Teqvim-2017. pdf


Siyasət.Hüquq.Hərbi iş Y



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə12/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   8   9   10   11   12   13   14   15   ...   200

26

Siyasət.Hüquq.Hərbi iş

Y

ANV

AR

Əziz Əliyev 

1897-1962

120 

 illiyi

Ə d ə b i y y a t

 

Əziz Əliyev: Böyük öm-

rün anları /[tərt. ed., ön 

sözün müəl., burax. məs. 

Hidayət; red. S.Nəzərli; 

rəssam. A.Hüseynov].-

Bakı: Nurlan, 2007.- 168 

+ 191, [1] s.

Görkəmli dövlət və elm 

xadimi, professor Əziz 

Məmmədkərim oğlu 

Əliyevin anadan olma-

sının 110 illiyinə həsr 

olunmuş elmi konfransın 

materialları /Azərb. Resp. 

Səhiyyə Nazirliyi, Azərb. 

Tibb Un-ti; elmi red. 

Ə.T.Əmiraslanov.- Bakı: 

[Təbib], 2007.-395,[2] s.

Əmiraslanov, Ə. 

Vətənpərvər ziyalı, 

görkəmli dövlət və elm 

xadimi Əziz Əliyev 

ictimai-siyasi, tibbi 

xidmətləri ilə nümunəyə 

çevrilib /Ə.Əmiraslanov 

//Azərbaycan .-2016.- 6 

yanvar.- S.5.

Sarıyeva, İ. Elm fədaisi, 

görkəmli dövlət xadimi 

Əziz Əliyev... /İ.Sarıyeva 

//Bakı xəbər.-2014.- 7-8 

noyabr.- S.15.

http://www.anl.az/down/

meqale/baki_xeber/2014/

noyabr/401620.htm 

http://www.mnj.az/index.

php/bash-sehife/5-aziz-m-

mm-dk-rim-o-lu-liyev

Əziz Məmmədkərim oğlu  Əliyеv 

1897-ci il yanvar ayının 1-də  İrəvan 

quberniyasının Hamamlı  kəndində, 

Məmmədkərim Kərbəlayı Qurbanəli oğ-

lunun ailəsində anadan olmuşdur. 

1908-ci ildə İrəvandakı gimnaziyaya 

daxil olmuş, 1917-ci ildə oranı bütün 

fənlər üzrə “əla” qiymətlərlə bitirmişdir. 

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıye-

vin dəstəyi ilə  Hərbi Tibb Akademiya-

sına daxil olsa da, təhsili yarımçıq qal-

mışdır. 1923-cü ildə Azərbaycan SSR 

Xalq Komissarları Şurasında iş icraçısı, 

həmin idarənin ümumi şöbə müdirinin 

müavini, katibin müavini və  nəhayət, 

respublika Xalq Komissarlığı Şurasının 

katibi vəzifəsini icra etmişdir. İşləməklə 

bərabər 1923-cü ildən etibarən yarımçıq 

qalmış ali tibb təhsilini BDU-nun tibb 

fakültəsində davam etdirmişdir. 1927-

ci ildə  təhsilini bitirmiş və universitetin 

daxili xəstəliklər kafedrasında saxlanıl-

mışdır. 


1929-cu ildə namizədlik, beş il sonra 

isə doktorluq dissertasiyasını müdafiə 

etmişdir. 1930-cu il iyun ayının 19-da 

BDU-nun tibb fakültəsinin bazasında 

Azərbaycan Dövlət Tibb İnstitutu yara-

dılmış, Əziz Əliyеv 1932-ci ildə həmin 

institutun rektoru təyin edilmişdir. 

1932-1935-ci illər  ərzində  Əziz 

Əliyevin rəhbərliyi altında  Azərbaycan 

dilində latın qrafikası ilə 45 adda dərslik 

və dərs vəsaiti tərtib edilərək tibb təhsili 

alan tələbələrin ixtiyarına verilmişdir.  

“Tibb nəşriyyatı”nı yaratmış, 1933-cü 

ildə “Praktiki və nəzəri tibb jurnalı”nın 

baş redaktoru təyin edilmişdir. 1933-cü 

ildə onun təşəbbüsü ilə Tibb İnstitutunda 

“Tibb kadrları  uğrunda” adlı çoxtirajlı 

qəzetin çapı qaydaya salınmışdır. Hazır-

da bu qəzet “Təbib” adı ilə Azərbaycan 

Tibb Universitetində çap olunmaqdadır. 

1941-1942-ci illərdə Azərbaycan KP 

MK-nın katibi, 1942-1948-ci illərdə isə 

Dağıstan Vilayət Partiya Komitəsinin 

birinci katibi vəzifələrində çalışmışdır. 

Ə.Əliyev I-II çağırış SSRİ Ali Soveti-

nin, Azərbaycan SSR Ali Sovetinin I-III 

çağırış, Dağıstan MSSR Ali Sovetinin 

II çağırışlarının  deputatı olmuşdur. 

1949-1950-ci illərdə Moskvada ÜİK 

(b) PMK-nın inspektoru, 1950-1951-ci 

illərdə Azərbaycan SSR Nazirlər Soveti 

sədrinin birinci müavini, sonrakı illərdə 

Azərbaycan SSR Elmi-Tədqiqat Orto-

pediya və Bərpa Cərrahlığı İnstitutunun 

direktoru, həmçinin Azərbaycan Dövlət 

Həkimləri Təkmilləşdirmə  İnstitutunun 

rektoru vəzifələrində işləmişdir. 1956-cı 

ildə  professor elmi rütbəsini almışdır. 

Ə.Əliyev 87 elmi əsərin müəllifidir, on-

lardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 

17-si isə tarixi və siyasi problemlərə aid-

dir.Vətən və xalq qarşısındakı misilsiz 

xidmətlərinə görə o, iki dəfə “Lenin” 

ordeni, “Qırmızı  Əmək Bayrağı” , “I 

dərəcəli Vətən müharibəsi” ordenləri, 

“Səhiyyə əlaçısı” döş nişanı, bir çox me-

dallar və çoxsaylı fəxri fərmanlarla təltif 

edilmişdir. 1960-cı ildə Azərbaycan SSR 

“Əməkdar həkim” fəxri adına layiq gö-

rülmüşdür.

Əziz  Əliyev 1962-ci il iyul ayının 

27-də Bakıda vəfat etmiş, Fəxri Xi-

yabanda dəfn edilmişdir. Azərbaycan 

Dövlət Həkimləri Təkmilləşdirmə

  İns-

titutu, Bakı, Naxçıvan və Mahaçqalanın 



mərkəzi küçələrindən biri onun adını 

daşıyır. 



1

Dövlət xadimi


27

Siyasət.Hüquq.Hərbi iş

140 

 illiyi

Xudadat bəy Rəfibəyli 

1877-1920 

Y

ANV

AR

Xudadat bəy  Ələkbər bəy oğlu 

Rəfibəyli 1877-ci il yanvar ayının 12-də 

Gəncə şəhərində anadan olmuşdur. 

İlk təhsilini Gəncə gimnaziyasında 

almış, 1904-cü ildə Xarkov İmperator 

Universitetinin tibb fakültəsini bitirmiş, 

həmin universitetin qospital - klinika-

sının cərrahiyyə  şöbəsində 3 il ordina-

tor olaraq  işləmişdir. Xarkovda tələbə 

dostları ilə birlikdə azərbaycanlılardan 

ibarət “Zemlyaçestvo” (“Həmyerlilər”) 

dərnəyi yaratmışdır. 

1907-ci ildə  Gəncəyə qayıtmış, qu-

bernatorun əmri ilə şəhər xəstəxanasına 

direktor təyin olunmuşdur. 1912-1913-

cü tədris ilində Sankt-Peterburqdakı 

İmperator Klinik İnstitutunda 12 ixtisas 

üzrə dinləyici olmuşdur.

