12
Kitabda öncədən qeyd etdiyim kimi Aygün xanım Tağıyevanın da
şeirləri özünə yer alıb. Onun şeirləri “Tarixi rəvayət”lə başlayır. Müəllif
bu rəvayətdə XIX əsrin əvvəlindən vətənimizin başına gələn fəlakətlərdən
ürək ağrısıyla söhbət açır. O, Rus çarı I Aleksandrdan üzü bəri millətimizin
müsibətlərinə çevrilmiş can və torpaq itkisini nağılvarı qələmə alıb. Aygün
xanım Gəncə xanı Cavad xanın, Bakı xanı Hüseynqulu xanın göstərdiyi
şücaətlərdən söz açır. Rəvayətin sonunda müəllif İran və Rusiya arasında
bağlanan bədnam 1813-cü il “Gülüstan” və 1928-ci il “Türkmənçay” sülh
müqavilələrilə ölkəmizin ikiyə parçalanmasını və bu tarixi müsibətin indi
də ürəyimizdə yara olub dərdinə çarə tapılmamasından bəhs edir. Sonrakı
səhifələrdə onun qəzəlləri yer alıb. O bir qəzəlində yazır:
Torpağın qüdrətini, ruzisini hamı bilir,
Torpağın qədrini bil, sən də bu torpaqda çalış.
İtirilmiş yurdlarımızın ağrı-acısıyla yaşayan müəllif torpağın bərəkət və
ruzi mənbəyi olmasından söz açır.
Aygün xanım bir neçə rübaisini də topluya salmışdır.
Oxucunun diq qə-
tini aşağıdakı iki rübaiyə cəlb etmək istəyirəm:
Su ilə, torpaq ilə paklaşır insan bədəni,
Vücudu saflaşanda bil olur insan mədəni.
Bu qoca fani dünyanın nökəri, həm şahı da
Aparır qəbir evinə zinyəti yox, ağ kəfəni.
və yaxud:
Sökülür abidələr əyri köndələn Bakıda,
Binalar ucaldılır əyri göydələn Bakıda.
Tarixin məngənəsi bağışlayarmı bizləri?
Cavabı kim verəcək, hansı baş bilən Bakıda?
Aygün xanımın bu narahatlığına mən də qoşulub bu işlə məşğul olan
insanlarımıza üzümü tutub demək istəyirəm ki, tarixdən hər nə qalıbsa bu
ölkənin keçmişindən yadigardır və onun qədim xalq olmasına zəmanətdir.
Bu zəmanətləri əmanət kimi qoruyub gələcək nəsillərə çatdırmaq isə bizim
mənəvi borcumuz və bir insan olaraq bəşəriliyimizi sübut edən amillərdir.
Müəllifin bir qəzəlində Azərbaycanın qədim və zəngin keçmişi olan bir
13
ölkə olmasından, bu torpaqda Manna, Midiya, Atropatena, Albaniya kimi
dövlətlərin keçmişimizə sönməz işıq salmasından şərəflə söz açılır. Bu tor-
paqda qədim zamanlarda müxtəlif dinlərin – atəşpərəstliyin, xaçpərəstliyin
və ən sonda islamın bərqərar olmasından bəhs edir. Bu qəzəlin üç beytini
diqqətə çəkmək istəyirəm:
Soy köküm qədimə gedir: Manna, Midiya, Atropatena,
Kür Araz vadisində bəlkə də Alban qızıyam.
Əcdadım etdi sitayiş alova, sonra xaça,
Kəlmeyi-şəhadətlə indi müsəlman qızıyam.
Aygünəm, sadə deyim öz sözümü dünyaya,
Mən də dünyada olan Azərbaycan qızıyam.
Aygün xanım, qoy müstəqil Azərbaycan vətəninin başı müsibətlərdən
qurtulsun və siz də bu firavan və azad ölkədə rahatca yazıb-yaradasınız.
Əziz oxucular! Artıq qeyd etdim ki, Mətanət və Aygün bacıları rus
dilində təhsil alıblar. Buna baxmayaraq ana dilinin şirinliyini və gözəlliyini
qoruyub saxlayıblar. Bu onların yazdıqları şeirlərdə də açıq-aydın özünü
büruzə verir. Hər iki bacı bu illər ərzində bir çox qurumlar tərəfindən
müx təlif diplomlarla təltif olunublar. Əlillərin III ümumrespublika bədii
yaradıcılıq baxış – müsabiqəsində bəstəkarlığa görə ikinci dərəcəli diplo-
ma layiq görülmüş Mətanət xanım Tağıyevanın bəstəkarlıq qabiliyyəti də
var. O, 1999-cu ildə keçirilmiş əlillərin ümumrespublika idman oyunları
yarışında şahmat üzrə birinci yer tutmuşdur. Aygün Tağıyeva əlillərin
IV ümumrespublika bədii-yaradıcılıq baxış müsabiqəsində nümunəvi
çıxışına görə ikinci dərəcəli qalib olmuşdur. 2003-cü ildə “Heydər Əliyev
və Süleyman Dəmirəl, Türkiyə Azərbaycan münasibətləri” mövzulu
məqaləsinə görə Qafqaz Universiteti tərəfindən III mükafata layiq görülüb.
1999-cu ildə Bakı şəhəri üzrə əlillərin I idman oyunlarında şahmat növü
üzrə II yeri tutmuşdur.
Anadan doğulandan dünya işığına həsrət qalmış bu qızların bacarıq və
qabiliyyətləri önündə heyrətlənməyə bilmirsən. Bütün əzaları yerində, yüz
faiz sağlam olan övladların bəzən valideynlərinə necə sitəm etdiklərinin
tez-tez gündəlik həyatımızda şahidi oluruq. Bu gənclər ata və analarının