əsərlərdə fantastika və reallıq birləşir, folklor motivləri,
utopik hadisələr təbiət mənzərələri fonunda verilir. Bu
dövrdə yazılmış "Perik”, "Simbelin", "Qış nağılı", "Fırtına"
yeni estetik keyfiyyətli əsərləridir. Bu əsərlərdə tragik
komеdiya, pastoral, dram və alleqoriya janrlarından
istifadə edilmişdir. Şekspirin ədalətli cəmiyyət görmək
arzusu "Fırtma" əsə-rində fantastik bir süjetlə verilmişdir.
Gəmi qəzasından sonra bir adaya düşmüş Qonzalo burada
hər şeyi yeni əsaslar üzrə qurmaq istəyir. O, məhkəmə və
məmur rütbələrini ləğv etmək, yoxsulluğu və zənginliyi
aradan qaldırmaq niyyətindədir. Lakin Qonzalo ağlasığmaz
fikirlər də söyləyir. O, ticarəti, elmi və əməyi də aradan
qaldırmaq istəyir, insanlara ancaq təbiətin verdiyi
nemətlərlə yaşamağı təklif edir. On iki il əvvəl Milanda.
şöhrətpərəst Antonio qanuni hersoq olan qardaşı
Prosperonu ölkədən sürgün edir, hakimiyyəti ələ alır.
Prospero öz qızı Miranda ilə əcinnələr yaşayan bir adaya
düşür. Lakin burada da şər qüvvələr hakimdir. Əcinnələrin
başçısı Kaliban Mirandamn ləyaqətinə toxunmaq istəyir.
Cadugərliyin bütün sirlərini bilən Prospero Kalibana üstün
gəlir. Prospero adada hər şeyə qadirdir, ona dağlar, bu-
laqlar, göllər, meşələr tabedir. Nə istəsə, edə bilər. Lakin, o
yenə İtaliyaya qayıtmaq, qızğın həyat tərzi olan. cəmiyyətdə
yaşamaq, şər qüvvələrə qarşı vuruşmaq istəyir. Əsərdə
xeyirlə şərin mübarizəsi alim-humanist Prospero ilə
eybəcər Kaliban kimi obrazların simasında verilmişdir.
"Fırtına" əsərində Şekspir insanlığa, gözəl gələcəyə inam,
bəşər övladının gözəlliyi qarşısında heyranlığı tərənnüm
edir.
Şekspir faciələrində onun qəhrəmanları həlak olsa belə,
on yüksək ideallar, mənəvi keyfiyyətlər sarsıntıya uğrasalar
belə, bu faciələrdə ümidsizlik yoxdur. Şekspir öz
faciələrində humanist ideallar haqqında təsəvvürü daha da
genişləndirir.
Şekspir əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsinin
xüsusi ящяmiyyəti olmuşdur. Şekspiri tərcümə etməyə
cəhd etmiş ədiblər Şekspir fikrinin, zяngin dilinin və
ifadələrinin dilimizdə səslənməsi yollarmı tapmaqla
tərcümə
sənətimizin inkişafında böyük xidmət
göstяrmişlər. Şekspirin yüksək bədii səviyyədə, məharətlə
tərcümə edilən əsərlərinin Azərbaycan teatrlarında
tamaşaya qoyulması səhnə sənətimizin inkişafında
müəyyən rol oynamış, rejissor və aktyorlarımızın bir
qismi Şekspir əsərləri ilə öz böyük istedadını nümayiş
etdirə bilmiş, bir çox ədiblərimiz mяhz Şekspir əsərlяrini
doğma dilimizə çevirməklə öz rəngarəng tərcüməçi
istedadlarmı üzə çıxarmışlar. Шekspir əsərlərinin
tərcüməsi ilə hələ XIX яsrdən başlayaraq bir çox
əдiblяrimiz vя tərcüməçilərimiz mяşğul olmuşlar.
H.Vяzirov ("Otello"), H.Səbri ("Otello", "Kral Lir"),
İ.Xяlil ("Maqbet"), S.Rəhмan ("Romeo vя Cülyetta"),
Əziz Şərif ("Otello"), C.Cabbarлы ("Щamlеt",
"Otеllo"), Əhмяd Cavad ("Otello", "Romeo vя
Cülyetta"), Abdulla Şaiq ("Maqbet"), B.Nəzərli
("Maqbet"), M.İbrahimov ("Kral Lir", "On ikinci gecə"),
Ə.Səbri ("Şıltaq qızın yumşalması"), T.Əyyubov
("Hamlet", "İki veronalı əsilzadə", "Qış nağılı",
"Sonetlər"), Hidayət ("Xeyirlə qurtaran iş yaxşı olar"),
Anar ("Fırtına"), İ.İsmayılzadə ("Səhvlər komediyası"),
S.Mustafa ("Sonetlər", "Romeo və Cülyetta", "Otello",
"Hamlet", "Kral Lir", "Maqbet") Şekspir əsərlərini tərcümə
etmişlər. Şekspirin əsərləri respublikamızda müntəzəm
olaraq dövri mətbuatda, jurnallarda və kitab şəklində işıq
üzü görmüşdür. Son dəfə toplu halda 1962-ci ildə
Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən, 1980-ci ildə
"Yazıçı" nəşriyyatı tərəfindən Şekspirin bir sıra əsərlərinin
tərcüməsi nəşr edilmişdir.
Şekspir əsərlərinin hazırkı nəşrinin birinci cildinə
daxil edilən faciələr ("Romeo və Cülyetta", "Hamlet",
"Otello", "Kral Lir", "Maqbet" dramları) Sabir Mustafanın
tərcüməsində verilir.
İsmixan Rəhimov
ROMEO
VƏ
CÜLYETTA
İŞTİRAK EDƏNLƏR:
E s k a1
- Verona hersoqu
P a r i s
- gяnc zadəgan, hersoqun qohumu
M o n t e k k i
}
-
ıkı duşmən aılənın başcıları
K ap u1e tti
K a p u l e t t i n i n
əmisi
R o m e o
- Montekkinin oğlu
M e r k u s i o -Hersoqun qohumu, Romeonun dostu
B e n v o 1 i o - Montekkinin qardaşı oğlu, Romeonun
dostu
T i b a 1t
- ledi Kapulettinin qardaşı oğlu
Lorenso
-Fransiskan
rahibləri
Covanni
B a 1t a z a r
-Romeonun nökəri
Samson
Qreqori
-Kapulettinin
nökərləri
P i t e r
-Cülyettanın dayəsinin nökəri
A b r a m
- Montekkinin nökəri
Ə c z a ç ı
Ü ç ça1ğ ı ç ı
M e r k u s i o n u n vo P a r i s i n nökərləri
L e d i M o n t e k k i
- Montekkinin arvadı
L e d i K a p u l e t t i -
Kapulettinin arvadı
C ü l y e t t a
- Kapulettinin qızı
C ü l y e t t a n ı n d a y ə s i
Verona şəhər əhli, hər iki ailənin qohumları, kişilər və
qadınlar, maska taxmış
adamlar, keşikçilər və xidmətçilər.
Xor.
Hadisələr Verona və Mantuyada cərəyan еdir.
PROLOQ
Xor gəlir
Хоr
Veronada iki nəcib ailə
Köhnə ədavətlə alışdı, yandı.
Paxıllıq təzədən döndü gur selə,
Əllər qana batdı, qana bulandı.
Düşmən nəsillərdə cüt-qoşa ulduz
Verdi ürəyini saf məhəbbətə.
Onların taleyi dönük, uğursuz,
Həlaki son qoydu bu ədavətə.
Nakam aşiqlərin müdhiş ölümü,
Bədbəxt ataları titrədən fəsad,
Ağır peşimançılıq, bəxtin zülmü
Alar vaxtmızı ikicə saat.
Əgər tamaşaya diqqəт versəniz,
Səhvsiz göstərməyə çalışarıq biz.
Xor gedir
BİRİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Veronada bir meydan. Qılınc və qalxan
qurşamış S a m s o n v ə Q r e q o r i
gəlirlər.
S a m s o n. Qreqori, bax ha, biz buradan kömür
Dostları ilə paylaş: |