Xudadat bəy Rəfibəyli titulyar mü-

şavir (1909), kollej asessoru (1910), 

saray müşaviri (1912) rütbələrinə layiq 

görülmüş, 1909-1916-cı illərdə  Gəncə 

Mahal Məhkəməsində fəxri barışıq ha-

kimi (mirovaya sudya) işləmişdir. 1915-

ci il noyabrın 18-ində kollej müşaviri 

rütbəsinə irəli çəkilmiş, 1916-cı ildə III 

dərəcəli Müqəddəs Stanislav ordeni ilə 

təltif olunmuşdur. 

1914-cü ildə  Həsən bəy Ağayevlə 

birlikdə Azərbaycanda ilk səhiyyə-

sağlamlıq cəmiyyəti olan “Gəncə tibb 

cəmiyyəti”ni yaratmışdır. 1917-ci ilin 

martında Gəncədə yaranmış Müsəlman 

Milli  Şurasının Müvəqqəti  İcraiyyə 

Komitəsinin üzvü seçilmişdir. 

1918-ci il iyunun 17-də  Fətəli xan 

Xoyski tərəfindən Gəncədə  təşkil edil-

miş Azərbaycan Xalq Cümhuriyyətinin 

2-ci hökumət kabinəsində Xudadat bəy 

Rəfibəyli xalq səhiyyəsi və himayədarlıq 

naziri təyin olunmuşdur. Cümhuriyyət 

hökuməti  dövründə Xudadat bəy yenə 

də nazir vəzifəsinə  təyin edilmişdir. 

Müstəqil səhiyyə sisteminin yaradıl-

masında Xudadat bəy fəal rol oynamış-

dır. 1918-ci ilin dekabrında Fətəli xan 

Xoyski hökuməti istefa verdikdə, Xuda-

dat bəy xalq səhiyyəsi naziri vəzifəsini 

tərk etmişdir.

Azərbaycan hökuməti 1919-cu ilin 

mayında onu Gəncə quberniyasının 

qubernatoru vəzifəsinə  təyin etmişdir. 

O, ilk gündən  ərazidə azərbaycanlılara 

qarşı soyqırımının qarşısının alınması, 

hərc-mərcliyə, soyğunçuluğa son qoyul-

ması, asayişin bərqərar edilməsi, sabitlik 

yaradılması üçün qəti tədbirlər görmüş-

dür. Qərbi Azərbaycandan qovulmuş 

20 mindən çox soydaşımızı Gəncə ma-

halında yerləşdirmək sahəsində  gərgin 

fəaliyyət göstərmişdir.

1920-ci il aprel işğalından sonra 

bolşeviklərin tələbi ilə qubernator kimi 

səlahiyyətlərini yeni yaranmış inqilab 

komitəsinə təhvil vermişdir. 

Xudadat bəy  Ələkbər bəy oğlu 

Rəfibəyli 1920-ci il may ayının 12-

də  həbs olunmuş, erməni kəndlərinin 

yandırılması, quberniyanın erməni 

sakinlərinin sıxışdırılması ittihamı ilə 

bolşeviklər tərəfindən Nargin adasında 

güllələnmişdir. 

Azərbaycan Respublikası Prokuror-

luğunun 1990-cı il 2 iyul tarixli qərarı 

ilə Xudadat bəy Rəfıbəyli barəsində 

cinayət işinə cinayət hadisəsi tərkibi ol-

madığına görə xitam verilmiş və bəraət 

qazanmışdır. 

Ə d ə b i y y a t 

Hüseynov, R. Yetim 

ağ at //Hüseynov R. 

Yurdun adındakı can                                       

/red. C.Həsənli, 

L.Kərimli (Rəfibəyli).- 

Bakı, 2010.- S.183-282. 

İsmayıl. Vətənpərvər 

ziyalı... Xudadat bəy 

Rəfibəylinin bütün 

həyatı azərbaycançılığa 

xidmətdə keçib /İsmayıl 

//Şərq .-2014.- 18 iyun.- 

S.11.

İ n t e r n e t d ə

http://www.gencekitab.

az/kdc.shtml

http://axc.preslib.az/

az_a9.html

12

Dövlət xadimi



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə