Tərəfdaşlıqların
genişləndirilməsi
S22
|
Tərəfdaşlıqların genişləndirilməsi
NATO Tərəfdaşları
Soyuq Müharibənin sonundan bəri NATO dialoq, etimad
yaratma və əməkdaşlıq naminə institutların yaradılması
yolu ilə təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün bir
sıra təşəbbüslər irəli sürmüşdür. O, keçmiş düşmənlər,
həmçinin digər Avropa ölkələri, geniş Aralıq dənizi
bölgəsində qonşu ölkələr və Yaxın Şərqdə ölkələr ilə
münasibətlər qurmuşdur.
Bu istiqamətdə ilkin addım 1991-ci ildə Şimali Atlantika
Əməkdaşlıq Şurasının yaradılması olmuşdur. Avro-
Atlantika Tərəfdaşlıq Şurası adlanandan bəri o, NATO
və Avro-Atlantika məkanında qeyri-üzv ölkələr arasında
məsləhətləşmə və əməkdaşlıq üzrə başlıca foruma
çevrilmişdir.
NATO 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT)
kimi tanınan təşəbbüsü irəli sürdü. Bu proqram iştirakçı
ölkələrin silahlı qüvvələrinin demokratik cəmiyyətdə
lazımı rol oynamasına imkan yaratmaq və NATOnun
rəhbərlik etdiyi sülh qoruma əməliyyatlarında iştirak
etmələri üçün onların yenidən qurulmasına dəstək
verilməsinə yönəlmişdir. O, bir çox müxtəlif sahələrdə
praktiki əməkdaşlıq üçün imkanlar təklif edir ki,
bu da fərdi Tərəfdaş ölkələrin xüsusi təhlükəsizlik
ehtiyac və maraqlarına müvafiq şəkildə öz iştiraklarını
uyğunlaşdırmasına imkan yaradır. Fəaliyyətlərin həcmi
və növü, müdafiə islahatları, krizis idarəçiliyi, mülki
fövqəladə planlaşdırma, elm, təhsil və təlim sahəsində
əməkdaşlıq, yüngül və atıcı silahların məhv edilməsi və
təhlükəsiz şəkildə zərərsizləşdirilməsi kimi sahələri əhatə
edərək olduqca böyükdür.
“ dialoq, etimad yaratma
və əməkdaşlıq naminə
institutların yaradılması ”
Tərəfdaşlıqların genişləndirilməsi
|
S23
“ Rusiya və Ukrayna ilk gündən NATO
ilə tərəfdaşlıq fəaliyyətinə öhdəlik
götürən ölkələr arasında olmuşlar ”
Rusiya və Ukrayna ilk
gündən NATO ilə tərəfdaşlıq
fəaliyyətinə öhdəlik götürən
ölkələr arasında olmuşlar.
1997-ci ildə bu iki ölkədən
hər biri ilə NATO arasında
ikitərəfli sazişlərin imzalanması
ilə əməkdaşlıq daha rəsmi
əsasa keçmişdir. NATO-
Rusiya Daimi Birgə Şurası və
NATO-Ukrayna Komissiyası
təhlükəsizlik məsələləri və
geniş səpkili sahələr üzrə
praktiki əməkdaşlığın inkişafı
üzrə mütəmadi məşvərət və
müzakirələrin təşviqi vasitəsi
kimi yaradılmışdır.
O vaxtdan bəri, yeni
təhlükəsizlik təhdidlərinin
cavablandırılması üçün birgə
beynəlxalq səylərə olan
tələbatı vurğulayan 11 sentyabr
terrorçu hücumlarından sonra,
Müttəfiqlər və Rusiya daha
dərin və sıx münasibətlər
qurdular. 2002-ci ildə ikitərəfli
NATO-Rusiya Daimi Birgə
Şurasını əvəz edən, Baş Katibin
rəhbərlik etdiyi NATO-Rusiya
Şurası (NRC) yaradılmışdır
və burada bütün NRC ölkələri
bərabər şəkildə iştirak edir və
qərarlar konsensus vasitəsilə
qəbul edilir. NRC terrorçuluğa
qarşı mübarizə, böhranların
idarə olunması və kütləvi qırğın
silahlarının yayılmamasını
əməkdaşlığın əsas sahələri kimi
müəyyən etmişdir.
NATO-Ukrayna münasibətləri
illər ərzində uğurlu inkişaf
etmişdir. Burada əsas nöqteyi-
nəzər xüsusilə müdafiə və
təhlükəsizlik sektorunda
aparılan Ukraynanın cari
islahat səylərinə NATO və
fərdi Müttəfiqlər tərəfindən
verilən dəstəkdir. Bu islahatlar
ölkənin demokratik inkişafı və
Avro-Atlantik strukturlara daha
yaxın inteqrasiyası məqsədini
həyata keçirmək üçün vacibdir.
2005-ci ildə Ukraynanın üzvlük
istəkləri və müvafiq islahatları
ilə bağlı İntensiv Dialoq irəli
sürülmüşdür. 2008-ci ildə NATO
üzv ölkələri razılaşmışlar ki, bu
ölkə NATO üzvü olacaqdır.
Rusiya və Ukrayna ilə münasibətlər
S24
|
Tərəfdaşlıqların genişləndirilməsi
SNT təşəbbüsü 1995-ci ildə geniş Aralıq
dənizi bölgəsinin altı ölkəsini – Misir, İsrail,
İordaniya, Mavritaniya, Mərakeş və Tunisi
- əhatə edən Aralıq dənizi dialoqunun
yaradılması ilə tamamlanmışdır. 2000-ci ildə
Əlcəzairin də qoşulduğu bu proqram,
Aralıq dənizi bölgəsinin ölkələri ilə yaxşı
münasibətlərin qurulması və qarşılıqlı
anlaşmanın təkmilləşdirilməsi, eləcə də
regional təhlükəsizlik və sabitliyin təbliğ
edilməsi məqsədini güdür. 2004-cü ildə
dialoq, müdafiə islahatı, sərhəd təhlükəsizliyi
sahəsində əməkdaşlıq, hərbi uyarlığın
təkmilləşdirilməsi və digər bu kimi sahələrdə
yardım vasitəsilə daha geniş praktiki
əməkdaşlığı təbliğ edən həqiqi tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir. Genişləndirilmiş
tərəfdaşlıq həmçinin, terrorçuluğa qarşı
mübarizəni diqqət mərkəzinə almışdır.
Bəzi Dialoq ölkələri Balkanlarda NATO-nun
rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına
hərbi qüvvələrlə töhfə vermiş və Fəal Cəhd
Əməliyyatına dəstək vermişdir.
Aralıq dənizi dialoqu
“ Aralıq dənizi bölgəsinin
ölkələri ilə yaxşı münasibətlərin
qurulması və qarşılıqlı anlaşmanın
təkmilləşdirilməsi ”
NATO təlimi
zamanı Aralıq
dənizi di-
aloqu ölkələri ilə
əməkdaşlıq
Tərəfdaşlıqların genişləndirilməsi
|
S25
“ Bu təşəbbüs bölgənin maraqlı
ölkələri ilə praktiki ikitərəfli
əməkdaşlığın təbliğ edilməsi
məqsədini güdür ”
İstanbul Əməkdaşlıq
Təşəbbüsü
İstanbul Əməkdaşlıq Təşəbbüsünün (İCİ) 2004-cü ildə irəli
sürülməsi Alyansın Aralıq dənizi dialoquna daxil olmayan
Yaxın Şərq ölkələri ilə münasibətlər qurmaq istəyini
nümayiş etdirdi. Bu təşəbbüs bölgənin maraqlanan ölkələri
ilə terrorçuluğa qarşı mübarizə, böhranların idarə edilməsi,
mülki fövqəladə planlaşdırma, və sərhəd nəzarəti kimi
sahələrdə praktiki ikitərəfli əməkdaşlığın təbliğ edilməsi
məqsədini güdür. Hazırda Bəhreyn, Qatar, Küveyt və
Birləşmiş Ərəb Əmirlikləri bura qoşulmuşlar.
Dostları ilə paylaş: |