Qarabağ haqqında ən yaxşı esse nominasiyası
üzrə yarışmanın təşəbbüskarı, “Ulduz” jurnalının
baş redaktoru Qulu Ağsəsin bu barədə fikrini bil -
məsəm də, məncə, yarışma iki başlıca məqsəd
güdür:
- birincisi, görək cavan yazarlarımız Qarabağ
haqda nə düşünür, yeni nəslin bədii yaddaşında,
Ağabəyim ağanın diliylə desək, Qarabağ yaddan
çıxmayıb ki; bir az da ümumiləşdirsək, klassik
ölçülərin alt-üst olduğu bu sürətli dəyişkənliklər
dönəmində gənclərimizin vətənpərvərlik duyğusu
nə yerdədir;
- ikincisi, çağdaş Azərbaycan gənc yazarının
esse janrı ilə bağlı nə kimi təsəvvürləri var.
Bir sözlə, Q.Ağsəs yarışmanın şərtlərini
müəyyənləşdirəndə məsələnin həm forma, həm də
məzmun tərəfini düşünüb. Əgər nəzərə alsaq ki,
bugünkü mükafatlandırmalarda şeir, hekayə, roman
və məqalə ilə müqayisədə esse bir az ikinci plana
sıxışdırılıb, onda Qulunun seçiminin başqa bir
müsbət yönü də üzə çıxır - diqqəti bu janra yönəltmək.
Yarışmaya 16 yazar qoşulub və onlar arasından
qalibi seçməkdə xeyli tərəddüd etməli oldum. Ona
görə ki, kiminsə haqqını tapdalayacağımdan ehtiyat
edirdim. Bu isə görülən işin miqyasından asılı
olmayaraq, yolverilməz bir şey olardı. Həm də
yarışmaya göndərilən yazılar arasında elə birini
görmürdüm ki, qeyd-şərtsiz məhz onu seçim və
qələbə çələngini tərəddüdsüz-filansız onun müəllifinin
başına qoyum. Bəziləri janr, bəziləri məzmun
baxımından istənilən tələblərə cavab vermirdi.
Cavid Qədir, Əfsanə Əliyeva və Günay Səma
Şirvanın esseləri barədə nə təniqdi, nə də təqdiredici
söz deməyəcəm. Onlar tənqid və təqdirə doğru
gələn yoldadırlar. Onlara ancaq uğurlu yolçuluqlar
arzu edə bilərəm.
Onaltı müəllif arasında öz cəsarəti ilə məni ən
çox təəccübləndirən Şəfa Vəli oldu. O, ümumən bu
yarışmaya niyə qatılıb, aydın deyil. Onun heç bir
ad vermədiyi essesini yarışmaya nə üçün
göndərməsinə mən də öz növbəmdə nəsə bir ad
qoya bilmirəm. Mövzunun əhatə olunması, dil-üs -
lub yeniliyi, yeni fikir, ideya söhbəti Şəfanın
yazısında söz konusu deyil. Çünki onun vur-tut on-
on beş cümlədən ibarət essesində bəzən hətta
qrammatik səhihiliyi belə şübhə doğuran məqamlara
rast gəlirsən.
“Son günlərdə oxuduğu kitab Aqil Abbasın
“Batmanqılınc”ı, qucağına bərk-bərk basıb özündən
belə qoruduğu yaşıl ayaqqabısıyla Şuşada gəzmək
ümidi idi...”
Amma Şəfanın bu “cəsarət”indən əlavə daha
bir üstünlüyü də var - yazısını oxutmağı bacarır.
Təsəvvür edin ki, onun nə demək istədiyini dəqiq
başa düşmək üçün yuxarıdakı cümləni təxminən on
dəfə təkrar-təkrar oxumalı oldum.
Və nəhayət, Şəfanın üçüncü üstünlüyü, hətta
müstəsnalığı da var. Əgər Qarabağ haqqında ən
zəif esse yarışması keçirilsə, o, şübhəsiz ki, birincilik
qazanacaqdı. Odur ki, birincilik qazanan müəlliflə
birgə Şəfaya da antibukerə bənzər bir ödül - antibirinci
ödülü verilməsini təklif edirəm.
24
I
ULDUZ
“16-lar”
münsifanə qeydlər
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ
Ağabəyim ağa
“Ulduz” jurnalı ilə ayb.az saytının
birgə layihəsi yekunlaşdı
DƏYƏRLI OXUCULAR!
QARABAĞ MÖVZUSUNDA
esse müsabiqəmiz yekunlaşdı.
Ekspert Əsəd Cahangirin
və qalibin yazılarını təqdim edirik.
Əsəd CAHANGİR
VARİASİYA
İlk oxunuşdan ən çox bəyəndiyim istedadının
açılma dönəmini yaşadığı aydın duyulan Elşad
Baratın yazısı (“Həməkoçu”) oldu. Düzünü deyim
ki, beş-altı il öncə, Elşadın ilk şeirləri ilə tanış
olanda onun bu templə gəlişəcəyini güman eləmirdim.
Savaşın doğurduğu yaşam çətinliyini on altı nəfər
içində daha inandırıcı, yaddaqalan, təsirli, xırda
detallarınacan verə bilən iki nəfərdən biri odur:
“Müharibə atamın alnından, anamın əllərindən
yol eləmişdi evimizə... 94-ün qışından canımızı
qurtara bilmirdik. Bağımızdakı otlar dikəldikcə
atam sevinir, anam yığıb qaynadırdı ki, ac qalmayaq.
Daha çox yediyimiz otun adı həməkoçuydu...
Qaynadılmış həməkoçu elə buxarlanırdı ki, elə bil
nimçələr siqaret çəkirdi. Biz iştahla yedikcə kəpəkli
çörəyinin rəngi atamın üzünə çıxırdı.”
Oxucu duyur ki, bütün bunlar müəllifin kitabdan
oxuduqları, ekrandan gördükləri yox, birbaşa həyati
görüntüləri, canlı yaşantılarından gəlir. Ən önəmlisi
isə yazının müəllifi şaxsey-vaxsey qurmayıb, istər
bayağı sentimental sızıltılar, istərsə də boğazdan
yuxarı, patetik vətənpərvərlik çağırışlarından uzaq,
səmimi bir yazı yazıb. Olayların müharibə haqda
məhdud təsəvvürlərə malik bir cocuğun dilindən
nəqli bu səmimiyyətin özülündə durduğu kimi, həm
də yazının tragizmini dərinləşdirir, bədii təsir gücünü
artırır. Klassik şərq ədəbiyyatı istilahları ilə desək,
müəllif “təcahüli-arifanə” (arifanə cahillik) üsulunu
kullanır, özünü bilərəkdən bilməzliyə vurur, uşaq
yerinə qoyur.
Hər cür ağrı-acını yenən gülüş ruhu, optimist
ovqat onun mətnindən bir işıq zolağı kimi keçir və
təsvir olunan durumun bütün ağırlığına baxmayaraq,
yazıdan xoş təəssüratla ayrılırsan. Səmimiyyət
dozasının artıq düşməsi sonucunda bir az şit təsir
bağışlayan final akkordu belə bu nikbin təəssürata
önəmli xələl gətirə bilmir: “Bir gün qardaşım gəlib
evə hay saldı ki, kəkilli toyuğumuz yumurtayacaq.
Hamı sevindi. Qardaşımla inəklərin axurunda gizlənib
toyuğun dalını güdməyə başladıq. Yumurtanın baş
tərəfi görünəndə qardaşım əlini açdı. Sapsarı yumurta
düz onun ovcuna düşdü” və sair və ilaxir...Bir sözlə,
final bir az elşadanədir.
Amma bütün təqdirə və tənqidəlayiq yönləri ilə
birikdə qələbə yumurtasını Elşadın ovcuna qoya
bilməyəcəm. Özü də məsələ məzmunda yox,
formadadır - Elşad janr ünvanını dəyişik salıb,
essedən daha çox hekayə yazıb. Yarışma isə məhz
esse yarışmasıdır və bu, onu qalib olmaq şansından
məhrum edir.
Yeri gəlmişkən, Bakı Slavyan Universiteti
nəzdindəki Yaradıcılıq fakültəsində Elşada ədəbi-
tənqiddən nə az, nə çox, düz bir il dərs demişəm.
Soruşa bilərsiniz ki, necə dərs demisən ki, tələbən
esse ilə hekayəni bir-birindən ayıra bilmir? Qoy, bu
suala Elşad özü cavab versin - bir il ərzində üzünü
auditoriyada vur-tut bir neçə dəfə gördüyüm,
mühazirələrə hər dəfə hökmən gecikən, dərs zamanı
bir neçə dəfə siqaret çəkməyə çıxan və bəzən geri
qayıtmayan Elşad Barat.
Esse ilə hekayənin sınırlarını Ramil Əhməd
daha kobud pozub - Elşad, öz mətninin esse olması
ilə bağlı heç olmasa nəsə ayaq yeri qoyur, Ramilin
yarışmaya göndərdiyi material (“Qarabağ, Nazlı
və mən”) isə bu konuda hər hansı nəm-nümə yer
saxlamır. O, esse yarışmasına xalis hekayə
elementlərinə malik mətn göndərib - başlanğıcı,
ortası, sonu olan süjet, insan surətləri, düyün nöqtəsi,
açılış, final və sair və ilaxır...
İnidyəcən özünü topluma şair kimi təqdim
etməsinə, şeirlər kitabı çıxarmasına baxmayaraq,
bu hekayə ilə Ramilin indi də nəsrə iddia etməsinə
təəccübümü bildirməyəcəm. Çünki hazırda şeirdən
nəsrə keçid “moddu”, Ramil də “modnı” oğlandır.
Necə deyərlər, nəsrə bürün, elnən sürün. Ramilin
hekayəsinin yüz dəfələrlə rastlaşdığımız şablon
süjeti, süni melodram ovqatı, bayağı sentimen
-
talizmindən də söz açmayacam. Çünki hekayə yox,
esse yarışmasının münsifiyəm. Məni maraqlandıran
vaxtilə Şekspirdən məqalə yazmağa (!) qədər
ədəbiyyat biliciliyi edən Ramilin esse ilə hekayəni
bir-birindən ayıra bilməməsidir.
Eyni iradı müsabiqəyə müvafiq olaraq “Mənim
üçün yaşa” və “Adı burda, özü Qarabağda”
hekayələri ilə qatılan Yadigar Ələkbərov və Fariz
Yunisliyə də aid etmək olar. Bunların, özəlliklə də
Farizin yazısının sözün ciddi anlamında hekayə
olub-olmaması bir yana qalsın, məni bir sualın
cavabı ilgiləndirir - doğrudanmı, bu cavanlar essenin
nə olduğunu bilmir, yoxsa yarışmanın şərtlərindən
xəbərsizdirlər? Hansı varinat olursa-olsun, durum
göstərir ki, Q.Ağsəs məhz esse yarışması keçirməkdə
yanılmayıb. Bu janr barədə Elşadın və Farizin
dumanlı, Ramil və Yadigarın yanlış təsəvvürləri
göstərir ki, belə bir yarışmaya, doğrudan da, ehtiyac
varmış.
Əgər yarışma fikrin sadəcə obrazlı, poetik, daha
dəqiq desək, bəzəkli, təmtəraqlı ifadəsi yönündən
keçirilsəydi, birinciliyi, yəqin ki, özünün “Müharibə
uşaqları” yazısıyla Emin Piri qazanardı. Fikir
№10 (569) oktyabr 2016
I
25