Sosial şəbəkələrin Həyatımızdakı
Rolu və Təsirləri
Müəllif: Mehdi Barov
1
Alınan Tarix: 17/01/2017 Qəbul Tarixi: 01/03/2017
Məqalənin xülasəsi
“Global Stats" statistik mərkəzinin hesablamalarına görə,
son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin
istifadəçilərinin sayı kəskin artsa da, “Youtube” və
“Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
Ölkəmizdə “Facebook” sosial şəbəkəsinin payı 23,3
faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil
edib. İstifadəçi marağına görə, ikinci yeri (2,9 faiz)
“Youtube” sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,24 faiz
bazar payı ilə “Twitter” sosial şəbəkəsi yerləşib. Eyni
zamanda, “Odnoklassniki” şəbəkəsinin Azərbaycanda
bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin
müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.
“Azərbaycanda sosial şəbəkələrə qoşulanların sayı 2
milyona çatıb”. Bu barədə isə Lent.az-a rabitə və
texnologiyalar nazirliyinin mətbuat xidməti Müşfiq
Əmirov məlumat verib. Onun sözlərinə görə, “Facebook”
abunələrinin sayı isə milyon yarıma yaxınlaşıb. Bu da o
deməkdir ki, Azərbaycanda hər 4-5 nəfərdən biri internet
istifadəçisidir.
Açar Sözlər:
Sosial şəbəkələrin, Həyatımızd, Rolu və Təsirləri
1.
barov.mehdi@yahoo.com
128
/
( PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Sosial şəbəkələrin Ailə Modelinə Müsbət və Mənfi Təsiri
İnformasiya Texnologiyalar İnstitutunun “İnternetşünaslıq
problemləri” sektorunun müdiri Rasim Mahmudovun
fikrincə, adətən sosial şəbəkələrin faydalarından
danışılmır: “Daha çox fəsadlarından danışılır. Məsələn,
internet ailə dağıdır: “Yoldaşım “Facebook”da başqa
adamla tanış olub, ailəmizi dağıtdı”.
Lakin demirlər ki, biz “Facebook”da tanış olub
evlənmişik. Sosial şəbəkələr vasitəsi ilə tanış olub ailə
qururlar. Bu sosial şəbəkələrin ailə modelinə müsbət təsiri.
Cəmiyyətdə buna rəy yaxşı olmadığından, qeyri-ciddi
yanaşıldığından ailələr bunu ictimailəşdirmirlər. Gizli
saxlayırlar. Son zamanlar internet vasitəsi ilə tanış olub
ailə quranların sayı hədindən çoxdur. İnternetdə tanış olub
ailə qurmağın heç bir qəbahəti yoxdur. İnternet sadəcə
vasitəçi kimi qonşunu, xalanı, bibini əvəz edir”.
R. Mahmudov onu da deyir ki, eyni zamanda internet
ailələrin dağılmasında katalizator rolunu oynayır:
“İnternet vasitəsi ilə ər, ya arvad kiminləsə tanış olur.
Başlayır yazışmağa, görüşməyə. Bəzən elə olur ki, ailələr
boşanma həddinə çatır. Yaxud boşanmadan ər, ya arvad
özünə sevgili tapır, onunla ünsiyyətdə olur. Bu da
internetin ailə modelin mənfi təsiridir. Amma bunu sadəcə
internetə bağlamaq düzgün deyil. İnternet o insan üçün
əlverişli mühit yaranır. Ona qalsa, insanlar iş yerində də,
küçədə də yeni adamlarla tanış ola bilər.
Əvvəllər insanlar telefon vasitəsi ilə tanış olurdular. Qızlar,
oğlanlar tanımadıqları nömrələrə zəng edir, ünsiyyət
qururdular. Bunlar hamısı əslində insanın öz tərbiyəsi,
mənəviyyatı ilə bağlı məsələlərdir. Kommunikasiya imkanlar
genişdir. Bundan mənfi, yaxud müsbət dərəcəsindən istifadə
etmək insanın öz dünya görünüşü, əxlaqından asılıdır.
Həyatda necədirsə, internetdə də özünü elə aparacaq”.
Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /129
“Sosial şəbəkədə Başqasıyla Tanış Olan Qadını əri
öldürmək üçün Axtarır”
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban
Zeynalova mövzuyla əlaqədar təcrübəsində baş vermiş
ailədaxili münaqişələrdən danışır. Hadisə rayonların
birində baş verib.
Qadının əri evliliklərinin elə ilk həftəsində qızı evdə
qoyub Rusiyaya gedir. Evdə tək qaldığından qayınanasıgil
gəlin əriylə internet üzərindən danışsın deyə evə kompüter
alır. “Facebook”da qeydiyyatdan keçən qız bir oğlanla
tanış olur. Bİr müddət danışıb dərdləşirlər. Qız ərinin onu
qoyub getdiyini və tək darıxdığını deyir.
Həmin oğlan da başlayır bu qıza sevgidən, eşqdən
danışmağa. Beləcə, qızı ələ alır. Və bir gün qız bu oğlana
görə, evdən qaçır. Təsadüfən polis onların olduqları
məkanda reyd keçirir və qız aşkarlanır. Hüquq mühafizə
orqanları qızı göndərdilər bizim sığınacağa. Burda
psixoloji və digər yardımları göstərmək istəsək də,
qohumlarının basqısıyla qız evinə qayıtdı.
Sonra eşitdik ki, əri təcili Rusiyadan qayıdıb. Qızın
ailəsi baş vermiş hadisəni oğlanın ailəsindən gizlətsə də,
oğlan məsələni öyrənir və qızı öldürməklə hədələyir.
Atasının evində bir müddət qalandan sonra o qız yenə
evdən qaçdı. Hazırda qızın harda və kiminlə olduğu haqda
heç bir məlumat yoxdu.
M. Zeynalova oxşar hadisənin yaxın vaxtlarda başqa
rayonda da baş verdiyini deyir. O bildirir ki, sosial
şəbəkələrdən birində başqasıyla tanış olan qadın evdən
qaçıb. İndi əri onu öldürmək üçün axtarır. Və bütün kənd
camaatı qadının öldürülməsini dəstəkləyir.
Təcrübəsində bu kimi hadisələrə çox rast gəlib. İnternet
ondan düzgün istifadə etməyənlər üçün bir tələdir. Nəinki evli
qadınlar, hətta subay qızlar da internetin qurbanına çevrilir.
130
/
( PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Yeni tanışlar bir yolla qızın şəklini əldə edir və bundan
sonra onun şəklini internetdə yayacağı ilə şantaj edib, pul
tələb edənlər də var.
Sosial şəbəkələr Ailədaxili Münaqişələrə Rəvac Verir?
Psixologiya Konsultasiya Mərkəzinin (PCC) rəhbəri,
psixoloq Elnur Rüstəmov deyir ki, sosial şəbəkələr ailə
daxili münasibətlərin pozulmana şərait yaradır: “Ailə
mövcuddursa, orda problem ola bilər, narahatçılıq da. Bu
ailədən də qaynaqlana bilər, qaynaqlanmaya da. Ola bilsin
ki, kişinin atası, yaxud bacısı rəhmətə getsin, içində
boşluq olsun. Bunlar olan faktorlardır Məsələ ondadır ki,
bu boşluqları necə doldurulur?! Bu zaman sosial şəbəkələr
başlayır dırnaqarası psixoloq rolunu oynamağa.
Orda kiminləsə yazışır, söhbət edir. Biri var işgüzar
söhbət, biri var mənəvi. Nəticədə emosional bağlılıq
yaranır. İnsan özünü qarşı tərəfə borclu hesab edir, onun
üçün yaxşı olmağa, onunla ünsiyyətdə olmağa çalışır,
onsuz darıxır. Və bütün bunlar zaman keçdikcə ailə daxili
münaqişələr, konfliktlər yaratmağa başlayır. Sosial
şəbəkələr bu işdə insanları təhrik edir, ailə daxili
münasibətlərin pozulmasına rəvac verən funksiyanın
yerinə yetirir.
İnsanlar, xüsusən də ailələr diqqətli olmalı, qabaqlayıcı
tədbir görmək lazımdır. Söhbət ailədən gedirsə, mövcud
problemin həlli yollarından biri sosial şəbəkələrin, mobil
telefonların şifrəsi olur. Bu şifrəni həyat yoldaşlarının
bilməsi vacibdir. Ən azından bu tərəflər arasında
məsuliyyət, güvən yaradacaq. Yox, əgər kiminsə
xislətində xəyanət etmək varsa, o başqa adla sosial
şəbəkədə qeydiyyatdan keçəcək və məqsədinə çatacaq.
Elə ailələr var ki, qadının ehtiyatdan 1-2 dənə də
telefonu var. Kişi evə qalxanda gizlədir.
Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /131
Bu ayrı bir problemdir. Ümumi problemdən danışırıqsa,
ailə daxili münasibətlər şəffaf olmalıdır və tərəflərin bir-
birinin qarşısında öhdəliyi olmalıdır”.
Nə Etməli?
E. Rüstəmov sosial şəbəkələrin ailə modelinə müsbət
təsiri
olduğunu
da
deyir:
“Ailəvi
tədbirlərin
işıqlandırılması ailə daxilində münasibətlərin yaxşı
olmasına şərait yarada bilər. Burda da yenə ehtiyatlı
olmaq lazımdır.
Yaxud qohumlar arasında ünsiyyət saxlamaq üçün
internet yaxşı vasitədir. Sosial şəbəkələrdə hədindən artıq
vaxt keçirilməməli, daha çox ailə, uşaqla ünsiyyətdə
olunmalıdır. Bəzən buna görə ailələrdə yuxu rejimi də
pozulur. Ana uşağıyla maraqlanmalı, uşaq yatandan sonra
sosial şəbəkələrdə vaxt keçirməli. Amma internetdən istifadə
asılılıq vəziyyətinə keçəndən çox pis nəticələrdə olur”.
Sosial şəbəkə "Xəstəliyindən" Necə Qurtulmalı?
Sosial şəbəkələr insan həyatının ayrılmaz hissəsinə
çevrilib. İndi hər üç nəfərdən azı biri gününün böyük
hissəsini sosial şəbəkələrə həsr edir. Müasir dövrdə sosial
şəbəkə dedikdə isə ağıla daha çox "feysbuk" (Facebook)
və "tvitter" (Twitter) gəlir. Dünyanın ən nüfuzlu sosial
medialarından biri olan "feysbuk" 2004-cü ildə yaradılıb.
Hazırda 700 milyona yaxın üzvü olan "feysbuk"un illik
gəlirinin təxminən 51 milyard dollar olduğu bildirilir.
Sosial şəbəkələrdən asılılıq isə sosial-ictimai həyata
təsirsiz ötüşmür. Bu gün ailələrin dağılmasında, ictimai
fikrin formalaşmasında, dövlət çevrilişlərində, aksiyaların
təşkilində və sairədə sosial şəbəkələrin böyük təsiri var.
132
/
( PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial
şəbəkələrə maraq gündən-günə artır. Belə olan halda,
ortaya bir çox suallar çıxır: sosial şəbəkələr zərərlidirmi?
Virtual dünya canlı ünsiyyətdə problemlər yaradırmı?
Və ən əsası internet asılılığından necə qurtulmaq olar? Bu
suallarla ekspertlərə müraciət etdik.
Psixoloq Dəyanət
Rzayev sosial
şəbəkələrin
istifadəçilərdə müəyyən mənada asılılıq yaratdığını bildirdi:
"İnsanda daimi tələb yaranır ki, aramsız ondan istifadə etsin,
nəyəsə baxsın. Bu da çox vaxt aparır. Sosial şəbəkələrdən
çox istifadə həyəcanlar, narahatlıq yarada bilər.
Olur ki, insan bir balaca vaxtı olan kimi məlumat almaq
və ya ona nə yazıldığını görmək üçün sosial şəbəkəyə
daxil olmaq istəyir. Bu baxımdan asılılıq yarada bilir".
Psixoloq sosial şəbəkələrin bütün problemlərin səbəbkarı
kimi qələmə verilməsini də düzgün saymır: "Sosial
şəbəkələr
insanların
həyatında
öz
mövqeyini
dərinləşdirdikcə insanlar real ünsiyyətdən uzaqlaşırlar və
sosial şəbəkədə daha çox ünsiyyətdə olurlar.
Səmimiyyət isə daha da zəifləyir. Amma bunda tam
olaraq sosial şəbəkələri də günahlandırmaq düzgün
olmazdı. Axı bu sosial şəbəkələrin xeyir də var.
Bir-birindən uzaqda yaşayan insanlar da əlaqə yarada
bilir. Sosial şəbəkələr, əksinə, neçə-neçə insanları
ünsiyyətə cəlb edə bilir". Psixoloq sosial şəbəkələrdən
zərərli vərdişlər üçün istifadənin daha çox gənclər
arasında yayıldığını vurğuladı. D.Rzayev intiharların bir
səbəbini də virtual ünsiyyətdə görür.
Onun fikrincə, insanın nəinki təkcə insanla, həm də
təbiətlə, digər canlılarla ünsiyyəti virtual ünsiyyətdən qat-
qat üstündür. Psixoloqun fikrincə, sosial şəbəkələrdən
tamamilə imtina etmək də doğru olmazdı: "Bütövlükdə
bu, zamanın tələbidir və bunu heç vaxt ləğv edə bilmərik.
Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /133
Amma onu demək önəmlidir ki, həddən artıq vaxt
aparır. Ümumiyyətlə, sosial şəbəkələrdə maksimum bir,
ya iki saat oturmaq olar. Ondan artıq oturmaq düzgün
deyil".
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə hesab
edir ki, sosial şəbəkələr ailələrdə problemlərə səbəb olur:
"Şəbəkələrin ailələrdə münaqişə yaratması halları da artıb.
Ailələrdə xəyanət hallarının artmasında da sosial
şəbəkələrin rolu böyükdür. Bəzən də sosial şəbəkələrdə
qurulan
ünsiyyət
xəyanət
kimi
dəyərləndirilərək
boşanmalara səbəb olur. Ancaq sosial şəbəkələr tənha
insanların həyatında danılmaz müsbət rolu oynayır.
Bəzən şəbəkələrdə qurulan münasibətlər bu insanların
tənhalığına son qoyur və ya onlar ünsiyyətə girdikləri
üçün özlərini psixoloji baxımdan rahat hiss edirlər. Ona
görə də bu şəbəkələri lazımsız kimi dəyərləndirmək
olmaz. Sadəcə, məsələyə daha açıq gözlə və çərçivədən
çıxmamaq şərti ilə yanaşmaq lazımdır".
Azərbaycan İnternet Forumunun prezidenti Osman
Gündüz sosial şəbəkələrə marağın sayının artmasını,
internetinin inkişaf göstəricilərindən biri olduğunu deyir:
"Ancaq bu sahədə neqativ hallar da az deyil. Məsələn, bu
gün çoxları "Facebook"dan necə istifadə etməyi bilmir.
Sosial şəbəkədən çat kimi istifadə edənlərin sayı daha
çoxdur. İnkişaf etmiş ölkələrə isə sosial şəbəkələr
müzakirə, diskussiya yeridir. Hesab edirəm ki, vəziyyət
getdikcə dəyişəcək və şəbəkələr sosial mövzuların
diskussiya yeri olacaq. Sosial şəbəkələrin ailələrə mənfi
təsirinə gəldikdə isə bu fikirlərlə razı deyiləm. Bu
məsələni ümumiləşdirmənin əleyhinəyəm. Buna fərdi
şəkildə yanaşmaq lazımdır.
Real həyatda da ailədə xəyanətlər olur. İnternet olmasa
belə, bunu istəyən insan niyyətini reallaşdırır.
134
/
( PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Hesab edirəm ki, sosial şəbəkələr təhlükəsiz, effektiv,
ələçatımlı olmalıdır. Ümumilikdə isə sosial şəbəkələrin
insan həyatında müsbət rolu danılmazdır. Sosial şəbəkələr
ölkənin təbliğatında mühüm rol oynaya bilər. Ona gərə də,
bu inkişafdan kənarda qalmaq məntiqsiz olar. Hər şeydən
artıq istifadə fəsad verdiyi kimi, internetə də aludə olmaq
düzgün deyil. Bu həm də onların səhhəti üçün yolverilməz
haldır".
Sosial şəbəkələr: gündəlik həyatın mühüm tərkib
hissəsi, yoxsa vaxt itkisi?
Sosial obyektlərdən ibarət qovşaqları birləşdirən, sosial struktur
olan sosial şəbəkə internetdə interaktiv, çoxlu istifadəçisi olan
saytdır. İlk sosial şəbəkənin yaranması XX əsrin 90-cı illərinin
ortalarına təsadüf edən "classmates.com" olsa da daha sonra 1999-
cu ildə "Livejournal", 2003-cü ildə "MySpace" yaradılıb.
Son illərdə isə böyük populyarlıq qazanan, 2004-cü ildə
yaradılan "Facebook" və nəhayət, 2006-cı ildə Rusiyada
yaradılan "odnoklassniki" və "V kontakte" oldu.
Sosial şəbəkələr iş Rejiminə Necə Təsir Edir?
Beləliklə, sosial şəbəkələrin istifadəçilərinin sayı getdikcə
artmağa başladı ki, nəticədə bu gün artıq cəmiyyətdə
kompyuter oyunlarından, virtual həyatdan asılılığı olan
insanlar var. Hətta yeni nəslin nümayəndələri öz həyatlarını
belə internetsiz təsəvvür etmirlər. Bu gün gənclər asudə
vaxtlarını kinoda, əyləncə mərkəzlərində keçirmək, bədii
kitab oxumaqdansa, internetdə əylənməyi daha üstün tuturlar.
Sorğu nəticəsində müəyyən edilib ki, sosial şəbəkələrin
saytlarının aktiv iştirakçılarının 40 %-i virtual əlaqəni real
həyatdakı əlaqəyə bərabər hesab edirlər. Hətta Cənubi
Afrikanın bütün sakinlərinin 30 %-i və Tayvan
sakinlərinin 28 %-i qeyd ediblər ki, onların internet
şəbəkəsində daha çox dostları var, nəinki real həyatda.
Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /135
Hətta sosial şəbəkələrdən istifadə gündəlik iş rejiminə də
ös təsirini göstərməyə başlayıb. Belə ki, Britaniyada
firmalarda işçilərin bu cür sosial şəbəkələrdə bütün
vaxtlarını keçirmələri sayəsində hər gün firmaların 263
milyondan çox dolları itirdiyi hesablanıb ki, nəticədə şirkət
bu cür şəbəkələrə girişi bağlayıb. Bu isə işdən çıxanların
sayının artmasına səbəb olub. Demək, bu gün insanlar
sosial şəbəkədən istifadə üçün işini belə itirməyə razıdır.
Bütün dünyada olduğu kimi Azərbaycanda da sosial
şəbəkələrə maraq gündən-günə artır. Bəziləri üçün sosial
şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri
üçün isə vaxt itkisi anlamına gəlir. İnsanlar müxtəlif
məqsədlər üçün onlardan yararlanır. Son zamanlar
istifadəçilərin sayı ilə yanaşı fəallığı da artıb və hətta bu
gün ölkəmizdə də bəzi iş yerlərində gündəlik iş rejminə
mane olduğu üçün sosial şəbəkələrdən, o cümlədən
Facebook-dan istifadə qadağan edilib. Bununla yanaşı,
sosial şəbəkələrdən məhz iş məqsədilə faydalanların da
sayı az deyil.
Uşaqların
nəinki
sosial
şəbəkədə,
internetdə
informasiya
təhlükəsizliyinin
qorunması ilə bağlı
təhlükələr var
Ümumiyyətlə, bu gün sosial şəbəkələrdən istifadəyə
münasibət
fərqlidir.
Multimedia
Mərkəzinin
direktoru Osman Gündüz bildirdi ki, sosial şəbəkələrə
yanaşması müsbətdir:
"Sosial şəbəkənin sayının, insanların ona marağının
artması Azərbaycan internetinin inkişaf göstəricilərindən
biridir. İnternet istifadəçilərinin sayı artdıqca, onların
internetdə olan müxtəlif sahələrə, o cümlədən, sosial
şəbəkələrə münasibəti artır.
Burada müxtəlif qruplar yaranır, müxtəlif maraqları
olan insanlar toplaşır və müəyyən məsələlərin müzakirəsi,
136
/
( PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
informasiya mübadiləsi, xəbər alınması və s. üçün istifadə
edilir ki, bu da normaldır. İnsanlar bizdə sosial şəbəkələrə
daha çox, xəbər mənbəyi kimi baxırlar. Halbuki başqa
ölkələrə baxsaq, sosial şəbəkələr xəbər mənbəyi olaraq o
qədər də yüksək göstərici deyil. Eyni zamanda, burada da
ictimai-siyasi hadisələrin müzakirəsi daha qabarıqdır. Bu
da təbiidir və normaldır".
Sosial şəbəkələrin ailələrə mənfi təsirinə gəldikdə isə
O.Gündüz bununla razılaşmadığını deyir:
"Mən əslində bu fikirlərlə razı deyiləm. Çünki bu,
mində, milyonda bir ola bilər. Real dünyada bu necədirsə,
virtual həyatda da belədir. Virtual dünya, sosial şəbəkə
real dünyanın bir inikasıdır. Ola bilər ki, burada müəyyən
kənara çıxmalar da ola bilər, amma bu, ümumi gedişata
pis qiymət vermək üçün düzgün deyil. Sadəcə,
yeniyetmələrlə, azyaşlı uşaqlarla bağlı belə bir əsas ola
bilər. Yəni, uşaqların nəinki sosial şəbəkədə, internetdə
informasiya
təhlükəsizliyinin
qorunması ilə bağlı
təhlükələr var. Məhz bu istiqamətdə, yəni, uşaqların
təhlükəsizliynin qorunması ilə bağlı məsələyə diqqət
yetirilməsi, müzakirəyə çıxarılması, onların qorunması
üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir".
Evli ailələr, cütlər üçün vaxtının böyük bir hissəsini
sosial şəbəkələrdə keçirmək təhlükəlidir
Sosioloq Əbülfəz Süleymanovun sözlərinə görə, son
zamanlar sosial şəbəkələrlə bağlı tədqiqatlar onu göstərir
ki, bu, həqiqətən də bəzi ailələrin dağılmasına gətirib
çıxarır: "Çünki sosial şəbəkələrə aludə olan gənc qadınlar,
kişilər bəzi hallarda öz ailələrini unuda, oradakı
müvəqqəti, hətta virtual sevginin qurbanına çevrilə
bilirlər. Bir müddət sonra onlar necə böyük səhvə yol
verdiklərini başa düşürlər.
Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /137
Mən özüm də bəzən sosial şəbəkələrdən istifadə
edirəm. Hətta tələbəm məndən, onu dostluğa qəbul
etməmi istəyir və mən ona deyirəm ki, sənin evdə körpən
var. Sən mənlə danışmağa vaxt ayırsan, ona kim baxacaq?
Görürsən ki, gənc qadındı, körpə uşağı var, amma vaxtının
böyük bir hissəsini sosial şəbəkədə keçirir. Yəni, bir
xəstəlik kimi aludəçilik meydana gəlib. Bu tendensiya özü
də təhlükəlidir".
Sosioloq onu da vurğuladı ki, ümumiyyətlə, sosial
şəbəkədən insanlar informasiya almaq məqsədilə istifadə
edə bilər. Yaxud, uzun müddət görə bilmədiyi bir
dostundan hal-əhval tutmaq üçün istifadə edə bilər, amma
vaxtının böyük bir hisəsini ona ayırmaq, ailəsini bir
kənara qoyub onu unutmaq, bəzi hallarda orada təsadüfi
tanışlıq nəticəsində virtual bir sevgi yaşamaq, xüsusilə,
evli insanlar üçün çox təhlükəli tendensiyadır:
"Amma eyni zamanda gənclər var ki, internet vasitəsilə
evləniblər, bunlar arasında bizim dostlarımız da var və
xoşbəxtdirlər. Yəni, bunu ümumiləşdirmək doğru deyil ki,
internet vasitəsilə evliliklərin çox mənfi təsirləri var.
Müsbət rəqəmlər, faktlar da var. Sadəcə, evli ailələr, cütlər
üçün vaxtının böyük bir hissəsini sosial şəbəkələrdə
keçirmək təhlükəlidir".
Sosial şəbəkədən istifadə nəticəsində ailənin dağılması
kimi halların dünyanın bir çox yerlərində, o cümlədən,
Rusiya, Türkiyə və digər ölkələrdə də olduğunu deyən
Ə.Süleymanovun sözlərinə görə, son zamanlar bizdə də
Facebook istifadəçilərinin sayı çoxalıb ki, burada ev
xanımları, ailəli kişilər də var:
"Təbii ki, bu tendensiya bizdə də özünü biruzə verəcək.
Bunun qarşısını almaq isə, elmi və maarifləndirici
üsullarla mümkündür".
Dostları ilə paylaş: |