i
26:16‑18 Vəhy 18:9-10
j
26:21 Vəhy 18:21
qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək.
14
Səni çılpaq bir
qayaya çevirəcəyəm, torların sərildiyi bir yer olacaqsan. Bir daha
tikilməyəcəksən”, çünki Mən Rəbb bunu söylədim, Xudavənd Rəbb belə
bəyan edir.
15
Xudavənd Rəbb Sura belə deyir: “Səndə qırğın olanda, yaralılar
inildəyəndə dağılmağının gurultusundan sahil xalqları titrəməyəcəkmi?
16
i
Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını
çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə
oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək.
17
Onlar
sənin üçün mərsiyə oxuyub deyəcək:
‹Dənizçilərin yaşadığı məşhur şəhər,
Sən necə məhv oldun?
Dənizdə güclü idin.
Sən və sənin əhalin
Sahildə yaşayanların hamısını
Dəhşətə salmışdınız.
18
İndi dağıldığın gün
Adalar titrəyir,
Adalarda yaşayanlar
Sənin yıxılmağından heyrətə düşür›”.
19
Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi
xaraba bir şəhərə çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt
dərin sular səni örtəndə
20
qəbirə enənlərlə birgə qədim zamanlarda
yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə birgə
qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam
ki, bir daha qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim.
21
j
Aqibətini dəhşətli edəcəyəm. Sən artıq yox olacaqsan. Səni axtaracaq,
ancaq tapmayacaqlar” Xudavənd Rəbb belə bəyan edir».
Sur şəhəri üçün mərsiyə
27
1
Mənə Rəbbin bu sözü nazil oldu:
2
«Sən ey bəşər oğlu, Sur üçün
mərsiyə oxuyub
3
ona söylə ki, sən ey dəniz qapılarında yerləşən,
çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir:
“Ey Sur, sən dedin:
‹Mən gözəllikdə qüsursuzam›.
4
Sərhədlərin dənizin qoynunda idi.
Səni tikənlər gözəlliyini kamil etdi.
5
Bütün taxtalarını
Senirin şam ağaclarından düzəltdilər.
Sənə dor qayırmaq üçün
Yezekel 26 , 27
1318
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
Livandan sidr ağacları gətirdilər.
6
Avarlarını Başanın palıd ağaclarından qayırdılar,
Göyərtəni fil sümüyü ilə bəzənən,
Kittim sahillərindən gətirilən
Şam ağaclarından düzəltdilər.
7
Sənin yelkənin, bayrağın
Misirin naxışlı kətanından oldu.
Talvarın Elişa sahillərinin
Bənövşəyi və tünd qırmızı parçalarından idi.
8
Sidonda və Ervadda yaşayanlar
Sənin avar çəkənlərin idi.
Ey Sur, səndə bacarıqlı adamlar var idi,
Gəmiçilərin onlardan idi.
9
Gəmilərindəki yarıqları təmir edənlər
Gevalın təcrübəli və bacarıqlı adamları idi.
Dənizdəki bütün gəmilər və dənizçilər
Mallarını dəyişmək üçün
Sənin yanına gəldi.
10
Fars, Lud və Put əsgərləri
Ordunda xidmət edirdi.
Qalxanlarını, dəbilqələrini
Divarlarından asdılar,
Sənə əzəmət verdilər.
11
Ervaddan və Xelekdən gələnlər
Hər tərəfdən divarlarını qorudu.
Qammadlılar qüllələrində gözətçi oldu.
Qalxanlarını divarlarından asdı,
Gözəlliyini kamil etdi.
12
Səndə hər cür mal bol olduğu üçün
Tarşiş səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Gümüş, dəmir, qalay və qurğuşun verdilər.
13
Yavan, Tuval və Meşek səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Qullar və tunc qablar verdilər.
14
Bet-Toqarma xalqı
Mallarının əvəzinə sənə
At, döyüş atı və qatır verdi.
15
Dedan xalqı səninlə ticarət etdi,
Çoxlu sahil xalqı sənin müştərin idi,
Səndən aldıqları malın əvəzinə
1319
Yezekel 27
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
k
27:25‑36 Vəhy 18:11-19
l
27:25 Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri.
Fil sümüyü və abnos ağacı verdilər.
16
Sənin məmulatın çox olduğu üçün
Aram səninlə ticarət etdi,
Mallarının əvəzində sənə
Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar,
İncə kətan, mərcan və yaqut verdilər.
17
Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Minnit buğdası, darı, bal,
Zeytun yağı və balzam verdilər.
18
Sənin məmulatın çox olduğu üçün,
Səndə hər cür mal bol olduğuna görə
Dəməşq səninlə ticarət etdi,
Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.
19
Vadan və Uzaldan gələn
Yavan səninlə ticarət etdi.
Sənə gətirilən mallar arasında
İşlənmiş dəmir, darçın və ətirli qamış var idi.
20
Dedan xalqı səninlə ticarət edib
Sənə yəhər üçün qumaş verdi.
21
Ərəbistan və bütün Qedar rəhbərləri
Sənin müştərilərin idi,
Quzu, qoç və təkə ilə
Səninlə ticarət etdilər.
22
Səba və Raama tacirləri
Səninlə ticarət etdi.
Mallarının əvəzinə sənə
Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.
23
Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad
Səninlə ticarət etdi,
24
Onlar bazarlarında
Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar,
Sıx toxunmuş, iplərlə bağlanmış
Rəngli xalçalarla
Səninlə ticarət etdi.
25
k
Tarşiş gəmiləri
l
sənin mallarını daşıdı.
Dənizin qoynunda böyük yüklə doldun.
26
Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı,
Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.
Yezekel 27
1320
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
Dostları ilə paylaş: |