S12
|
Dəyişən dövrana cavab
İlk olaraq, 21-ci əsrdə Transatlantik
cəmiyyətə olan hədələr təbiətcə
daha çox assimmetrik olacaq və
dövlətlərin müstəqil ordularından
daha çox alt dövlət qurumları
tərəfindən maliyyələşdiriləcək.
Onların qarşısını almaq üçün
Müttəfiq qüvvələrin hərbçiləri daha
yaxşı açılan, hərəkətli və bacarıqlı
olmalıdırlar.
İkinci, bu yeni təhdidlər Avro-
Atlantik ərazidən kənarda
formalaşa bilər. Bu səbəbdən,
NATO hədələrin harada meydana
çıxmasından asılı olmayaraq
onların cavablandırılması
məcburiyyətini başa düşən
qlobal tərəfdaşları olan Alyansa
çevrilməlidir.
Sonuncu, NATO bu təhlükələrlə
təkbaşına üzləşə bilməz.
Transatlantik Alyans BMT, Avropa
İttifaqı, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı kimi
beynəlxalq və qeyri-hökumət
təşkilatları ilə birgə işləyərək
hərtərəfli siyasi, iqtisadi və hərbi
həll yollarının inkişafına töhfə
verməlidir. Yalnız bu kimi yanaşma
münaqişənin iqtisadi, həmçinin,
siyasi və ideoloji köklərini
cavablandıra bilər.
Bu amilləri nəzərdə tutaraq NATO
rəhbərləri Alyansın fəaliyyəti və işçi
proseduralarının icmalı üzrə işə
başladılar. Bu proses aşağıdakı bir
sıra təşəbbüslərlə nəticələndi:
“ hərtərəfli siyasi, iqtisadi
və hərbi həll yollarının
inkişafına töhfə ”
NATO Cavab Qüvvələrinin
yaradılması – yer, su və hava
elementlərini özündə birləşdirən
qabaqcıl texnologiyaya malik,
çevik, açıla bilən, qarşılıqlı operativ
uzlaşan və davamlı qüvvələr
Növbəti on və on beş il ərzində
Alyansın strateji prioritetləri üçün
çərçivəni təmin edəcək Hərtərəfli
Siyasi İcmalın qəbul olunması
Əfqanıstanda bütün ölkəni
əhatə etmək üçün əməliyyatların
genişləndirilməsi, yerli
təhlükəsizlik qüvvələrinin təlimi və
yenidənqurma işləri
Təhlükəsizlik qüvvələrinin təlimi
vasitəsilə İraq Hökumətinə
yardım göstərilməsi, habelə Afrika
Ittifaqına dəstək və piratlara qarşı
mübarizənin başlanması
İstanbul Əməkdaşlıq Təşəbbüsü
vasitəsilə Yaxın Şərq ölkələri
ilə institutlaşmış münasibətlərin
qurulması
Paralel olaraq, Alyansa üzvlük
və öz tərəfdaşlıq proqramlarına
dəvətlərin genişləndirilməsi
ilə NATO Avro-Atlantik
inteqrasiyanı davam etdirir və
beləliklə də, çox sayda ölkələrin
təhlükəsizlikdən əldə etdikləri
faydanı artırır.
axarlı hərbi komandanlıq strukturu
Strateji daşıma və havan yeri
müşahidə kimi müasir hərbi
əməliyyatlar üçün əhəmiyyətli
sahələrdə qabiliyyətlərin
təkmilləşdirilməsi
Böhran vəziyyətlərində
başlıca oyunçu
S14
|
Böhran vəziyyətlərində başlıca oyunçu
11 sentyabr hücumlarından dərhal sonra ABŞ
repressiv Taliban rejimini devirən Əfqanıstanda
terrorçuluğa qarşı əməliyyat - Azadlığa Dəstək
Əməliyyatına başladı. Əfqan təhlükəsizlik
qüvvələrinin təkbaşına ölkənin sabitliyini təmin
edə bilməyəcəyi narahatlığı artırdı. Bununla
əlaqədar olaraq, təhlükəsizlik qüvvələrinin təsis
edilməsi və təliminə kömək edə biləcək qüvvənin
BMT tərəfindən təsdiq olunması tələbi ilə çıxış
edən Bonn Konfransı 2001-ci ilin dekabr ayında
təşkil edildi. 20 dekabr 2001-ci ildə qəbul olunmuş
BMT Təhlükəsizlik Şurasının 1386 qətnaməsi
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin
(İSAF) yaradılmasını və onların Kabil və ətraf
bölgələrdə yerləşdirilməsini təmin etmişdir. İSAF
və Əfqan milli hökumətinin sələfi olan Əfqan Keçid
Hakimiyyəti 2002-ci ilin yanvar ayında İSAF-ın
vəzifələrini təfsilatı ilə müəyyən edən Hərbi Texniki
Sazişi razılaşdırdılar.
