Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   2   3   4   5   6   7   8   9   10   ...   30

əsərlərdə fantastika və reallıq birləşir, folklor motivləri, 
utopik hadisələr təbiət mənzərələri fonunda verilir. Bu 
dövrdə yazılmış "Perik”, "Simbelin", "Qış nağılı", "Fırtına" 
yeni estetik keyfiyyətli  əsərləridir. Bu əsərlərdə tragik 
komеdiya, pastoral, dram və alleqoriya janrlarından 
istifadə edilmişdir.  Şekspirin  ədalətli cəmiyyət görmək 
arzusu "Fırtma"  əsə-rində fantastik bir süjetlə verilmişdir. 
Gəmi qəzasından sonra bir adaya düşmüş Qonzalo burada 
hər şeyi yeni əsaslar üzrə qurmaq istəyir. O, məhkəmə və 
məmur rütbələrini ləğv etmək, yoxsulluğu və  zənginliyi 
aradan qaldırmaq niyyətindədir. Lakin Qonzalo ağlasığmaz 
fikirlər də söyləyir. O, ticarəti, elmi və  əməyi də aradan 
qaldırmaq istəyir, insanlara ancaq təbiətin verdiyi 
nemətlərlə yaşamağı  təklif edir. On iki il əvvəl Milanda. 
şöhrətpərəst Antonio qanuni hersoq olan qardaşı 
Prosperonu ölkədən sürgün edir, hakimiyyəti  ələ alır. 
Prospero öz qızı Miranda ilə  əcinnələr yaşayan bir adaya 
düşür. Lakin burada da şər qüvvələr hakimdir. Əcinnələrin 
başçısı Kaliban Mirandamn ləyaqətinə toxunmaq istəyir. 
Cadugərliyin bütün sirlərini bilən Prospero Kalibana üstün 
gəlir. Prospero adada hər  şeyə qadirdir, ona dağlar, bu-
laqlar, göllər, meşələr tabedir. Nə istəsə, edə bilər. Lakin, o 
yenə İtaliyaya qayıtmaq, qızğın həyat tərzi olan. cəmiyyətdə 
yaşamaq,  şər qüvvələrə qarşı vuruşmaq istəyir.  Əsərdə 
xeyirlə  şərin mübarizəsi alim-humanist Prospero ilə 
eybəcər Kaliban kimi obrazların simasında verilmişdir. 
"Fırtına"  əsərində  Şekspir insanlığa, gözəl gələcəyə inam, 
bəşər övladının gözəlliyi qarşısında heyranlığı  tərənnüm 
edir. 
Şekspir faciələrində onun qəhrəmanları həlak olsa belə
on yüksək ideallar, mənəvi keyfiyyətlər sarsıntıya uğrasalar 
belə, bu faciələrdə ümidsizlik yoxdur. Şekspir öz 
faciələrində humanist ideallar haqqında təsəvvürü daha da 
genişləndirir. 
Şekspir əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsinin 
xüsusi  ящяmiyyəti olmuşdur.  Şekspiri tərcümə etməyə 
cəhd etmiş  ədiblər  Şekspir fikrinin, zяngin dilinin və 
ifadələrinin dilimizdə  səslənməsi yollarmı tapmaqla 


tərcümə 
sənətimizin inkişafında böyük xidmət 
göstяrmişlər. Şekspirin yüksək bədii səviyyədə, məharətlə 
tərcümə edilən  əsərlərinin Azərbaycan teatrlarında 
tamaşaya qoyulması  səhnə  sənətimizin inkişafında 
müəyyən rol oynamış, rejissor və aktyorlarımızın bir 
qismi  Şekspir  əsərləri ilə  öz böyük istedadını  nümayiş 
etdirə bilmiş, bir çox ədiblərimiz mяhz Şekspir əsərlяrini 
doğma dilimizə  çevirməklə  öz rəngarəng tərcüməçi 
istedadlarmı  üzə  çıxarmışlar.  Шekspir  əsərlərinin 
tərcüməsi ilə  hələ XIX яsrdən başlayaraq bir çox 
əдiblяrimiz vя  tərcüməçilərimiz mяşğul olmuşlar. 
H.Vяzirov ("Otello"), H.Səbri ("Otello", "Kral Lir"), 
İ.Xяlil ("Maqbet"), S.Rəhмan ("Romeo vя  Cülyetta"), 
Əziz  Şərif ("Otello"), C.Cabbarлы ("Щamlеt", 
"Otеllo"),  Əhмяd Cavad ("Otello", "Romeo vя 
Cülyetta"), Abdulla Şaiq ("Maqbet"), B.Nəzərli 
("Maqbet"), M.İbrahimov ("Kral Lir", "On ikinci gecə"), 
Ə.Səbri ("Şıltaq qızın yumşalması"), T.Əyyubov 
("Hamlet", "İki veronalı  əsilzadə", "Qış nağılı", 
"Sonetlər"), Hidayət ("Xeyirlə qurtaran iş yaxşı olar"), 
Anar ("Fırtına"),  İ.İsmayılzadə ("Səhvlər komediyası"), 
S.Mustafa ("Sonetlər", "Romeo və Cülyetta", "Otello", 
"Hamlet", "Kral Lir", "Maqbet") Şekspir əsərlərini tərcümə 
etmişlər.  Şekspirin  əsərləri respublikamızda müntəzəm 
olaraq dövri mətbuatda, jurnallarda və kitab şəklində işıq 
üzü görmüşdür. Son dəfə toplu halda 1962-ci ildə 
Azərbaycan Dövlət Nəşriyyatı  tərəfindən, 1980-ci ildə 
"Yazıçı" nəşriyyatı tərəfindən Şekspirin bir sıra əsərlərinin 
tərcüməsi nəşr edilmişdir. 
Şekspir  əsərlərinin hazırkı  nəşrinin birinci cildinə 
daxil edilən faciələr ("Romeo və Cülyetta", "Hamlet", 
"Otello", "Kral Lir", "Maqbet" dramları) Sabir Mustafanın 
tərcüməsində verilir. 
İsmixan Rəhimov 
 
 
 


 
ROMEO 
VƏ 
CÜLYETTA 
 
 
İŞTİRAK EDƏNLƏR: 
E s k a1 
  - Verona hersoqu 
P a r i s 
  - gяnc zadəgan, hersoqun qohumu 
M o n t e k k i 
 }
 - 
ıkı duşmən aılənın başcıları 
K ap u1e tti      
K a p u l e t t i n i n  
əmisi 
R o m e o 
        - Montekkinin oğlu 
M e r k u s i o       -Hersoqun qohumu, Romeonun dostu 
B e n v o 1 i o         - Montekkinin qardaşı oğlu, Romeonun 
dostu 
T i b a 1t 
   
- ledi Kapulettinin qardaşı oğlu 
 
Lorenso     
  
 
-Fransiskan 
rahibləri 
Covanni 
 
B a 1t a z a r 
  -Romeonun nökəri 
Samson 
Qreqori  
-Kapulettinin 
nökərləri 
 
P i t e r 
  -Cülyettanın dayəsinin nökəri 
A b r a m 
  - Montekkinin nökəri 
Ə c z a ç ı 
Ü ç  ça1ğ ı ç ı 
M e r k u s i o n u n   vo    P a r i s i n   nökərləri 
L e d i M o n t e k k i  
- Montekkinin arvadı 
L e d i K a p u l e t t i   - 
Kapulettinin arvadı 
C ü l y e t t a  
- Kapulettinin qızı 
C ü l y e t t a n ı n   d a y ə s i  
 
Verona şəhər əhli, hər  iki ailənin qohumları, kişilər və 
qadınlar, maska taxmış 
adamlar, keşikçilər və xidmətçilər. 


Xor. 
Hadisələr Verona və Mantuyada cərəyan еdir. 
 
 
 
 
PROLOQ 
 
Xor gəlir 
 
Хоr  
 
 
Veronada iki nəcib ailə 
Köhnə ədavətlə alışdı, yandı.  
Paxıllıq təzədən döndü gur selə,  
Əllər qana batdı, qana bulandı. 
Düşmən nəsillərdə cüt-qoşa ulduz  
 
Verdi ürəyini saf məhəbbətə.  
Onların taleyi dönük, uğursuz,  
Həlaki son qoydu bu ədavətə. 
Nakam aşiqlərin müdhiş ölümü,  
 
Bədbəxt ataları titrədən fəsad, 
Ağır peşimançılıq, bəxtin zülmü 
Alar vaxtmızı ikicə saat.  
Əgər tamaşaya diqqəт versəniz,  
Səhvsiz göstərməyə çalışarıq biz. 
 
Xor gedir 
 
BİRİNCİ PƏRDƏ  
 
 
BİRİNCİ SƏHNƏ 
 
Veronada bir meydan. Qılınc və qalxan 
qurşamış  S a m s o n   v ə   Q r e q o r i  
gəlirlər. 
S a m s o n. Qreqori, bax ha, biz buradan kömür 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə