Teqvim-2017. pdf


Kimya.Biologiya.Tibb Y



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə15/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   11   12   13   14   15   16   17   18   ...   200

32

Kimya.Biologiya.Tibb

Y

ANV

AR

Məmməd Salmanov 

1932

85 

 illiyi

Ə d ə b i y y a t 

Mikrobiologiya 

/M.Ə.Salmanov, Ömer 

Tav, B.Əlibəyov; elmi 

red.: P.Z.Muradov, 

İ.M.Kazımov.- Bakı: 

Nurlan, 2005.- 264 s.

AMEA Mikrobiologiya 

İnstitutu: mikrobiolo-

giya elminin inkişafı               

/Məmməd Salmanov       

//Respublika.- 2014.- 13 

iyun.- S.5.

Bir daha su haqqında      

/Məmməd Salmanov       

//Respublika.- 2013.- 28 

avqust.- S. 3.

Tərəqqi dahisi: [ümum-

milli lider Heydər Əliyev 

haqqında]

 /M.Salmanov       

//Respublika.- 2013.- 15 

may.- S.7.

İ n t e r n e t d ə

https://az.wikipedia.

org/wiki/Məmməd_Sal-

manov haqqinda.

az/Qərbi.../49405-

Məmməd+Salmanov.

html

www.azmbi.az/salmanov.

html

http://www.anl.az/down/

meqale/respublika/2013/

may/01.htm

Məmməd  Əhəd oğlu Salmanov 

1932-ci il

 yanvar ayının 12-də  Qərbi 

Azərbaycanın 

İrəvan mahalının 

Zəngibasar (Uluxanlı) bölgəsinin Qa-

raqışlaq kəndində doğulmuşdur. 1955-

ci ildə Azərbaycan Kənd Təsərrüfatı 

İnstitutunu (Gəncə)  əla qiymətlərlə 

bitirdiyinə görə xüsusi vəkalətnamə 

ilə Azərbaycan Milli Emlər Akade-

miyasında aspiranturaya qəbul edil-

mişdir. 1956-1959-cu illərdə su mik-

robiologiyası sahəsində daha geniş 

tədqiqatlar aparmaq məqsədilə, SSRİ 

Elmlər Akademiyasının Mikrobiologi-

ya İnstitutuna və sonradan Lomonosov 

adına Moskva Dövlət Universitetinə 

mikrobiologiya sahəsində müxtəlif 

təcrübə proqramları çərçivəsində elmi 

işlərini davam etdirmək üçün ezam 

edilmişdir.

Məmməd Salmanovun Azərbaycan-

da su mikrobiologiyası elminin ərsəyə 

gəlməsi sahəsində böyük xidmətləri 

vardır. Ölkənin bütün su hövzələrinin 

və o cümlədən də Xəzər dənizinin eko-

logiya, hidrobiologiya, mikrobiologi-

yası baxımından araşdırılması onun 

birbaşa rəhbərliyi və iştirakı ilə həyata 

keçirilmişdir. Məmməd Salmanovun 

sanballı elmi tədqiqatlarından biri və 

başlıcası isə son 50 ildə Azərbaycanın 

əsas içməli su mənbələri olan Kür 

və Araz çaylarının başlanğıcın-

dan Xəzər dənizinə töküldüyü yerə 

qədər 5 dövlətin - Türkiyə, Gürcüs-

tan,  İran, Ermənistan və Azərbaycan 

ərazilərindəki dəyişikliklərin komp-

leks öyrənilməsidir.

1960-cı ildə “Kuybışev və Mingə-

çevir su anbarlarının formalaşma-

sında mikroorqanizmlərin    rolu-

nun  müqayisəli öyrənilməsi” adlı 

namizədlik, 1982-ci ildə isə “Xəzər 

dənizində mikrobioloji rejim, fitop-

lanktonun məhsulu və üzvi maddələrin 

destruksiyası” mövzusunda doktor-

luq dissertasiyalarını müdafiə edən 

Məmməd Salmanov 2001-ci ildə 

Azərbaycan MEA-nın müxbir, 2007-

ci ildə isə həqiqi üzvü seçilmişdir.

Alim 325 elmi əsərin, o cümlədən 

4 monoqrafiya, 6 elmi-kütləvi kitab, 3 

dərslik və 2 elmi-metodiki tövsiyənin 

müəllifidir. Onun 280 elmi-populyar 

məqaləsi, oçerkləri nəşr edilmişdir. 

Dünyanın müxtəlif ölkələrində 

keçirilmiş beynəlxalq elmi simpozi-

um və konfranslarda iştirak etmişdir. 

Məmməd Salmanovun rəhbərliyi al-

tında biologiya üzrə 12 fəlsəfə dokto-

ru və 2 elmlər doktoru hazırlanmışdır. 

2002-ci ildən AMEA Mikrobiologiya 

İnstitutunun direktoru vəzifəsində ça-

lışır.

2005-ci ildə  “Şöhrət” ordeni ilə 



təltif olunan Məmməd Salmanov bu 

gün də aktiv şəkildə elmi fəaliyyətlə 

məşğuldur. 

12

Akademik



33

33

Mühəndis işi. Texnika 

Y

ANV

AR

Əsgər Abdullayev 

1927-1998

90 

 illiyi

Ə d ə b i y y a t 

Avtomatik tənzimləmə: 

nəzəri əsasları: ali tex-

niki məktəblər üçün dərs 

vəsaiti /Ə.Ə.Abdullayev; 

elmi red. T.Əliyev.-Bakı: 

Maarif, 1972.-471, 

[1] s.

Əsgər Ələkbər oğlu 

Abdullayev: Biblioq-

rafiya /AMEA; elmi 

red.T.A.Əliyev; tərtibçi 

G.Ə.Abdullayeva.-Bakı: 

Elm, 2007.-184 s.  

İ n t e r n e t d ə

http://www.qubadli-ih.

gov.az/page/11.html

Əsgər  Ələkbər oğlu Abdullayev 1927-

ci il yanvar ayının 1-də Qubadlı rayonunun 

Eyvazlı kəndində anadan olmuşdur.

1943-cü ildə  Kəlbəcər  şəhərində orta 

məktəbi bitirmiş, 1944-cü ildə Azərbaycan 

Sənaye  İnstitutunun (indiki Azərbaycan 

Dövlət Neft Akademiyası) energetika 

fakültəsinə  qəbul olmuşdur. 1949-cu ildə 

institutu bitirmiş, AEK-nın Energetika 

İnstitutunun  əyani aspiranturasına qəbul 

olmuş, 1951-ci ildə SSRİ EA-nın Avtoma-

tika və Telemexanika elmi-tədqiqat  İnsti-

tutunun (Moskva) aspiranturasına ezam 

edilmişdir. 1953-cü ildə “Ümumi qida ma-

gistralı ilə birləşmiş kompressor quyu qrup-

larının avtomatik tənzimlənməsi” mövzu-

su üzrə namizədlik dissertasiyası müdafiə 

etmişdir. Həmin institutda işlədiyi illərdə 

adi aspirantdan yüksəkixtisaslı mütəxəssis 

səviyyəsinə qədər yol keçmışdir. 1954-cü 

ildə  vətənə qayıdaraq Azərbaycan Neft 

Maşınqayırma Elmi-Tədqiqat İnstitutunda 

“Avtomatika və telemexanika” laboratori-

yasını yaratmış və ona rəhbərlik etmişdir.

1957-ci ildə  Ə.Adullayevə yaratdığı 

“Avtomatika və telemexanika” bölməsi 

əsasında  Sumqayıtda neft və neftkimya 

sənaye  sahələrinin kompleks avtomatlaş-

dırılması üzrə Elmi-Tədqiqat və Layihə  

İnstitutu yaratmaq həvalə olunmuş, 1959-

cu ildə instituta direktor təyin edilmişdir. 

Onun rəhbərliyi ilə hazırlanmış 500-dən 

artıq qurğu hal-hazırda  Azərbaycan, Qərbi 

Sibir, Qazaxıstan, Türkmənistan, Başqır-

dıstan və Tatarıstanın neft mədənlərinin 

quyularında istifadə edilir.

Ə.Abdullayev 1970-ci ildə dissertasiya 

müdafiə edərək elmlər doktoru adını al-

mış, professor vəzifəsinə qədər yüksəlmiş, 

1969-cu ildə respublika Elmlər Akademi-

yasının müxbir üzvü seçilmişdir. Respub-

likada ilk elm xadimidir ki, SSRİ Dövlət 

mükafatı laureatı adına layiq görülmüşdür. 

Onun rəhbərlik etdiyi institut SSRİ-də neft 

və kimya sənayesinin avtomatlaşdırılması 

sahəsində yeganə elm ocağı idi. 

1980-ci ildə  Əli Bayramlıda (indiki 

Şirvan) “Cihazqayırma” və “Avtoma-

tika və telemexanika” zavodları, Sum-

qayıtda təcrübə bazası  işə salınmış, Ho-

radiz qəsəbəsində, Cəbrayılda,  Şuşada 

(Malıbəylidə), Qubadlıda, Lənkəranda za-

vod filialları, Qroznıda, Volqoqradda insti-

tutun filialları yaradılmışdır.

1985-ci ildə Bakı  şəhərindəki Təcrübə 

zavodu və 

Əli Bayramlıdakı iki

 zavod 

əsasında “Neftqazavtomat” Elmi İstehsa-



lat Birliyi yaradılmış, Ə.Abdullayev  orada 

əvvəlcə baş direktor, 1994-cü ildən isə baş 

məsləhətçi vəzifəsində çalışmışdır.

Alimin rəhbərliyi altında 200-dən artıq 

texnika elmləri doktoru və namizədi ye-

tişmişdir. O, 10-dan çox monaqrafiyanın, 

300 elmi məqalənin, 60-dan artıq ixtiranın 

müəllifidir.

Əsgər Abdullayev 1988-ci ildə SSRİ 

Nazirlər Sovetinin mükafatını almışdır. 

“Şərəf nişanı”, “Qırmızı  Əmək Bayrağı” 

və “Oktyabr inqilabı” ordenləri ilə də təltif 

olunmuşdur. Avtomatik idarəetmə sistemi 

üzrə SSRİ Milli Komitəsi Bakı ərazi qru-

punun, SSRİ Cihazqayırma Nazirliyinin 

“İdarəetmə sistemləri və vasitələri” elmi-

texniki  şurasının, ASE redaksiya heyəti 

“Kimya” redaksiya şurasının üzvü, “Bilik” 

cəmiyyətinin Sumqayıt  şəhər  şöbəsinin 

sədri olmuşdur. 

Əsgər  Ələkbər oğlu Abdullayev 1998-

c

i ildə vəfat etmişdir.



1

Mühəndis


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə