Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə20/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   16   17   18   19   20   21   22   23   ...   200

43

Milli ədəbiyyat

75 

illiyi

Fazil Rəhmanzadə 

1942

FEVRAL

Fazil Şamil oğlu Rəhmanzadə 1942-

ci il fevral ayının 9-da Bakıda anadan 

olmuşdur. 199 saylı orta məktəbi bitir-

miş, 1961-1965-ci illərdə Azərbaycan 

Dövlət Pedaqoji İnstitutunun dil və 

ədəbiyyat fakültəsinin axşam şöbəsində 

təhsil almışdır.

Əmək fəaliyyətinə 1959-cu ildə 

“Azərbaycan bədən tərbiyəçisi” (“İd-

man”) qəzeti redaksiyasında korrektor 

kimi başlamışdır. 1961-ci ildən “Bakı” 

qəzeti redaksiyasında ədəbi işçi, 1966-cı 

ildən sonra isə uzun müddət redaksiya-

nın Mədəniyyət və incəsənət şöbəsinin 

müdiri vəzifələrində çalışmışdır. 

Mətbuatda müxtəlif səpkili yazılar-

la çıxış etmişdir. Məqalə  və resenzi-

yaları Azərbaycandan  əlavə Moskva, 

Bolqarıstan, Özbəkistan, Yuqoslaviya, 

Tacikistan, Türkiyə,  İran, Misir, İraq 

qəzet və jurnallarında da dərc edil-

mişdir. Xüsusən onun “Jurnalistin cib 

dəftərindən” rubrikası ilə çıxan səviyyəli 

yazıları müəllifinə böyük şöhrət qazan-

dırmışdır.

Fazil Rəhmanzadə xeyli publisistik 

kitabın müəllifidir. “Haradasa görüş-

müşük”, “Gözəlliyə açılan pəncərə”, 

“Adın yadigar qalsın”, “Ömür qısa de-

yil”, “Əsrə  bərabər gecə”, “Yol”, rus 

dilində “Tale töhfəsi” («Дар судьбы»), 

“Doqquza qədər say” və çox sayda ki-

tablar  bu qəbildəndir.

Müəllifin Azərbaycan incəsənət 

və  mədəniyyətinin  ən görkəmli 

nümayəndələrinə 

həsr olunmuş 

irihəcmli kitabları, habelə çox önəmli 

yaradıcı  sənət adamlarından söhbət 

açan sanballı  məqalə  və resenziyaları 

oxucular tərəfindən maraqla qarşılan-

mışdır. “Nəsibə Zeynalova”, “Nəğmə 

dolu könül” (Zeynəb Xanlarova haqqın-

da), “Oxuyan ürəkdir” (Lütfiyar İmanov 

haqqında),“Sənətkar qüdrəti” (Şəmsi 

Bədəlbəyli haqqında), “Bədəlbəylilər”, 

“Sən olmasaydın...” (Müslüm Maqo-

mayev haqqında) və s. kitabları monu-

mental yaradıcılıq məhsullarıdır.

1994-cü ildə Vaşinqtonun 

“Caan book” şirkətinin nəşr evi 

F.Rəhmanzadənin “Sən mənimsən, 

Azərbaycan” kitabını ingilis dilində 

amerikalı oxuculara çatdırmışdır. 

Həmin  əsər Azərbaycan tarixinin, var-

lığının real məna daşıyan dövrlərinə 

diqqəti yönəldir.

Dövri mətbuatda mütəmadi olaraq 

Fazil Rəhmanzadə yaradıcılığını, onun 

mətbuat tariximizdə, xüsusən publi-

sistikamızda mövqeyini, yerini çox 

yüksək dəyərləndirən çoxsaylı resen-

ziyalar və  rəylər dərc edilməkdədir. 

Akademik Urxan Ələkbərovun, profes-

sorlar Gülnaz Abdullazadənin,Kamran 

Məmmədovun, Qulu Xəlilovun, Xalq 

artisti, rejissor Vasif Babayevin və 

digərlərinin “Exo”, “Zerkalo”, “Xalq 

qəzeti”, “Respublika”, “525-ci qəzet” 

və s. mətbuat orqanlarında çıxan san-

ballı qeydləri, məqalə  və resenziyaları 

buna misaldır.

O, ilhamlı yaradıcılıq fəaliyyətini 

yenə də gənclik eşqi ilə davam etdirir. 

Son illərdə onun “Yol” (ikinci hissə), 

“Bu isimdə bir can...” (iki kitab) kimi 

fundamental bədii-publisistik  əsərləri 

işıq üzü görmüşdür.

Azərbaycan Dövlət Mədəniyyət və 

İncəsənət Universitetinin və Qərb Uni-

versitetinin professoru, Azərbaycan 

Milli Yaradıcılıq Akademiyasının  filo-

logiya elmləri doktorudur.

Fazil Rəhmanzadənin yaradıcı-

lığı layiqincə qiymətləndirilmişdir. 

O, Azərbaycanın Respublikasının 

“Əməkdar mədəniyyət işçisi” fəxri adı-

na layiq görülmüş, “Qızıl qələm”, “Dan 

ulduzu”, “Humay”, habelə H.B.Zərdabi 

adına mükafatlarla təltif edilmişdir. 

Ə d ə b i y y a t 

Bu isimdə bir can...: 

Azərbaycanın XX yüzildəki 

intibahı ilə bağlı tarixi-

nəzəri, bədii-sənədli

publisistik qeydlər 

/F.Rəhmanzadə; məsl. 

və baş red. R.Hüseynov; 

red. Ş.Rəhmanzadə.-Bakı: 

[Apostroff MMC], 2015.- 

K.1.-583 s.

Böyük yaşantının naxış-

ları: Xalq rəssamı Tahir 

Salahovun həyatına bir 

baxış = Узоры большой 

жизни: взгляд на жизнь 

народного художника 

Таира Салахова 

/F.Rəhmanzadə; bur. 

məs. T.Salahov; red.: 

O.Şıxəliyev, F.Qurbanova.- 

Bakı: İndigo, 2008.- 135 s.  

Lütfiyar İmanov: ömür 

yollarından məqamlar, 

yaradıcılıq səhifələri 

/F.Rəhmanzadə; elmi 

red. R.Zöhrabov; red. 

F.Qurbanova.- Bakı: 

Zərdabi LTD MMC NPM, 

2008.- 224, [35] s. 

Yol: tarixi-publisistik 

qeydlər /F.Rəhmanzadə; 

red.: Ş.Rəhmanzadə, 

F.Qurbanova.- Bakı: 

Azərnəşr, 2012.- K.II.-   

672 s.

Yazıçı-publisist

9



44

Milli ədəbiyyat

100 

illiyi

Yusif Əzimzadə 

1917-1984

FEVRAL

Yusif  Əhmədulla oğlu  Əzimzаdə 

1917-ci il fevral ayının 22-də Bakıda 

anadan olmuşdur. 

1930-1937-ci illərdə natamam orta 

məktəbi bitirib N.Nərimanov adı-

na Sənaye Texnikumunun elektrik-

mexanika şöbəsində təhsil almışdır. 

1934-1937-ci illərdə  həm də Bakı 

şəhər rayonlarının elektrik yarımstansi-

yalarında işləmişdir. 

Tələbə ikən  şeirləri “Ədəbiyyat”, 

“Gənc işçi”, “Yeni yol” və “Azərbaycan 

gəncləri” qəzetlərində müntəzəm çap 

olunmuşdur. Əsərləri müstəsna hallarda 

“Ə.Yusif”, yaxud “Y.Əhədoğlu” imza-

ları ilə nəşr edilirdi. 

1937-1939-ci illərdə Bakı  hərbi 

məktəbini leytenant rütbəsi ilə bitirmiş-

dir. Qərbi Ukraynanın azad olunmasın-

da, ağ  finlərə qarşı döyüşlərdə  iştirak 

etmişdir. 

1940-cı ildə  xəstəliyinə görə  tərxis 

olunmuş, iki il “Abşeron kolxozçusu” 

qəzeti redaksiyasında  ədəbi işçi, katib, 

1942-1944-cü illərdə isə  “Ədəbiyyat 

qəzeti”ndə, “İnqilab və  mədəniyyət” 

jurnalında  ədəbi işçi, Nəsr  şöbəsinin 

müdiri vəzifələrində çalışmışdır. 

1944-1945-cü illərdə Azərbaycan 

KP MK yanında Partiya Tarixi İns-

titutunun Böyük Vətən müharibəsi 

şöbəsində baş elmi işçi, 1945-1947-ci 

illərdə M.Qorki adına Bakı  Gənc Ta-

maşaçılar Teatrında ədəbi hissənin şöbə 

müdiri, 1948-1951-ci illərdə “İnqilab və 

mədəniyyət” jurnalında tənqid şöbəsinin 

müdiri, 1951-1952-ci illərdə Azərnəşr 

və  Uşaqgəncnəşrdə  Bədii  ədəbiyyat 

şöbəsinin redaktoru, “İnqilab və 

mədəniyyət” jurnalı, sonra “Ədəbiyyat 

qəzeti” redaksiyalarında məsul katib, 

“Göyərçin” jurnalının məsul redaktoru, 

“Ədəbiyyat və incəsənət” qəzetinin baş 

redaktoru, 1966-1971-ci illərdə “Ul-

duz” gənclik jurnalında redaktorəvəzi, 

Azərbaycan Yazıçılar Birliyində  bədii 

tərcümə üzrə  məsləhətçi, 1971-1978-

ci illərdə  “Ədəbiyyat və incəsənət” 

qəzetində baş redaktor olmuşdur. 1971-

ci ildə Bakı şəhəri və 26 Bakı Komissarı 

adına rayon Sovetinin deputatı seçilmiş-

dir. 

1957-ci ildə “Anacan” pyesinə görə 



musiqili teatrların ümumittifaq festi-

valının laureatı diplomuna layiq gö-

rülmüşdür. Keçmiş SSRİ respublikala-

rının teatrlarında “Çiçəklər səltənəti”, 

“Anacan”, “Nəsrəddin”, “Aprel 

səhəri” və “Qonşular” dram əsərləri 

səhnəyə qoyulmuşdur. Onun tərcümə 

etdiyi pyeslər (Konstantin Simono-

vun “Rus məsələsi”, Sergey Mixal-

kovun “Qırmızı qalstuk”, Y.Soloviçin 

“Qəribə dilənçi”, O.Bodıkovun “Qa-

raqum faciəsi”,  Ş.Xusainovun “Anam 

gəldi”) Azərbaycan teatrlarında 

səhnələşdirilmişdir. 

“Pravda”, “İzvestiya”, “Trud” və 

“Literaturnaya qazeta” kimi mərkəzi 

qəzetlərdə müntəzəm çıxış etmişdir. 

Ümumittifaq Yazıçılar  İttifaqının V 

qurultayına nümayəndə seçilmişdir. 

Moldaviyada Azərbaycan mədəniyyəti 

günlərində (1960), Bryansk, Voroşilovq-

rad və Qərbi Sibirin Tümen vilayətində 

Sovet  ədəbiyyatı günlərində (1970, 

1973, 1974) iştirak etmişdir. SSRİ me-

dalları və Azərbaycan Ali Soveti Rəyasət 

Heyətinin Fəxri fərmanları ilə təltif edil-

mişdir. 1979-cu ildə Azərbaycan SSR-in 

“Əməkdar incəsənət xadimi” fəxri adına 

layiq görülmüşdür.

Yusif  Əhmədulla oğlu  Əzimzаdə 

1984-cü il mart ayının 6-da Bakıda vəfat 

etmişdir.



Ə d ə b i y y a t 

Həmişə borcluyuq: bədii-

sənədli nəsr, publisistika 

/Y.Ə.Əzimzadə; [red. 

S.Hüseynova].- Bakı: 

Yazıçı, 1980.- 284 s.

O, qərib deyildi: roman 

/Y.Ə.Əzimzadə; [red. 

M.Zeynalov].- Bakı: 

Gənclik, 1981.- 269, [3] s.

Mənim mahnılarım: 

[povestlər və hekayələr] 

/Y.Ə.Əzimzadə.- Bakı: 

Azərnəşr, 1976.-302 s.

Unutmayın 

/Y.Ə.Əzimzadə; [red. 

R.Hacıyeva].- Bakı: 

Gənclik, 1973.- 122 s.

Əhmədov, T. Yusif 

Əzimzadə //Əhmədov T.  

Azərbycan yazıçıları XX-

XXI yüzillikdə: ensiklope-

dik məlumat kitabı

.- Bakı, 

2011.- S.999-1000.                                   

İ n t e r n e t d ə

arxiv.az/az/salamnews.

org/9856417

kitabmoz.com/pa_tercu-

emci/yusif-əzimzadə

Yazıçı

22

65

illiyi

FEVRAL

22


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə