Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə23/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   19   20   21   22   23   24   25   26   ...   107

70
Söz mətbəxi
(gül suyundan) ibarət yemək olduğundan gücü, itirilmiş enerjini, qanı bərpa 
edir, yorğunluğu götürürdü. Buna görə də daha çox təzəcə ana olmuş qadınla-
ra və ziffaf gecəsinin səhəri təzə gəlinə verilən ayin yeməklərindəndir. 
97. Bir mahnımız var:
Mən gəlmişəm sənə qonaq,
Ay qız mənə bax, bax.
Bişir mənə bir qayğanaq,
Ay qız mənə bax, bax. 
Mahnının ikinci hissəsini yenə  Ərzurumda keçirilən elmi konfrans-
da gənc alimimiz hörmətli  İlhamə xanım Məmmədovadan eşitdim. Təbriz 
mətbəximizlə bağlı etdiyi çıxışda  İlhamə xanım Təbrizdə oxunan bir xalq 
mahnısı barədə məlumat verdi. 
Əzizim dur gedək bizə qonaq,
Bişirim quymaq və qayğanaq.
Belə düşünürəm ki, torpağımız kimi mahnımız da bölünüb, yarı o tayda 
yarı bu tayda. 
Qız oğlanı dəvət edir:
Dur gəl gedək bizə qonaq,
Oğlan mənə bax, bax.
Bişirim quymaq, qayğanaq,
Oğlan mənə bax, bax. 
Oğlan dəvəti qəbul edir:
Mən gəlmişəm sənə qonaq
Gözəl mənə bax, bax.
Bişir mənə bir qayğanaq,
Ay qız mənə bax, bax. 
Niyə məhz qayğanaq və quymaq? Bu deyimlərin mənası nədir? Bu barədə 
cavabı “Mətbəx dastanı” kitabımızdakı “Qayğanaq haqqında dastan”da tapa 
bilərsiniz. 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
71
98. Dilimizdə daşla bağlı bir sıra sözlər, ifadələr var. “Daşdan səs çıxdı, 
gəlindən səs çıxmadı”; “Daşdan yumşaq nə varsa yeyirəm”; “Acından daş 
gəmirir”; “İki daşın arasında nə istəyirsən məndən”; “Bir altda, bir daş üstdə”; 
“Yeni evə daşındıq” və s. kimi işlətdiyimiz ifadələr necə yaranıb, niyə belə 
deyirik? Bu sualların izahatı isə yenə də həmin kitabımızda verilən “Daş haq-
qında dastan”la bağlıdır. 
99. Tez-tez yeyən adam barəsində “gör necə ütür” deyirik. Əslində “ütmə” 
xüsusi formada qovurulmuş buğdadan, arpadan, ya noxuddan hazırlanan qo-
vurğadır. Buğda sütüllüyünü yenicə itirib, amma hələ yetişməyə çatmayan-
da, amma sütüldən yetişməyə daha yaxın olanda başaqları alovlu atəşə tutur, 
alovla ütürdülər, yəni qabığını və qılçığını yandırırdılar. Qovurulmuş dənələr 
ovularaq başaqdan ayrılırdı. Sonra həvəngdə döyülüb bulqur, yarma hazır-
lanırdı. Divani-Lüğətit-Türkdə bu ütmə “suruş” adlanır. Qaşqari də eyni za-
manda paltar ütüləmək mənasında ütü sözü də işlədilir. Ütü paltarın üst qatını 
qızdırır, bir az da ütürdü, yəni paltardan süzülmüş, qırağa çıxmış yun, pambıq 
təbəqəsini (indi ruscadan vars, varsinki) yandırıb, ütürdü. Buna görə ütülənmiş 
paltar həm də parıldayırdı. Mətbəximizdə indi “toyuğu ütmək”, yəni üstündəki 
tüklərdən yandırmaqla təmizləmək – ifadəsi də metodu da işlədilir. 
100. Dilimizdə “fırıq” sözü var. Hərdən deyirik ki, “işlər fırıqdı”. Mən bir 
dəfə cürətlənib Baba Ələsgərin 
“Ay qız sənin nə vədəndi”
Kəsilib qısa tellərin?” – sualına bir qabaq qaytarma yazmışdım. Orada 
belə bir bənd də vardı. 
Ay Ələsgər baba işlər fırıqdı, 
Bilmirəm düşmüşük bu nə tarixdi. 