Əfqanıstan
2003
N
AT
O Əf
qanı
stan
da İS
A
F ü
zr
ə
öh
də
çil
iy
i ö
z ü
zə
rin
ə g
öt
ür
ür
© MOD Canada
Böhran vəziyyətlərində başlıca oyunçu
|
S15
İlkin olaraq, İSAF nə NATO, nə də BMT qüvvəsi yox, BMT Təhlükəsizlik Şurasının himayəsi altında
yerləşdirilmiş könüllülər koalisiyası olmuşdur. Könüllü ölkələr İSAF-a altı aylıq rotasiya ilə rəhbərlik
etmişlər (ilk olaraq Böyük Britaniya, Türkiyə, Almaniya və Niderland).
Bu missiyaların tərəqqi əldə etdiyi bir vaxtda onlar vahid sistemin çatışmazlığından irəli gələn
maneələrlə üzləşdilər və nəticədə, 2003-cü ilin avqustunda Alyans missiyanın strateji idarəsi, nəzarət
və əlaqələndirilməsini öz üzərinə götürərək Kabildə İSAF-ın Daimi Qərargahının təsis edilməsinə
şərait yaratdı.
“ İSAF və Əfqan Milli Hökuməti
sıx əlaqələndirmə şəraitində
fəaliyyət göstərir ”
İlk növbədə, İSAF-ın mandatı
paytaxt Kabil və ətraf ərazilərlə
məhdudlaşdırılırdı, lakin
getdikcə o, bütün Əfqanıstan
ərazisi üzrə genişləndi:
o əvvəlcə şimala, qərbə,
sonradan cənuba və sonda
Əfqanıstanın ən təhlükəli və
qeyri-sabit bölgəsi olan şərqə
genişləndi.
İSAF-ın əsas rolu Əfqan
hökumətinə onun ölkə üzrə
hakimiyyətinin yayılması
və təhlükəsiz mühitin
yaradılmasına dəstək
verməkdən ibarətdir.
Bununla o, ordu və polisin
təlimi vasitəsilə Əfqan
təhlükəsizlik qüvvələrinin
inkişafına dəstək verir; mülki
təsisatların yenidən qurulması
ehtiyaclarını müəyyən edir;
qeyri-qanuni silahlı qrupların
silahsızlaşdırılması və
narkotiklərə qarşı səylərdə
hökuməti dəstəkləyir;
və humanitar yardım
fəaliyyətlərini dəstəkləyir.
O eyni zamanda, mülki və
hərbi qurumlar arasında
qarşılıqlı əlaqənin
genişləndirilməsinə və
yerlərdə aparılan əməkdaşlığa
daha sistematik yanaşmanın
inkişaf etdirilməsinə çalışır.
Bunun nümayiş etdirilməsi
üçün, Əyalət Bərpa
Qruplarından bəzisi – İSAF-ın
öhdəçiliyi altında olan mülki
və hərbi heyətdən ibarət kiçik
qruplar – ölkə boyu məktəb
və yetimxanaların tikilməsi,
yolların təmiri, silahların
hesabdan silinməsi, minaların
zərərsizləşdirilməsi və bu kimi
mülki layihələrdə işləyirlər.
İSAF Əfqan Milli Hökuməti
ilə sıx əlaqələndirməni
həyata keçirir. Misal üçün,
2003-cü ilin dekabrında
və 2004-cü ilin yanvarında
o, böyük şura qismində
Əfqan konstitusiyasını qəbul
etmiş konstitusional Loya
Jirga-nın toplanmasının
təhlükəsizliyinin təminatında
Əfqan Hakimiyyətinə yardım
etdi. 2006-cı ilin sentyabrında
NATO və Əfqanıstan
müdafiə islahatları, müdafiə
təsisatlarının yaradılması
və Əfqan Milli Ordusu və
NATO üzvləri arasında hərbi
uyarlığın təşviqinə yönələn
“Tərəfdaşlıqda Əməkdaşlığa
Dəstək Çərçivəsi” sənədini
qəbul etdilər. Buna əlavə
olaraq, NATO-nun Ali Mülki
Nümayəndəsi birbaşa Əfqan
Hökuməti və digər beynəlxalq
təşkilatlarla, həmçinin qonşu
ölkələrlə əlaqə saxlayaraq
Alyansın siyasi və hərbi
məqsədlərini müəyyən edir.