32
Kimya.Biologiya.Tibb
Y
ANV
AR
Məmməd Salmanov
1932
85
illiyi
Ə d ə b i y y a t
Mikrobiologiya
/M.Ə.Salmanov, Ömer
Tav, B.Əlibəyov; elmi
red.: P.Z.Muradov,
İ.M.Kazımov.- Bakı:
Nurlan, 2005.- 264 s.
AMEA Mikrobiologiya
İnstitutu: mikrobiolo-
giya elminin inkişafı
/Məmməd Salmanov
//Respublika.- 2014.- 13
iyun.- S.5.
Bir daha su haqqında
/Məmməd Salmanov
//Respublika.- 2013.- 28
avqust.- S. 3.
Tərəqqi dahisi: [ümum-
milli lider Heydər Əliyev
haqqında]
/M.Salmanov
//Respublika.- 2013.- 15
may.- S.7.
İ n t e r n e t d ə
https://az.wikipedia.
org/wiki/Məmməd_Sal-
manov haqqinda.
az/Qərbi.../49405-
Məmməd+Salmanov.
html
www.azmbi.az/salmanov.
html
http://www.anl.az/down/
meqale/respublika/2013/
may/01.htm
Məmməd Əhəd oğlu Salmanov
1932-ci il
yanvar ayının 12-də Qərbi
Azərbaycanın
İrəvan mahalının
Zəngibasar (Uluxanlı) bölgəsinin Qa-
raqışlaq kəndində doğulmuşdur. 1955-
ci ildə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunu (Gəncə) əla qiymətlərlə
bitirdiyinə görə xüsusi vəkalətnamə
ilə Azərbaycan Milli Emlər Akade-
miyasında aspiranturaya qəbul edil-
mişdir. 1956-1959-cu illərdə su mik-
robiologiyası sahəsində daha geniş
tədqiqatlar aparmaq məqsədilə, SSRİ
Elmlər Akademiyasının Mikrobiologi-
ya İnstitutuna və sonradan Lomonosov
adına Moskva Dövlət Universitetinə
mikrobiologiya sahəsində müxtəlif
təcrübə proqramları çərçivəsində elmi
işlərini davam etdirmək üçün ezam
edilmişdir.
Məmməd Salmanovun Azərbaycan-
da su mikrobiologiyası elminin ərsəyə
gəlməsi sahəsində böyük xidmətləri
vardır. Ölkənin bütün su hövzələrinin
və o cümlədən də Xəzər dənizinin eko-
logiya, hidrobiologiya, mikrobiologi-
yası baxımından araşdırılması onun
birbaşa rəhbərliyi və iştirakı ilə həyata
keçirilmişdir. Məmməd Salmanovun
sanballı elmi tədqiqatlarından biri və
başlıcası isə son 50 ildə Azərbaycanın
əsas içməli su mənbələri olan Kür
və Araz çaylarının başlanğıcın-
dan Xəzər dənizinə töküldüyü yerə
qədər 5 dövlətin - Türkiyə, Gürcüs-
tan, İran, Ermənistan və Azərbaycan
ərazilərindəki dəyişikliklərin komp-
leks öyrənilməsidir.
1960-cı ildə “Kuybışev və Mingə-
çevir su anbarlarının formalaşma-
sında mikroorqanizmlərin rolu-
nun müqayisəli öyrənilməsi” adlı
namizədlik, 1982-ci ildə isə “Xəzər
dənizində mikrobioloji rejim, fitop-
lanktonun məhsulu və üzvi maddələrin
destruksiyası” mövzusunda doktor-
luq dissertasiyalarını müdafiə edən
Məmməd Salmanov 2001-ci ildə
Azərbaycan MEA-nın müxbir, 2007-
ci ildə isə həqiqi üzvü seçilmişdir.
Alim 325 elmi əsərin, o cümlədən
4 monoqrafiya, 6 elmi-kütləvi kitab, 3
dərslik və 2 elmi-metodiki tövsiyənin
müəllifidir. Onun 280 elmi-populyar
məqaləsi, oçerkləri nəşr edilmişdir.
Dünyanın müxtəlif ölkələrində
keçirilmiş beynəlxalq elmi simpozi-
um və konfranslarda iştirak etmişdir.
Məmməd Salmanovun rəhbərliyi al-
tında biologiya üzrə 12 fəlsəfə dokto-
ru və 2 elmlər doktoru hazırlanmışdır.
2002-ci ildən AMEA Mikrobiologiya
İnstitutunun direktoru vəzifəsində ça-
lışır.
2005-ci ildə “Şöhrət” ordeni ilə
təltif olunan Məmməd Salmanov bu
gün də aktiv şəkildə elmi fəaliyyətlə
məşğuldur.
12
Akademik
33
33
Mühəndis işi. Texnika
Y
ANV
AR
Əsgər Abdullayev
1927-1998
90
illiyi
Ə d ə b i y y a t
Avtomatik tənzimləmə:
nəzəri əsasları: ali tex-
niki məktəblər üçün dərs
vəsaiti /Ə.Ə.Abdullayev;
elmi red. T.Əliyev.-Bakı:
Maarif, 1972.-471,
[1] s.
Əsgər Ələkbər oğlu
Abdullayev: Biblioq-
rafiya /AMEA; elmi
red.T.A.Əliyev; tərtibçi
G.Ə.Abdullayeva.-Bakı:
Elm, 2007.-184 s.
İ n t e r n e t d ə
http://www.qubadli-ih.
gov.az/page/11.html
Əsgər Ələkbər oğlu Abdullayev 1927-
ci il yanvar ayının 1-də Qubadlı rayonunun
Eyvazlı kəndində anadan olmuşdur.
1943-cü ildə Kəlbəcər şəhərində orta
məktəbi bitirmiş, 1944-cü ildə Azərbaycan
Sənaye İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft Akademiyası) energetika
fakültəsinə qəbul olmuşdur. 1949-cu ildə
institutu bitirmiş, AEK-nın Energetika
İnstitutunun əyani aspiranturasına qəbul
olmuş, 1951-ci ildə SSRİ EA-nın Avtoma-
tika və Telemexanika elmi-tədqiqat İnsti-
tutunun (Moskva) aspiranturasına ezam
edilmişdir. 1953-cü ildə “Ümumi qida ma-
gistralı ilə birləşmiş kompressor quyu qrup-
larının avtomatik tənzimlənməsi” mövzu-
su üzrə namizədlik dissertasiyası müdafiə
etmişdir. Həmin institutda işlədiyi illərdə
adi aspirantdan yüksəkixtisaslı mütəxəssis
səviyyəsinə qədər yol keçmışdir. 1954-cü
ildə vətənə qayıdaraq Azərbaycan Neft
Maşınqayırma Elmi-Tədqiqat İnstitutunda
“Avtomatika və telemexanika” laboratori-
yasını yaratmış və ona rəhbərlik etmişdir.
1957-ci ildə Ə.Adullayevə yaratdığı
“Avtomatika və telemexanika” bölməsi
əsasında Sumqayıtda neft və neftkimya
sənaye sahələrinin kompleks avtomatlaş-
dırılması üzrə Elmi-Tədqiqat və Layihə
İnstitutu yaratmaq həvalə olunmuş, 1959-
cu ildə instituta direktor təyin edilmişdir.
Onun rəhbərliyi ilə hazırlanmış 500-dən
artıq qurğu hal-hazırda Azərbaycan, Qərbi
Sibir, Qazaxıstan, Türkmənistan, Başqır-
dıstan və Tatarıstanın neft mədənlərinin
quyularında istifadə edilir.
Ə.Abdullayev 1970-ci ildə dissertasiya
müdafiə edərək elmlər doktoru adını al-
mış, professor vəzifəsinə qədər yüksəlmiş,
1969-cu ildə respublika Elmlər Akademi-
yasının müxbir üzvü seçilmişdir. Respub-
likada ilk elm xadimidir ki, SSRİ Dövlət
mükafatı laureatı adına layiq görülmüşdür.
Onun rəhbərlik etdiyi institut SSRİ-də neft
və kimya sənayesinin avtomatlaşdırılması
sahəsində yeganə elm ocağı idi.
1980-ci ildə Əli Bayramlıda (indiki
Şirvan) “Cihazqayırma” və “Avtoma-
tika və telemexanika” zavodları, Sum-
qayıtda təcrübə bazası işə salınmış, Ho-
radiz qəsəbəsində, Cəbrayılda, Şuşada
(Malıbəylidə), Qubadlıda, Lənkəranda za-
vod filialları, Qroznıda, Volqoqradda insti-
tutun filialları yaradılmışdır.
1985-ci ildə Bakı şəhərindəki Təcrübə
zavodu və
Əli Bayramlıdakı iki
zavod
əsasında “Neftqazavtomat” Elmi İstehsa-
lat Birliyi yaradılmış, Ə.Abdullayev
orada
əvvəlcə baş direktor, 1994-cü ildən isə baş
məsləhətçi vəzifəsində çalışmışdır.
Alimin rəhbərliyi altında 200-dən artıq
texnika elmləri doktoru və namizədi ye-
tişmişdir. O, 10-dan çox monaqrafiyanın,
300 elmi məqalənin, 60-dan artıq ixtiranın
müəllifidir.
Əsgər Abdullayev 1988-ci ildə SSRİ
Nazirlər Sovetinin mükafatını almışdır.
“Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”
və “Oktyabr inqilabı” ordenləri ilə də təltif
olunmuşdur. Avtomatik idarəetmə sistemi
üzrə SSRİ Milli Komitəsi Bakı ərazi qru-
punun, SSRİ Cihazqayırma Nazirliyinin
“İdarəetmə sistemləri və vasitələri” elmi-
texniki şurasının, ASE redaksiya heyəti
“Kimya” redaksiya şurasının üzvü, “Bilik”
cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin
sədri olmuşdur.
Əsgər Ələkbər oğlu Abdullayev 1998-
c
i ildə vəfat etmişdir.
1
Mühəndis