Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   2   3   4   5   6   7   8   9   ...   30

indi.  
Əgər tapılmasa bu dərdə 
dərman,  
Ölməyə cürətim çatar o 
zaman. 
(Tərcümə S.Mustafanındır) 
Bu faciədə Lorensio dini fanatizmdən uzaq, humanist 
bir alim kimi verilmişdir. Rahib olmasına baxmayaraq, 
o, yeni əhvali-ruhiyyəni düzgün qiymətləndirə bilir. 
Lorensio Romeo və Cülyettanı  fəlakətdən qurtaracağın 
inanır, onların gizlin kəbinlərini kəsir, onlara hər cür 
kömək edir. 
Əsərdə Merkusio on parlaq, xeyirxah və sadiq dost 
kimi təsvir edilmişdir. Romeo və Cülyetta köhnə dünya 
ilə mübarizədə  məğlub olurlar. Lakin bu məğlubiyyət 
köhnə düşmənləri barışdırır.  İnsanın təbii arzu və 
istəkləri, səmimi hisslər, pak məhəbbət feodal adət və 
ənənələrinə, feodal əxlaqı prinsiplərinə qalib gəlir. 
Nahaq deyildir ki, bəzi tədqiqatçılar "Romeo və 
Cülyetta" dramını nikbin faciə hesab etmişlər. 
Şekspir komediyaları komik xarakterlərlə, komik 
hadisələrlə bir-birini tamamlayır. "Səhvlər 
komediyası"nda  Şekspir insanı öz səadəti uğrunda 
çarpışmağa çağırır. Öz arvadmı  və  oğlunu itirmiş qoca 
Ekon rahatlıq tapa bilmir, daim öz axtarışlarını davam 
etdirir, təsadüfən olsa da, öz məqsədinə nail olur. Əkiz 
qardaşlar xarakterləri etibarı ilə bir-birindən fərqlənirlər. 
Sirakuzlu Antifol təbiətcə  çılğındır, hər  şeydən küsəndir. 
Efesli Antifol isə  işgüzardır, ayıqdır, özünü təmkinli 
aparır. Şekspirin bütün komediyaları kimi bu komediya da 
nikbin sonluqla bitir. 
"İki veronalı  əsilzadə" komediyasının süjetini Şekspir 
Montamayrın ispanca yazılmış, sonralar ingiliscəyə 
çevrilmiş  əsərindən götürmüşdür. Komediya müxtəlif 
ziddiyyətlərin toqquşması üzərində qurulmuşdur.  Əsərdə 
dostluq xudpəsəndlik və ehtirasla üz-üzə  gəlir, nəticədə 
qalib çıxır. Dramaturq üçün son dərəcə yaxın olan dostluq 
ideyası sonralar onun digər əsərlərində, xüsusilə "Hamlet" 
faciəsində öz yüksək bədii həllini tapmışdır. Yenilmoz 


dostluq ideyası iki gəncin - Valentin və Proteyin simasında 
təcəssüm olunmuşdur. Protey xudpəsənddir, bu da onu 
xəyanətə  və yalançılığa sövq edir. Valentin nəcib 
təbiətlidir, fədakardır, onu əhatə edən adamların 
saxtakarlığına dözmür. O, meşəyə gedir, ətrafına qaçaqları 
toplayır, onlara başçılıq edir. Əsl xalq qəhrəmanı kimi 
kimsəsizlərə, yoxsullara, kasıblara, qadınlara kömək edir. 
Əsərdə Culya Proteyin məhəbbətinə sadiq, fədakar bir qız 
kimi təsvir olunur. Bu komediyada təlxək Louns obrazı 
daha qabarıqdır. 
"Venesiya taciri" pyesinin süjetini Şekspir XIV əsr 
İtaliya xronikalarından götürmüşdür. Bu əsərdəki  əsas 
obrazlardan biri olan Şeylokun simasında  Şekspir 
millətçiliyi, guya yəhudilərə əzəldən məxsus olan yamanlıq 
ideyasını pisləyir, lakin eyni zamanda bu obraz vasitəsilə 
yaranmaqda olan burjuaziyanın mənfur keyfiyyətlərini 
dünya ədəbiyyatında misli görünməmiş bir uzaqgörənliklə 
ifşa edir. Əsərin sonunda humanizm ideyaları qalib gəlir. 
Yaradıcılığının ikinci dövründə Şekspir başlıca olaraq 
faciə əsərləri yazır. Şekspir faciələri İntibahın son dövrünə 
təsadüf edir. Bu dövr mütləqiyyətin qələbəsi, dini 
mövqeyin möhkəmlənməsi,  əmək bölgüsünün yaranması 
ilə  səciyyələnir.  İndi burjua münasibətləri  İntibah 
nümayəndələrinin  əsas tənqid hədəfinə çevrilir. Humanist 
idealla gerçəklik arasında olan uçurum onların əsərlərinin 
əsas mövzusuna çevrilir. Şekspir bu dövrdə  cəmiyyətin 
pozğunluğunu, insanların korlandığını, gözəlliyin, paklığın 
qiymətləndirilmədiyini görür və bunları öz əsərlərində  əks 
etdirir. 
Dövrün humanistlərini düşündürən ictimai-siyasi və 
fəlsəfi məsələlər  Şekspirin "Hamlet" faciəsində özünün 
daha parlaq inikasmı tapmışdır. Bu əsərin süjeti o zaman 
geniş yayılmış  və haqqında müxtəlif  əsərlər yazılmış 
Hamlet  əhvalatından götürülmüşdür. "Hamlet" əsəri 
haqqında ilk dəfə XIII əsrdə Sakson Qrammatik 
"Danimarka tarixi" kitabında məlumat verir. Sonradan bu 
əsər 1608-ci ildə ingilis dilinə  tərcümə edilir, Londonda 
Tomas Kidin "Hamlet" faciəsi tamaşaya qoyulur. Lakin bu 


əsərlər bizə gəlib çatmamışdır. 
"Hamlet" haqqında yüzlərlə  tədqiqat işi yazılmışdır. 
Müəlliflər  əsasən  əsərin qəhrəmanı Hamlet obrazını  təhlil 
etməyə  cəhd göstərmiş, Hamlet haqqında bir-birinə zidd, 
müxtəlif fikirlər söyləmişlər.  İlk dəfə Hamlet haqqında 
yanlış fikir söyləyən, böyük alman şairi Gete olmuşdur. 
"Vilhelm Mayster" əsərində Gete deyir ki, Hamlet incə 
çiçəklər üçün olan, amma içərisində palıd ağacı əkilmiş bir 
güldana bənzər. Bu ağac böyüyür, kök atır və bu güldanı 
sındırır.  Əsərin  əsas ideyasını Hamletin düşüncələri ilə 
iradəsi arasında olan ziddiyyətdə axtaranlar da vardır. 
Böyük rus ədibi İ.S.Turgenev 1860-cı ildə yazdığı "Hamlet 
və Don Kixot" adlı  məqaləsində qeyd edir ki, Hamlet 
xudbindir hər  şeyə  şübhə ilə yanaşır. Don Kixot isə, 
Turgenevə görə  işgüzardır, özü-nün haqlı olduğuna inanır 
və öz məqsədi uğrunda çarpışır. Turgenev belə hesab edir 
ki, Hamlet düşünən insandır, lakin fəaliyyətsizdir. Don 
Kixot iradəlidir, lakin ağıl sahibi deyil, əgər Hamlet kütlə 
üçün xeyirsizdirsə, Don Kixot xalqı  fəaliyyətə çağırır. 
Lakin Turgenev onu da qeyd edir ki, Hamlet də Don Kixot 
kimi  şər qüvvələrə qarşı barışmazdır. Rusiyada "Hamlet" 
əsərinin elmi təhlilini A.A.Anikst, A.A.Smirnov, 
S.M.Samarin,  İ.Y.Bersman, L.S.Pinski və başqaları 
vermişlər. 
Həqiqətdə Hamlet xeyirxah təbiətlidir. O, şair və 
filosofdur, möhkəm iradəlidir. O, cəmiyyətdə olan bütün 
haqsızlıqları, qanunların ikiüzlülüyünü, məhkəmələrin 
süründürmələrini, zəhmətkeşlərin etdiyi xidmət  əvəzinə 
təhqir olunduqlarını, pak və 
təmiz məhəbbətin 
qiymətləndirilmədiyini görür. Dünyanın bəzəyi, 
yaranmışların tacı olan insanın nə  qədər alçaldıldığını, 
çürük ota çevrildiyini, riyakar olduğunu görür. Hamlet 
dünyanı  həbsxanaya, Danimarkam isə onun ən iyrənc bir 
guşəsinə  bənzədir. Lakin Hamletin faciəsi ondadır ki, 
bütün bu yaramazlıqlara qarşı mübarizə etmək istəyir, ancaq 
bacarmır. O, elə  zənn edir ki, vicdanlı  və azad düşüncəli 
adam özünü məhv etməklə haqlı olduğunu sübuta yetirə 
bilər. Hamlet Elsinor sarayında baş verən hadisələri 
düzgün başa düşür. Hamletin fikri, düşüncəsi Klavdinin 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə