Tofiq Köçərli
- 57 -
Qarabağ: Yalan və Həqiqət
yox idi. Bu bulaqların suyu isә qala camaatına kifayәt etmәzdi. Ona görә güman gәlәn
yerlәrdә quyu qazdırıb, müәyyәn elәdilәr ki, buranın bir çox yerlәrinda su quyuları
qazmaq mümkündür. Bu xәbәri mәrhum Pәnah xana çatdırdılar. Xan sevinәrәk bir neçә
nәfәr öz yaxın adamı ilә buraya gәldi, yerlә tanış olub, әzmlә qalanın binasını qoydu”.
176
XIX әsr ermәni müәllifi Mirzә Yusif Qarabaği dә (Nersesov) Şuşa qalasının tikilmәsini
buna bәnzәr tәsvir etmiş vә yazmışdır ki, “1752 (1166)-ci ildә Pәnah Xan xoş bir gündә
Şuşa şәhәrinin tәmәlini qoydu”.
177
(Bir sıra müәlliflәrin fikrincә, Şuşa qalasının әsası
1750-ci ildә qoyulmuşdur).
Demәyәsәn, “keçәri” Pәnah xanın şәhәr-salmadan “başı çıxırmış!”. O, gәlәcәk
şәhәrin su problemi haqda düşünürmüş (sonralar xan qızı şairә Xurşudbanu Natәvan
Şuşaya su kәmәri çәkdirmişdi). O, Hәsәn İxfa Әlizadәnin yazdığına görә, Şuşanı tikmәk
üçün Tәbriz, Әrdәbil vә başqa şәhәrlәrdәn ustalar gәtiribmiş vә onlar özlәri Şuşanın ilk
sakinlәri olublarmış.
178
Azәrbaycan milli memarlıq әnәnәlәri әsasında tikilәn qala hazır olduqdan sonra
Pәnah xan “Şahbulaq qalasının sakinlәri olan bütün rәiyyәtlәri - әyanın, mәliklәrin,
mülazimlәrin, ellәrin vә bir para kәndlәrin kәndxudalarının ailәlәrini köçürüb, bu qalanın
içindә yerlәşdirdi”.
Mirzә Camal Qarabaği yazır ki, “o vaxta qәdәr burada yaşayış evlәri yox idi. Bura
şәrq tәrәfdә, qalanın altı verstliyindә yaşayan Şuşa kәndi әhalisinin әkin yeri vә otlağı
idi.”
179
Pәnah Әli xan Şuşanı birinci növbәdә müdafiә qalası kimi tikdirmişdir. Ona görә
qalaya “beş arşın hündürlüyündә, iki arşın enindә”, uzunluğu 2,5 km olan döyüş bürclü,
dörd darvazalı әzәmәtli divar hörülmüşdü. Şuşa hәqiqәtәn dә uzun müddәt basılmaz bir
qala olmuşdur. Qarabağın İstiqlal qalası! hәr ehtimala qarşı lazım gәlәrsә xanlığın
xәzinәsini saxlamaq üçün Şuşanın yanından keçәn Qarqar çayının o tayında, yolsuz-izsiz
әlçatmaz sıldırım qayalıqda Xәzinә qayası adlanan otaqlar qazılıb hazırlanmışdı.
Şuşa bina edilәn zaman onun adı Pәnahabad olub. Şәhәrә sadәcә Qala da deyiblәr.
Burada xanlığın zәrbxanası tikilmişdi. Gümüşdәn kәsilәn pulun bir üzündә şәhәrin adı
(“Pәnahabad”) yazılmışdır. Hәsәn İxfa Әlizadәnin fikrincә, az sonra qala “Şәhri Şişә”,
yaxud “Şişә” şәklindә işlәnmәyә başlandı. Rus dilindә şәhәrә “Şuşa” deyildi.
180a
Tofiq Köçərli
- 58 -
Qarabağ: Yalan və Həqiqət
Yaraşıqlı iki-üç mәrtәbәli saraylar, memar Kәrbәlayi Sәfihin “nәqşәrә vә rәhbәrliyi
altında tikilәn Gövhәr ağa mәscidi”, mәhәllә mәscidlәri, Qara Böyük xanımın Qala-Saray
kompleksi, karvansaraylar, digәr gözәl binalar Şuşanı, binası qoyulan günlәrdәn bir növ
milli memarlıq muzeyinә çevirmişdi.
Şuşa milli әdәbiyyat vә mәdәniyyәtimizin, elmimizin beşiklәrindәn biri kimi
formalaşmışdı. Milli Şuşa mühiti, milli Qarabağ mühiti böyük şairimiz Molla Pәnah Vaqifi
yetişdirmişdir.
“Vilayәtdә urus olub ixtiyar,
Eylәyib bir bina yoxdu görәn kar,
Tamam işlәr olub cahilә bazar,
Heyif buvilayәt, heyhat-heyhat.”
deyәn “amansız satirik” (S.Vurğun) Qasım bәy Zakir Qarabağ xanlığının şöhrәtli
günlәrindә, 1784-cü ildә burada - Şuşada doğulmuş, Şuşada yazıb yaratmışdır. Hәr biri
milli fәxrimiz olan Xurşudbanu Natәvan, Nәcәf bәy Vәzirov, Әbdürrәhim bәy
Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vәzir Çәmәnzәminli vә b. yaradıcılıq yoluna
Şuşada başlamışdılar.
Mirzә Adıgözәl bәy, Mirzә Camal Qarabaği, Әhmәd bәy Cavanşir, Mir Mehdi Xәzani
kimi salnamәçilәr, Firudin bәy Köçәrli kimi alim Şuşada yetişmişdi,
Şuşada şair, şer, teatr mәclislәri var idi. X.Natәvan “Mәclisi - üns”, Mir Möhsün
Nәvvab “Beytül Xamuşan” mәclisinin yaradıcıları idilәr.
Y.V.Çәmәnzәminli yazmışdır ki, Xan Qaradaği, Növrәs, Mәmayi, Baki, Alı Yüzbaşı
oğlu Hәsәn Nәvvabın “Beytül Xamuşan” mәclisinin, digәr şair, müğәnni vә çalanlar
(Mirzә Sadıx Piran, Mirzә Rәhim Fәnan, Mirzә Mәmmәd Katib vә b) Natәvanın “Mәclisi-
üns” mәclisindә toplaşarlarmış. Teatr xadimlәri Ә.haqverdiyev, N.Vәzirov, Mәmmәd
Hәsәn bәy Mirzәcamalov, Vәkil Hәsәnәli bәy ayrıca bir mәclisdә cәmlәşmişdilәr.
Şuşada qaynar әdәbi vә mәdәni hәyat olmuşdur. Burada hәvәskar gәnclәr 1884-cü
ildә M.F.Axundovun komediyalarını, 1899-cü ildә Şekspirin “Otello”sunu, 1905-ci ildә
“Adәm vә Hәvva”nı tamaşaya qoymuşdular. (“Otello”nun tәrcümәçisi H.Vәzirov Otello,
A.Zarifyan Dezdemona, Mәmmәdhәsәn bәy Mirzәcamalov Yaqo rollarını oynamışdılar)
181
vә s. vә i.a.
Qarabağ Azәrbaycan milli musiqisinin beşiyi idi. Y.V.Çәmәnzәminli şәhadәt verir:
Tofiq Köçərli
- 59 -
Qarabağ: Yalan və Həqiqət
Şuşada “küçәdә evimizin qarşısındakı quyuluqda gözәl şәrqilәr söylәrdilәr, saz vә
qarmon çalınardı. Nә oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedәn uşaqlar qazanı
yanağına dayayıb, elә bayatı vә şikәstә oxuyardılar ki, adamın gözlәri yaşarırdı. Vaqif vә
Zakirin vәtәni olan bu şәhәrә tәbiәt şer, musiqi vә şәrqi ilhamı bağışlamışdı. Qafqazın
bütün adlı-sanlı türk xanәndә vә sazandәlәrini bu şәhәr yetirәrdi. Mәşәdi İsi, Hacı Üsü,
Qar-yağdı oğlu Cabbar, Әbdül Bağı, Seyid, İslam kimi oxuyanlar, Sadıqcan kimi çalanlar
Şuşada yetişmişdir”.
182
Böyük Üzeyir bәy Hacıbәyov Şuşada dünyaya gәlmişdir. Neçә-neçә şöhrәtli
bәstәkar, müğәnni, sazәndә yaradıcılıq yoluna Şuşada qәdәm qoymuşdur. “Poeziya,
musiqi vә mahnının bәxtiyar vәtәni olan Şuşa bütün Zaqafqaziyanın
konservatoriyasıdır”
183
deyәn ermәni musiqişünası V.D.Karqanov haqlıdır. Bu, 1908-ci
ildә söylәnmişdir.
Bütün bunlar Qarabağ haqqında. tarixi hәqiqәtlәrdir. Qarabağın tarixi ilә bilavasitә
mәşğul olmayan şәxs bu hәqiqәtlәri bilmәyә bilәr. Ancaq ciddi әda ilә Qarabağdan
yazan, Qarabağda “heç bir Azәrbaycan yerli dibli yox idi” - deyәn şәxs, özü dә tarix
elmlәri doktoru, hәm dә diplomat hәmin hәqiqәtlәri bilmәyә borcludur, tarixi mәnbәlәri
öyrәnmәyә borcludur.
İndi dә Qarabağın vә onun paytaxtı Şuşanın әhalisinin tәrkibi haqqında.
Ümumiyyәtlә, bu barәdә material olduqca azdır. Olan da çox ziddiyyәtlidir vә bәzәn
qәti surәtdә ağılkәsәn deyil. Biz artıq yuxarıda belә bir -fantastik ermәni mәlumatı
gәtirmişdik ki, guya 1760-cı ildә Qarabağda 900 ermәni kәndi olub vә az qala 657 min
ermәni yaşayıb.
Ermәni müәlliflәrinin başqa bir mәlumatına görә, XVIII әsrin axırlarında Qarabağda
11 min ermәni ailәsi olmuşdur.
Qarabağda әhalinin sayı vә milli tәrkibi haqqında qismәn etibarlı mәnbә Rusiya
mәnbәlәridir. Lakin hәmin mәnbәlәrә dә tәnqidi yanaşmaq lazımdır. Mәsәlәn, 1972-ci
ildә Yerevanda “Присоединение Восточной Армении к России” adlı iki cildlik sәnәdlәr
mәcmuәsi nәşr olunmuşdur. Onun 1-ci cildindә Zaqafqaziyadakı yerli rus mәmurlarının
Rusiya daxili işlәr nazirliyinә tәqdim etdiyi arayış (19 iyul 1811-ci il) verilmişdir. Orada
göstәrilir ki, Qarabağda 12 min ailә yaşayır. Onun 2500-ә qәdәri ermәni ailәsidir.
184
Dostları ilə paylaş: |