısı ilə hər hansı hüquqi şəxsin nizamnamə kapitalında iştirakı sığortaçının öz vəsaitinin 20
faizindən artıq və bütün belə iştirakın məcmu məbləği onun öz vəsaitinin 50 faizindən artıq ola
bilməz.
Maddə 10. Sığortaçının nizamnaməsi
Sığortaçılar bu Qanuna uyğun olaraq tərtib edilmiş nizamnamə əsasında fəaliyyət göstərirlər.
Nizamnamədə edilən dəyişikliklər barəsində qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatı
orqanına və müvafiq icra hakimiyyəti orqanına 15 gün müddətində məlumat verilir. elan edilmiş
nizamnamə kapitalının dəyişməsi barədə məlumat həmin müddətdə müvafiq icra hakimiyyəti
orqanına verilir.
Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada üçüncü şəxslər üçün qüvvəyə minir.
Maddə 11. Sığortaçının təşkilati strukturu
1. Sığortaçının idarəetmə və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun
nizamnaməsi ilə müəyyən edilir.
2. Sığortaçının Azərbaycan Respublikasında və xarici ölkələrdə filialları, şöbələri və
nümayəndəlikləri müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə, qanunvericiliklə nəzərdə
tutulmuş qaydada açıla bilər.
3. Filiallar, şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət
göstərirlər.
4. Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir.
Maddə 12. Sığortaçının rəhbərlərinə qoyulan tələblər
1. Sığortaçının rəhbərləri aşağıdakı tələblərə cavab verməlidirlər:
1.1. ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin və sığorta
əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş təcrübəsinin, yaxud bu
şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olması;
1.2. mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində, habelə dövlət hakimiyyəti, dövlət
qulluğu mənafeyi və ya yerli özünüidarəetmə orqanlarında qulluq mənafeyi əleyhinə olan
cinayətlərin törədilməsinə görə məhkumluğun olmaması
Maddə 13. Xüsusi razılıq
Sığortaçılar və sığorta broker təşkilatları müvafiq sığorta növləri üzrə xüsusi razılıq aldıqdan
sonra fəaliyyətə başlaya bilərlər.
Sığorta fəaliyyəti göstərmək üçün xüsusi razılığın verilməsi, onu verməkdən imtina edilməsi,
müvəqqəti dayandırılması və ləğv edilməsi qaydası və şərtləri qanunvericiliklə müəyyən edilir.
Maddə 14. Təkrar sığorta