Başlarda saç deyil daha parikdi,
Qızlarda kəsməyə heç telmi qalıb.
Bu “fırıq” sözündən başqa biz “fırıldaq” sözü də işlədirik. Fırıldaq sözü 
ya lanla, aldatmaqla bağlı olsa da onlardan fərqlənir. Fırıldaq adətən əsasında 
bir və ya bir neçə həqiqət olan, bu həqiqətlərin içində gizlədilmiş məqsədli 
(məqsəd müsbət və mənfi ola bilər) aldatmadır. 


72
Söz mətbəxi
Məsələn oğlanın qızı sevməyi, ona evlənmək istədiyi, insan nəslini da-
vam etdirmək istəyi bir həqiqətdirsə buna çatmaq üçün qıza gələcək həyatları 
barəsində verdiyi sözlərin içərisində mübaliğə, yalan, aldatma ola bilər. Yəni 
həqiqətə gedən yolda, həqiqətin içində bir yalan ola bilir. Burada bu yüngül 
fırıldaq növüdür. Bəzən bu yalanı danışan özü də vəcdə gəlir söylədiyi yalana 
özü də inanmağa başlayır. Bəzi mollalarımız vəcdə gəlib özlərindən “hədis” 
qoşduqları kimi (sonra alimlər məcbur olub səhihlərini ayırmağa çalışırlar). 
Həm “fırıq” həm də, fırıldaq sözləri ehtimal ki, “fırıqlanma” yəni qaynar 
suda poqquldaya-poqquldaya bişmə, xaşlamanı ifadə edən prosesi bildirən 
feildən yaranıb. 
Məsələn biz xəşil bişirəndə un xaşlanır amma qatı məhlulda hava qabar-
cıqları əmələ gəlir xəşil, ya hörrə “fırıqlayır”
“İşlər fırıqdı” ifadəsində biz “işlər qarışıqdı” həqiqətlə yalan qarışıb bir-
birinə deyirik. Fırıldaq zamanı da həqiqətlə yalan biri-birinə qarışır. 
Fırıqlanma zamanı da suyla ərzaq qarışdırılıb qaynadılır. Unu, buğdanı 
və s. həqiqəti biz çox böyük hörmətlə müqəddəsdir deyə-deyə birdən qaynar 
suya salır sanki “aldadıb” bişiririk. 
Məqsədimizə çatmaq, yemək üçün müqəddəs unu sanki aldadırıq. Şüuru-
muzun alt qatından, şaman olduğumuz dövrlərdən gəlir bu sözlər. Uzaq şərqdə 
indi də səcdə elədikləri ayını aldadıb qurban verən türk xalqları kimi. Orda 
ayının işi fırıqdı, ona ilboyu səcdə edənlər birdən onu qurban kəsir sonra qay-
nar suda fırıqlayırlar ona fırıldaq gəlirlər. 
Digər tərəfdən əslində “fırıq” ütmənin bir növüdür. Əgər yetişmiş buğda-
dan bulqur hazırlayırıqsa, sütül, yetişməmiş buğdadan ütmə, fırıq hazırlanır. 
Fırıqdan ayrıca və ya bulqurla yaxud da düyü ilə müxtəlif nisbətlərdə qarışdı-
rıb plov bişirirlər. Kəndçının tarlası susuzluqdan ya başqa səbəbdən yananda 
“butün bugdam fırıq oldu” – deyə şikayətlənirdi. Buradan da bu ifadə yaranıb. 
101. Bəzən yaşlılardan belə söhbət eşidirik. 
“Niyə bizi sayıb toyumuza (sünnətə, ad gününə, tədbirə) gəlmədin? Ca-
vabda isə “Nədir arxamca qırmızı alma göndərmişdin ki, gəlim” eşidirik. 
Bizə çox qəribə  səslənsə  də  İrəvan, Qarabağ bölgələrimizdə bu söhbət 
əvvəllər tez-tez olurdu. Hərdən qohum-qardaş “Bizə bir qırmızı alma nədi 
qıymadınız” deyib umu-küsü edərdilər. 
Əvvəllər indiki açıqcalar yox idi, xeyir işə çağıran adam atına minər, bir 
xurcun, ya kisə qırmızı alma götürərdi və dəvət etdiyi adamlara dəvəti şifahi 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə