Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   2   3   4   5   6   7   8   9   ...   30

ara-sıra indi də təkrar edənlər var. Şekspirin şəxsiyyətinə 
şübhə edən ilk tədqiqatçı Amerika alimi Deliya Bekondur. 
O, "Şekspir pyeslərinin fəlsəfəsinin açılması" adlı 
əsərində bu pyeslərin filosof və dövlət xadimi Frensis 
Bekon tərəfindən yazıldığını sübut etməyə çalışdı. Deliya 
Bekonun fərziyyəsinə N.Qotorn, T.Karleyl kimi alimlər də 
tərəfdar çıxdılar. Getdikcə Bekon nəzəriyyəsinin 
tərəfdarlarının sayı artdı. Bəziləri hətta inandırmağa 
çalışırdılar ki, F.Bekon təkcə  Şekspirə aid edilən  əsərlərin 
deyil, hətta K.Marlo və B.Consonun da əsərlərinin 
müəllifidir. "Bəs nə üçün Bekon öz əsərlərini başqalarına 
verirdi?" sualına belə cavab verirdilər ki, guya F.Bekon 
rütbəli bir adam kimi adını hörmətdən salmaq istəmirdi. 
Halbuki, Bekon vəzifədən kənar edildikdən, cəmiyyətdə 
nüfuzdan düşdükdən sonra bircə  əsər də yazmamışdır. 
Bekon haqqında olan bu uydurma 1810-cu ilə kimi davam 
etdi. Bəzən  Şekspirin  əsərlərini daha böyük rütbəli 
adamlara aid edənlər də tapıldı. Yeni nəzəriyyəçilər indi bu 
əsərlərin qraf Derbi, qraf Retlend, qraf Oksford və nəhayət 
kraliça Yelizavetanın olduğunu sübuta yetirməyə çalışdılar. 
"Şekspir-Retlend" nəzəriyyəsini bir zaman rus alimləri 
də müdafiə edirdilər. 1924-cü ildə F.Şipulinski, 1926-cı 
ildə V.Friçc, 1931-ci ildə P.Koqan yazılarında bu 
nəzəriyyəni əsas götürürdülər. Vulqar sosioloqlar o fikirdə 
idilər ki, Şekspirin adı ilə tanınan  əsərlərdə zadəganların 
həyat mövqeyi tərənnüm edilir, buna görə də bu əsərləri sadə 
bir ailədən çıxmış adam deyil, məhz zadəgan yaza bilərdi. 
Belə bir fikir do söyləyirdilər ki, guya K.Marlo 
öldürülməmiş, Avropa ölkələrində yaşayıb pyeslər 
yazarmış. Aktyor Şekspirin müəllifliyinə  şübhə edənlərin 
də  əksəriyyəti o dövrün xüsusiyyətlərini bilməyən 
jurnalistlər, hüquqşünaslar, istefaya çıxmış siyasətpərəstlər 
idi. Qeyd etmək lazımdır ki, Şekspiri danmaq istəyənlər 
çoxaldıqca onun dövrü, yaradıcılığı daha dərindən 
öyrənilmiş, bu da Şekspir yaradıcılığının çoxcəhətliliyini, 
şəxsiyyətini dəqiq öyrənməyə kömək etmişdir. 
A.Smirnov, M.Morozov, A.Anikst, M. və D.Urnovlar 
kimi bir çox görkəmli rus alimləri, Azərbaycanda isə 


M.Rəfıli,  Ə.Sultanlı, C.Cəfərov,  Ə.Ağayev kimi mahir 
tədqiqatçılar  Şekspirin yaradıcılığı haqqında maraqlı  və 
orijinal fikirlər söyləmişlər. 
Tədqiqatçılar  Şekspir yaradıcılığını  əsasən üç dövrə 
bölürlər. Yaradıcılığının birinci dövründə (1591-1601) o, 
"Venera və Adonis", "Lukresiya" poemalarını, sonetlərini, 
"Vlll Henri" pyesindən başqa bütün tarixi dramlarını, "Tit 
Andronik", "Romeo vo Cülyetta", "Yuli Sezar" faciələrini, 
bu dövr üçün xarakterik olan şən və nikbin "Səhvlər 
komediyası”, "Şıltaq qızın yumşalması”, "İki veronalı 
əsilzadə", "Məhəbbətin  əbəs səyi", "Yay gecəsində bir 
yuxu", "Venesiya taciri", "Vindzor cici-bacıları", "Heç 
nədən hay-küy", "Necə istəsəniz", "On ikinci gecə  və 
yaxud istədiyiniz kimi" komediyalarını yazmışdır. 
Yaradıcılığının ikinci dövründə (1601-1608) Şekspir 
tragik konfliktlər və  qəhrəmanlardan bəhs edən faciələr 
yazmışdır: "Hamlet", "Otello", "Kral Lir", "Maqbet", 
"Antoni və Kleopatra", "Karolian", "Afınalı Timon". Bu 
dövrdə yazılan komediyalar birinci dövrdəkilərdən 
fərqlənir. Burada artıq  əvvəlki komediyalarda olan şən 
əhval, nikbinlik hiss olunmur. Əksinə, onlarda bir qədər 
tragik ünsürlər gözə çarpır: "Troil və Kressida", "Tədbirə 
qarşı  tədbir", "Xeyirlə qurtaran hər iş yaxşı olar" və 
"Perikl". 
Üçüncü dövrdə "Simbelin", "Qış nağılı" və "Fırtına" 
tragikomediyaları (1608-1612) yazılmışdır. Bu əsərlərdə 
fantaziya və alleqorizm özünü büruzə verir. Şekspirin 
sonetləri İngiltərədə İntibah dövrü poeziyasının on yüksək 
zirvəsini və dünya poeziyası tarixində dönüş  mərhələsini 
təşkil edir. Bir şair kimi Şekspirin lirik dühası sonetlərdə 
özünü daha aydın göstərir. Onun sonetlərində məhəbbət və 
dostluq,  vəfa  və  xəyanət, səmimilik və riyakarlıq kimi 
mövzular  əksini tapır.  Şekspir sonetlərində  təsvir olunan 
gözəl realdır, təbiidir; yalan təşbeh  şairin poetikasına 
yaddır.  Şekspir öz sonetlərində göstərir ki, həyatsevərlik, 
dostluq və sevgi insanın təbiətindən doğan keyfiyyətdir, 
məhvedici zaman onu poza bilməz.  İnsan zamana öz 
qabiliyyəti, bacarığı ilə qalib gəlir. Gözəllik heç zaman 


ölmür. 
Yaradıcılığının birinci dövründə yazdığı "Romeo və 
Cülyetta"  əsərində  Şekspir Renessans adamının feodal 
qayda-qanunlarına qarşı mübarizəsini təsvir edir: Kapuletti 
və Montekki ailələri arasındakı düşmənçilik hələ qədimdən 
mövcuddur.  İki düşmən ailəyə  mənsub olan gənclər bir-
birinə vurulur, sonradan isə hansı ailədən olduqları  aşkar 
olur. Lakin Romeo və Cülyettanı bir-birinə bağlayan ülvi 
məhəbbət orta əsrlərin adət-ənənəsinin  ətalətini qıra bilmir. 
Onlar uzun illərdən bəri davam edяn və artıq qocalan cana 
gətirmiş iki ailə arasındakı düşmənçiliyi dəf edя bilmirlяr. 
Romeo təbiətcə azad şəxsiyyяtdir. O, öz dostları ilə 
birlikdə olanda hяyatsеvяrdir. Merkusio onun ən yaxın 
dostudur. Cülyettaya qarşı məhяbbəti Romeonu daha da 
cяsarətli edir. Öz məhəbbəti üçün Romeo mübarizdir, fəaldır 
və  qətidir. Cülyettanın ölümünü o mərdliklə qarşılayır, 
Cülyettasız onun üçün həyat yoxdur. Cülyettanın paklığı, 
sədaqəti onun məhəbbəti ilə  aşkar olur. Romeonun 
ölümündən  sonra onun gəzəndə  həyat mənasız olur və 
o, mərdliklə  ölümü seçir. Cülyetta  ən gözəl və pak bir 
qadın obrazı kimi təsvir olunmuşdur. O, təkcə ailə 
ənənələrinə qarşı deyil, bütün feodal qayda-qanunlarına 
qarşı üsyan edir. O, şяhərdən sürgün edilmiş Romeo ilə bir 
daha görüşə bilməyəcəyini heç ağlına belə gətirmir. Lakin o, 
əmioğlusunu öldürmüş ailəsinin qan düşməni Romeodan 
heç zaman əl çəkməyəcəyinə  əmindir. Atasının gənc 
zadəgan və varlı Parisə  ərə getmək təklifini rədd etdikdən 
sonra Cülyettanm ən yaxın sirdaşı olan dayəsi Romeo ilə 
məhəbbətin baş tutmayacağı fikrini təlqin edəndə Cülyetta 
ona da nifrət edir, onu lənətləndirir: 
Ey qoca ifritə! O! Mənfur iblis! 
Əhdin sınmasını belə istəmək, 
Ya da eyni dillə eyni adamı 
Yüz yol tərif edib belə pisləmək 
Ən müdhiş, ən qorxunc günah deyilmi? 
Get, get, məsləhətçim, get, bundan sonra 
Bizim aramızda bir uçurum var. 
Rahibin yanına gedirəm 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə